17 Oktyabr 2022-ci il tarixdə dərc edilib
BEŞİNCİ BÖLMƏ
Ərizə nömrəsi 64650/16 və 77378/16
Zöhrə Hacı qızı HACIYEVA
və
Fatma Allahverdi qızı ƏSGƏROVA
Azərbaycana qarşı
28 oktybar və 7 dekabr 2016-cı il tarixlərdə daxil olub
4 iyul 2022-ci il tarixdə hökumətlə kommunikasiya edilməyə başlayıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Hazırkı ərizələr, əmlaklarının Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən özgəninkiləşdirilməsinə görə ərizəçilərə qanunla, yəni, Prezidentin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən əlavə 20% kompensasiya (hər iki ərizə) və “Torpaqların dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi haqqında” 20 aprel 2010-cu il tarixli Qanuna əsasən əlavə kompensasiyanın ödənilməməsi (ərizə № 77378/16) ilə bağlı onların şikayətləri ələ əlaqəlidir.
Ali Məhkəmə 6 aprel 2016-cı il tarixli (29 aprel 2016-cı il tarixdə 64650/16 saylı ərizəçiyə təqdim edilib) və 2 iyun 2016-cı il tarixli (13 iyul 2016-cı il tarixdə 77378/16 saylı ərizəçiyə təqdim edilib) yekun qərarları ilə ərizəçilərin iddiaları rədd edilib.
8 fevral 2017-ci il tarixdə 64650/16 saylı ərizəçi vəfat edib. Ərizəçinin qızı Aliyə Qurbanova 29 iyul 2022-ci il tarixli məktubu ilə şikayəti Məhkəmə qarşısında davam etdirmək niyyətində olduğunu bildirib.
Ərizəçilər, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq, onların mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olunmasından şikayət ediblər.
TƏRƏFLƏRƏ SUALLAR
Ərizəçilər mülkiyyətlərindən Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasında ictimai maraqlar naminə və qanunla nəzərdə tutulmuş şərtlərə uyğun olaraqmı məhrum ediliblər?
Xüsusilə, ərizəçilərin Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə əlavə 20% kompensasiya almaq hüququ var idimi?
Ərizəçilərin əmlakının özgəninkiləşdirilməsi dövlət qurumları tərəfindən qanuna uyğun olaraq həyata keçirilibmi?
Əgər əmlakın özgəninkiləşdirilməsi qanuna uyğun idisə, bu, ərizəçilərin üzərinə həddindən artıq yük qoyurdumu (bax, Immobiliare Saffi İtaliyaya qarşı [GC], № 22774/93, § 59, AİHM 1999‑V)?