Struktural səhiyyə problemləri və Dövlətin insan haqları ilə bağlı öhdəlikləri – AİHM bələdçisi

Aydoğdu Türkiyəyə qarşı, səhiyyədə struktral problem, maddə 2, maddi və prosessual başlıq, maddə 46

Vaxtında əvvəl doğulmuş körpə, dünyaya gəldiyi xəstəxanada lazımi aparatlar olmadığından, təcili tibbi yardım almaq üçün başqa bir xəstəxanaya köçürülmüşdü. Bu xəstəxanın körpəyə lazımlı olan aparataların olduğu reanimasiya şöməsində yer yox idi. Həkimlər körpənin valideyninə bu bardə məlumat vermiş və ata imzasıyla məlumatı aldığını təstiq etmişdi. Bu məlumatda o da qeyd olunurdu ki, körpənin lazımlı apartalaırn olmadığı doğum şöbəsinə qəbulu onun həyatı üçün təhlükə yaradır. Valideynlərə bildirilmişdi ki, körpəni yerləşdirmək üçün uyğun xəstəxana taparlarsa, xəstəxana körpənin oraya köçürülməsinə şərait yaradacaq. Səhəri gün, valideynlər daha auyğun xəstəxana axtarmaqdaykən, körpənin vəziyyəti pisləşmişdi. Bununun səhəri gün lazımı aparatların olduğu reanimasiya şöbəsinə yerləşdirilsə və mexaniki ventiyatora qoşulsa da körpə orda ölmüşdü (dünyaya gəldikdən 2 gün sonra). Məhkəmə bu işdə 2-ci maddə altında pozitiv maddi öhdəliyin yerinə yetirilmıdiyini, yəni Dövlətin körpənin həyatını qorumaq üçün mümkün tədbirləri görmədiyini hesab etmişdi. Maddi pozitiv öhdəliyət riayət olunmadığı ilə bağlı iddiaları əsaslandırmağın çətinliyini nəzərə alaraq, Məhkəmənin belə qənaətə gəlməsindəki əsas elementlərə nəzər yetirək. Valideynlərin qaldırdığı cinayət işi çərçivəsində körpənin ölümü ilə bağlı 9 mütəxəssisin (3 məhkəmə tibbi ekspertiza, 1 patologiya, 1 kardiologiya, 1 neyro-cərrahiyyə, 1 ümumi cərrahiyə, 1 anesteziya və 1 genekologiya-doğum eksperti ) imazaladığı bir hesabatda bildirilirdi ki, körpə vaxtından əvvəl və nəfəs problemi ilə doğulub və kiliniki cədvəli nəzərə alınarsa, lazımi tibbi yardımı alması halında belə yaşayacağı dəqiq deyildi. Səhiyyə Nazirliyinin təyin etdiyi müfəttişin araşdırmasından isə məlum olurdu ki, körpənin anadan olduğu xəstəxanada vaxtından əvvəl doğulmuş körpələrin böyük əksəriyyəti azımi tibbi avadanlığın olmaması səbəbiylə başqa xəstəxanalara köçürülürdü. Bu köçürülmələr yaxşı təşkil və koordinasiya olunmurdu. İzmir bölgəsindəki xəstəxanalar arasında koordinasiya va mərkəzi menecmentin olmaması ucbatından xeyli sayda inkubator və boş yerlər səmərəli istifadə olunmurdu. Məhkəmə qərarında bu qənaətə geniş yer vermiş və əsaslanmışdı. Məhkəmə həm də hesab etmişdi ki, körpənin dünyaya gəldiyi xəstəxananın həkimləri onun başqa xəstənaya köçürlüməsi ilə bağlı qərara verərkən, həmin xəstəxanada lazımi tibbi yardım alıb-almayacağını dıqiqləşdirmək üçün heç bir addım atmamışdılar.

Məhkəmə körpənin köçürüldüyü xəstəxananı da ciddü müzakirə edir. Bu xəstəxana dövlət xəstəxanası idi və həm perinatal, həm də neonatal tibbi xidmətə ehhtiyacı olan hər kəsi qəbul edirdi və ciddi sıxlıq problemi yaşanırdı. Lakin Məhkəmə hesab edir ki, boş xəstə yerlərinin, inkubator və mexaniki ventiylatorların sayı nəzərə alınarsa, körpənin ölümü ilə bağlı bu xəstəxananı və ya həkimlərini məsul tutmaq düzgün olmazdı. Məhkəmə hesab edir ki, əsl problem vaxtından əvvəl doğulmuş körpələrə lazımi tibbi yardımın göstərilə bilmədiyi xəstəxanaların olması, körpələrin yaxşı təşkil və koordinasiya edilmədən (boş yer və avadanlıq olub-olmadığı araşdırılmadan, yoxlanmadan) başqa xəstəxanalara köçürülməsi, bölgədəki bəzi Universitet xəstəxanalarının isə ümumiyyətlə “belə tip köçürmələr”ə razı olmamasıdır.

Körpənin dünyaya gəlidiyi xəstəxanada lazımi avadanlığın olmaması xroniki hal idi və bu körpə də daxil olmaqla çox sayda xəstənin həyatı üçün təhlükənin mövcud olması dövlət orqanlarına məlum idi və ya məlum olmalı idi. Məhkəmə əlavə edir ki, Hökumət prioritetləşdirmə və resurslarla bağlı lazımi addımları atmağın hansı səbəblərdən mümkünsüz və Hökumət üzərində qeyri-mütənasib yük olmasını izah etməmişdir (incə şəkildə ifadə edilsə də, necə ciddi tənqiddir, deyilmi?).

