ŞƏRH: YAHOVA ŞAHİDLƏRİ DİNİ İCMASI AZƏRBAYCANA QARŞI – 20 fevral 2020

Yahova Şahidləri dini icması Azərbaycana qarşı;

Ərizə №.52884/09; 20/02/2020

Bu məhkəmə işində ərizəçi Azərbaycanda populyar olmayan dini icma idi. Həmin icma Azərbaycan ərazisinə dini məzmunlu ədəbiyyatlar idxal etmək istəmişdi. Ancaq əlaqəli hakimiyyət orqanları, həmin kitabların digər dinlərə qarşı düşmənçilik məzmunlu olması, ictimai iğtişaşlar potensialı daşıması əsası ilə ərizəçi icmanın dini kitabları idxal etməsinə icazə verməkdən imtina etmişdi. Bununla da həmin ədəbiyyatların ölkədə yayılmasının qarşısı alınmışdı.

Avropa Məhkəməsi bu işdə hesab etdi ki, daxili məhkəmələr kitabların məzmununa yönəlik mübahisəli iradları, dinlərarası münasibətlərin həssaslığını ümumi kontekstdə araşdırmaqda uğursuz olublar.

Ərizəçi icmaya münasibətdə ifadə azadlığı hüququnun pozulmasına qərar verən məhkəmə, 3042 avro ədalətli əvəz müəyyən etdi.