İKİNCİ SEKSİYA
MEHMET ŞENTÜRK VƏ BEKİR ŞENTÜRK TURKİYƏYƏ QARŞI
(Ərizə no 13423/09)
QƏTNAMƏ
STRAZBURQ
9 aprel 2013
Bu qətnamə Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən qaydada qəti olacaqdır. Ona forma dəyişiklikləriedilə bilər.
Mehmet Şentürk və Bekir Şentürk Turkiyəyə q. işində
Avropa İnsan Hüquqları Məhkəməsi (ikinci seksiya):
Guido Raimondi, sədr
Danutė Jočienė,
Peer Lorenzen,
András Sajó,
Işıl Karakaş,
Nebojša Vučinić,
Helen Keller, hakimlər,
və Seksiya Katibi Stanley Naismith-dən ibarət tərkibdə,
19 mars 2013-cü il tarixdə məşvərət edərək,
Aşağıdakı qərarı qəbul edir :
PROSEDUR
1. İş iki Türkiyə vətəndaşı C. Mehmet Şentürk və Bekir Şentürk (« ərizəçilər ») tərəfindən İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« la Konvensiya ») 34-cü maddəsinə əsasən bu Dövlətə qarşı 17 fevral 2009-cu il tarixlərində göndərdiyi ərizə (no 13423/09) ilə başlamışdır.
2. Hüquqi yardım almış ərizəçilər İzmirdə vəkil işləyən S. Cengiz və H. Ç. Akbulut tərəfindən təmsil olunmuşdur. Türk Hökumətini (« Hökumət ») isə agenti təmsil etmişdir.
3. Ərizəçilər anasının və arvadının və onun hamilə olduğu uşağın ölümü səbəbilə Konvensiyanın 2-ci maddəsinin prosedural pozuntusundan şikayət edirlər. Onlar həmçinin bildirirlər ki, bu ölüm səbəbilə mənəvi iztirab keçiriblər və iddia edirlər ki, mərhumə də müalicə almadığı bütün dövr ərzində iztirab çəkmişdir (Konvensiyanın 3-cü maddəsi). Onlar həmçinin yerli məhkəmə prosesinin müddətindən (Konvensiyanın 6-cı maddəsi) və səmərəli hüquqi müdafiə vasitələrinin olmamasından şikayət edirlər (maddə 13). Nəhayət, onlar 1 saylı Protokolun 1-ci maddəsinə istinad edirlər.
4. 8 iyul 2010-cu ildə ərizələr barədə Hökumətə məlumat verilmişdir. Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, işin qəbuledilənliyi və mahiyyətinə birgə baxılmasına qərar verilmişdir.
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçilər müvafiq olaraq 1966 və 1993-cü illdərdə anadan olmuşlar və Bayraklı/İzmirdə yaşayırlar.
A. Menekşe Şentürkün ölüm şəraiti
6. Şənbə günü, 11 mart 2000-ci il tarixdə, saat 10:30 radələrində, Mehmet Şentürkün (« birinci ərizəçi ») arvadı və Bekir Şentürkün anası 34 həftəlik hamilə olan Xanım Menekşe Şentürk əri ilə Karşıyaka dövlət xəstəxanasına gəlmiş və ağrıları olduğundan şikayət etmişdir. G.E. adlı mamaça onu müayinə etmiş və qərara gəlmişdir ki, hələ doğuş vaxtı deyildir və müayinə üçün növbətçi həkimi çağırmağa ehtiyac yoxdur.
7. Ərizəçı arvadını İzmirin Nevval Salih Alsancak İşgören dövlət xəstəxanasına aparmışdır və onlar xəstəxanaya saat 11- 11 :30 radələrində çatmışlar. Burda Xanım Şentürkü A.Y. adlı mamaça müayinə etmiş və doğuş vaxtının çatmadığı və pasientin halında heç bir ağırlaşma olmadığına qərar vermiş və müayinə üçün növbətçi ginekoloqu çağırmamışdır.
8. Arvadının ağrılarının davam etdiyini görən birinci ərizəçi arvadını saat 14 radələrində Atatürk təhsil və araşdırma mərkəzinin xəstəxanasına çatdırmışdır. Burda Xanım Şentürk təcili yardımda interna olan həkim F.B. tərəfindən müayinə edilmiş, sonra urologiya şöbəsinə köçürülmüş, orda uroloq həkim Ö.Ç tərəfindən müayinə edilmişdir. Sonuncu böyrək sancısı diaqnozu qoymuş, dərman yazmış, xəstəyə sakitləşdirici vurmuş və doğuşdan sonra müayinəyə gəlməyi tapşırmışdır.
9. Evə qayıdandan sonra arvadının ağrıları kəsmədiyinə görə, birinci ərizəçi həmin axşam onu Ege Universiteti tibb fakülətsinin xəstəxanasına aparmışdır. Arvadı ilk öncə təcili yadım həkimi S.A.A. tərəfindən müayinə edilmiş, sonra ginekologiya və mamalıq şöbəsinə aparılmış və bir həkim heyəti tərəfindən müayinə edilmişdir. Heyət exoqrafiya nəticələrini nəzərə alaraq, onun bətnindəki uşağın öldüyünü və onu çıxarmaq üçün təcili əməliyyata ehtiyac olduğu qərarına gəlmişlər. Burda ərizəçiyə bildirilmişdir ki, xəstəxana və əməliyyat pulludur və xəstəxananın büdcəsinə 600 və ya 700 milyon türk lirəsi həcmində beh keçirilməlidir. Birinci ərizəçi pulunun olmadığını bəyan etmiş və arvadı xəstəxanaya alınmamışdır.
Təcili yardım həkimi S.A.A., birinci ərizəçinin arvadının içərisində tibbi personal olmayan özəl təcili yardım maşınında İzmir ginekologiya və mamalıq xəstəxanasına aparılmasını təşkil etmişdir.
10. Xanım Şentürk saat 23 radələrində təcili yardım maşınında xəstəxanaya aparılarkən vəfat etmişdir.
B. Səhiyyə Nazirliyinin araşdırması
11. 26 oktyabr 2000 və 23 noyabr 2000 tarixləri arasında, Səhiyyə Nazirliyi araşdırma komissiyası ölüm şəraiti ilə bağlı bir iş açmış və birinci ərizəçini, mərhuməni xəstəxanaya aparan şəxsləri, onun müayinə olunduğu müxtəlif tibb müəssisələrinin tibbi personalını (mamaça və həkimləri) və onu İzmir ginekologiya və mamalıq xəstəxanasına aparan təcili yardım sürücüsü dindirilmişdir.
