Kommunikasiya 12 mart 2018-ci il tarixdə başlamışdır
BEŞİNCİ SEKSİYA
Ərizə № 60824/08
Qənimət ZAYİDOV Azərbaycana qarşı
Ərizə 15 noyabr 2008-ci il tarixdə qəbul edilmişdir
FAKTLARIN TƏSVİRİ
Ərizəçi cənab Qənimət Zayidov Azərbaycan vətəndaşıdır, 1963-cü ildə ildə doğulub, Bakı şəhərində yaşayır. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquşunas cənab R.Hacılı və E.Sadıqov tərəfindən təsmil olunur.
İŞİN HALLARI
İşin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi jurnalistdir, “Azadlıq” qəzetinin baş redaktorudur.
Ərizəçi 7 noyabr 2007-ci il tarixdı Bakıdakı nəşriyyatlardan birinin qaşısında, bir qadınla (S.Q.) sözlü mübahisə edib. Həmin vaxt S.Q ilə tanış olan bir nəfər (V.H.). onlara yaxınlaşıb, mübahisəyə qoşulub. V.H.-nin müdaxiləsindən sonra sözlü mübahisə Ərizəçi ilə V.H. arasında fiziki mübahisəyə çevrilib. V.H. hadisədən sonra bir həkim (F.Z.) tərəfindən müayinə edilib, stasionar müalicə alıb.
V.H. həmin gün Yasamal Rayon Polis İdarəsinə şikayət edib və həmin idarədə bəhs olunan hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
S.Q. və V.H. 9 noyabr 2007-ci il tarixdə məhkəmə eksperti tərəfindən müayinə edilib. S.Q.-yə münasibətdə ekspert onun xəsarət əlamətlərinin olmadığı rəyi verib. V.H.-yə münasibətdə isə, ekspert rəy verib ki, onun burnunda, sol qulaqında, yuxarı dodağında və başında qançırlar olub. V.H.-yə eyni zamanda rentgen müayinəsi əsasında sağ yanaq sümüyünün “natamam sınığı” diaqnozu qoyulub. Ekspert rəyinə görə, xəsarətlər “sağlamlığa az ağır zərər verən”, uzunmüddətli təsir göstərən olub.
Ərizəçi 10 noyabr 2007-ci il tarixdə 9 noyabr 2007-ci il tarixli ekspert rəyinin saxta və etibarsız olduğunu iddia edib, V.H.-nin təkrar ekspertizadan keçirilməsini tələb edib. Müstəntiq Ərizəçinin tələbini təmin edib, yeni ekspertizanın keçirilməsinə qərar verib. 23 noyabr 2007-ci il tarixdli yeni ekspert rəyi V.H.-nin bədənində göyərmə və xəsarətlərin olmasını təsdiqləyib.
11 noyabr 2007-ci il tarixdə Ərizəçiyə Cinayət Məcəlləsinin 127.2.3 (sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham elan olunub. Həmin tarixdə Yasamal Rayon Məhkəməsi Ərizəçinin məhkəməyə qədər həbs tədbiri seçilmədən mühakimə olunmasına qərar verib.
İşi araşdıran prokuror 11 dekabr 2007-ci il tarixdə ittiham aktını Yasamal Rayon Məhkəməsinə təqdim edib. Məhkəmə prosesi 2008-ci il yanvarın 7-də başladı. Hazırlıq iclasında Ərizəçi bir sıra vəsatətlər verdi. 19 fevral 2008-ci il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi bildirdi ki, V.H-nin tibbi müayinəsi ilə bağlı ekspert rəyləri Hansı ki, həmin görüntülər V.H-nin aldığı xəsarətlərin şiddətini təyin etmək üçün vacib idi, cinayət əməlinin tövsifində həlledici rol oynamışdı. Ərizəçi həmçinin, məhkəmədən araşdırma və yeni rentgen müayinəsi keçirilməsini istədi. Məhkəmə Ərizəçinin bu tələblərini heç bir səbəb göstərmədən rədd etdi.
