№32710/17 və №60717/17 N.ADIGÖZƏLOV və T.ŞİRİNLİ AZƏRBAYCANA QARŞI – 16 İYUL 2020-Cİ İL

 

BEŞİNCİ BÖLMƏ

 

QƏRARDAD

 

Ərizə № 32710/17 və №60717/17
Nizami ADIGÖZƏLOV və
Tariyel ŞİRİNLİ Azərbaycana qarşı
(cədvələ bax)

 

16 iyul 2020-ci il

Strasburq

 

 

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 25 iyun 2020-ci il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Ganna Yudkivska, Sədr,

Lado Chanturia,

Anja Seibert-Fohr, hakimlər,

Liv Tigerstedt, İclasın Katibi,

Əlavə edilmiş cədvəldə göstərilən müxtəlif tarixlərdə verilmiş yuxarıdakı ərizələri nəzərə alaraq,

Ərizələr üzrə təqdim edilmiş dostca anlaşma haqda bəyannamələri diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

 

FAKTLAR VƏ PROSEDUR

Ərizəçilərin siyahısı əlavə edilmiş cədvəldə göstərilib.

Ərizəçiləri Məhkəmə qarşısında Sumqayıt şəhərində fəaliyyət göstərən hüquşunas Cənab Ruslan Mustafazadə təmsil edib.

Ərizəçilərin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və daxili məhkəmələrin qərarlarının gecikən icrası ilə əlaqəli olaraq, 1 saylı Protokolun 1-ci maddəsinə əsaslanan şikayətləri barədə Azərbaycan Hökuməti (“Hökumət”) bilgiləndirilib.

Məhkəmə kommunikasiya zamanı, Hökumətin əlavə edilmiş cədvəldə göstərilən məbləği ödəməyi öhdəsinə götürməsi qarşılığında ərizəçilərin onların ərizələrini doğuran faktlarla bağlı Azərbaycana qarşı iddialarından imtina etməyə razı olmalarının bildiriliyi dostca anlaşma haqqında bəyannamə aldı.

Cədvəldə qeyd edilmiş məbləğlər Məhkəmə qərardadının açıqlanmasından etibarən üç ay müddətində ödənilməlidir. Həmin məbləğin göstərilən üç ay müddətində ödənilməməsinə görə Hökumət ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.

Bu ödəmə işin tam həll olunmasını təşkil edəcək.

QANUNVERİCİLİK

Məhkəmə, ərizələrin oxşar məzmununu nəzərə alaraq, onları bir qərar çərçivəsində araşdırmağı məqsədəuyğun saydı.

Məhkəmə tərəflər arasında əldə olunmuş dostca həll anlaşmasını nəzərə alır. Qərara gəlir ki, anlaşma Konvensiya və onun Protokollarında müəyyən edilmiş hüquqlara uyğundur, Ərizənin araşdırılmasını davam etdirmək üçün əsasların olmaması qənaətindədir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Ərizəni siyahıdan çıxarmaq məqsədəuyğundur.

 

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Qərar verdi ki, ərizələr birləşdirilsin.

Qərar verdi ki, ərizələr Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılsın.

Qərar ingilis dilində hazırlandı və 16 iyul 2020-ci il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
İclasın Katibi

Ganna Yudkivska
Sədr

CƏDVƏL

Konvensiyanın 6.1-ci maddəsi və 1 Saylı Protokolun 1-ci maddəsi üzrə şikayət edən ərizəçilərin siyahısı

(daxili məhkəmə qərarlarının icra edilməməsi və icranın yubanması)

No. Ərizə nömrəsi
Daxil olma tarixi
Ərizəçinin adı

Doğum tarixi

 

Təmsilçi və iqamət yeri Hökumətdən bəyannamənin alındığı tarix Ərizəçidən bəyannamənin alındığı tarix Qeyri-maddi ziyana görə təzminatın məbləği

(avro ilə)

Xərc və məsrəflərə görə, ədalətli əvəzin məbləği

(avro ilə)

 

1. 32710/17

24/04/2017

Nizami Ramazan oglu ADIGÖZALOV

08/06/1950

Mustafazadə Ruslan Əsabəli oğlu

Sumqayıt

22/01/2020 07/03/2020 800 200
2. 60717/17

10/08/2017

Tariel Adişirin oglu ŞIRİNLİ

01/07/1955

Mustafazadə Ruslan Əsabəli oğlu

Sumqayıt

22/01/2020 07/03/2020 750 200