ŞƏRH: AKİF HƏSƏNOV AZƏRBAYCANA QARŞI – 19 sentyabr 2019

Akif Həsənov Azərbaycana qarşı – 7268/10

35-ci maddə

35-ci maddənin 1-ci bəndi

Altı aylıq müddət

Faktlar

20 noyabr 2008-ci il tarixində ərizəçi kiçik xuliqanlıqda təsirli bilinmişdir. Bu qərardan verdiyi şikayət 12 dekabr 2007-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməmişdir. Ərizəçi şikayətini Məhkəməyə 28 yanvar 2010-cu ildə təqdim etmişdir. 2014-cü ildə ərizəçi Məhkəməyə bildirmişdir ki, əlaqəsi olmayan məsələlərlə əlaqədar olaraq onun barəsidə olan iş materialları vəkilinin ofisindən Dövlət orqanları tərəfindən müsadirə edilmişdir.

Hüquq

35-ci maddənin 1-ci bəndi: Hökumət bildirmişdir ki, ərizəçi şikayəti təqdim edərkən altı aylıq müddət qaydasına riayət etməmişdir. Ərizəçinin yekun məhkəmə qərarı ilə avtomatik olaraq təmin edilmə hüququ olan hallarda 35-ci maddənin obyekti və məqsədinə riayət olunmasına qərarın ilkin olaraq şifahi elan edilməsindən asılı olmayaraq altıaylıq müddətin yazılı qərarın surətinin verilməsi tarixindən hesablanması ilə nail olunur.

Ərizəçi birinci instansiya məhkəməsinin qərarından şikayətini 26 noyabr 2007-ci il tarixində vermişdir. O, məhkəmə iclasında iştirak etməmiş və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində ona rəsmi olaraq qərarın təqdim edilməsi barədə sübut mövcud deyil. Ərizəçi bildirmişdir ki, qərarın surətini 24 avqust 2009-cu ildə almışdır. Bu iddia hər hansı bir şikayətin və ya sorğunun surəti və ya digər sübutlarla təsdiq edilmir.

İnzibati Xətalar Məcəlləsinə əsasən belə şikayətlərə 3 gün müddətində baxılmasını və ərizəçi tərəfindən şikayəti 26 noyabr 2007-ci ildə verilməsini nəzərə alaraq ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayəti münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair
fərdi məsuliyyətdən azad etmir.

Bundan əlavə, bir neçə şikayətinə cavab almadıqdan sonra 2008-ci il ərzində o, yerli inzibati və məhkəmə orqanları tərəfindən aparılan araşdırmaların səmərəsiz olduğunu artıq dərk etməli idi. Belə bir ciddi iddia üzrə uzun müddət ərzində hər hansı araşdırmanın və ya sorğunun olmaması ərizəçini müfafiq nəticəyə gəlməyə və ərizəni Məhkəmə göndərməyə vadar etməli idi. Ərizəçi onun fəaliyyətsizliyinə və ya birbaşa Məhkəməyə müraciət etməyinin gecikməsinə bəraət qazandıran hər hansı məlumat təqdim etməmişdir. Müvafiq olaraq, belə olan halda ərizəçi ərizəsini təqdim etdiyindən xeyli əvvəl (və əlbətdə 6 aydan çox əvvəl) belə nəticəyə gəlməli idi ki, həmin araşdırma səmərəsiz idi.