Fərdi şikayət hüququ Avropa İnsan Hüquqları Konvensiyasının fərqləndirici xüsusiyyəti və ən böyük nailiyyətidir. İnsan hüquqlarının pozulduğunu düşünən fiziki şəxslər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək imkanına malikdirlər. Lakin Konvensiyada müəyyən olunmuş, məhkəmə işinin baxılmasından əvvəl ödənməli olan vacib qəbuledilənlik tələbləri mövcuddur. Məsələn, ərizəçilər ölkədaxili hüquq müdafiə vasitələrini tükəndirmiş olmalı, şikayətlərini ölkədaxili yekun qərarın verildiyi tarixdən sonra altı ay müddətində təqdim etməlidirlər. Təlimat ilə yaxından tanış olmaq və sənədi yükləmək mətnin sonunda PDF yüklə düyməsinə basın.
Bu nəşr Şərq Tərəfdaşlığı ölkələri üçün Proqram Əməkdaşlığı Çərçivəsində (PCF 2015-2017) Avropa İttifaqının və Avropa Şurasının “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Birgə Proqramının vəsaiti hesabına dərc olunub.