KEÇMİŞ İKİNCİ SEKSİYA
NUSRET KAYA VƏ BAŞQALARI TÜRKİYƏYƏ q.
(Ərizə no. 43750/06, 43752/06, 32054/08, 37753/08 və 60915/08)
QƏRAR
[Çıxarışlar]
STRAZBURQ
22 aprel 2014
QƏTİ
08/09/2014
Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Nusret Kaya və başqaları Türkiyəyə q. işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (keçmiş ikinci seksiyası) :
Guido Raimondi, sədr,
Işıl Karakaş,
Dragoljub Popović,
András Sajó,
Nebojša Vučinić,
Paulo Pinto de Albuquerque,
Helen Keller, hakimlər,
və Seksiya Katibi Stanley Naismithdən ibarət tərkibdə
25 mart 2014-cü ildə gizli məşvərət keçirərək,
Həmin tarixdə aşağıdakı qərarı qəbul etmişdir :
PROSEDUR
1. İş Türkiyənin beş vətəndaşı Cənablar Nusret Kaya, Ahmet Gerez, Mehmet Şirin Bozçalı, Mesut Yurtsever və Mehmet Nuri Özen (« ərizəçilər ») tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Türkiyə Respublikasına qarşı 4 oktyabr 2006 (ərizə no. 43750/06 və 43752/06), 24 iyun (ərizə no. 32054/08), 24 iyul (ərizə no. 37753/08) və 25 noyabr 2008-ci ildə (ərizə no. 60915/08) göndərilən ərizəlrlə başlamışdır.
2. C. Kayaya Məhkəmə qarşısında özünü təmsil etmək icazəsi verilmişdir. C. Bozçalı Məhkəmə qarşısında İstanbulda vəkillik edən C. Erbil tərəfindən, C. Yurtsever və C. Özen Karsda vəkil işləyən C. Vargün tərəfindən, C. Gerez isə Karsda vəkillik edən C. O. Gündoğdu tərəfindən təmsil olunmuşdur.
Türkiyə hökuməti (« Hökumət ») öz nümayəndəsi tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçilər xüsusilə iddia edirlər ki, telefon danışıqlarına hörmət hüququnun (Konvensiyanın 8-ci maddəsi) pozuntusuna məruz qaldıqlarını və ədalətli məhkəmə araşdırmasından (Konvensiyanın 6-cı maddəsi) faydalanmamışlar. Onlar həmçinin Konvensiyanın 3, 13, 14, 17 və 18-ci maddələrinin pozuntusundan şikayət edirlər.
4. 18 yanvar 2010-cu ildə, ərizələr barədə Hökumətə məlumat verilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçilər müvafiq olaraq 1972, 1965, 1966, 1974 və 1976-cı ildə anadan olmuşlar.
A. Nusret Kaya və Ahmet Gerez (ərizə no. 43750/06 və 43752/06)
6. Ərizələrini göndərdikləri zaman ərizəçilər Muşda E tipli həbsxanada cəza çəkirdilər.
7. Başqa bir həbsxanada – Erzurumun H tipli həbsxanası – qaldıqları zaman, Erzurum icra hakiminə müraciət edərək, həbsxana müdiriyyətinin onların telefon danışıqlarına, kürdcə danşmaqlarına icazə verməməklə etidiyi məhdudiyyəti qaldırmasını xahiş etmişlər.
8. 29 may 2006-cı ildə iş materiallarına baxaraq, icra hakimi bu vəsatəti rədd etmişdir. Qərarın əsaslandırma hissəsində o ilkin olaraq bildirmişdir ki, Konstitusyanın 22-ci maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi yazışma azadlığını təmin etsə də, hər iki müddəa, mill təhlükəsizlik və ictimai qayda motivləri ilə bu azadlığa məhdudiyyətlər də nəzərdə tutur. Hakim daha sonra bildirmişdir ki, cəzaların icrası və preventiv tədbirlər haqqında 5275 saylı qanun (« 5275 saylı qanun ») nəzərdə tutur ki, telefon danışıqları cəzaların icrası və preventiv tədbirlər haqqında qaydalarda (« qaydalar ») göstərlən şərtlərdə və prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. O həmçinin bildirmişdir ki, həbsxana müdiriyyəti hələ, bu qaydaların 88/2 p) maddəsinə uyğun olaraq, maraqlı şəxslərin danışmaq istədiyi şəxslərin türkcə danışıb-danışmadığının yoxlanması barədəki sorğusuna cavab almamışdır. Hakim bununla bağlı vurğulamışdır ki, bu məsələ araşdırılmalıdır və maraqlı şəxslərin vəsatəti həbsxananın ümumi təcrübəsi idi və hakimin fikrincə, bu, qanuna zidd deyildi. Hakim belə nəticəyə gəlmişdir ki, həbsxana müdiriyyəti 5275 saylı qanuna və qaydaların 88/2 p) maddəsinə uyğun hərəkət etmişdir.
