İCRADAKI İŞLƏR: QARAYEV İŞİ QRUPU

Ölkədən çıxarmaq / ekstradisiya etmək

 

İşin təsviri

 

Qarayev Azərbaycana qarşı53688/08, qərarın tarixi 10/06/2010, qəti 10/09/2010

Çankayev Azərbaycana qarşı, 56688/12, qərarın tarixi 14/11/2013, qəti 14/02/2014

Terşiyev Azərbaycana qarşı, 10226/13, qərarın tarixi 31/07/2014, qəti 15/12/2014

 

Qarayev işi:

Ərizəçinin işgəncələrə, qeyri-insani və ya alçaldıcı rəftara və ya cəzaya məruz qala biləcəyi halda Özbəkistana verilməsi Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edib;

işgəncə və ya pis rəftar riski zəmnində ekstradisiya edilməyə etiraz etmək üçün effektiv daxili müdafiə vasitələrinin mövcud olmaması (13-cü maddənin pozulması);

Ərizəçinin ekstradisiya edilənə qədər Konvensiyanın uyğun hesab etdiyi keyfiyyət standartına cavab verməyən qanun əsasında həbs edilməsi ilə onun azadlıq və təhlükəsizlik hüququna müdaxilə edilməsi (Konvensiyanın 5.1-ci (f) maddəsinin pozuntusu);

həbsdə saxlanılmasını məhkəmə yolu ilə mübahisələndirə bilməsi imkanına sahib olmaması səbəbindən Ərizəçinin azadlıq və təhlükəsizlik hüququnun pozuntusu (Konvensiyanın 5§4-cü maddəsinin pozuntusu).

Çankayev, Terşiyev işləri:

İşgəncə və ya pis rəftar riski səbəbindən ekstradisiyaya etiraz etmək üçün effektiv daxili müdafiə vasitələrinin olmaması (3-cü maddə ilə birlikdə 13-cü maddənin pozuntusu).

Bu işlərdə Məhkəmə qərar verdi ki, ərizəçiləri qəbul edilmiş qərarlar qüvvəyə minənə və ya növbəti qərar verilənə qədər 39-cu Qaydaya uyğun olaraq, təhvil verməməsi Hökumətə bildirilsin.

Məhkəmə, həmçinin, hesab etdi ki, ərizəçilərin Rusiya Federasiyasına verilməsi 3-cü maddənin pozuntusunu təşkil etməyibə

 

İcranın durumu

 

Fərdi tədbirlər:

Ərizəçi (Qarayev) 16.10.2010-cu il tarixdə sərbəst buraxıldı. Baş Prokuror 24.08.2011-ci il tarixli qərarı ilə ərizəçinin ekstradisiya edilməsini nəzərdə tutan qərarı ləğv etdi.

 

Ümumi tədbirlər:

Qarayev işi üzrə Məhkəmənin qərarı tərcümə olunub, dərc edilib və prokurorlar arasında yayılması təmin edilib. 28/11/2011-ci il tarixdə qərarın icrası ilə bağlı fəaliyyət planı təqdim edilib. Həmin fəaliyyət planına əsasən, tutulan şəxslərin ekstradisiya ilə bağlı hüquqlarının təmini üzrə qanunvericiliyə dəyişikliklər hazırlanır (bax: Azərbaycan Prezidentinin 27/11/2011-ci il tarixdə imzaladığı “İnsan hüquqları və azadlıqlarının müdafiəsinin effektivliyinin artırılması üçün Milli Fəaliyyət Proqramı” nın 1.2.3. bəndi; Milli Proqrama uyğun olaraq qanunvericiliyə dəyişikliklərin 2012-ci ilin sonuna qədər tamamlanması gözlənilirdi).

Hökumət Çankayev və Terşiyevin işləri ilə bağlı heç bir məlumat təqdim etməyib.

Bu işlər üzrə birləşdirilmiş fəaliyyət planı / fəaliyyət hesabatı gözlənilir.

 

Son yenilənmə: 30 aprel 2020-ci il (yeniləmə davam edəcək)