Beləliklə, Məhkəmə hesab edir ki, bölgədə (İzmir) ciddi, struktural problem olmuş və körpə səhiyyə peşəkarları arasındakı bu koordinasiyasızlığın, səhiyyənin səhv idarəedilməsinin qurbanı olmuşdu.

Səmərəli araşdırma, ekspertiza

Qeyd etmək lazımdır ki, bu işdə səmərəli araşdırma hüququnun pozuntusu da tapılıb. Pozuntunun səbəbi, ekspertiza rəyidir. Ekspertlər sadəcə körpəyə tətbiq olunan tibbi aktları təsvir etmiş və tətbiq olunmali və ya oluna biləcək terapevtik protokolları araşdırmamış, müzakirə etməmiş və qərara gəlmişdilər ki, həkimlır müsair tibb qaydalarına və standartlarına uyğun hərəkət etmişdilər. Məhkəmə əlavə edir ki, bu tibbi qaydalarınn nədən ibarət olduğu və bu qənaətə gəlmələri üçün əsaslandıqları fikirlər ekspert rəyində yer almamışdı. Burda Məhkəmə həm Altuğ, həm də Eugenia Lazăr işlərindəki bənzər qənaətinə istinad edir (bu işlərlə bağlı bax: hiperlink). Məhkəmə ekspertizanın müzakirə etməli olduğu və etmədiyi məsələlrə geniş yer verir və qeyd edir ki, ekspertiər işin ən vacib, mərkəzi sualına cavab verməyiblər: koordinasiya və struktur problemlərindən əlavə, körpənin ölümü qaçınılmaz idimi, yoxsa hər hansı həkim səhvini istisna edəcək şəkildə, normal terapevtik protokolun anormal və öngörüləbilməz nəticəsi idimi, yoxsa vaxtından əvvəl və nəfəsalma problemi ilə doğulmuş körpəyə hər hansı xüsusi tibbi xidmətin göstərilməsindən, tədbirin örülməsindən imtina iləmi bağı idi. Məhkəmə həmçinin ekspert qrupunun tərkibini də mübahisələndirir. Məhkəmə qeyd edir ki, Dövlətərin ekspertlərlə bağlı xüsusi qanunvericilik çərçivəsi olmalıdır ki, özbaşınalıq əleyhinə ciddi təminatlar olsun. Bu təminatlardan biri də ekspertlərin müzakirə olunana elmi sualla bağlı müvafiq kvalifikasiya və bacarıqlara sahib olması[2] və ekspertlərin müstəqilliyi və qərəzsizliyi[3] tələbəridir.

Hazırki işdə milli məhkəmələr qərarlarını bu qeyri-kafi ekspertiza rəylərinə əsaslandırmışdır və bu vəzyyət 2-ci maddənin tələblərinə uyğun deyildir. Çünki maddə 2-nin prosessual bağlığı tələb edir ki, şəxsin ölümü ilə bağlı şərait tam, ciddi, hərtərəfli və ətraflı analiz edilsin və ölümlə bağlı obyektiv kliniki nəticələrə gəlmək mümkün olsun.

Maddə 46

2-ci maddədən başqa, bu işin digər əhəmiyyətli tərəfi, Məhkəmənin 46-cı maddə ilə bağlı qənaətidir.Məhkəmə bu işi və daha əvvəl baxdığı Asiye Genç [4] işini nəzərə alaraq bildirir ki, hər dəfə Türkiyənin lazımi avadanlıqla təchiz olunmamış xəstəxanalarında vaxtından əvvəl və səhhət problemləri ilə doğulmuş uşaqların başqa xəstəxanalara köçürülməsi lazım olduqda, insan hüquqları pozuntuları məsələsi qalxacaqdır. Məhkəmə qeyd edir ki, Nazirlər Şurasının da dəstəyi ilə milli orqanlar bele hallarda atılması lazım olan addımların nədən ibarət olduğunu daha yaxşı müəyyən edə bilərlər. Lakin Məhkəmə ümumi olaraq görülə biləcək tədbirləri elan edir. Məsələn Məhkəmə qedy edir ki, belə struktur problemləri çox adama təsir edə bilər və cəmiyyət belə ölüm halları ilə bağlı heç də həmişə məlumatlı olmur deyə, ölkənin müvafiq qurumları müstəqil və qərəzssiz araşdırma aparmalı, zərərçəkənlərə bu araşdırmada iştirak etmək imkanı tanımalı, ekspertiza rəyi verəcək şəxs və qurumların hər bir işin xüsusisiyyətlərinə uyğun kvalifikasiya və bacarıqlara malik olmasını təmin etməli, ekspertiza rəyində ekspertlərə elmi qənaətlərini əsaslandırma tələbi qoymalıdır. Maraqlıdır ki, ekspertlərlə bağlı Məhkəmə burda yumşaq hüquq alətinə, « Avropa Şurası üzv Dövlətlərinin məhkəmələri tərəfindən təyin olunan ekspertlərin rolu ilə bağlı əsas prinsiplər [5] »ə istinad edir və bildirir ki, bu sənədin 138-ci bəndi Türkiyəyə 46-cı maddə ilə bağlı öhdəliklərini yerinə yetirməkdə istiqamət verə bilər.

©legallibrary.org