9. 11 may 2006-cı ildə, ərizəçilər bu qərardan appelaysiya şikayəti vermişlər.
10. 12 iyul 2006-cı ildə Erzurum Appelyasiya Məhkəməsi ərizəçilərin şikayətini rədd etmiş və hesab etmişdir ki, cəza hakiminin qərarı nə prosedura, nə də qanunlara zidd deyildir.
B. Mehmet Şirin Bozçalı və Mesut Yurtsever (ərizə no. 32054/08 və 37753/08)
11. Ərizələrini göndərildiyi zaman ərizəçilər Boluda F tipli həbsxanada cəza çəkirdilər.
12. Bu həbsxanada olduqları zaman, 5 may 2008-ci ildə ərizəçilər Bolu cəza hakiminə müraciət edərək, həbsxana müdiriyyətinin onların telefon danışıqlarına, kürdcə danşmaqlarına icazə verməməklə etidiyi məhdudiyyəti qaldırmasını xahiş etmişlər.
13. 13 may 2008-ci ildə, Bolu cəza hakimi bu vəsatəti rədd edərək bildirmişdir ki, hesab etmişdir ki, həbsxana müdiriyyətinin təcrübəsi prosedur və qanuna uyğundur. O qərarda bildirirdi ki, cəzaçəkmə mərkəzlərində və tutulma yerlərindəki məhbusların və məhkumların kənarda olan yaxınları ilə telefon danışıqları ilə bağlı qaydalar 17 fevral 2007-ci ildə ləğv edilmişdir. O bildirirdi ki, bu qaydalarda türk dilindən başqa bir dildə telefon danışığı ilə bağlı müraciətlərin baxılması barədə heç bir müddəa yoxdur. Hakim göstərirdi ki, 5275 saylı qanun qavvəyəy minmişdir və qaydaların 88-ci maddəsi yeni prinsiplər müəyyən edirdi və onları nəzərə almaq lazımdır. O, bu sonuncu müddəada həbsxanalarda telefon danışıqlarının tənzimlənməsi ilə bağlı nəzərdə tutulan şərtlərin hamısını, xüsusilə telefon danışıqlarının türk dilində aparılması, məhbusun və ya onun danışdırğı şəxsin və ya hər ikisinin türkcə danışmaması halının istisna təşkil etməsi barədə qaydanı xatırlatmışdır. Hakim dəqiqləşdirmişdir ki, belə halda, qaydalar tələb edirdi ki, məhbus telefon danışığı formulyarında yaxınının türkcə bilmədiyini qeyd etməlidir. O əlavə etmişdir ki, həbsxana müdiriyyəti lazım bildikdə, formulyardakı məlumatların doğruluğuna dair məhbusun hesabına araşdırma apara bilər və nəticədə məhbusa kürdcə danışmağa icazə verilə bilər. Hakim daha sonra dəqiqləşdirmişdir ki, məhbus telefon danışığına öz adını və familiyasını deməklə başlamalı, sonra həmsöhbətindən, adını, familiyasını və telefon nömrəsini deməsini xahiş etməlidir. Hakimin fikrincə, bu öhdəlik onu tələb edir ki, müəyyən hallar istisna olunmaqla, telefon danışıqları türkcə olmalıdır.
14. 26 may 2008-ci ildə, C. Yurtsever bu qərardan appelyasiya şikayəti vermişdir. O iddia etmişdir ki, ana dili kürd dilidir və bu səbəbdən, onun anası ilə telefon danışığını bu dildə etməsi normaldır. O həmçinin iddia etmişdir ki, bu keçən beş il ərzində belə olmuşdur. Nəhayət, o, məlumatların yoxlanması prosedurunun xərclərinin iddiaçı tərəfindən ödənilməsi öhdəliyinə də etiraz etmişdir.
15. 27 may 2008-ci ildə, C. Bozçalı da cəza hakiminin qərarından şikayət vermiş və bildirmişdir ki, öz mədəni kimliyinə uyğun olaraq kommunikasiya etmək fundamental hüquqdur.
16. 12 iyun 2008-ci ildə, Bolu Appelyasiya Məhkəməsi ərizəçilərin şikayətini rədd etmişdir. Məhkəmə hesab etmiçdir ki, həbsxana müdiriyyətinin təcrübəsi və cəza hakiminin qərarı, nə prosedura, nə də qanunvericiliyə zidd deyildir.
C. Mehmet Nuri Özen (ərizə no 60915/08)
17. Ərizəsini göndərdiyi zaman ərizəçi Boluda F tipli həbsxanada cəza çəkirdi.
18. Bu həbsxanada olduğu zaman, 30 may 2008-ci ildə ərizəçilər Bolu cəza hakiminə müraciət edərək, həbsxana müdiriyyətinin ona yaxınları ilə telefon danışıqlarını turkcə etməyə məcbur etməsi və kürdcə danşmasına icazə verməməsindən şikayət etmişdir.
