Mahmudov və Ağazadə Azərbaycana qarşı;
Ərizə №.28083/08; 22/07/2021
Ərizəçilər tənqidi mövqeyi ilə tanınan qəzetlərdən birinin baş redaktoru və əməkdaşı idi.
İş baş redaktorun və jurnalistin Azərbaycanın tanınmış siyasi xadimlərindən olan Cəlal Əliyevi ləkələdiyi iddia edilən məqaləyə görə cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı idi. C.Əliyevin xüsusi ittiham qaydasında şikayətindən sonra jurnalistlər Yasamal rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli hökmü ilə böhtana görə məhkum edilmişdilər. Onların hər biri iki il altı ay müddətinə azadlqıdan məhrum edilmişdi.
Təxminən bir il sonra Ali Məhkəmə hər iki jurnalistə verilən cəzanı təsdiq etmişdi. Ancaq Ali Məhkəmənin həmin qərarından əvvəl – 2007-ci ilin dekabrında jurnalistlər Azərbaycan prezidentinin əfvi ilə azadlığa buraxılmışdılar.
AİHM bu işdə də ərizəçilərin məhkumluğunun onun ifadə azadlığı hüququna qanuna uyğun müdaxilə olduğunu, eyni zamanda bu müdaxilənin “demokratik cəmiyyətdə zərurilik” testinə (iddiaçının reputasiyasının müdafiəsi zərurəti ilə ərizəçinin ifadə azadlığı hüququ arasında balansın müəyyən edilməsi; 10-cu maddədə təcəssüm olunmuş prinsiplərə uyğun standartların tətbiq edilməməsi; müdaxiləyə haqq qazandırmaq üçün uyğun və yetərli əsasların göstərilməməsi) cavab vermədiyini vurğuladı.
AİHM ərizəçilərə 3400 avro ədalətli əvəz müəyyən etdi.