12. 30 oktyabr 2000-ci ildə Menekşe Şentürkü hamiləliyi dövründə müayinə edən iki mamaçanın ifadəsi alınmışdır. Onların ifadələrinə görə, 3 mart 2000-ci il tarixli müayinədə müəyyən edilmişdi ki, uşağın ürək döyüntüləri dayanmışdır və mamaçalar ona məsləhət görmüşlər ki, dərhal exoqrafiya edilməsi üçün xəstəxanaya getsin.
13. 31 oktyabr 2000-ci ildə Karşıyaka dövlət xəstəxanasının Xanım Şentürkü müayinə etmiş mamaçası, G.E.-nin ifadəsi alınmışdır. Protokola görə, o, uşağın ürək döyüntülərini eşitmişdir və onun ananı müayinə etdiyi vaxt uşaq yaşayırdı. Mamaça dəqiqləşdirmişdir ki, o uşağın ürək döyüntülərini dopplerlə dinləmişdir və bu aparat bir dəqiqədə ürək döyüntülərinin sayını da müəyyən edir. Menekşe Şentürkün vəziyyətinin normal olduğunu hesab etdiyindən nə ultrasəs etməyə, nə də növbətçi həkim çağırmağa ehtiyac duymamışdır.
14. 1 noyabr 2000-ci ildə, Nevval Salih Alsancak İşgören dövlət xəstəxanasının mamaçası A.Y.-nın ifadəsi alınmışdır. O bildirmişdir ki, ananın müayinəsi zamanı uşağın ürək döyüntülərini eşitmişdir, uşaq yaşayırdı və heç bir ağırlaşma yox idi və bu səbəbdən müayinə üçün növbətçi ginekoloqu çağırmamışdır.
15. 9 noyabr 2000-ci ildə, Ege Universiteti xəstəxanasının ginekologiya və mamalıq şöbəsinin həkimləri T.K., S.A. və Ö.Ö.-nin ifadələri alınmışdır. Onlar bildirmişlər ki, birinci ərizəçiyə uşağın Keser əməliyyatı ilə alınmalı olduğunu demişlər. Onlar ərizəçiyə və ya onun arvadına 600 və ya 700 milyon türk lirəsi məqləğində beh verilməli olduğunu dediklərini qəbul etməmişlər və bunun kim tərəfindən edilə biləcəyini bilmədiklərini bildirmişlər. Onlar həmçinin təsdiq etmişlər ki, xəstənin müayinəsinsində iştirak etməyən növbətçi mütəxəssis S.Ö.-yə bu barədə bütün məlumatı vermişlər. Həkimlərin hamısı xüsusilə bildirmişlər:
« (…) Xəstənin ərinə izah edildi ki, uşaq ölüb və onu Keser əməliyyatı ilə götürmək lazımdır. (…) Mən heç vaxt xəstəyə bu əməliyyat üçün xəstəxana büdcəsinə 600-700 milyon lirənin keçirilməli olduğunu deməmişəm. (…) Bunu ona kimin dediyini bilmirəm (…). Xəstəxanaya qəbul edilməmə barədəki yazının yanındakı imza xəstə Menekşe Şentürkün özünündür (…) Mən xəstəyə və ya onun yaxınına pulun keçirilməməsi halında əməliyyatın edilə bilməyəcəyini deməmişəm. (…). Xəstə özü xəstəxanaya yatmaq istəmədi, bu pulu keçirə bilməyəcəyini dedi və kağızları imzaladı. Onun əri bu məbləği ödəyə bilməyəcəyini və xəstəxanaya yatırılmasından imtina etdiyini və xəstəni Konak analıq şöbəsinə aparacağını deyərək xəstəni apardı. (…) Yoldaşlarımla mən bir həkim komandası olaraq, ərinə izah etdik ki, təcili olaraq uşağı çıxarmaq lazımdır, xəstəni aparmaq olmaz, lakin fikrimizi ona qəbul etdirməyə müvəffəq olmadıq (…) »
Hadisənin baş verdiyi axşam növbədə olan Ege Universitetinin tibb fakültəsinin xəstəxanasının ginekologiya və mamamlıq şöbəsinin mütəxəssisi S.Ö.-nin eyni gün alınmış ifadəsinə görə, T.K. onu pasiyentin vəziyyəti və xəstəxanaya yatmasının vacib olması barədə məlumatlandırmışdır. O həmçinin təsdiq etmişdir ki, pasiyentin əri ilə danışmamış və xəstəxananın büdcəsinə beh keçirilməsi barədə heç bir şey deməmişdir, həkim kolleqaları xəstəyə xəstəxanada yatmalı olduğunu dediklərinı, lakin ərinin onu xəstəxana yatırmaqdan imtina etdiyini söyləmişlər.
16. 23 noyabr 2000, tibb mütəxəssilərindən ibarət komissiya aşağıdakı hesabatı çıxardı:
« 1. Tibb bacısı G.E. Menekşe Şentürkün qarnını dinləmiş və elan etmişdir ki, onun səhhəti növbətçi həkimin çağırılmasını tələb etmir. Bunu etmək məcburi olsa belə, tibb bacısı buna ehtiyac duymamışdır. Belə halda qayda odur ki, bütün xəstələr mütəxəssis həkim tərəfindən müayinə olunmalıdır, çünki tibbi bacısı vəziyytin əhəmiyyətini müəyyən etməyə kifayət edən bilik səviyyəsinə malik deyildir. Daxil olan hər bir xəstə üçün tib bacısı mütəxəssisi çağırmalıdır.
2. Mamaça və tibb bacısı A.Y. xəstənin vəziyyəti barədə diaqnoz qoymaq üçün kifayət qədər biliyə malik deyildi. Xəstəni bir mütəxəssisə müayinə etdirmək lazım idi. Düzgün diaqnoz üçün poliklinikaya müraciət edən bütün xəstələr mütəxəssis tərəfindən müayinə olunmalıdır.