19. 10 iyun 2008-ci ildə, Bolu cəza hakimi bu vəsatəti rədd edərək bildirmişdir ki, həbsxana müdiriyyətinin təcrübəsi prosedura və qanunvericiliyə uyğun idi. cəzaçəkmə mərkəzlərində və tutulma yerlərindəki məhbusların və məhkumların kənarda olan yaxınları ilə telefon danışıqları ilə bağlı qaydalar 17 fevral 2007-ci ildə ləğv edilmişdir. O bildirirdi ki, bu qaydalarda türk dilindən başqa bir dildə telefon danışığı ilə bağlı müraciətlərin baxılması barədə heç bir müddəa yoxdur. Hakim göstərirdi ki, 5275 saylı qanun qavvəyəy minmişdir və qaydaların 88-ci maddəsi yeni prinsiplər müəyyən edirdi və onları nəzərə almaq lazımdır. O, bu sonuncu müddəada həbsxanalarda telefon danışıqlarının tənzimlənməsi ilə bağlı nəzərdə tutulan şərtlərin hamısını, xüsusilə telefon danışıqlarının türk dilində aparılması, məhbusun və ya onun danışdırğı şəxsin və ya hər ikisinin türkcə danışmaması halının istisna təşkil etməsi barədə qaydanı xatırlatmışdır. Hakim dəqiqləşdirmişdir ki, belə halda, qaydalar tələb edirdi ki, məhbus telefon danışığı formulyarında yaxınının türkcə bilmədiyini qeyd etməlidir. O əlavə etmişdir ki, həbsxana müdiriyyəti lazım bildikdə, formulyardakı məlumatların doğruluğuna dair məhbusun hesabına araşdırma apara bilər və nəticədə məhbusa kürdcə danışmağa icazə verilə bilər. Hakim daha sonra dəqiqləşdirmişdir ki, məhbus telefon danışığına öz adını və familiyasını deməklə başlamalı, sonra həmsöhbətindən, adını, familiyasını və telefon nömrəsini deməsini xahiş etməlidir. Hakimin fikrincə, bu öhdəlik onu tələb edir ki, müəyyən hallar istisna olunmaqla, telefon danışıqları türkcə olmalıdır.
20. 20 iyun 2008-ci il tarixdə ərizəçi bu qərardan appelyasiya şikayəti vermişdir.
21. 4 iyul 2008-ci ildə, Bolu Appelyasiya Məhkəməsi ərizəçilərin şikayətini rədd etmişdir. Məhkəmə hesab etmiçdir ki, həbsxana müdiriyyətinin təcrübəsi və cəza hakiminin qərarı, nə prosedura, nə də qanunvericiliyə zidd deyildir.
(…)
HÜQUQİ MƏSƏLƏLƏR
29. Faktlarin və şikayətlərin bənzərliyini nəzərə alaraq, Məhkəmə ərizələri birləşdirmək və onları eyni qərarda araşdırmağı qərar alır.
I. KONVENSIYANIN 8-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
30. Ərizəçilər, həbsxana müdiriyyətinin onların telefon danışıqlarını kürdcı etməsini məhdudlaşdırması səbəbilə, yazışma və/və ya özəl və ailə həyatına hörmət hübququnun pozulmasından şikayətlənirlər.
Onlar bununla bağlı, Konvensiyanın 8-ci maddəsinə istinad edirlər. Həmin müddəada deyilir:
« 1. Hər kəs öz şəxsi və ailə həyatına…və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik, ictimai asayiş … və ya cinayətin qarşısını almaq üçün … qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
»
31. Hökumət təkzib edir.
(…)
B. Mahiyyət üzrə
1. Müdaxilənin mövcudluğu barədə
35. Məhkəmə ilkin olaraq xatırladır ki, Konvensiyanın 5-ci maddəsi mənasında qanuni həbs, təbiəti etibarılə, həbs olunmuş şəxsin özəl və ailə həyatında məhdudiyyətə səbəb olur. Bununla belə, Məhkəmə bir daha təsdiq edir ki, «ailə həyatına hörmət üçün vacibdir » ki, həbsxana müdiriyyəti məhbusa yaxın ailəsilə əlaqəsini qoruyub saxlamasına yardımçı olsun (Messina c. Italie (no 2), no 25498/94, § 61, CEDH 2000 X, və Aliev c. Ukraine, no 41220/98, § 187, 29 aprel 2003). Məhkəmə həm də qəbul edir ki, məhbusun xarici aləmlə əlaqələrinə müəyyən nəzarət lazımdır və öz-özlüyündə Konvensiyaya zidd deyildir (Aliev, yuxarıdakı istinad, idem).
