Təzminatın ödənilməsinin möhlət müddətinin bitib-bitmədiyini necə bilmək olar?

Təzminatın ödənilməsinin möhlət müddətinin bitib-bitmədiyini necə bilmək olar?

Bəzən elə durumlar olur ki, bank rekvizitləri göndərilir, ancaq hesaba heç bir məbləğ köçürülmür.
Ədalətli əvəzin ödənilməsi müəyyən müddət tələb edir, bu bəzən bir neçə həftə və ya ay tələb edə bilər.

Bunun bir çox səbəbləri ola bilər:
• ödəmənin həyata keçirilməsi üçün ərizəçidən məlumatların alınması,
• maliyyə uçotu qaydalarına riayət edilməsi zərurəti,
• banklar tərəfindən köçürmələrin həyata keçirilməsində baş verən texniki gecikmələr və köçürmə qaydalarının seçimi.

Bütün hallarda möhlət müddətinin keçməsini gözləmək lazımdır.

Əgər bu möhlət müddəti keçib və ədalətli əvəz ödənilməyibsə və ya yalnız bir hissəsi ödənilibsə, onda dərhal Qərarların İcrası Departamentinə faksla (+33 (0)3 88 41 27 93), poçtla (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), və ya mail- lə dgI_execution_just_satisfaction@coe.int) müraciət etmək lazımdır. Bütün müvafiq sənədlər də göndərilməlidir (məsələn, bank rekvizitlərinin göndərilməsini sübut edən sənədin surəti).

Qeyd: Şikayətlər AİHM-in internet saytında qətnamə / qərarın ödəmələr siyahısında dərc edilməsindən sonra iki ay müddət ərzində göndərilməlidir. Bu iki ay müddəti keçdikdən sonra, ərizəçi ədalətli əvəz məbləği və gecikmə faizınin ödənişini qəbul etmiş hesab olunur. Hər hansı bir suala və ya problemə qısa müddətdə aydınlıq gətirilməsi üçün şikayətlər aidiyyatlı dövlət orqanların diqqətinə çatdırılır.