Təcili yardım xidmətində növbətçi həkim F.B. KHD ilə məsləhətləşməli idi. Yalnız o an xəstəni müayinə edən həkim bu simptomların hamiləliyin problemli olmasını göstərməsi barədə qərar qəbul edə bilərdi.
Növbətçi uroloq həkim Ö.Ç. xəstəni yalnız urologiya baxımından müayinə etmişdir. Lakin (…) o ümumi müayinə keçirə və KHD ilə məsləhətləşə bilərdi. Yalnız o an xəstəni müayinə edən həkim bu simptomların hamiləliyin problemli olmasını göstərməsi barədə qərar qəbul edə bilərdi.
3. Xəstənin kliniki simptomlarına görə, Ege Uniersiteti tibb fakültəsi xəstəxanasının mütəxəssis həkimləri onu xəstəxanaya yatırmaq üçün təkid etməli idi.
4. Təcili yardım maşınında tibb personalının olması nəticəni dəyişməzdi.
Bu günə olan məlumatlara görə, ölüm səbəbləri dəqiq olaraq müəyyənləşdirilə bilməz. [Onlar] ancaq otopsidən sonra dəqiq şəkildə müəyyən edilə bilər və onun nəticələri yuxarıda göstərilən tibbi personalın laqeydlik səbəbindən məsuliyyətini müəyyən etməyə imkan verəcəkdir. (…)
Ölümün səbəbləri : 1. Uterusun yırtılması. 2. Mezoderm embolisi 3. Plasentanın qopması 4. Mürəkkəbləşmiş pre-eklampsiyanın zəif mümkünlüyü».
17. 24 noyabr 2000-ci ildə bu ekspertiza hesabatına və işlə əlaqəsi olan şəxslərin çoxsaylı ifadələrinə əsasən, Səhiyyə nazirliyinin baş müfəttişi hesabat hazırladı ki, Karşıyaka və Nevval Salih Alsancak İşgören dövlət xəstəxanasında işləyən mamaça-tibb bacıları G.E. və A.Y ixtisaslı həkim müyinəsi olmadan və ağrıları olmasına baxmayaraq, xəstəni evinə yollamaqla vəzifə borclarını yerinə yetirməmişlər. Müfəttiş hesab etmişdir ki, eyni şəkildə Atatürk təhsil və araşdırma mərkəzində işləyən həkimlər F.B. və Ö.Ç. ginekologiya və mamalıq üzrə mütəxəssislə məsləhətləşmədikləri və xəstəni bu sahəyə yönəltmədikləri səbəbilə vəzifə borclarını yerinə yetirməmişlər. Bu hesabatda belə nəticəyə gəlinir ki, bir şikayət üzrə hesabatda Ege universiteti tibb fakültəsinin ginekologiya və mamalıq üzrə həkimləri T.K., H.V., S.A. və Ö.Ö.-nün məsuliyyəti ilə bağlı suala cavab verdiyindən hazırki hesabatda bu məsələyə toxunulmur. Baş müfəttiş təcili yardım maşınının məxsus olduğu şirkətin məsuliyyəti ilə bağlı da eyni nəticəyə gəlir, çünki bu məsələ ilə bağlı da ayrıca bir hesabat İzmir səhiyyə şöbəsinə göndərilmişdir.
Araşdrıma hesabatı xatırladır ki, həkimlər T.K., H.V., S.A., və Ö.Ö. öz vəzifə borclarını yerinə yetirməmiş və laqeydlik, ehtiyatsızlıq və təcrübəsizlikləri ilə Menekşe Şentürkün ölümünə səbəb olmuşlar. Nəhayət, komissiya hesab etmişdir ki, Ege universiteti tibb fakultəsi xəstəxanasının həkimi S.A.A-ın mərhuməni dövlət xəstəxanasına göndərmək qərarında heç bir səhv yoxdur.
Ege Universiteti tibb fakültəsinin xəstəxanasında baş verən faktlarla bağlı hesabatda aşağıdakılar qeyd olunmuşdu :
« Təcili yardım şəbəsində müayinəsindən sonra (…), Menekşe Şentürk mamalıq şöbəsinə aparılmışdır (…). 34 həftəlik hamilə olan Menekşe Şentürk mamalıq şöbəsinin növbətçi həkimkomandası tərəfindən müayinə olunmuşdur. Bukomanda tərəfindən edilən exoqrafiyada (…), uşağın ürək döyüntüləri qeydə alınmamış və müəyyən edilmişdir ki, uşaq ölmüşdür (…) Xəstənin yaxınlarına məlumat verilmişdir ki, ananın sağlamlığı üçün uşağı əməliyyatla çıxarmaq (…) lazımdır. Lakin xəstənin yaxınları xəstəxananın xərclərini ödəyə bilməyəcəklərini demiş (…) növbətçi komanda xəstəni xəstəxanaya yatıra bilməmiş və xəstənin xəstəxanaya yatmaqdan imtina etdiyi barədə imzasını aldıqdan sonra onu o vəziyyətdə İzmir ginekologiya və mamalıq şöbəsinə göndərmişlər. (…) Lakin qanunvericlliyə görə, onlar xəstəni xəstəxanaya yatırdıqdan, müayinə etdikdən, diaqnoz və müalicədən sonra xərclərlə bağlı prosedura başlamalı idilər. Beləliklə, həkimlər təcili yardın vəziyyətində olan və davamlı ağrıları olan xəstəni müalicə etmədən başqa xəstəxanaya göndərdikləri üçün vəzifə borclarını yerinə yetirməmişlər».
