İCRADAKI İŞLƏR: NAMAZOV İŞİ QRUPU

Qrup işinin təsviri

Namazov Azərbaycana qarşı işi, ərizəçinin 2011-2012-ci illərdə Azərbaycan Vəkillər Kollegiyasından xaric olunması zamanı Kollegiyada ona qarşı həyata keçirilən intizam icraatında yetərli prosessual təminatların olmamasına görə ərizəçinin şəxsi həyatına hörmət hüququnun pozulması ilə bağlıdır. Qrup işi həmçinin, yerli məhkəmələrin öz qərarları üçün müvafiq və yetərli əsaslar təqdim edə bilməməsi və sanksiyaların mütənasibliyini təmin edə bilməməsinə (8-ci maddənin pozuntusu) aiddir.

Xüsusilə, ərizəçiyə Kollegiyadan xaric etmə sanksiyası tətbiq edilən zaman daxili məhkəmələrin qərarlarına və inzibati şikayətə səbəb olan dinləmələrin stenoqramına açıq şəkildə istinad edilsə də, Vəkillər Kollegiyasının intizam komissiyası və onun Rəyasət Heyəti bu sənədlərin bir nüsxəsini ərizəçiyə verməkdən imtina ediblər (§ 48). İntizam komissiyası sözügedən proseslərə aydınlıq gətirmək üçün yuxarıda qeyd olunan dinləmələrdə iştirak edən digər vəkillərin ifadələrini dinləməkdən imtina edib. İntizam komissiyası üzvləri və AVK-nın rəhbərliyi ərizəçini mətbuatda tez-tez çıxış etməsinə və intizam icraatının predmetinə aid olmayan müxalif siyasi partiyaya mənsubluğuna görə açıq şəkildə tənqid ediblər (§ 49).

Qrupa daxil olan Aslan İsmayılov Azərbaycana qarşı işi 2013-2014-cü illərdə Kollegiyadan xaric edilməsi iıə bağlı prosesində ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlıdır. Xüsusilə, yerli məhkəmələr işin ərizəçinin nəticəsi üçün həlledici olan arqumentlərinə cavab ola biləcək əsaslar təqdim edə bilməyiblər (6-cı maddənin pozuntusu).

Xalid Bağırov Azərbaycana qarşı işi vəkillik fəaliyyətindən uzaqlaşdırılması və Kollegiyadan xaric edilməsi səbəbindən ərizəçinin ifadə azadlığı və şəxsi həyata hörmət hüquqlarının pozulması ilə bağlıdır (10 və 8-ci maddələrin pozuntusu). Məhkəmə bu işdə xüsusilə, daxili məhkəmələr tərəfindən ərizəçinin vəkillikdən kənarlaşdırılmasını dəstəkləyən səbəblərin uyğun və yetərli qədər olmadığına, ərizəçiyə qarşı tətbiq edilən sanksiyaların qarşıya qoyulan qanuni məqsədə qeyri-mütənasib olmasına qərar verib (§§ 84 və 102).

Məhkəmə bu işdə həmçinin, Konvensiyanın 46-cı maddəsi şərçivəsində digərləri ilə yanaşı, ərizəçinin peşə fəaliyyəti ilə bağlı durumu əvvəlki halına qaytarmağı hədəfləyən tədbirlərin həyata keçirilməsinin gərəkli olduğunu vurğulayıb. Xüsusilə, qeyd edib ki, bu cür tədbirlər vaxtında, adekvat və uyğun olmalı, Məhkəmə tərəfindən müəyyən edilmiş pozuntunun ən yüksək şəkildə mümkün kompensasiyasını təmin etməlidir. Bu tədbirlər ərizəçini mümkün olduğu qədər Kollegiyadan xaric edilməzdən əvvəl olduğu mövqeyə qaytarmalıdır (Bağırov işi, § 110).

AŞ NK-nın Qrup işi üzrə qətnamələri:

16 sentyabr 2021-ci il 

6-8 dekabr 2022-ci il