Avropa Şurası Nazirlər Komitəsi
1369-ci toplantı, 3-5 Mart 2020 (DH)
Qətnamə – Nemət Əliyev işi Qrupu ilə bağlı
Application | Case | Judgment of | Final on | Indicator for the classification |
18705/06 | NEMƏT ƏLİYEV | 08/04/2010 | 08/07/2010 | Complex problem |
16511/06 | ƏBIL | 21/02/2012 | 21/05/2012 | |
18469/06 | ATAKIŞI | 28/02/2012 | 28/05/2012 | |
6984/06 | HACILI | 10/01/2012 | 10/04/2012 | |
18475/06+ | KƏRIMLI VƏ ƏLİBƏYLİ | 10/01/2012 | 04/06/2012 | |
20799/06 | KƏRIMOVA | 30/09/2010 | 30/12/2010 | |
4508/06 | ORUCOV | 26/07/2011 | 26/10/2011 | |
19554/06 | XANHÜSEYN ƏLIYEV | 21/02/2012 | 21/05/2012 | |
4641/06 | MƏMMƏDOV No. 2 | 10/01/2012 | 10/04/2012 | |
12535/06 | KƏRIMOV | 25/09/2014 | 25/12/2014 | |
31953/11 | TAHIROV | 11/06/2015 | 11/09/2015 | |
17356/11+ | BAGIROV VƏ DİGƏRLƏRİ | 17/12/2015 | 17/12/2015 | |
25330/11+ | QASIMLI VƏ DİGƏRLƏRİ | 17/12/2015 | 17/12/2015 | |
24853/11+ | VUGAR ƏLIYEV VƏ DİGƏRLƏRİ | 17/12/2015 | 17/12/2015 | |
2204/11 | ƏNNAGI HACIBEYLI | 22/10/2014 | 22/01/2016 | |
36503/11 | QƏHRAMANLI VƏ DİGƏRLƏRİ | 08/10/2015 | 08/01/2016 | |
37700/05 | SEYIDZADE | 03/12/2009 | 03/03/2010 | |
29781/11+ | QAYA ALIYEV VƏ DİGƏRLƏRİ | 16/06/2016 | 16/06/2016 | |
2326/11+ | MƏMMƏDLI VƏ DİGƏRLƏRİ | 30/06/2016 | 30/06/2016 | |
30362/11+ | SOLTANOV VƏ DİGƏRLƏRİ | 16/06/2016 | 16/06/2016 | |
37614/11 | ŞUKUROV | 27/10/2016 | 27/01/2017 | |
20411/11+ | ASLAN ISMAYILOV VƏ DİGƏRLƏRİ | 13/04/2017 | 13/04/2017 | |
36821/11+ | SƏMƏDBƏYLİ VƏ DİGƏRLƏRİ | 13/04/2017 | 13/04/2017 |
Deputatlar,
1. bu məhkəmə işlərinin 2005 və 2010-cu illərdə keçirilmiş parlament seçkiləri kontekstində ərizəçilərin Konvensiyanın 1 nömrəli Protokolunun 3-cü maddəsi ilə təminat altına alınan azad seçki hüquqlarını müdaxilə edən müxtəlif qanun pozuntularına yerli seçki komissiyaları və məhkəmələr tərəfindən effektiv baxılmaması ilə bağlı olduğunu xatırlatdı;
2. 1 nömrəli Protokolun 3-cü maddəsində təsbit edilən və qanunun aliliyi ilə idarə olunan effektiv demokratiyanın formalaşdırlması və davamlılığının təmin edilməsi üçün çox vacib olan hüquqların fundamental əhəmiyyətini bir daha vurğuladı;
3. Avropa Məhkəməsinin xüsusi çatışmazlıqları və qüsurları müəyyən edən çoxsaylı qərarlarına və Komitənin səlahiyyətliləri seçki qanunvericiliyi və onun təbiqini Konvensiyanın tələblərinə tam və effektiv şəkildə uyğunlaşdırma çağrışlarına rəgmən, seçki sisteminə və müvafiq qanunvericilik bazasına 9 fevral 2020-ci il tarixli parlament seçkilərindən əvvəl heç bir əsaslı dəyişiklik edilməməsindən dərin təəssüf hissi keçirdiyini bildirdi;
4. Bu baxımdan, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasından və Avropa Şurası Parlament Assambleyasından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının ilkin bəyanatında səslənən narahatlıqları qeyd etdi və DTİHB və Venesiya Komissiyası tərəfindən çoxdan irəli gələn tövsiyələrin hələ nəzərə alınmamasını vurğulayır;
5. bu fonda adekvat islahatların aparılmasının, o cümlədən, seçki mübahisələri ilə bağlı fərdi şikayət və müraciətlərin araşdırılması üçün effektiv daxili müdafiə sistemin yaradılmasının zəruriliyini vurğuladı;
6. ədalətli əvəzin ödənilməsi ilə bağlı problemli əvvəlki qərarları xatırladır, ödənilməmə halları ilə bağlı bilgilərin yenilənməsi tələbini yeniləyir;
7. Səlahiyyətli qurumların Katiblik ilə əməkdaşlığı davam etdirməyə hazır olmalarını ifadə etməsini alqışlayır və onları ən geci 30 sentyabr 2020-ci ilədək təqdim ediləcək bir fəaliyyət planı şəklində konkret təkliflər hazırlamağa dəvət edir.
© tərcümə – Media Hüququ Qrupu