Fətullayev işi defamasiyaya görə əsassız olaraq azadlıqdan məhrum etmə cəzasının sanksiya kimi tətbiq edilməsi (məhkəmə zorakılığa və ya irqi nifrətə təhrikə görə, belə sanksiyanın tətbiqinə haqq qazandıran xüsusi hal aşkar etmədi) və ərizəçinin bəzi ifadələrində defamasiyaya yol verilməsinin müəyyən edilməsinə haqq qazandırmaq üçün yetərli əsasların ortaya qoyulmaması, eləcə də ərizəçinin bəzi ifadələrinə sanksiya tətbiq etmək üçün terrorla mübarizə qanunvericiliyinin özbaşına tətbiq olunması ilə ərizəçi jurnalistin ifadə azadlığı hüququnun pozuntusu ilə bağlıdır.
Bu iş eləcə də mülki defamasiya icraatı zamanı qərar vermis hakimin, eyni ifadələrə görə açılan cinayət icraatı üzrə də qərar verməsi səbəbindən qərəzsiz məhkəmə hüququnun (6.1-ci maddənin pozuntusu) və dövlət ittihamçısının antiterror qanunvericiliyinin tətbiqi ilə bağlı verdiyi bəyanatlarda ərizəçinin təqsirsizlik prezumpsiyası hüququna müdaxilənin baş verməsinin müəyyən edilməsi (6.2-ci maddənin pozuntusu) ilə bağlıdır.
Avropa Məhkəməsi Fətullayev işi üzrə qərar verərkən, ərizəçi hələ də 8 illik həbs cəzasını çəkirdi. Məhkəmə həmçinin, ərizəçinin dərhal azadlığa buraxılmasına qərar verdi. Ərizəçinin ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu tanıyan Məhkəmə, 27822 avro ədalətli əvəz müəyyən etdi.