BEŞİNCİ BÖLMƏ
Ərizə №81009/17
Vasif Ağabala oğlu Quliyev
və
9 digər ərizəçi Azərbaycana qarşı
(əlavə edilmiş cədvələ baxın)
Ərizəçilər mərhum türk müsəlman ilahiyyatçısı Səid Nursi təriqətinin üzvləridir. Onların ərizələri, iddia edilən qanunsuz saxlanılma və tutulma, dini etiqad azadlığına qanunsuz müdaxilə və dini toplantıların təşkili və keçirilməsinə dair qanunvericiliyin tələblərini pozduqları üçün tətbiq olunan cərimələrlə bağlı inzibati məhkəmə araşdırmasının iddia edilən ədalətsizliyi ilə əlaqədardır.
Ərizəçilər qanunsuz olaraq tutulmalarından və təxminən on iki saat polis tərəfindən saxlanılmalarından şikayət edirlər.
Bundan başqa ərizəçilər, müdafiələrini qurmaq üçün onlara lazımi vaxt verilmədiyindən və həm məhkəmədən əvvəl, həm də məhkəmə zamanı seçdikləri vəkilə müraciət etmək imkanından məhrum olunmalarından şikayət edirlər.
Onlar həmçinin işlərinə yerli məhkəmələrdə açıq baxılması hüququnun əsassız olaraq məhdudlaşdırılmasından və məhkəmə qərarlarının kifayət qədər əsaslandırılmamasından şikayətlənirlər.
Ərizəçilər əlavə olaraq, inzibati qaydada mühakimə edilmələrinin əlaqəli yerli hakimiyyət orqanlarının onların dini etiqad azadlığı hüquqlarına qanunsuz müdaxiləsi ilə əlaqəli olduğunu iddia edirlər.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçilər Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla azadlıqdan məhrum ediliblərmi? Saxlanılma protokolları (tutma haqqında protokol) tərtib edilibdi? Tərtib edilibsə, Hökumətdən həmin sənədlərin nüsxələrinin, habelə ərizəçilərin saxlanması ilə əlaqəli digər sənədlərin təqdim edilməsi xahiş olunur.
2. Ərizəçilər, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq ədalətli mühakimə olunublarmı?
3. Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) tələb etdiyi kimi, özləri seçdikləri hüquqi yardım vasitəsilə özlərini müdafiə etmək imkanı verilibdi? Xüsusilə, polis bölməsində dindirmə və birinci instansiya məhkəməsindəki proseslər zamanı seçdikləri bir vəkil tərəfindən müdafiə olunma hüquqları məhdudlaşdırılıbmı?
4. Hazırkı işlərdə ictimaiyyətin məhkəmə prosesinə buraılmaması, 6-cı maddənin 1-ci bəndinin ikinci cümləsində sadalanan qanuni məqsədlərdən birini güdürdümü və bu müddəanın mənası daxilində “qəti olaraq zəruri” idimi?
5. Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndi mənasında müraciət edənlərin etiqad azadlığına müdaxilə olubmu? Əgər belədirsə, bu müdaxilə qanunla müəyyən edilmişdimi və Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndi baxımından zəruri idimi?
CƏDVƏL
Nos. | Ərizə nömrəsi | İşin adı | Daxil olub | Ərizəçi
Doğum ili İqamət yeri Milliyəti |
Təmsilçi |
1. | 81005/17 | Rzamov Azərbaycana qarşı | 04/11/2017 | Sərvət Rəcəb RZAMOV
1987 Quba Azərbaycanlı |
Ruslan Əsabəli oğlu MUSTAFAZADƏ |
2. | 81009/17 | Quliyev Azərbaycana qarşı | 06/11/2017 | Vasif Agabala oglu QULIYEV
1974 Cəlilabad Azərbaycanlı |
Ruslan Əsabəli oğlu MUSTAFAZADƏ |
3. | 81024/17 | Qasımov Azərbaycana qarşı | 16/11/2017 | Azad Rustam oglu QASIMOV
1978 Quba Azərbaycanlı |
Ruslan Əsabəli oğlu MUSTAFAZADƏ |
4. | 81043/17 | Xanlayev Azərbaycana qarşı | 16/11/2017 | Fəxrəddin Nəsrəddin oğlu XANLAYEV
1967 Bakı Azərbaycanlı |
Ruslan Əsabəli oğlu MUSTAFAZADƏ |
5. | 81049/17 | Elmar Əliyev Azərbaycana qarşı | 06/11/2017 | Elmar Əkbar oglu ƏLIYEV
1969 Quba Azərbaycanlı |
Ruslan Əsabəli oğlu MUSTAFAZADƏ |
6. | 81051/17 | Şıxməmmədov Azərbaycana qarşı | 04/11/2017 | Xaspolad Baləhməd oglu ŞIXMƏMMƏDOV
1963 Quba Azərbaycanlı |
Ruslan Əsabəli oğlu MUSTAFAZADƏ |
7. | 81083/17 | Seyfəlov Azərbaycana qarşı | 07/11/2017 | Səxavət Ağali oğlu SEYFƏLOV
1983 Quba Azərbaycanlı |
Ruslan Əsabəli oğlu MUSTAFAZADƏ |
8. | 81084/17 | Əmrahov Azərbaycana qarşı | 06/11/2017 | Natiq Kamil oglu ƏMRAHOV
1966 Quba Azərbaycanlı |
Ruslan Əsabəli oğlu MUSTAFAZADƏ |
9. | 81088/17 | Bədirxanov Azərbaycana qarşı | 16/11/2017 | Əkrəm Nazim oglu BƏDIRXANOV
1960 Quba Azərbaycanlı |
Ruslan Əsabəli oğlu MUSTAFAZADƏ |
10. | 81095/17 | Gulaliyev v. Azerbaijan | 04/11/2017 | LutfaddinValehoglu GULALIYEV
1959 Guba Azerbaijani |
Ruslan Asabalioglu MUSTAFAZADE |