Ədalətli əvəzin möhlət müddəti xaricində ödənildiyi halda yaranan gecikmə faizının hesablanması meyarı Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi qətnamə də müəyyən edilir. Bu faiz dərəcəsi adətən Avropa Mərkəzi Bankının cərimə dövrünə müvafiq olaraq, son kreditləşmə faiz dərəcəsinə üç faiz dərəcəsini əlavə etməklə hesablanır. Kreditləşmə faiz dərəcəsi cərimə dövründə dəyişirsə, hesablama bu dövrdə tətbiq edilən fərqli faiz dərəcələri əsasında hesablanır.
Ödəniləcək gecikmə faizinin hesablanması üçün Qərarların İcrası Departamentinə fax (+33 (0)3 88 41 27 93), poçt (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), e-mail(dgI_execution_just_satisfaction@coe.int) vasitəsilə müraciət edilməlidir.
Bu məqsədlə, ərizə nömrəsini, ödənişin dəqiq məbləğini, istifadə olunan valyutanı, ödənişin həyata keçirmə tarixini (ədalətli əvəzin nəğd pul dəyərinin ərizəçiyə ödənildiyi tarix) və hesablamanın göndəriləcək ünvanı (electron yaxud poçt) yaxud fax nömrəni qeyd etmək vacibdir.