Bu hesabatda müxtəlif şahid ifadələri yer almışdır. Onalrdan bəzilərində deyilir :
« Mehmet Şentürkün ifadəsi : (…) şənbə, 11 mart 2000-ci ildə, saat 10 radələrində səkkiz aylıq hamilə arvadımı (…) möhkəm ağrıları olduğuna görə Karşıyaka dövlət xəstəxanasına apardım. Qonşumuz N.S. də bizimlə idi (…) Arvadım Karşıyaka dövlət xəstəxanasına gözlə müayinə edildi (…), mənə dedilər ki, heç nə edə bilməzlər, çünki ultrasəs aparatı söndürülüb (…) və daha yaxşı olardı ki, onu Alsancaq dövlət xəstəxanasına aparım (…). Mən arvadımı Alsancaq dövlət xəstəxanasının təcili yardım şöbəsinə saat 11:15 radələrində çatdırdım. Orda, təcili yardım şöbəsinin məsul şəxsləri mənə dedilər ki, personal çatışmazlığı var və ultrasəs aparatları sönülüdür. (…) Mənə dedilər ki, onu başqa xəstəxanaya aparım. Ona görə, mən arvadımı Atatürk Yeşilyurt təhsil və araşdırma mərkəzinin xəstəxanasına apardım (…) Onu mamalıq şöbəsinə müşaiyət edəndə saat 12 radələri idi (…) Həkim onu urolgiya şöbəsinə aparmağı tapşırdı (…) Onu urologiya şöbəsinə apardım. Onlar uroloji və böyrəyin ultrasəs müayinəsi etmək istədilər (…) [Arvadım] bu xəstəxananın təcili yardım şöbəsində xərəyin üstündə üç və ya dörd saat gözlədi. Onun ağrıları güclənmişdi. Ona görə mən təcili yardım şöbəsinin müdirini görməyə getdim. Ona dedim ki, arvadım özünü çox pis hiss edir və [xahiş etdim ki,] urologiya şöbəsinin bir həkimi onu müayinə etsin. Uroloq həkim onu müayinə etdi (…) Onu müayinə etdikdən sonra dedi : « doğuma hələ var, indi edə biləcəyimiz bir şey yoxdur, təcii yardımda ona sakitləşdirici vurdurun və evə aparın » və resept verdi (…) Mən həkimə dedim ki, arvadım səkkiz aylıq hamilədir və yazdığı dərmanların hamilə qadına uyğun olub-olmadığını soruşdum. O dedi ki, onu tez-tez istifadə etmək olmaz, yalnız ağrılar kəskinləşəndə atmaq lazımdır (…) Arvadıma sakitləşdirici vuruldu, amma hansı sakitləşdirici olduğunu bilmirəm (…) amma ağrılar sakitləşmədi (…) mən arvadımı evə apardım (…) onu evə aparanda saat 18 :30 radələri idi. Axşam 20:30 radələrində, arvadımın vəziyyətinin pisləşdiyini görəndə Ö.A.G. ilə birgə (…) onu Ege Universitetinin xəstəxanasına apardım (…) Həkim arvadımı müayinə etdi (…) və mənə uşağın öldüyünü dedi (…) Mən ona dedim ki, arvadımı xilas etsin (…) Həkim mənə dedi ki, uşağı əməliyyatla götürmək üçün xəstxanaya 600-700 milyon lirə ödəmək lazımdır (…) Ona cavab verdim ki, o qədər pulum yoxdur amma arvadımı əməliyyat etsin, mən sənədləri imzalayaram və sonra pulu ödəyərəm. Həkim dedi ki, pulu keçirməliyəm (…) Mən ondan nə etməli olduğumu soruşdum (…) Onlar mənə dedi ki, onu Konak doğum evinin təcili yardım şöbəsinə aparım (…) Biz təcili yardım maşını çağırdıq (…) Orda olan bir qadından soruşdum ki, [arvadımı] müşayiət edəcək bir həkim olmalı deyilmi. O dedi ki « həkim göndərməyiblər» (…) Biz yola düşdük. (…) Biz Konak doğum evinə çatanda (…) ordakı adamlar mənə dedilər ki, arvadım ölüb (…) Arvadım onu apardığım xəstəxanalarda müalicə olunmadı. Karşıyaka və Alsancak dövlət xəstəxanalarında və Atatürk təhsil və araşdırma mərkəzinin xəstxanasında exoqrafiya edilsəydi və mənə uşağın öldüyün desəydilər, əməliyyatın pulunu tapardım və arvadımı xilas edərdim. Arvadımın 3 mart 2000-ci ildə Bayraklı tibb mərkəzində müayinə olunduğunu və orda uşğın ürək döyüntülərinin eşidilmədiyini bilmirdim (…) 3 mart 2000-cı ildən iki-üç gün öncə, o mənə demişdi ki, pilləkəndə ayağını burxub (…) amma ağrısı yoxdur və həkimə getməyə ehtiyac yoxdur (…)
Ö.A.G-in ifadəsi : (…) Biz xəstəni Ege xəstəxanasının təcili yardım şöbəsinə apardıq (…). Həkimlərdən biri mənə dedi ki, onun vəziyyəti ağırdır. Dedi ki, gedib xəstəxana büdcəsinə 700 milyon lirə keçirmək lazımdır(…) Həkimin adını bilmirəm. Saat təxminən 22 idi. Mənim 150 milyon lirəm vardı. Həkimə dedim ki, mənim pulum var, pulu keçirə bilərəm və bu barədə sənəd imzalaya bilərəm (…) O dedi ki, belə olmaz və əməliyyat edə bilməz. Mən əməliyyat etməsi üçün təkid etdim. O yenə imtina etdi. Mən onda nə etməli olduğumu soruşdum. O bizə dedi ki, xəstəni Konak doğum evinə aparaq. Onlar bizi məcbur etdilər ki, xəstəni öz istəyimizlə xəstəxanadan çıxarmağımız barədə sənəd imzalayaq (…)
Ahmet Y.-nin ifadəsi : (…) Biz Menekşe Şentürkü Ege universitetinin xəstəxanasına saat 21 radələrində apardıq. O dərhal təcili yardım şöbəsinə alındı. Bir həkim qadın onu müayinə etdi (…) və bizə dedi ki, uşaq ölüb (…) Həkim bizə dedi ki, uşağı təcili olaraq əməliyyatla götürülməlidir (…) Həkim bizə dedi ki, əməliyyat üçün xəstəxanaya 700 milyon lirə keçirilməlidir. Xəstənin əri dedi ki, pulun hamısını indi verə bilməz, ancaq bir hissəsini ödəyə bilər (…), sənəd imzalaya bilər və qalanını sonra ödəyə bilər. Həkim dedi ki, bunu mühasibatla müzakirə etmək lazımdır (vezne). Mühasibat bizə dedi ki, pulun hamısını keçirmək lazımdır. Sonra biz yenidən xəstəni müayinə etmiş həkimlə danışdıq. Biz ona dedik ki, pulu keçirə bilmədik və soruşduq ki, nə edək. O bizə dedi ki, Konak doğum evinə aparaq (…)
