№12058/21 ELDAR HƏSƏNOV AZƏRBAYCANA QARŞI – 27 sentyabr 2021-ci il

 

27 sentyabr 2021-ci il tarixdə bilgi dərc edilib

 

BEŞİNCİ BÖLMƏ

Ərizə №12058/21
Eldar Hümbət oğlu HƏSƏNOV Azərbaycana qarşı

Ərizə 19 fevralda daxil olub
Ərizə 9 sentyabr 2021-ci il tarixdə kommunikasiya edilməyə başlanıb

Məhkəmə işinin mövzusu

Ərizə, keçmiş yüksək rütbəli dövlət məmuru olan ərizəçinin dələduzluq, mənimsəmə, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmək və saxtakarlıq ittihamları ilə 2020-ci ilin avqustunda açılmış cinayət işi çərçivəsində barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır.

Ərizəçinin onunla bağlı 14 avqust 2020-ci il tarixli həbs qərarı və ondan sonrakı həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verdiyi şikayətlər, habelə, onun zaminə buraxılması, müalicə üçün ixtisaslaşdırılmış klinikaya köçürülməsi ilə bağlı vəsatətləri nəticəsiz olub.

2021-ci ilin sentyabr ayında Ərizəçiyə açılan cinayət işi üzrə məhkəmə başlayıb.

Ərizəçi, özəlliklə, Konvensiyanın 3-cü maddəsinə və Konvensiyanın 5-ci maddəsinin 1 (c), 3 və 4 -cü maddələrinə əsaslanaraq, həbsdə ona adekvat tibbi müalicənin təmin edilməməsindən, həbs qətimkan tədbirinin əsassız seçilməsindən, barəsindəki həbs tədbirinə qərar verilmiş prosesin ədalətli olmamasından şikayət edir.

Tərəflərə suallar

1. Həbsdə saxlanılan ərizəçiyə göstərilən tibbi müalicə onun sağlıq durumu üçün yetərli və Konvensiyanın 3 -cü maddəsinin tələblərinə uyğun idimi?

2. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla azadlıqdan məhrum edilibmi? Özəlliklə, azadlıqdan məhrum etmə qanuni idimi və azadlıqdan məhrum etmənin ağlabatan şübhəyə əsaslanması baxımından 5-ci maddənin (c) bəndinin tələblərinə uyğun idimi?

3. Ərizəçiyə məhkəmədə iştirakını təmin etmək üçün mövcud olan şərtlər Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələblərinə uyğun idimi?

4. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində tələb olunduğu kimi, Ərizəçinin əlində öz həbsinin qanuna uyğunluğuna etiraz edə biləcəyi təsirli bir prosedur varmıydı?

5. AİHM-in ərizəçiyə yönəlik müvəqqəti tədbirlərlə bağlı 7 may və 22 iyun 2021-ci il tarixli qərarları diqqətə alındığında, həmin qərarlardakı tədbirlərə əməl edilmədiyi iddiası Konvensiyanın 34-cü maddəsinin pozuntusunu təşkil edirmi (bax: məsələn, Paladi Moldovaya qarşı, no.39806/05, §§ 84 və s., 10 mart 2009)?

6. Tərəflərdən ərizəçinin sağlamlıq durumu və müalicəsi ilə bağlı əvvəllər AİHM-ə təqdim edilməmiş hər hansı tibbi sənədlərin surətlərini təqdim etmələri istənilir. Bundan başqa tərəflərdən, ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi və ona qarşı açılmış cinayət işi ilə bağlı əvvəllər AİHM-ə təqdim edilməmiş uyğun sənədlərin surətlərini də təqdim etmələri istənilir.