Kommunikasiya 6 mart 2018-ci il tarixdə başlamışdır
BEŞİNCİ SEKSİYA
Ərizə № 7308/12
Şükran MƏMMƏDOV Azərbaycana qarşı
Ərizə 7 yanvar 2012-ci il tarixdə qəbul edilmişdir
FAKTLARIN TƏSVİRİ
Ərizəçi cənab Şükran Məmmədov Azərbaycan vətəndaşıdır, 1973-cü ildə ildə doğulub, Ucar rayonunda yaşayır. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquşunaslar cənab R.Mustafazadə və cənab Ə.Mustafayev tərəfindən təsmil olunur.
İŞİN HALLARI
İşin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
14 iyul 2007-ci il tarixdə Ərizəçinin mənzilinə reyd keçirdi. Ərizəçinin mənzilində həmin vaxt dini ayin icra olunurdu, polislər ayinin icra olnmasına mane oldu, evdən bir neçə adda dini ədəbiyyatı götürdü. Ardınca bəlli olmayan tarixdə Ərizəçi inzibati məsuliyyətə cəlb edildi, icazəsiz dini toplantı keçirməyə görə cəzalandırıldı.
Ərizəçi 19 mart 2010-cu il tarixdə evindən götürülmüş ini ədəbiyyatın ona qaytarılmamasından əlaqəli qurumlara şikayət etdi.
Ərizəçi 8 aprel 2010-cu il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (“Komitə”) cavab aldı, orda bildirilirdi ki, həmin kitabların yayılması tərəflərindən tövsiyyə edilmir.
Ərizəçi həmin cavaba görə, Səbail Rayon Məhkəməsinə Komitəyə qarşı iddia qaldırdı. Məhkəmədən xahiş etdi ki, mənzilindən götürülmüş dini kitabların geri qaytarılmasını nəzərdə tatan qərar qəbul etsin.
Səbail Rayon Məhkəməsi 24 yanvar 2011-ci il tarixdə qərar verdi. Bildirdi ki, Komitənin hərəkətində hər hansı qanunsuzluğa yol verilməyib, pozuntu müəyyən edilmədiyindən iddia rədd edilir.
Ərizəçi həmin qərardan apelyasiya şikayəti verdi. 25 yanvar 2012-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi şikayətirədd etdi. Məhkəmə ekspert rəyinə istinad etdi, bildirdi ki, Ərizəçinin mənzilindən götürlümüş kitablar məzhəbçiliyi və dini təfriqəçiliyi təşviq edən düşüncələri ehtiva etdiyinə və yayılmaq üçün tövsiyə edilmədiyinə görə, Komitə səlahiyyətləri çərçivəsində davranıb və qərarlar verib.
Ərizəçi bu qərardan kassasiya şikayəti verdi. 24 avqust 2011-ci il tarixdə Ali Məhkəmə hakimiyyət orqanlarının dini kitabların müsadirəsi və dini ayının qarşısının alınması ilə ictimai təhlükəsizliyi və ictimai asayişi qorumaq naminə hərəkət etdiyini bildirərək, kassasiya şikayətini rədd etdi.
ŞİKAYƏT
1. Ərizəçi Konvensiyanın 9-cu maddəsinə söykənərək, mənzilindəki dini ədəbiyyatın müsadirə olunmasının onun dini etiqad azadlığına qanunsuz müdaxilə təşkil etməsindən şikayətlənir.
2. Ərizəçi, həmçinin, Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsinə söykənərək, ona məxsus dini ədəbiyyatın özbaşına ələ keçirilməsi ilə onun öz mülkiyyətindən sərbəst istifadə etmək hüququna müdaxilə edilməsindən şikayətlənir.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçinin Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndi ilə təminat altına alınan dini etiqad azadlığı hüququna müdaxilə olubmu? Əgər müdaxilə olubsa, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və Konvensiyanın 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan idimi?
2. Konvensiyanın 1 Saylı Protokolun 1-ci maddəsinın işığında Ərizəçinin öz mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə ictimai maraqlar baxımından gərəkli idimi?
3. Tərəflərdən daxili məhkəmə prosesinə aid bütün sənədlərin surətlərini təqdim etmələri tələb olunur.