Müvəqqəti məcburiyyət tədbirləri nədir?
Məhkəməyə şikayət ərizəsi daxil olarkən o, həmin şikayət ərizəsinə baxılan müddət ərzində Dövlətin müəyyən müvəqqəti məcburiyyət tədbirləri görməsi barədə qərar qəbul edə bilər. Bu adətən Dövləti nə isə etməkdən çəkindirməkdən, məsələn, şəxslərin ölüm və ya işgəncə ilə üzləşə biləcəyi ölkələrə qaytarılmaması kimi hallardan ibarətdir.
Müvəqqəti məcburiyyət tədbirləri barədə qərar Məhkəmə tərəfindən yalnız aydın şəkildə müəyyən edilmiş vəziyyətlərdə, xüsusilə də Konvensiyanın ciddi pozuntusunun baş verməsi təhlükəsi olduqda qəbul edilir. Müvəqqəti məcburiyyət tədbirləri barədə edilən müraciətlərin böyük bir qismi əsassızdır və buna görə də rədd edilir.
Məntlə tam tanış olmaq üçün aşağıdakı linkdən PDF yükləyə bilərsiz.