36. Daha sonra Məhkəmə xatırladır ki, telefon danışıqları imkanı ilə bağlı, Konvensiyanın 8-ci maddəsini, xüsusilə məktub yazmaq imkanları varsa və adekvatdırsa, məhbuslara telefon zəngləri etmək hüququ təmin edən bir maddə kimi şərh etmək olmaz (A.B. c. Pays-Bas, no 37328/97, § 92, 29 yanvar 2002 və Ciszewski c. Pologne (qərardad), no 38668/97, 6 yanvar 2004). Bununla belə, hazırki işdə daxili qanunvericlik məhbuslara həbsxana müdiriyyətinin nəzarətindəki telefon aparatlarından yaxınları ilə telefon danışıqları etmək imkanı tanıdığından, Məhkəmə hesab edir ki, ərizəçilərin ailə üzvləri ilə ünsiyyətinə kürdcə danışmaq istəmələri səbəbilə, qoyulan məhdudiyyət, Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi mənasında ailə hüququ və yazışmasına hörmət hüququna müdaxilə hesab edilə bilər (bax : bənzər yanaşma üçün, Baybaşın c. Pays-Bas (qərardad), no 13600/02, 6 oktyabr 2005).
2. Müdaxilənin əsaslandırılması barədə
37. Bənzər müdaxilə, « qanunla nəzərdə tutulmuş » deyilsə və 2-ci bənddə nəzərdə tutulan legitim məqsədlərdən birini və ya bir neçəsini daşımırsa və, bundan əlavə, bu məqsədlərə çatmaq üçün « demokratik çəmiyyətdə zəruri» deyilsə, 8-ci maddəyə ziddir.
a) qanunla nəzərdə tutulmuş
38. Məhkəmə öz yurisprudensiyasını xatırladır ki, «qanunla nəzərdə tutulmuş» termini yalnız mübahisələndirilən tədbirin yerli qanunvericikdə nəzərdə tutulamsı tələbi ilə kifayətlənmir, həm də həmin qanunun keyfiyyətinə aiddir : belə ki, bu qanun vətəndaşlara çatımlı olmalıdır və nəticələri öngörülə bilən olmalıdır (bax : başqa işlərlə yanaşı, Rotaru c. Roumanie [BP], no 28341/95, § 52, CEDH 2000 V). Məhkəmə bundan əlavə xatırladır ki, bu qanunu şərh və tətbiq etmək dövlət orqanları, xüsusilə məhkəmə orqanlarının vəzifəsidir (Kopp c. Suisse, 25 mart 1998, § 59, Recueil des arrêts et décisions 1998-II, və Kruslin c. France, 24 aprel 1990, § 29, série A no 176-A).
39. Hazırki işdə, Məhkəmə müşahidə edir ki, mübahisəli müdaxilə daxili hüquqda həmin zaman qüvvədə olan redaktədə cəzaların və preventiv tədbirlərin icrası qaydaların 88-ci maddəsinə əsaslanır (…) Bu maddə o zaman nəzərdə tuturdu ki, telefon danışıqları əksi barədə bu müddəada göstərilən şərtlərdə və qaydalarda verilə bilən icazə halı istisna olmaqla, prinsipcə türk dilində edilməlidir.
40. Bundan əlavə, Məhkəmənin Rəsmi Qəzetdə nəşr edilmiş qaydaların çatımlılığından şübhə etmək üçün heç bir əsası yoxdur. O həmçinin hesab edir ki, bu müdaxilənin zəruruiliyi ilə əlaqədar mülahizələri səbəbilə, bu müddəaların öngörüləbilənliyi ilə bağlı fikir bildirməsinə ehtiyac yoxdur (aşağıdakı paraqraf 49-62).
b) Legitim məqsəd
41. Hökumətin Kepeneklioğlu Turkiyəyə q. (no 73520/01, 23 yanvar 2007) və Silver və başqaları Birləşmiş Krallığa q. (25 mart 1983, série A no 61) işlərindəki analizini təkrarlayaraq, Məhkəmə müəyyən şərtlərdə həbsxanada qaydanın qorunub saxlanması əsasları ilə məhbusların yazışmalarının yoxlanılmasının legitimliyini qəbul etmişdi. Hökumət o fikirdədir ki, hazırki işdə, həbsxana müdiriyyətinin telefon danışıqlarına nəzarət etməsi təhlüksəizliyin müdafiəsi, ixtişaşın və cinayətlərin qarşısının alınması məqsədi daşıyırdı.