S.A.A.-nın ifadəsi (…) : Menekşe Şentürk 11 mart 2000-ci ildə qarnındakı ağrılardan şikayətlə təcili yardım şöbəsinə müraciət etdi (…) Mən xəstəni qəbul etdim (…) müayinə etdim (…) və onu ginekologiya və mamalıq şöbəsinə göndərdim. Mamalıq şöbəsində müayinə edildikdən yarım saat sonra xəstə təcili yardım şöbəsinə qayıtdı (…) Xəstənin əri mənə dedi ki, mamalıq şöbəsindəki həkimlər ona uşağın öldüyünü deyiblər (…) və qadın xəstəxanaya yatırılmalıdır. Mən ondan soruşdum ki, niyə xəstəni xəstəxanaya yatırmayıb təcili yardım şöbəsinə qaytarıblar. Xəstənin əri mənə dedi ki, ondan xərcləri ödəməyimi istəyirlər (…) və bu məbləği ödəyə bilmədiyinə görə, arvadını Konak doğum evinə aparmaq istəyir. Həmin vaxt o çox əsəbi və qəmgin idi. Mən sakitcə dedim ki, uşağı çıxarmaq lazımdır, xəstəni dərhal aparıb xəstəxanaya yatırmaq lazımdır və dərhal uşağı çıxarmaq lazımdır, yoxsa ananın həyatı təhlükəyə girər. Dediklərimə baxmayaraq, xəstənin əri müayinə kağızı üzərində: « Həkimlərin məsləhətinə baxmayaraq, xəstəni xəstəxanaya yatırmaqdan imtina edirik » yazdı və imzaladı. Mən ona bu sözləri yazması üçün heç bir təzyiq etməmişəm (…). Xəstənin əri mənə dedi ki, doğum şöbəsinin həkimləri ona deyiblər ki, əgər yanılmıramsa, 400 milyon ödəməlidir (…)
Özəl təcili yardım maşınının sürücüsü M.D.-nin ifadəsi (…) 11 mart 2000-ci il saat 22 :30 radələrində mən xəstəni mamalıq şöbəsindın götütürüb təcili yardım şöbəsinə apardım. Orda mən baş tibb bacısı S.T.-yə maşına bir həkim qoymağı xahiş etdim.O mənə dedi ki, bu, mümkün deyil. Sonra mən xəstəni göndərən təcili yardım şöbəsindən həkim istədim. Orda da mənə dedilər ki, bu qeyri-mümkündür, uşaq ana bətnində ölüb və mən dərhal xəstəni Konak doğum evinə çatdırmalıyam. (…) Mən xəstəni maşına mindirdim (…) Əri də yanında idi (…) Maşında tibb personalı yox idi. (…) Xəstəni Ege xəstəxanasının qarşısında təcili yardım maşınınına yerləşdirməzdən əvvəl xəstə « məni aparma » deyirdi (…) Saat 22 :40 olardı. Konaka çatanda (…) gördüm ki, xəstə ölüb (…) Dediyim kimi, təcili yardım maşınında tibb personalının olmamasının səbəbi odur ki, bizim təcili yardım tibb bacımız başqa bir xəstənin aparılmasında iştirak edirdi (…) Xəstəxananın həkim və tibb bacıları (…) mənə dedilər ki, xəstə gələndə artıq ölmüşdü. Onlar dedilər ki, burda morq yoxdur və biz mərhuməni Ege universitetinin morquna aparmalıyıq (…) »
Alınmış ifadələrə görə, Ege universiteti tibb fakültəsi xəstəxanasının dörd həkimi T.K., S.A., Ö.Ö. və S.Ö., ərizəçiyə və ya mərhum arvadına əməliyya üçün pul köçürülməli olduğunu dediklərini danırlar.
C. Tibb personalına qarşı cinayət işləri
1. Həkimlər T.K., H.V., S.A.və Ö.Ö.-yə qarşı cinayət işləri
18. 26 fevral 2001-ci ildə, Ege universiteti tibb fakültəsi rəhbərliyi tərəfindən T.K., H.V., S.A., və Ö.Ö-yə qarşı araşdırma açıldı.
19. 10 sentyabr 2001-ci ildə araşdrıma nəticəsində qərar alındı ki, həkimlərə qarşı cinayət işi açmağa əsas yoxdur.
20. 26 avqust 2002-ci ildə, həkimlərdən ibarət araşdırma komissiyası bir hesabat hazırladı. Hesabata görə, haqqında söhbət gedən həkimlər heç bir səhv etməyiblər və bu səbəbdən, onlara qarşı cinayət işi qaldırmaq lazım deyil.
21. 24 oktyabr 2002-ci ildə yaşamaq hüququnu təsbit edən Konvensiyanın 2-ci, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 3-cü və Türkiyə Konstitusiyasının 17-ci maddəsinə istinad edərək, birinci ərizəçi bu qərardan şikayət verdi. O bildirdi ki, komissiya təcili xəstəxanaya yatırma tələb olunan hallarda xəstəxana xərclərinin ödənilə bilinmədiyi hallar ilə bağlı qüvvədə olan qanunvericiliyi və Ege Universitetindəki təcrübəni araşdırmalı idi.
22. 22 yanvar 2003-cü ildə, Dövlət Şurası araşdırma hesabatının nəticələrini ləğv etdi. O bildirdi ki, komissiya xəstəxanalarda həyatı təhlükədə olan və təcili müdaxilə tələb edən bir xəstənin müalicəyə başlamaq üçün hansı şərtlərin olmalı olduğunu müəyyənləşdirməmişlər. O həmçinin hesab etdi ki, komissiya araşdırmanı genişləndirib o gecə növbətçi olan Ege universiteti tibb fakültəsi xəstəxanasının ginekologiya və mamalıq üzrə mütəxəssisi S.Ö.-in mübahisəli faktlarla bağlı məsuliyyətini müəyyənləşdirməmişdir. Şura hesab etdi ki, bu çatışmazlıqları aradan qaldırmaq lazımdır.
23. 23 yanvar 2004-cü ildə, komissiya yeni hesabat hazırladı və həkimlərin biganəliyi və ya ehtiyatsızlığının olmadığına qərar verdi. Komissiya dəqiqləşdirdi ki, iş materialları xərclərin ödənmədiyi təqdirdə xəstəxanaya yatırılma tələb edən hallarda nə edilməli olduğunu müəyyənləşdirməyə imkan vermirdi.
