ŞƏRH: HƏSƏNOV AZƏRBAYCANA QARŞI – 8 iyul 2021

Həsənov Azərbaycana qarşı;

Ərizə №.52584/09; 08/07/2021

Bu işdə ərizəçi journalist, qəzet redaktoru idi. Müharibə iştirakçısı olan veteran haqda məqaləsinə görə, məhkum edilmiş ərizəçi mübahisəli məqalələrin müəllifi olmadığını iddia etsə də yerli məhkəmələr məqalələrin müəllifinin ərizəçi olması, başqa adlarla yazması, məqalələrin aşağılayıcı olmasını müəyyən etmişdi. Ərizəçi təhqirə görə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu işdə AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilirdi.

AİHM bu işdə ərizəçinin məhkumluğunun onun ifadə azadlığı hüququna qanuna uyğun müdaxilə olduğunu qeyd etdi. Ancaq bu müdaxilənin “demokratik cəmiyyətdə zəruriliyini” müəyyən edərkən, müdaxilənin testdən keçmədiyini (iddiaçının reputasiyasının müdafiəsi zərurəti ilə ərizəçinin ifadə azadlığı hüququ arasında balansın müəyyən edilməsi; 10-cu maddədə təcəssüm olunmuş prinsiplərə uyğun standartların tətbiq edilməməsi; müdaxiləyə haqq qazandırmaq üçün uyğun və yetərli əsasların göstərilməməsi) vurğuladı.

AİHM ərizəçiyə 1700 avro ədalətli əvəz müəyyən etdi.