No. 74354/13 Namazov işi Qrupu – 16 sentyabr 2021-ci il

 

Avropa Şurası Nazirlər Komitəsi

1411-ci toplantı, 14-16 sentyabr 2021 (DH)

H46-4 Namazov işi Qrupu (Ərizə No. 74354/13)

Qətnamə

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

 

Təmsilçilər,

1. Bu qrup işinin keçmiş vəkillər olan ərizəçilərin əleyhinə Konvensiyanın 6-cı, 8-ci və 10-cu maddələri pozulmaqla, peşələrindən məhrum edilmələrinə səbəb olan intizam araşdırması zamanı Konvensiyanın müxtəlif pozuntuları ilə bağlı olduğunu xatırlatdılar;

2. Hökumət səlahiyyətliləri tərəfindən həyata keçirilən və ya həyata keçirilməsi nəzərdə tutulan fərdi və ümumi tədbirlər barədə məlumatların təqdim edilməsindəki gecikmələri narahatlıqla qeyd etdilər;

3. Fərdi tədbirlərlə bağlı, Məhkəmə tərəfindən müəyyən edilmiş pozuntuların aradan qaldırılması məqsədilə Hökumət Səlahiyyətlilərini özəlliklə, ərizəçilərə qarşı verilmiş qərarların və tətbiq edilmiş sanksiyaların qeyri-mütənasib olması səbəbindən, ərizəçilər barəsindəki icraatı yeniləməyə dəvət etdilər;

4. Ərizəçilərin bütünlüklə əvvəlki vəziyyətlərinə qayıtmasını (restitutio in integrum) təmin etmə öhdəliyini nəzərə alaraq, Azərbaycan hakimiyyətini Vəkillər Kollegiyasının diqqətini Məhkəmənin qərarlarına cəlb etməyə dəvət etdilər;

5. Ümumi tədbirlərə gəldikdə, Hakimiyyət Səlahiyyətlilərini, daxili qanunvericilikdə Azərbaycan Vəkillər Kollegiyasından uzaqlaşdırma üçün səbəb sayıla biləcək spesifik əsasların formalaşdırılmasını təmin etmək üçün tədbirlər görməyə dəvət etdilər;

6. Hökumət Səlahiyyətlilərini peşə vəzifələrini yerinə yetirən vəkillərlə bağlı lazımsız intizam tənbehlərini önləmək üçün qoruyucu mexanizmləri tətbiq etməyə və intizam icraatlarını Konvensiya və Avropa Şurasının müəyyən etdiyi ölçülərə, özəlliklə də Nazirlər Komitəsinin vəkillik peşəsini həyata keçirmək azadlığı ilə bağlı tövsiyə qərarına (Rec( 2000)21) uyğunlaşdırmağa çağırdılar;

7. Bundan başqa, Hökumət Səalhiyyətlilərini vəkillərə qarşı intizam icraatları ilə bağlı məhkəmə praktikasını yaxşılaşdırmağa – intizam icraatlarının uyğun və yetərli əsaslara söykənməklə başladılmasını, qərarların əsaslandırlmasını, ədalətlilik və çəkişmə prinsiplərinə əməl edilməsini, tətbiq edilən sanksiyaların mütənasib olmasını nəzərdə tutan tədbirləri həyata keçirməyə çağırdılar;

8. Hökumət Səlahiyyətlilərini təxirə salmadan bu qərarların icrası ilə bağlı fəaliyyət planı/hesabatını təqdim etməyə dəvət etdilər və 2022 -ci ildə DH iclaslarından birində bu qrup işinin araşdırılmasının davam etdirilməsinə qərar verdilər.