24. 25 fevral 2004-cü ildə, yaşamaq hüququnu təsbit edən Konvensiyanın 2-ci, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 3-cü və Türkiyə Konstitusiyasının 17-ci maddəsinə istinad edərək, birinci ərizəçi bu qərardan yeni şikayət verdi. O hesab edirdi ki, araşdırmaya S.Ö.-nin daxil edilməməsi faktı böyük çatışmazlıq idi və xahiş etdi ki, həmin həkimlə bağlı məsələ də araşdırılsın.
25. 14 aprel 2004-cü ildə, Dövlət Şurası iş materiallarını Ege universitetinin rektoratına göndərdi.
26. 16 may 2005-ci ildə, araşdrıma komissiyası yeni hesabat hazırladı və qərar verdi ki, həkimlər T.K., H.V., S.A., Ö.Ö. və S.Ö.-nin biganəliyi və ya ehtiyatsızlığı olmadığından, işə xitam verilməlidir.
27. 13 iyun 2005-ci ildə, birinci ərizəçi şikayətlə Dövlət Şurasına müraciət etdi.
28. 27 sentyabr 2005-ci ildə, Dövlət Şurası müraciəti qəbul etdi və bildirdi ki, həkimlərin iddia olunan pozuntunu etdikləri barədə kifayət qədər sübut vardır. 20 və 21 may 2004-cü illərdə səhiyyə komissiyasının hesabatına (aşağıdakı paraqaf 45) istinad etdi. Bu hesabata görə, mərhumənin ölümündə həmin həkimlərin məsuliyyət payı 4/8 qədər olmuşdur. Beləliklə, o belə nəticəyə gəldi ki, onlara qarşı cinayət işi açılmalıdır və iş materiallarını prokurorluğa göndərdi.
29. 17 noyanbr 2005-ci ildə, İzmir Məhkəməsi hesab etdi ki, Dövlət Şurası işi ona birbaşa, yəni prokurorluğun iddianaməsi olamadan göndərmişdir, cinayət işinin açılması üçün ittihamnamənin şərt olması səbəbilə T.K., H.V., S.A., Ö.Ö. və S.Ö. əleyhinə cinayət işinə xitam vermişdir.
30. 21 aprel 2006-cı ildə, İzmir Respublika prokororu T.K., H.V., S.A. və Ö.Ö.-yə qarşı ehtiyatsızlıqdan adam öldürmə ittihamı irəli sürdü (cinayət məcəlləsi 455 § 1 maddəsi).
31. 11 sentyabr 2006-cı ildə, birinci ərizəçi prosesdə iştirakçı olaraq tanınmaq üçün müraciət etdi və həmin gün müraciəti Izmir Məhkəməsi tərəfindən qəbul edildi.
2. Mamaça G.E.-yə qarşı cinayət işi
32. 1 mart 2001-ci il tarixli qərarı ilə, Karşıyaka icra hakimi öz peşə vəzifələrini yerinə yetirməməsi səbəbilə mamaça G.E.-yə qarşı cinayət işinin açılmasına icazə verdi.
33. 25 aprel 2001-ci ildə, Karşıyaka Respublika prokuroru həmin şəxsə vəzifə borcunu yerinə etirmədiyinə görə ittiham irəli sürdü. (cinayət macəlləsi, maddə 230 § 1) və onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi.
34. 23 oktyabr 2001-ci ildə Karşıyaka məhkəməsi mamaçaya bəraəət verdi və bildirdi ki, həmən gün başqa bir mamaça da növbətçi idi və mərhuməni müayinə edən və mütəxəssis tərəfindən müayinə etdirmədən evə göndərərn şəxsin maraqlı şəxs olması müəyyən edilə bilməmişdir. Məhəkəmə əlavə etdi ki, hətta mərhuməni müayinə edən və evə göndərən mamaça maraqlı şəxs olsa belə, vəzifə borcunun yerinə yetirilməmsi bilərəkdən olmamış və beləliklə, onun hərəkətlərində cinayətin elementləri yoxdur.
35. Bu qərar 31 oktyabr 2001-ci ildə qüvvəyə mindi.
36. 14 iyun 2005-ci ildə, G.E.-nin mərhumənin ölümüdə 2/8 məsuliyyət payının olması barədə hesabata (paraqraf 45) əsaslanaraq birinci ərizəçi mamaça qarşı cinayət işinin yenidən açılmasını xahiş etdi.
37. 12 oktyabr 2005-ci ildə, birinci ərizəçi G.E.-yə qarşı işdə iştirak etmək üçün müraciət etdi.
38. 9 mart 2006-cı ildə, Karşıyaka Məhkəməsi işin yenidən açılması və bu işin izmir Məhkəməsi qarçısındakı işə birləşdirilməsi barədə qərar qəbul etdi. (aşağıdakı paraqraf 51 və sonrakılar). Məhkəmə həmçinin bu iki məhkəmənin yurisdiksiyası məsələsinin həll edilməsi üçün Kassasiya Məhkəməsinə müraciət etdi.
39. 12 iyun 2006-cı ildə, Kassasiya Məhkəməsi iki işin birləşdirilməsi və Karşıyaka Məhkəməsinin səlahiyyətli məhkəmə olması barədə qərar qəbul etdi.
3. A.Y., F.B. və Ö.Ç.-yə qarşı cinayət işi
40. 14 mart 2001-ci ildə, Konak icra başçısı mamaça A.Y. və həkimlər F.B və Ö.Ç-yə qarşı cinayət işi açılmasına icazə verdi.
41. 12 oktyabr 2001-ci ildə, Izmir Respubllika Prokuroru sonunculara qarşı vəzifə borclarını yerinə yetitməmək ittahamı irəli sürdü (cinayət məcəlləsi, maddə 230 § 1) və onların cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdi.
42. 12 aprel 2002-ci ildə birinci ərizəçiİzmir məhkəməsində baxılacaq işdə iştirakçı olmaq üçün müraciət etdi. Eyni gün keçirilən iclasda məhkəmə müraciət qəbul etdi.
