Həsənov və Məcidli Azərbaycana qarşı;
Ərizə №.9626/14 9717/14; 07/10/2021
Bu işdə ərizəçilər müxalifət yönlü 2 gənc fəal idi. Onlar 2013-cü ilin iyul ayında Bakıdakı İçərişəhər metro stansiyasında vərəqələr yayarkən, polislər tərəfindən saxlanılmış, polisə aparılmış, bir gecə orda saxlanılmışdılar. Barələrində “inzibati xəta haqqında protokol” tərtib edilən ərizəçilər hökumət əleyhinə vərəqələr yaymaqda, polis məmurunun qanuni əmrinə tabe olmamaqda günahlandırlmış, 15 sutka həbs cəzasına məruz qalmışdılar.
AİHM bu işdə qeyd etdi ki, hökumət fərqli mülahizə irəli sürsə də, iş materiallarından yalnız o bəlli olur ki, ərizəçilər vərəqə yaymalarına görə saxlanılıblar, polisə aparılıblar və cəzalandırlıblar. Yayılan vərəqələrin məzmununun nə milli məhkəmələrdə, nə də digər araşdırmalar zamanı incələnmə predmeti olmadığını vurğulayan Məhkəmə hesab etdi ki, ərizəçilərə edilən müdaxilə, 10-cu maddənin 2-ci hissəsinin işığında qanuni olmayıb.
AİHM həmçinin, məhkəmə prosesinin ümumən ədalətli olmadığı qənaətinə gəlib, 6-cı maddənin pozuntusunu da tanıdı.
Ərizəçilərə ümumilikdə, 11700 ədalətli əvəz müəyyən edildi.