42. Məhkəmə xatırladır ki, hazırki işdəki kimi, həbsxana orqanları telefondan istifadəyə icazı verdikdə, bu imkan, həbsxana həyatının adi və ağlabatan şərtləri daxilində, məsələn, digər məhbuslarla paylaşma və nizam-intizamın qorunması və cinayət əməllərinin qarşısının alınması tələbləri nəzərə alınaraq, legitim məhdudiyyətlərə məruz qoyula bilər (A.B. c. Pays-Bas, yuxarıdakı istinad, § 93, və Coşcodar c. Roumanie (qərardad), no 36020/06, § 30, 9 mart 2010). Hazırki işdə, Məhkəmə hesab edir ki, bu müdaxilə, asayişin qorunması və cinayətlərin qarşısının alınması kimi legitim məqsəd daşıyır.
c) Müdaxilənin zəruriliyi
i. Hökumətin arqumentləri
43. Hökumət ərizəçilərin iddialarını rədd edir və hesab edir ki, mübahisələndirilən müdaxilə zəruri və proporsional idi. Bununla bağlı o bildirir ki, ərizəçilər PKK terrorist təşkilatının üzvləridir və teleçfon danışıqlarını kürdcə aparmaq üçün müraciət etməzdən əvvəl onlar ailə üzvləri ilə türkcə danışırdılar. Bununla bağlı Hökumət dəqiqləşdirir ki, kürd dili müxtəlif dialektlərə malikdir və bu müraciətlərin edildiyi tarixlərdə həbsxana işçilərindən heç biri kürdcə bilmirdi. Hökumətin fikrincə, o zaman qüvvədə olduğu redaktədə qaydaların 88/2 p) maddəsinə əsaslanaraq, həbsxana müdiriyyəti, ərizəçilərin danışmaq istədikləri şəxslərlə bağlı məlumat toplamaq üçün onların adlarını və ünvanlarını soruşmuşdu. Yenə də Hökumətin fikrincə, pis niyyətləri olmayan məhbuslar bu məlumatı vermişdirlərvə araşdırma aparıldıqdan sonra, onlar arasından türcə bilməyənlərə kürdcə danışmaq icazəsi verilmişdi. Hökumətin rəyinə görə, bəzi pis niyyətli iddiaçılar lazım olan məlumatı təqdim etmədən kürdcə danışmaq icazəsi istəmişlər. Bunu edərkən Hökumətin fikrincə, onlar həmsöhbətləri ilə bağlı hər hansı araşdırmanı qeyri-mümkün etmişlər. Bundan əlavə, Hökumətin fikrincə, bəzi iddiaçıların qohumlarını göstərilən ünvanlarda tapmaq mümkün olmamışdır. Beləliklə, maraqlı şəxslər, türk dilindən başqa dildə telefon danışıqları etməklərinə imkan verən öhdəlikləri yerinə yetirməmişlər. Ərizəçilər bütün başqa məhbuslarla eyni qanunvericiliyə tabe idilər və heç bir ayrı-seçkiliyə məruz qalmamışlar.
44. Nəhayət, Hökumət Məhkəməyə məlumat verir ki, qaydaların 88/2 p) maddəsində dəyişiklik edilmişdir və bu, yaxınları ilə kürdcə danışmaq barədə məhbusların müraciətlərinə baxılmasında hər hansı gecikmədən qaçınmağa imkan verir.
ii. Ərizəçilərin arqumentləri
45. C. Kaya həbsxana müdiriyyətinin, onun fikrincə özbaşına, həm pzünə, həm də yaxınlarına qarşı alçaldıcı və qeyri-insani hesab etdiyi təcrübəsini tənqid edir.
46. C. Gerez Hökumətin iddialarını rədd edir və bildirir ki, keçmişdə icazə verilsə də, qaydaların qüvvəyə mindiyi 2006-cı ilin may ayından 2009-cu ilədək onun valideynləri ilə kürdcə danışmasına mane olunmuşdur. Bununla bağlı o bildirir ki, onun telefon danışıqları, onun fikrincə ağlabatan əsas olmadan kəsilir və ya ona müdaxilə olunurdu. O bundan əlavə iddia edir ki, müdiriyyətdən valideynləri ilə kürdcə danışmaq üçün icazə istəmişdi və ona cavab verilmişdi ki, valideynləri onun müdiriyyətə verdiyi ünvanda olmadığından, onların türkcə bilib-bilmədiyini müəyyənləşdirmək mümkün olmamışdır və buna görə də onlarla kürdcə danışmasına icazə verilə bilməzdi. Nəhayət ərizəçi Hökumətin, onun fikrincə, türk dilindən başqa bir dilin istifadəsini qadağan edən siyasətini tənqid edir.
47. C. Bozçalı iddia edir ki, demokratik cəmiyyətdə öz ana dilində danışmağa icazə verilməməsi zəruri deyildir. O əlavə edir ki, həbsxana müdiriyyəti bu telefon söhbətlərinə nəzarət etmək və ya onları tərcümə etmək imkanına malikdir, lakin bunu, onun fikrincə, ona ailəsilə və ziyarətçilərilə kürdcə danışmağa və ünsiyyət girməyə mane olmaq üçün etməmişdir..
