ŞƏRH: MƏMMƏDOV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI – 4 iyun 2020

MƏMMƏDOV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI (Ərizə № 52158/13; 53015/14 və 62872/16)

4 iyun 2020

Nə baş vermişdi?

Məhkəmə Qurban Məmmədov tərəfindən 04.11.2013-cü il tarixdə, Vaqif Musayev tərəfindən 17.07.2014-cü il tarixdə və Zakir Mustafayev tərəfindən 15.10.2016-cı il tarixdə daxil olmuş ərizələrin oxşar məzmununu nəzərə alaraq onları bir qərar çərçivəsində araşdırmağı məqsədəuyğun hesab etdi.

Ərizəçilər məhkəməyə qədər həbs müddətinin həddən artıq uzun olmasından şikayət etdilər.

Belə ki, yerli məhkəmələr tərəfindən Q.Məmmədov barəsində 6 ay 10 gün, V.Musayev barəsində 7 ay 7 gün və Z.Mustafayev barəsində 9 ay 27 gün müddətində həbs qətimkan tədbiri seçmişdilər.

AİHM qarşısında qaldırılan pozuntular

Q.Məmmədov, V.Musayev və Z.Mustafayev barələrində qəbul edilmiş yerli məhkəmələrin qərarlarından AİHM-ə şikayət etdilər.

Ərizəçilər hər biri Konvensianın 5-ci maddəsinin 3-cü bəndində, QMəmmədov isə əlavə olaraq 5-ci maddəsinin 4-cü bəndində təsbit olunmuş hüquqlarının pozulduqlarını irəli sürdülər.

Avropa Məhkəməsinin qiymətləndirməsi – 5-ci maddənin 3-cü bəndi ilə bağlı

AİHM ərizəçilərin müvafiq hüquqlarının pozulduğuna qərar verdi.

Məhkəmə təqdim olunmuş bütün materialları incələdikdən sonra bu şikayətlərin qəbuledilənliyi və mahiyyəti barədə fərqli bir nəticəyə gəlməyə inandıracaq heç bir fakt və ya dəlil müəyyən etmədi. Bu mövzu ilə bağlı presedent hüququqnu da diqqətə alan Məhkəmə hesab edir ki, mövcud işlərdə ərizəçilərin məhkəməyə qədər həbs müddəti həddindən artıq olub.

Buna görə də Məhkəmə şikayətləri qəbuledilən elan etdi və Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusuna yol verildiyini açıqladı.

Avropa Məhkəməsinin qiymətləndirməsi – 5-ci maddənin 4-cü bəndi ilə bağlı

AİHM Q.Məmmədovun müvafiq hüququnun pozulduğuna qərar verdi.

Q.Məmmədov, həmçinin yerli məhkəmələrin Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə zidd olaraq, onun azadlığa buraxılmasını dəstəkləyən konkret arqumentləri nəzərə almamasından şikayət edib.

Məhkəmə qeyd edir ki, ərizəçinin bu şikayətləri Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O daha sonra qeyd edir ki, şikayətlər hər hansı başqa səbəblərə görə qəbul olunmayan sayıla bilməz. O, daha sonra qeyd etdi ki, şikayətlər hər hansı başqa saaəbəblərə görə qəbul olunmayan sayıla bilməz. Buna görə də onlar qəbul olunan elan edilməlidir.

Bu işdə ərizəçinin iddiaları Əliyev Azərbaycana qarşı işindəki ərizəçinin iddialarının bənzəridir.

Beləliklə, bu işlər arasındakı bənzərlikləri nəzərə alan Məhkəmə onu həmin qərarda gəlinən nəticədən fərqli nəticələrə gəlməyə məcbur edəcək heç bir hal müəyyən etmədi. Hazırkı işin hallarını və bu hallarla Əliyev Azərbaycana qarşı (yuxarıda göstərilən) işinin bütün uyğun və vacib xüsusatları arasındakı aydın bənzərliyi də nəzərə alan Məhkəmə, onu həmin qərarda gəlinən nəticədən fərqli nəticələrə gəlməyə məcbur edəcək heç bir hal müəyyən etmədi.

Buna görə də Q.Məmmədovun həbsinin qanuniliyi Avropa Konvemsiyasının 5-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq araşdırılmayıb.

AİHM yekunda mənəvi ziyana görə ərizəçilərin hər birinə 3000 avro, xərc və məsrəflərə Q.Məmmədov istisna olmaqla, digərlərinə 500 avro təzminat ödənilməsinə qərar verdi.