“Yahova Şahidləri”nin şikayəti araşdırılır

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən daha bir şikayəti araşdırmağa başlayıb, hökumətə suallar göndərib.

Hökumətlə kommunikasiya edilən bu işdə şikayətçi 24 yaşlı Ismayil Bağırovdur. “Yahova Şahidləri” dini icmasının üzvü olan ərizəçi Bakıdakı alış-veriş mərkəzlərindən birində təşviqat apararkən saxlanılıb. Onu polisə aparıblar, daha sonra Qaradağ məhkəməsinin qərarı ilə 1500 manat cərimələnib. Yuxarı məhkəmələr həmin qərarı ədalətli sayıb.

Ərizəçini təmsil edən əcnəbi vəkillər qrupu hesab edir ki, yerli məhkəmələr İ.Bağırovun Konvensiya ilə qorunan fikir, vicdan və din azadlığı, İfadə azadlığı və Ayrı-seçkiliyin qadağan olunması haqlarına müdaxilə ediblər.