Təzminat möhlət müddəti bitəndə sonra ödənilib, faiz ödənilməyib, nə etməli?

Təzminat möhlət müddəti bitəndə sonra ödənilib, faiz ödənilməyib, nə etməli?

Ədalətli əvəzin möhlət müddəti bitdikdən sonra ödənildiyi, lakin gecikmə faizinin ödənilmədiyi və yaxud yalnız bir hissəsinin ödənildiyi durumlar da olur.

Bu zaman Ərizəçi dərhal Qərarların İcrası Departamentinə fax (+33 (0)3 88 41 27 93), poçt (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), e-mail (dgI_execution_just_satisfaction@coe.int) vasitəsilə müraciət etməli və iş nömrəsini, əlaqə məlumatlarında istənilən dəyişiklikləri (ünvanda, ad, bank rekvizitləri) göndərməli və müvafiq sənədi əlavə etməlidir (məsələn; ödəmə və onun həyata keçirildiyi tarixi göstərən bank çıxarışı).

Qeyd: Şikayətlər AİHM-in internet saytında qətnamə / qərarın ödəmələr siyahısında dərc edilməsindən sonra iki ay müddət ərzində göndərilməlidir. Bu iki ay müddəti keçdikdən sonra, ərizəçi ədalətli əvəz məbləği və gecikmə faizın ödənişini qəbul etmiş hesab olunacaq. Hər hansı bir suala və ya problemə qısa müddətdə aydınlıq gətirilməsi üçün şikayətlər aidiyyatlı dövlət orqanların diqqətinə çatdırılacaq.

Həmçinin, ödəniləcək gecikmə faizinin hesablanması üçün Qərarların İcrası Departamentinə fax (+33 (0)3 88 41 27 93), poçt (Conseil de l’Europe, Service de l’Exécution des Arrêts, F-67075 STRASBOURG CEDEX), e-mail (dgI_execution_just_satisfaction@coe.int) vasitəsilə müraciət edilməlidir. Bu məqsədlə, ərizə nömrəsini, ödənişin dəqiq məbləğini, istifadə olunan valyutanı, ödənişin həyata keçirilmə tarixini (ədalətli əvəzin nəğd pul dəyəri ərizəçiyə ödənildiyi tarixi) və bu hesablanmanın göndəriləcək ünvanını (electron yaxud poçt) yaxud fax nömrəsini qeyd etmək vacibdir.