Kommunikasiya 6 dekabr 2017-ci il tarixdə başlamışdır
BEŞİNCİ SEKSİYA
Ərizə № 612/12 və 34528/13
Ramiz Əhədov Azərbaycana qarşı və Zərifə Məhəddinova və digərləri Azərbaycana qarşı
Ərizələr 14 dekabr 2011-ci il və 13 may 2013-cü il tarixdə qəbul edilmişdir
Ramiz Əhədov Azərbaycana qarşı Ərizə № 612/12
Ərizəçi, Azərbaycanda müxalifət partiyalarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. O, 2 aprel 2011-ci il tarixdə müxalif siyasi qüvvələrin Bakı şəhərində təşkil etdiyi nümayişdə iştirak edib. Saat 14:00 radələrində azad seçkilərlə bağlı şüarlar səsləndirərkən, 4 polis ona yaxınlaşıb, qollarını arxasına qatladı. Ərizəçi zorla polis avtobusuna aparaldı. Avtobusda Nəsimi Rayon Polis İdarəsinin rəis müavini, əvvəlki nümayişlərdən onu tanıyan S.N Ərizəçini təhqir etdi, polislərə onunla daha sərt davranmağı əmr etdi. Ərizəçi fiziki müdaxilə zamanı qışqırırdı. Buna baxmayaraq, Ərizəçi S.N-nin əmri ilə polis əməkdaşları tərəfindən “dubinka” ilə döyüldü. Ərizəçi huşunu itirdi, bir müddət huşsuz vəziyyətdə yerdə uzanıb qaldı. Polis əməkdaşları onu sürüyüb başqa bir polis maşınına, ordan Səbail Rayon Polis İdarəsinə aparıblar. Ərizəçi polis nəzarətində olarkən, tibbi müayinə və yardım istəyib, ancaq onun tələbləri rədd edilib.
Ərizəçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 298-ci (İctimai toplantıların keçirilməsi qaydalarının pozulması) maddəsinin pozuntusunda günahlandırıldı, ona xəbərdarlqı edildi. Ərizəçi səhərə yaxın, saat 5 radələrində sərbəst buraxıldı.
Ərizəçi Səbail rayon prokurorluğuna 2 aprel 2011-ci il tarixdə müxalifətçi olmasına görə həbs olunmasından, həbs olunduğu zaman döyülməsindən, təhqir olunmasından şikayət etdi. Tələb etdi ki, ona qarşı qanunsuzluğa yol vermis polislərə cinayət işi açılsın.
Ərizəçinin sol qolunda qançır olması 4 aprel 2011-ci il tarixli məhkəmə tibb ekspertizasında əksini tapmışdı. Kliniki Tibbi Mərkəzin 5 aprel 2011-ci il tarixli tibbi arayışında da Ərizəçinin xəsarətləri əksini tapmışdı. Həmçinin, “Azadlıq” qəzetinin 24-25 aprel 2011-ci il tarixli nömrəsində yayılmış fotolardan S.N. və digər polis əməkdaşlarının Ərizəçinin qolunu burması əksini tapmışdı.
Səbail rayon prokurorluğu Ərizəçinin şikayəti üzrə 5 may 2011-ci il tarixdə qərar Verdi. Həmin qərarla Ərizəçinin tutulması zamanı polis tərəfindən döyüldüyünə dair heç bir sübut olmaması əsası ilə cinayət işi açılmasından imtina olundu. Prokurorluq hesab etdi ki, xəsarət izləri Ərizəçinin polislərə müqavimət göstərməsi nəticəsində yaranıb.
Ərizəçi 3 iyun 2016-cı il tarixdə həmin qərardan məhkəməyə şikayət etdi. İddia etdi ki, rayon prokurorluğu onun pis rəftar şikayəti ilə bağlı səmərəli araşdırma aparmayıb. 13 iyun 2011-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi Ərizəçinin şikayətini rədd etdi.
16 iyun 2011-ci il tarixdə Ərizəçi apellyasiya məhkəməsinə şikayət etdi. 24 iyun 2011-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qanuni hesab etdi.
Zərifə Məhəddinova və digərləri Azərbaycana qarşı Ərizə № 34528/13)
4 Ərizəçi müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri və fəallardır.
1. Birinci və ikinci Ərizəçilərin pis rəftar iddiaları
Ərizəçilər müxalif siyasi partiyaların birləşdiyi İctimai Palatanın 14 may 2012-ci il və 21 may 2012-ci il tarixdə Bakı şəhərində keçirdiyyi nümayişdə iştirak ediblər. İştirakçılar 14 may 2012-ci il tarixdə keçirilmiş nümayişdə korrupsiyaya və insan hüquqları pozuntularına qarşı tədbirlərin görülməsini, 21 may 2012-ci il tarixdə keçirilmiş aksiyada isə Azərbaycanda siyasi məhbusların sərbəst buraxılmasını tələb edirdilər. Polis hər iki etiraz aksiyasını icazəsiz olması əsası ilə dağıdıb.