43. 13 noyabr 2002-ci ildə birinci ərizəçi məhkəmə araşdırmasının genişləndirilməsini və arvadının uşağın öülümündən nə qədər zaman sonra öldüyünü müəyyənləşdirmək üçün birtibbi ekspertiza keçirilməsini xahiş etdi.
44. 24 fevral 2003-cü ildə, Izmir Məhkəməsi iş materillarını Səhiyyə üzrə Yüksək Komissiyaya göndərdi və ittiham olunan çəxslərin məsuliyyəti və onun dərəcəsi məsələsinin aydınlaşdırmağı tapşırdı.
45. 20 – 21 may 2004-cü ildə, Səhiyyə üzrə Yüksək Komissiya aşağıdakı mətndə bir qərar qəbul etdi :
« İşin materialları, sənədlər və sübutlarla ilə tanışlıqdan sonra komissiya belə nəticəyə gəlir :
–mamaçalar, G.E. və A.Y. xəstənin gözlə müayinəsi nəticəsində vəziyyətini düzgün aiymətləndirməmiş və növbətçi ginekoloqu xəstəni müayinə üçün çağırmadıqları səbəbindən 2/8 payında cavabdehdirlər ;
–həkimlər Ö.Ç. və F.B., 34 həftəlik hamilə olsa da, hipertension xəstəsi olsa da və kəskin ağrılardan şikayət etsə də xəstəni yalnız öz sahələri baxımından müayinə etdikləri və onu bir mamalıq mütəxəssisinə müayinə etdirmədiklərinə görə 3/8 payında cavabdehdirlər ;
–Ege Universiteti tibb fakültəsi xəstəxanasının ginekologiya və mamalıq şöbəsinin növbətçi həkimləri T.K., H.V., S.A. və Ö.Ö., mərhumənin ölümündən 4/8 payında məsuldurlar, çünki səhhəti belə bir köçürməyə uyğun olmasa da, pulu olmadığına görə onu sosial sığortalılar üçün mərkəzə göndərmişlər »
46. 1 fevral 2005-ci ildə, məhkəmə Səhiyyə üzrə Yüksək Komissiyanınhesabatını aldı və aydınlaşdı ki, ittihamolunan şəxslərin məsuliyyəti 8/8 pay əsasənda hesablanmışdır.
47. 14 mart 2005-ci ildə, birinci ərizəçi Səhiyyə üzrə Yüksək Komissiyanın ittiham olunanlardan başqa Ege universiteti tibb fakültəsinin xəstəxanasında işləyən digər həkimlərin də cavabdeh olduğunu elan etməsinə istinad etdi və həmin şəxslərə qarşı da ittiham irəli sürülməsini xahiş etdi.
48. 17 mart 2005-ci ildə keçirilən iclasda, İzmir Məhkəməsi iş materiallarını cinayət məcəlləsinin 455-ci maddəsinə əsasən ittiham olunanlara əsalə ittihamların irəli sürülmüəsi üçün İzmir Respublika Prokuroruna göndərdi.
49. 25 mart 2005-ci ildə, İzmir Respublika Prokuroru ittiham olunan şəxslərə ehtiyatsızlıqla həyata qəsd ittihamı irəli sürdü (cinayət məcəlləsi, maddə 455 § 1) və onların bu ittihamla cinayət məsuliyyətinəcəlb olunmasını xahiş etdi.
50. 4 iyul 2006-cı ildə birinci ərizəçi İzmir Məhkəməsindən işə baxılmasını tezləşdirməsini xahiş etdi. Konvensiyanın 6-cı maddəsinə istinadən bildirdi ki, bu prosesin müddəti onun işinə ağlabatn müddətlərdə baxılması hüququnu pozur. O həmçinin vurğuladı ki, prosesin uzanması iddia müddətinin bitməsiləişin xitamı və onun maddi və mənəvi zərərə görə kompensasiya almaması səbəbilə mülkiyyət hüququna da təhlükə yaradır.
51. 30 yanvar 2007-ci ildə İzmir Məhkəməsi baxdığı işlə və həkimlər T.K., H.V., S.A. et Ö.Ö.-ə qarşı ethiyatsızlıqdan həyata qəsd ittihamı ilə açılmış işi birləşdirmək barədə qərar qəbul etdi.
4. İşlərin birləşməsindən sonrakı cinayət prosesi
52. 7 may 2007-ci ildə birinci ərizəçinin vəkili azyaşlı oğlunun iştirakçı qismində tanınması üçün müraciət etdi. O, bu müraciətdə prosesin müddətindən də şiçakət etdi və iddia müddətinin keçməsi səbəbilə işə xitam verilməsi təhlüksəni də vurğuladı. Vəkil həmçinin arvadının ölümü səbəbilə müvəkkilinə dəyən mənəvi ziyana görə 60 000 türk lirəsi (TRY), oğluna dəyən mənəvi ziyana görə isə 50 000 TRY,və hər ikisinə dəymiş maddi ziyana görə 30 000 TRY məbləğində təzminat tələb etdi.
53. 8 may 2007-ci il tarixli iclasında Karşıyaka Məhkəməsi müəyyən etdi ki, əvvəl İzmir Məhkəməsinin baxdığı işdə digər ittihamolunan şəxlərdlə yanaşı həkim S.Ö.-nin də adının çəkilməsinə baxmayaraq, ittiham aktında həkim S.Ö. barədə heç bir qeyd yoxdur. Məhkəmə tapşırdı ki, prosesin dayandırılması barədə qərardan (yuxarıdakı paraqraf 29) sonra S.Ö.-nin bəraət aldığı, yoxsa ittiham aktında səhb olduğu dəqiqləşdirilsin. Məhkəmə əlavə etdi ki, əgər səhv olubsa, düzəldilsin.
54. 27 noyabr 2007-ci il tarixli iclasında Karşıyaka Məhkəməsi bildirdi ki, prokurorun cavabına görə, həkim S.Ö. bəraət almamış və ittiham aktında səhv getiş ola bilər. Məhkəmə tapşırdı ki, tədbir görülsün.
55. 11 fevral və 18 mart 2008-ci ildə ərizəçilərin vəkili prosesin müddətindən şikayəti ilə bağlı arqumentlərini məhkəməyə təqdim etdi.
56. 12 fevral 2008-ci il tarixli icalsında məhkəmə bildirdi ki, S.Ö. əleyhinə cinayət işinin açılması işin mahiyyətinə təsir etməsə də, onun uzanmasına səbəb ola bilər. Ona görə də məhkəmə iş açılmasını gözləməkdən imtna etdi.