48. C.Yurtsever və C. Özen iddia edirlər ki, onların məhkum edilməsi onların hüquqlarından məhrum edə bilməz və onların yazışma azadlığı vardır. Onlar hesab edirlər ki, nəticədə bu hüquqa hər bir müdaxilə əsaslandırılmış olmalıdır. Onların yazışma hüququna müdaxilə, nəşr olunmuş və çatımlı hüquq normasına əsaslanmırsa, özbaşınadır. Onlar qəbul edirlər ki, məhbusların xarici aləmlə mübadiləsinə nəzarət etmək məqsədi daşıyan tədbirlər, həbsxanalarda təhlükəsizliyin müdafiəsi və cinayətlərin qarşısının alınması üçün zəruridir. Bununla belə, onlar hesab edirlər ki, onlaırn fikrincə legitim olan bu məqsəd, onların ailələri və xarici aləmlə türkcədən başqa bir dildə ünsiyyətinə qadağanı əsaslandırmaq üçün deyil, mütənasiblik qayğısı ilə izlənməli idi. Onlar bundan əlavə hesab edirlər ki, xarici aləmlə kürdcə ünsiyyət saxlamağın qadağan edilməsi, yalnız personal çatışmazlığı ilə əsaslandırıla bilməz. Ərizəçilər dəqiqləşdirir ki, dövlət orqanları, onların telefon danışıqlarının, məzmunları etibarılə qeyri-qanuni və ya həbsxana təhlükəsizliyini hədələcəyək xarakterdə olub-olmadığını araşdırmamışlar. Ils reprochent aux autorités de l’État d’avoir présumé que, dès lors qu’elles seraient tenues en kurde, leurs telefon danışıqları auraient un contenu illégal. Onlar bununla bağlı, həmin qadağanın avtomatik və ədalətsiz şəkildə tətbiq edildiyini bildirirlər. Onlar iddia edirlər ki, həmin tədbir nə mütənasib, nə də demokratik cəmiyyətdə zəruri deyildi. Ərizəçilərin fikrincə, azlığın dilində danışmaq əsl demokratiyaya və onlaırn fikrincə, demokratik cəmiyyətlərin fundamental dəyərlərindən olan mədəni, etnik və dini müxtəlifliyə hörmət prinsipinə uyğun deyildir. Ərizəçilər bildirirlər ki, Hökumətin tanımadığı, lakin beynəlxalq hüquqa görə mövcudluğu bu faktadn asılı olmayan bir milli azlığın üzvüdürlər. Onlar hesab edirlər ki, Hökumətin ən azından onların kimliyindən, dilindən və mədəniyyətlərindən istifadəsinə mane olmamaq öhdəliyi vardır. Onlar Avropa Şurasının qəbul etditi Avropa Həbsxana Qaydalarını xatırladır və xüsusilə, 38-ci qaydaya istinad edirlər. Bu qayda nəzərdə tutur ki, etnik və la dil azlığına mənsub məhbusların ehtiyaclarına cavab vermək üçün xüsusi tədbirlər görülməlidir, müxtəlif qrupların mədəni təcrübələri mümkün qədər həbsxanalarda da həyata keçirilə bilməlidir və dil ehtiyacları müvafiq tərcüməçilərə və hər bir həbsxanada danışılan dillərdə hazırlanmış broşurlara müraciət etməklə ödənilməlidir. Nəhayət ərizəçilərə görə, Milli azlıqların dil hüquqları ilə bağlı Oslo rekomendasiyalarına və BMT-nin rəhbərliyi ilə hazırlanmış məhbuslarla davranışın minima qaydaları məcmusunun 51-ci maddəsinə görə, Dövlətlər onların spesifik ehtiyaclarını ödəmək üçün lazımi tədbirləri görməlidirlər. Onların vəziyyətində, mübahisələndirilən məhdudiyyəti əsaslandıracaq təcili sosial ehtiyac mövcud olmamışdır.
iii. Məhkəmənin dəyərləndirməsi
49. İlkin olaraq Məhkəmə, bir məhbus üçün öz dilində telefon danışıqları ilə şifahi ünsiyyət saxlamaq imkanının, şübhəsiz ki, yalnız yazışmaya hörmət hüququnun deyil, həm də Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi mənasında ailə həyatına hörmət hüququnun xüsusi aspektini təşkil etməsini vurğulamağı vacib hesab edir.
50. Məhkəmə daha sonra xatırladır ki, Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndində təminat verilən hüquqlardan istifadəyə müdaxilə təşkil edən bir tədbir, əgər təcili sosial ehtiyaca cavab vermək üçün qəbul edilmişdirsə və istifadə edilən vasitələr daşınılan məqsədlərə mütənasibdirsə « demokratik cəmiyyətdə zəruri » hesab edilə bilər (bax : başqa işlərlə yanaşı, Campbell c. Royaume-Uni, 25 mart 1992, § 44, série A no 233). Bir müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmadığını müəyyən etmək üçün Dövlətin mülahizə səlahiyyətini nəzərə almaq olar (ibidem).
