Müdafiə hüququ, hüquqçu xidmətinin keyfiyyəti – AİHM bələdçisi

Hüquqşünas şəxsə effektiv hüquqi yardım göstərməyibsə bu pozuntudurmu?

Konvensiyanın 6.3(c) maddəsində söz “hüquqi müdafiə”dən gedir, sadəcə hüquqşünasın “təyin olunması”ndan deyil. Sadəcə, hüquqşünasın təyin edilməsi effektiv hüquqi yardım göstərilməsini təmin etmir, çünki ola bilər hüquqşünas uzun müddət heç bir hərəkət etməyə, müdafiə işinə səhlənkar yanaşa və ya öz vəzifələrindən qaça.

Amma dövlət hesabına təyin olunmuş və ya şəxsin özünün seçdiyi hüquqşünasın hər səhvinə görə dövlət məsuliyyət daşımır (bax: Kamasinski Avstriyaya qarşı və Vasenin Rusiyaya qarşı).

Hüquqşünasın davranışı bir qayda olaraq onun və təmsil etdiyi şəxsin arasında qalan bir məsələdir. Bunu hüquqşünas peşəsinin dövlətdən müstəqilliyi prinsipi tələb edir. Dövlətin aktiv müdaxilə etmək öhdəliyi (məsələn, dövlət hesabına təyin olunmuş hüquqşünası başqası ilə əvəz etmək) yalnız bəzi müstəsna hallarda ortaya çıxır:

– hüquqşünasın effektiv hüquqi yardım göstərməməsi açıq-aşkardırsa; və ya

– həmin hal bu və ya digər formada dövlətin nəzərinə çatdırılıbsa.

©legallibrary.org