QHT-lərin qeydiyyatı – AİHM növbəti qərarını elan edir

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyulun 25-də Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə qərarını elan edəcək. Bu şikayət İnsan Haqları Klubu təşkilatının qeydiyyatı ilə bağlıdır.

Bu işdə şikayətçilər Rasul Jafarov, Emin Huseynov, Sabuhi Gafarov və İHK-dur. Onlar 9 il əvvəl Bakıda İnsan Haqları Klubu İctimai Birliyi adlanan qeyri-hökumət təşkilatını təsis ediblər. Bütün qeydiyyat sənədləri qanuna uyğun şəkildə Ədliyyə Nazirliyinə təqdim edilib, amma qeydiyyatdan imtina edilib. Yerli məhkəmələr isə nazirliyin bu qərarından şikayətləri rədd ediblər.

Ərizəçilər AİHM-ə şikayətlərində birləşmək hüququnun pozulduğunu iddia ediblər.

AİHM-in işlə bağlı məlumatında şikayətçilərdən ikisinin basqılar səbəbindən Azərbaycandan mühacirət etməsindən, Cəfərovun isə bir müddət həbsdə tutulmasından da bəhs edilir.