ŞƏRH: MAHMUDOV və AĞAZADƏ AZƏRBAYCANA QARŞI – 18 dekabr 2008

Bu işdə birinci ərizəçi «Müxalifət» qəzetinin baş redaktoru, ikinci ərizəçi həmin qəzetin əməkdaşı idi. Yerli məhkəmələr adışəkilən qəzetdə yayılmış, məzmunca tanınmış ictimai xadim, və deputatla bağlı olan məqaləni defamnativ hesab etmişdilər. Hər iki ərizəçi b öhtan və təhqirdə günahkar bilinmiş, 5 ay müddətinə azadlqıdan məhrum edilmişdilər.

AİHM hesab etdi ki, ərizəçilərin ifadə azadlığına müdaxilənin əsaslı olmasına baxmayaraq, cinayət cəzasının tətbiq edilməsi 10-cu maddəyə zidd olub.

Məhkəmə, 1000 avro mənəviz zərər əvəzi təzminat və 925 avro xərc və məsrəf əvəzi müəyyən etdi.