51. Bununla əlaqədar, əgər ilkin olaraq müdaxiləyə ehtiyac olub-olmadığını müəyyən etmək milli orqanların vəzifəsidirsə, bu müdaxilənin motivlərinin Konvensiyanın tələbləri mənasında uyğun və kafi olub-olmadığı ilə bağlı məsələni həll etmək Məhkəmənin vəzifəsidir (Szuluk c. Royaume-Uni, no 36936/05, § 45, CEDH 2009).
52. Məhkəmə bundan əlavə vurğulayır ki, məhbusun yazışmaya hörmət hüququndan istifadəsinə müdaxilənin Konvensiyanınn 8-ci maddəsinin 2-ci bəndində sadalanan məqsədlər çatılması üçün « zəruri » olub-olmadığını araşdırarkən, həbsin normal və ağlabatan tələbləri nəzərə alınmalıdır: məhbusların yazışmalarına müəyyən nəzarət lazımdır və bu, öz-özlüyündə Konvensiyaya zidd deyildir (bax : başqa qərarlarla yanaşı Silver et autres, yuxarıdakı istinad, § 98, Kwiek c. Pologne, no 518 95/99, § 39, 30 may 2006 və Ostrovar c. Moldova, no 35207/03, § 105, 13 senyabr 2005).
53. Məhkəmə nəhayət xatırladır ki, o artıq dəfələrlərlə 5-ci maddənin 2-ci bəndində (şəxsin həbsi ilə bağlı ən qısa zamanda və anladığı dilə məlumatlandırılmaq hüququ) və 6-cı maddənin 3a və 3e bəndində (şəxsin ən qısa zamanda ona qarşı irəli sürülmüş ittihamın xarakteri və səbəbi ilə bağlı məlumatlandırılmaq və iclasda istifadə edilən dili və ya dilləri anlamadığı halda tərcüməçi ilə təmin olunmaq hüququ) elan edilənlər xaricində, dil azadlığının, öz-özlüyündə Konvensiyanın təmin etdiyi hüquqlar arasında olmadığını elan etmişdir. (Kozlovs c. Lettonie (qərardad), no 50835/99, 10 yanvar 2002, və Kemal Taşkın et autres c. Turquie, nos 30206/04, 37038/04, 43681/04, 45376/04, 12881/05, 28697/05, 32797/05 et 45609/05, § 56, 2 fevral 2010).
54. Hazırki işdə, Məhkəmə vacib hesab edir ki, hazırki mübahisənin öz-özlüyündə ərizəçilərin dil azadlığı ilə bağlı olmadığını, ailələri ilə real əlaqə saxlamaq hüququna aid olduğunu vurğulasın. Beləliklə Məhkəmə, ərizəçilərin telefon danışıqlarının həmin zaman qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan şərtlərini və onların Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğunluğunu araşıdırmalıdır.
55. Bununla əlaqədar, Məhkəmə, üzv Dövlətlər üçün məcburi olmasa da, 2006-cı il Avropa Penitensiar Qaydaları çərivəsində elan edilən rekomendasiyaların (Recommandation REC(2006)2) (…) əhəmiyyətinə artıq milli orqanların diqqətini çəkdiyini xatırladır (bax : digər işlərlə yanaşı Sławomir Musiał c. Pologne, no 28300/06, § 96, 20 yanvar 2009). Məhkəmə bununla bağlı bir daha təsdiq edir ki, həbsxana müdiriyyətinin məhbusların yaxınları ilə ünsiyyət saxlamasına kömək etməsi vacibdir.
56. Hazırki işdə, Məhkəmə ilkin olaraq müşahidə edir ki, daxili hüquq məhbuslara telefon danışıqları vasitəsilə xanrici aləmlə əlaqə saxlamaq imkan tanıyır. Bununla belə, telefon danışıqlarına, təhlükəsizlik səbəbləri ilə həbsxana müdiriyyəti tərəfindən nəzarət edilə bilər və adekvat nəzarət üçün məhbuslardan, telefon danışıqlarını prinsip etibarılə tükcə etmək tələb olunurdu.
57. Şübhəsiz ki, daxili hüquqda bu prinsipdən istisnalar nəzərdə tutulurdu və məhbusların yaxınları ilə telefon danışıqları zamanı türk dilindən başqa bir dildən istifadəyə qadağa qoyan heç bir müddəa yox idi. Qaydaların 88/2 p) maddəsi bu imkanı müəyyən şərtlərə tabe tuturdu. Bu müddəada xüsusilə, həbsxana müdiriyyətinin məhbusun başqa dildə danışmaq istədiyi şəxsin türkcə bilmədiyini yoxlaması imkanı nəzərdə tutulurdu.
