ŞƏRH: HACIYEV AZƏRBAYCANA QARŞI – 9 dekabr 2021

Rövşən Hajıyev Azərbaycana qarşı;

Ərizə №.19925/12 47532/13; 09/12/2021

Bu işdə ərizəçi müxalif “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev (Hacıbəyli) idi. Məhkəmə işi jurnalistin Qəbələ rayonunda yerləşən radiolakasiya stansiyasının ətraf mühitə təsiri haqda məlumatları istəməsi, əlaqəli qurumların həmin məlumatları təqdim etməməsi və yerli məhkəmələrin buna haqq qazandırması ilə bağlı idi.

Məhkəmə bu işdə qeyd etdi ki, “informasiya əldə etmək fərdin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün alət rolunu oynayır və bundan imtina həmin hüquqa müdaxilə sayılır”. AİHM mübahisə mövzusu olan informasiya sorğusunun məqsədini, axtarılan informasiyanın xarakterini, informasiyanın hazır və əlçatan olub-olmamasını araşdırdı, qeyd etdi ki, ərizəçinin istədiyi hazır və əlçatan olan informasiya ictimai maraq doğuran məsələyə aid idi.

Bu informasiyanın əldə edilməsi bir jurnalist kimi ərizəçinin məlumat almaq və yaymaq hüququndan istifadə etməsində mühüm rol oynayırdı. Belə informasiyaya çatımın təmin edilməməsi Konvensiyanın 10-cu maddəsinə ziddir.

Məhkəmə 1500 avro ədalətli əvəz müəyyən etdi.