(a) Birinci Ərizəçi, xanım Zərifə Mahaddinova
Ərizəçi 14 may 2012-ci il tarixdə keçirilmiş nümayiş zamanı polislərin aksiyanı dağıtmaq üçün həyata keçirdiyi əməliyyat zamanı 6-7 polis əməkdaşı tərəfindən fiziki basqı ilə üzləşdi. Onu itələdilər. O, yıxılacaqdı, ancaq dördüncü Ərizəçi onu tutdu. Ardınca, tanımadığı bir polis məmuru onun boynunu qucaqlayıb, sıxdı, hərəkətlərinə hakim ola bilmədi, bir müddətliyə görmə imkanları əngəlləndi. Uzun müddət sağ çiynində, sağ qulağında və gözlərində ağrılar hiss etdi. Bunlar polis tərəfindən təhqir olunması ilə müşayət edildi. Polis əməkdaşları Ərizəçini nümayişdə iştirak edən 6-7 qadınla birgə zorla avtobusa mindidirdilər, onlar avtobusda saxlanıldı, şəhəri dövrə vurandan sonra sərbəst buraxıldılar.
Ərizəçi 21 may 2012-ci il tarixdəki nümayişi zamanı da bir neçə polis əməkdaşının fiziki müdaxiləsinə məruz qaldı, onu itələdilər, təhqir etdilər. Fiziki güc tətbiq edildiyindən, xəsarət aldı. Bir neçə ay ərzində Ərizəçinin bədənində qançırlar vardı. Polislər onun iki əlindən yapışıb, sürüyə-sürüyə maşına aparmışdılar. O, ağrıdan qışqırırdı, ikinci ərizəçi ona kömək etməyə çalışmışdı. Nəticədə polis əməkdaşları onu buraxdı və ikinci Ərizəçini sürüyə-sürüyə avtomobilə apardılar.
(b) İkinci Ərizəçi xanım Natavan Səlimzadə
Ərizəçi 14 may 2012-ci il tarixdə keçirilən nümayişdə polis əməkdaşının itələməsi nəticəsində yerə yıxıldı, ağrılar keçirdi. Polislər onu söyüb, təhqir etdilər, alçaltmaq üçün bədəninin bəzi hissələrinə qəsdən toxundular. Ərizəçi xəsarətlər almışdı.
21 may 2012-ci il tarixdə keçirilən nümayiş zamanı polis əməkdaşları onu mühasirəyə alıb pilləkənlərin yanında yerə yıxdılar, nəticədə o, xəsarət aldı. Polis əməkdaşları onun qollarından tutub, sürüdülər. Ərizəçi huşunu itirmişdi, həmin gün 2 saat xəstəxanada qaldı.
2. kütləvi aksiyanın dağıdılma
(a) Üçüncü Ərizəçi xanım Kəmalə Xəlilova
14 may 2012-ci il tarixdə keçirilən nümayişdə polislər Ərizəçini itələdi. O, yıxıldı və dizindən xəsarət aldı, onu söydülər. Polislər onu sürüyüb zorla avtobusa mindirdilər.
21 may 2012-ci il tarixdə keçirilən nümayiş zamanı eyni polis əməkdaşları Ərizəçini yenidən təhqir etdilər. Onu Səbail Rayon Polis İdarəsinə apardılar, onu aparan polislər Ərizəçini söyüb təhqir etdilər.
(b) Dördüncü Ərizəçi xanım Mardanə Hüseynova
14 may 2012-ci il tarixdə keçirilən nümayişdə polis məmuru Ərizəçini arxadan vurub itələdi. Ərizəçi ikinci Ərizəçiyə kömək etmək istəyərkən, polislər onu arxadan vurub maşına tərəf itələdi. Qaçmaq istəyərkən bir polis əməkdaşı dayandırmaq üçün onun ayağından vurdu.
21 may 2012-ci il tarixdə keçirilən nümayiş zamanı Ərizəçi saxlanıldı və Səbail Rayon Polis İdarəsinə aparıldı.
SUAL
8 və 9 avqust 2014-cü il tarixlərdə Ərizəçilərin işləri ilə bağlı materiallar onların nümayəndəsi İ.Əliyevin ofisindən götürülmüşdür. Dövlət bununla, Ərizəçilərin Avropa Konvensiyasının 34-cü maddəsi ilə təminat altına alınan müraciət etmək hüququnun səmərəli şəkildə həyata keçirilməsinə mane olubmu?