58. Bundan əlavə, o zaman tətbiq edilən qaydalardakı müddəalar (…) və milli instansiyaların qərarlarına (yuxarıdakı 13 və 19-cü paraqraflar) əsasən, həbsxana müdiriyyəti, telefon danışıqları ilə bağlı formulyarda edilən qeydləri yoxlayanda, bu yoxlamanın xərcləri həmin məhbus tərəfindən ödənilirdi.
59. Şübhəsiz ki, Məhkəmə, həbsdən qaçmağın qarşısının alınması kimi xüsusi təhlükəsizlik mülahizələri əsasında xüsusi həbsxana rejimlərinin tətbiqini və bir məhbusun (ünsiyyətə icazə verilən dildən başqa bir dildə danışıb-danışmadığının müəyyən edilmədiyi halda belə) yaxınları ilə öz seçdiyi dildə ünsiyyət saxalamasının qadağan edilməsini məqbul saymışdır (Baybaşın, yuxarıda istinad edilən qərardad). Məhkəmə müşahidə edir ki, hazırki işin hallarında, haqqında söhbət gedən qaydalar ümumi olaraq və məhbusların şəxsiyyəti və etdikləri cinayətlərlə bağlı təhlükəsizlik tələblərinin fərdi qiymətləndirilməsindən asılı olamyaraq, heç bir məhbusa fərq qoyulmayan tətbiq edilirdi. Məhkəmə bundan əlavə hesab edir ki, milli instansiyalar ərizəçilərin kürdcə danışmaq üçün icazələrini dəyərləndirən zaman – Baybaşın işindəkindən fərqli olaraq – bu dilin Türkiyədə çox istifadə olunmasından və bəzi məhbusların da ailə münasibətlərində bu dildə danışmasından xəbərsiz deyildi. Bununla belə onlar tərcümə sistemindən istifadə etməyi nəzərəd tutmamışlar. Belə ki, Məhkəmə xatırladır ki, o artıq təsdiq etmişdir ki, həbsxana müdiriyyətinin məhbusa ailəsilə real əlaqə saxlamasına yardım etməsi vacibdir (bax : başqa işlərlə yanaşı Baybaşın, yuxarıda istinad eilən qərardad və Van der Ven c. Pays-Bas, no 50901/99, § 68, CEDH 2003 II). Bununla əlaqədar, Məhkəmə vurğulayır ki, hazırki işdə heç nə məhbusların kürd dilinin onların ailə münasibətlərində istifadə olunan və yaxınalrının danışdığı yeganə dil olduğu barədəki fikirlərini mübahisələndirməyə imkan vermir. Məhkəmə bu halı hazırki iş üçün əhəmiyyətli hesab edir.
60. Məhkəmə həmçinin hesab edir ki, iş materiallarına və sərəncamında olan məlumatlara əsasən, öz ailə üzvləri ilə kürd dilində danışmaq arzusunu ifadə etmiş ərizəçilərə, onların türkcə ünsiyyət saxalaya bilmədiyinin həqiqiliyinin əvvəlcədən yoxlanılması ilə bağlı təcrübə, ərizəçilərin ailələri ilə əlaqə yaratmasına qoyulan məhdudiyyət baxımından, uyğun və kafi əsaslara söykənmirdi.
61. Beləliklə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin yaxınları ilə telefon danışıqlarını kürdcə etmək hüququna edilən müdaxilə vacib hesab edilə bilməz. Hökumətin istinad etdiyi, Qaydaların 88/2 p) maddəsinə edilən dəyişikliklə türk dilindən başqa bir dildə telefon danışıqlarına icazənin şərtlərinin dəyişdirilməsi (…) (yuxarıdakı paraqraf 44) bu nəticəni təsdiq edir. Belə ki, dəyişiklikdən sonra bu maddəyə əsasən, artıq məhbus və ya onun yaxınlarının türkcə bilmədiyi barədəki sadə bir bəyanat kifayətdir.
62. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə belə nəticəyə gəlir ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir.
(…)
BU ƏSASLARLA, MƏHKƏMƏ,
1. Qərar verir ki, ərizələr birləşdirilsin (yekdilliklə) ;
(…)
3. Elan edir ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (beş səsə qarşı iki səs);
(…)
Fransızca hazırlanmış, 22 aprel 2014-cü ildə, Məhkəmə reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü maddələrinə müvafiq olaraq yazılı şəkildə elan edilmışdir.
Stanley Naismith Guido Raimondi
Katib Sədr
Konvensiyanın 45-ci maddəsinin 2-ci bəndi və Məhkəmə Reqlamentinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, hakimlər Raimondi və Karakaşın ayrıca rəyləri qərara əlavə edilmişdir
G.R.A
S.H.N
Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2015
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.
© Council of Europe/European Court of Human Rights, 2015
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2015
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int