Qrup ərizələr və çoxsaylı ərizəçilər nə deməkdir?
Ərizəçi və ya nümayəndə iki və ya daha çox ərizəçinin müxtəlif hallara əsaslanan şikayətləri ilə bağlı Məhkəməyə müraciət etdiyi halda, hər bir şəxs üçün bütün lazımi məlumatları əks etdirən ayrıca ərizə forması doldurulmalıdır. Hər bir ərizəçininn işinə aid olan sənədlər həmin şəxsin ərizə formasına əlavə olunmalıdır.
Ərizəçilərin sayı beşdən çoxdursa, nümayəndə, ərizə formaları və sənədlərdən əlavə, hər bir ərizəçinin lazımi məlumatlarını əks etdirən cədvəl təqdim etməlidir.
Sənədlə tanış olmaq üçün PDF yüklə