Yasamal Rayon Məhkəməsi 7 mart 2008-ci il tarixdə Ərizəçiyə hökm oxudu, onu dörd il müddətinə azadlıqdan məhrum etdi. Məhkəmə, hökmünü tibbi ekspertlərin rəyləri, məhkəmə sübutları və çoxsaylı şahidlərin ifadələri, o cümlədən tibbi ekspertlərin ifadələrilə əsaslandırdı. Şahidlərdən A.I. nəşriyyatın yaxınlığında iki kişinin dalaşdığını gördüyünü, digər şahid İ.T. hadisə yerində olduğunu və gözlük taxan hündür bir kişinin başqa bir şəxsi vurub, yerə yıxdığını gördüyünü söylədi. S.Q. isə ifadəsində Ərizəçinin V.H.-nı yumruqla başından vurduğunu, bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirdiyini söylədi. Məhkəmədə həmçinin, xəstə olması səbəbindən iclasa gələ bilməyən şahidlərdən birinin ifadəsini elan etdi, həmin ifadədə dalaşanlardan birinin digərini yerə yıxıb döyməsi ifadə olunurdu. V.H.-nin məhkəmə ekspertizasını keçirmiş iki tibb mütəxəssisi də məhkəmədə ifadə verdi.
Ərizəçi birinci instnasiya məhkəməsinin tərəflərin bərabərliyi prinsipi pozulmaqla keçirildiyini, qərarın əsaslandırlmadığını bildirdi, apellyasiya şikayəti verdi. Bildirdi ki, tibbi ekspert rəyləri məhkəmə araşdırmasına təqdcim edilməyib, rentgen görüntüləri araşdırlmayıb, bununla bağlı vəsatətlər nəzərə alınmayıb.
Bakı Apelyasiya Məhkəməsi 13 may 2008-ci il tarixdə Ərizəçinin şikayətini rədd etdi, aşağı məhkəmənin qərarını qüvvədə saxladı. Ərizəçi həmin qərardan kassasiya şikayəti verdi. 26 avqust 2008-ci il tarixdə Ali Məhkəmə Ərizəçinin şikayətini rədd etdi və aşağı məhkəmələrin qərarlarını qüvvədə saxladı.
ŞİKAYƏTLƏR
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndinə əsaslanaraq, ona qarşı cinayət təqibinin ədalətli olmamasından şikayət edir. Özəlliklə, daxili məhkəmələrin tərəflərin bərabərliyi prinsipini pozduğunu, onun əleyhinə olan şahidləri araşdırmadığını iddia edir, əsaslandırılmış qərar almaq hüququnun pozulduğunu bildirir.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçinin konkret iddiaları nəzərə allınmaqla, Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, ona qarşı irəli sürülən cinayət ittihamları ilə bağlı ədalətli məhkəmə araşdırması təmin olunubmu? Tərəflərin bərabərliyi prinsipi sübutların öyrənilməsi, ekspertiza məsələlərində təmin edilibmi? Özəlliklə:
(a) V.H-nin xəsarət dərəcəsini müəyyənləşdirən tibbi ekspert rəyindəki rentgen görüntüsü cinayət işinin materiallarında varmı? Ərizəçiyə bu sübutu araşdırmaq imkanı verildimi? Həmin dəlil yoxdursa, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinə uyğundurmu?
(b) Ərizəçiyə öz dəlillərini təqdim etmək üçün yetərli bir fürsət verildimi? Daxili məhkəmələr Ərizəçinin V.H. ilə əlaqəli əlavə sübutlar istəməsi barədə vəsatələri rədd etdimi?
2. Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndinin tələb etdiyi kimi, Ərizəçininlehinə olan şahidlərə onun əleyhinə olan şahidlərlə eyni şərtlərlə məhkəmədə iştirakı təmin edildimi? Daxili məhkəmələr F.Z. ilə bağlı araşdırmadan imtina etdimi? Edibsə, bu, Konvensiyanın 6-cı maddəsinin 1 və 3 (d) maddələrinə uyğun idimi?
3. Ərizəçi məhkəmədən əvvəl V.R. daxil olmaqla, ona qarşı ifadə etmiş şahidlərə suallar verə, dinləyə bildimi? V.R.-nin məhkəmədən əvvəl verdiyi ifadələrin məhkəmədə qəbul edilməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndinə uyğun idimi?
4. Tərəflərdən məhkəmə iclaslarının protokollarını, ərizəçinin müraciətlərini, vəsatətlərini, vəsatətləri dəstəkləyən zəruri sənədləri, sübutlar təqdim etmələri xahiş olunur.