№12058/21 ELDAR HƏSƏNOV AZƏRBAYCANA QARŞI – 2 MAY 2023-CÜ İL

2 may 2023-cü il tarixdə dərc edilib

BİRİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 12058/21
Eldar Hümbət oğlu HƏSƏNOV Azərbaycana qarşı

19 fevral 2021-ci il tarixdə təqdim edilib

9 sentyabr 2021-ci il və 13 aprel 2023-cü il tarixlərində hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

İşin mövzusu və tərəflərə bundan öncə verilən suallar HUDOC-da mövcuddur (ətraflı).

TƏRƏFLƏRƏ SUAL

Hazırkı işdə Dövlət tərəfindən Konvensiyanın 5-ci maddəsinə əsasən tətbiq edilmiş məhdudiyyətlər Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, yəni, həmin maddədə nəzərdə tutulanlardan başqa məqsədlər üçün tətbiq edilibmi?