Avropa Şurası Nazirlər Komitəsi
1451-ci iclas, 6-8 dekabr 2022 (DH)
H46-5 Namazov Azərbaycana qarşı Qrupu (Ərizə No 74354/13)
Qətnamə
Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət
TƏMSİLÇİLƏR,
1. Bu qrup işinin keçmiş vəkillər olan ərizəçilərin əleyhinə Konvensiyanın 6-cı, 8-ci və 10-cu maddələri pozulmaqla, peşələrindən məhrum edilmələrinə səbəb olan intizam araşdırması zamanı Konvensiyanın müxtəlif pozuntuları ilə bağlı olduğunu xatırlatdılar;
2. Fərdi tədbirlərlə bağlı Ali Məhkəmənin Plenumunun ərizəçi Aslan İsmayılov barəsində əvvəlki qərarları ləğv etməsini və onun Azərbaycan Vəkillər Kollegiyası (AVK) üzvlüyünün bərpa edilməsini alqışlayır; bu qrup işində ümumi tədbirlərin qiymətləndirilməsinə nəzarətin aparılmasına xələl gətirmədən, həmin iş üzrə əlavə fərdi tədbirlərin tələb olunmadığı ilə bağlı CM/ResDH(2022)347 saylı Yekun Qətnamə qəbul edir;
3. Hakimiyyət orqanlarını ərizəçilər Namazov və Bağırovun təxirəsalınmadan əvvəlki durumlarının bərpa edilməsinin təmin olunması üçün bütün lazımi tədbirləri görməyə çağırır;
4. ümumi tədbirlərlə bağlı, Komitənin daxili qanunvericilikdə AVK-dan xaric edilmək üçün əsas ola biləcək xüsusi əsasların təmin edilməsi ilə bağlı qərarına cavab olaraq hakimiyyət orqanları tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsünü məmuniyyətlə qarşılayır; rəsmiləri düzəlişlərin Konvensiyaya və Məhkəmənin presedent hüququna, xüsusən də qanunun öncədən görülə bilən və mütənasib olmasını təmin etməyə dəvət edir; onları Avropa Şurası vasitəsilə təmin edilən təcrübədən tam istifadə etməyə təşviq edir;
5. Rəsmiləri, öz peşə vəzifələrini yerinə yetirərən vəkillərə qarşı qeyri-qanuni intizam tədbirlərinin qarşısını almaq və intizam icraatının Konvensiyaya, Məhkəmənin presedent hüququna, Avropa Şurasının müvafiq standartlarına, xüsusən də vəkillik peşəsindən istifadə azadlığına dair Nazirlər Komitəsinin Rec(2000)21 Tövsiyəsinə uyğun həyata keçirilməsini təmin etmək üçün yetərli təminatlar yaratmağa dair çağırışlarını təkrarladılar;
6. Səlahiyyətli orqanları, belə icraatların uyğun və yetərli əsaslarla başladılmasını, qərarların lazımi qaydada əsaslandırlmasını, ədalətlilik və çəkişmə prinsiplərinə əməl edilməsini, tətbiq edilən sanksiyaların mütənasibliyini təmin etməyə və vəkillərə qarşı intizam icraatları ilə bağlı məhkəmə təcrübəsinin təkmilləşdirilməsinə yönəlik tədbirlər görməyə dəvət edir;
7. Hakimiyyət orqanlarını növbəti toplantılardan birində müzakirə edilməsi üçün fərdi və ümumi tədbirlərin icrası ilə bağlı ələ edilmiş tərəqqi haqqında məlumatları 2023-cü il iyunun 1-dək Komitəyə təqdim etməyə dəvət edir;