Təzminat hansı üsullarla ödənilə bilər?

Təzminat hansı üsullarla ödənilə bilər?

Əsas istifadə olunan ödəniş üsulu bank hesabına köçürmələrdir. Buna baxmayaraq, istisnalar mümkündür. Hər hansı bir şəxs üçün müəyyən edilmiş ədalətli əvəz məbləğlərinin ödənişi, yetərincə səmərəli olduğu halda, başqa üsullarla da həyata keçirilə bilər (məsələn: çek və ya nəğd pul orderi, ərizəçinin adına açılmış bank hesabına pulun yatırılması, milli bankın/müvafiq səlahiyyətli organların rəsmi depozitlərinə keçirilməsi məqsədilə pulun banka yatırılması).

Vacib olan odur ki, məbləğ ərizəçiyə ödənilsin və o bu fakt barədə tezliklə məlumatlandırılsın.