ŞƏRH: MƏMMƏDOV və ABBASOV AZƏRBAYCANA QARŞI – 8 iyul 2021

Məmmədov və Abbasov Azərbaycana qarşı;

Ərizə №.1172/12; 08/07/2021

Bu işdə hər iki ərizəçi jurnalist idi. 2009-cu ildə qəzet redaksiyalarından birində polis axtarışı zamanı ərizəçilərin çəkiliş aparmalarına imkan verilməmiş, onlar qaba rəftarla üzləşmiş, çəkiliş apardıqları peşə alətləri əllərindən alınmışdı. Ərizəçilərdən biri isə saxlanılıb, bir saat sonra buraxılmışdı.

AİHM öz qərarında vurğuladı ki, jurnalistlərin peşə alətlərinin əllərindən alınması, onlardan birinin azadlığının polis maşınında saxlanılmaqla 1 saatlığa məhdudlaşdırılması, onların informasiya əldə etmə və yayma hüququndan yararlanmalarını ciddi şəkildə məhdudlaşdırıb. Bu müdaxilə, hər hansı qanuni məqsəd güdməyib, demokratik cəmiyyətdə zəruri olmayıb.

Jurnalistlərə rəsmilərin müdaxiləsini ifadə azadlığı hüququnun pozuntusu sayan AİHM həmçinin, 1 saat saxlanılmış ərizəçiyə münasibətdə həm də azadlıq və toxunulmazlıq hüqunun pozuntusunun baş verdiyi qərarına gəldi.

Məhkəmə ümumilikdə 12500 avro ədalətli əvəz müəyyən etdi.