№40167/06 Sarqsyan Azərbaycana qarşı – 6-8 dekabr 2022-ci il

Avropa Şurası Nazirlər Komitəsi

1451-ci iclas, 6-8 dekabr 2022 (DH)

H46-6 Sarqsyan Azərbaycana qarşı (Ərizə No 40167/06)

Qətnamə

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

Təmsilçilər,

1. Bu işin Dağlıq Qarabağ münaqişəsinin aktiv hərbi fazası zamanı (1992-94) öz ​​evini tərk etməyə məcbur olmuş erməni əsilli qaçqının mülkiyyət hüquqlarına aid olduğunu xatırladır;

2. Avropa Məhkəməsinin hazırkı işlə bağlı mahiyyəti üzrə qərarının elan edilməsindən yeddi ildən çox, ədalətli kompensasiya ilə bağlı qərarın çıxarmasından təxminən beş ilə yaxın vaxt keçdiyini, lakin buna baxmayaraq, indiyədək bu işdə nəzərəçarpacaq irəliləyiş əldə olunmadığını, bu durumda tələb olunan fərdi və ümumi tədbirlərin görülməsinin vacibliyini vurğulayır;

3. Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinə əsasən, cavabdeh dövlətlərin onlara qarşı çıxarılmış bütün qərarları tam və səmərəli şəkildə icra etmək öhdəliyini, o cümlədən, Avropa Məhkəməsinin təyin etdiyi məbləğləri ödəməklə bağlı qeyd-şərtsiz öhdəliyini vurğulayır;

4. Katiblik ilə davam edən məsləhətləşmələri alqışlyır, rəsmiləri qərarın icrası yolları və vasitələri ilə bağlı dialoqu növbəti aylarda bu davam etdirməyə dəvət edir;

5. Azərbaycan hakimiyyət orqanlarının Avropa Məhkəməsi tərəfindən təyin edilmiş kompensasiyanı və üstünə gəlmiş faizi ödəməyə və bu məqsədlə ödənişin Avropa Şurasının bank hesabı üzərindən həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalamağa hazır olmasını təqdir edir; bununla belə, imzanın və ödənişin Ermənistan hakimiyyət orqanları tərəfindən “Çıraqov və digərləri” işində kompensasiyanın ödənilməsi barədə aydın qarşılıqlı bildirişin qəbulundan asılı olması barədə Anlaşma Memorandumunun ilkin versiyasından irəli gələn mövqeyini qeyd edir;

6. Hazırkı işə ən geci 1475-ci iclasında (sentyabr 2023) (DH) yenidən baxılması barədə qərar qəbul edir.