57. 18 mart 2008-ci ildə, məhkəmə A.Y., Ö.Ç., F.B., T.K., H.V., Ö.Ö. və S.A.-nı ehtiyatsızlıqla adam öldürmədə təqsirli hesab etdi, iki il azadlıqdan məhrum etmə və 91 TRY məbləğində cərimə cəzası verdi. Cəzanın azaldılması ilə bağlı cinayət məcəlləsi müddəalarını tətbiq edərək, məhkəmə A.Y.-nin cəzasını 468 TRY ; Ö.Ç. və F.B.-nin cəzasını 703 TRY və T.K., H.V., S.A. və Ö.Ö.-nün cəzalarını isə 937 TRY-nə endirdi. Bütün cəzaların icrası dayandırıldı. Məhkəmə ittiham olunan G.E.-nin məsuliyyətə cəlb olunması xahişini rədd etdi və bildirdi ki, sağlamlıq üzrə yüksək komissiyanın hesabatında onun məsulliyyətpayı 2/8 kimi göstərilsə də, bu hal cinayət prosesual məcəlləsinin 134-cü maddəsinə əsasən onun əlehyinə cinayət işinin yenidən açılması üçün əsas vermir. Beləliklə, məhkəmə birinci prosesdə onun barəsində çıxarılmış bəraət qərarını təsdiqlədi.
Məhkəmənin əsaslandırmasının müvafiq hissələrində deyilirdi :
« (…) iş materillarından görünür ki : – səkkiz aylıq hamilə olan Menekşe Şentürk, əri tərəfindən çənbə, 11mart 2000-ci ildə kəskin ağrılar səbəbilə İzmirin Karşıyaka dövlət xəstəxanasına gətirilmişdir ; – mamaça G.E. tərəfindən müayinə edilmişdir (…), həkim çağırılmamışdır, heç bir tədbir görülməmişdir və doğum başlamadığından xəstə evinə göndərilmişdir; – sonradan Alsancak dövlət xəstəxanasının təcili yardım şöbəsinə aparılmış, mamaça A.Y.tərəfindən müayinə edilmiş, doğum başlamadığına görə evə göndərilmişdir; – saat 14 radələrində Yeşilyurt Atatürk tibb mərkəzinin təcili yardım şöbəsinə aparılmış, həkim F.B. tərəfindənmüayinə olunmuş, sol böyründəkiağrılara görə urologiya şöbəsinə göndərilmiş, orda həkim Ö.Ç. tərəfindən müayinə edilmiş, sonuncu qərara gəlmişdir ki, ağrıkəsici vurub evə göndərmişdir; – evə getdikdən sonra ağrılar davam etmiş (…) Ege Universiteti tibb fakültəsi xəstəxanasının təcili yardım şöbəsinə gətirilmiş, təcili yardım həkimi tərəfindən doğum şöbəsinə göndərilmiş, (…) orda xəstənin səkkizaylıq hamiləolması, lakin uşağın ürəyinin döyünmədiyi müəyyən edilmişdir; həkim uşağı əməliyyatla çıxarmağı məsləhət görsə də, o xəstəxanaya yatmağı maddi imkanı olmadığından qəbul etməmişdir; – onda xəstə İzmir ginekologiya və mamalıq xəstəxanasına aparılmış, lakin yolda vəfat etmişdir; – bu hadisə səbəbilə, mamaçalar G.E. və A.Y. onun ölümündə 2/8, həkimlər Ö.Ç. və F.B. 3/8, həkim T.K., H.V., S.A. və Ö.Ö. 4/8 payda məsuliyyət daşıyırlar ; –belə olan şəraitdə, ittiham olunan şəxslər ittiham olunduqları cinayətdə təqsirli hesab olunmalıdırlar (…) »
58. 21 may 2008-ci ildə ərizəçilər kassasiya şikayəti verdi. Şikayətlərində bildirdilər ki, məhkəmə nə onun oğlunun iştirakçı olması barədə müraciətinə, nə də kompensasiya tələblərinə cavab verməmişdir. Onlar həmçinin G.E.-nin mərhumənin ölümündə məsuliyyətli olmasının müəyyən olunmasına baxmayaraq, ona bəraət verilməsi qərarından, və ittiham olunan şəxslərə verilən azadlıqdan məhrumetmə cəzalarının cərimə ilə əvəz olunmasından şikayət etdilər. Digər tərəfdən Konvensiyanın 2-ci maddəsinə istinad edərək ərizəçilər yaşamaq hüququnun pozulduğunu və bu məsələ ilə bağlı Dövlətin pozitiv öhdəliklərini yerinə yetirmədiyini vəbirinci ərizəçinin mərhumarvadı ilə bir xəstəxanadan o birinə getməyə məcbur buraxılmasının Konvensiyanın 3-cü maddəsinə zidd olduğunu iddia etdilər. Konvensiyanın 6 və 13-cü maddələrinə istinad edərək ərizəçilər məhkəmə prosesinin müddətləri və bununla bağlı şikayət vermək üçün hüquq müdafiə vasitələrinin olmamasında şikayət etdilər. Onlar həmçinin iddia etdilər ki, çıxarılan qəraronların mülkiyyət hüququnu pozur.
59. 21 yanvar 2009-cu ildə, Kassasiya Məhkəməsi yanında Baş Prokuror öz arqumentlərini təqdim etdi və məhkəmədən birinci instansiya məhkəməsinin qərarının G.E ilə bağlı hissədə təsdiq, digər dörd şəxsə münasibətdə müddətlərin başa çatması səbəbilə ləğv etməsini və işə xitam verməsini xahiş etdi.
60. 7 oktyabr 2010, Kassasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını G.E ilə bağlı hissədə təsdiq etdi. Məhkəmə digər dörd şəxsə münasibətdə 765 saylı qanunun 102 § 4 və 104 § 2-ci maddələrinə əsasən müddətlərin başa çatması səbəbilə ləğv etdi və bu əsasla, cinayət prosesual məcəlləsinin 322-ci maddəsinə uyğun olaraq işə xitam verdi.
5. S.Ö.-yə qarşı açılmış iş
61. 4 yanvar 2008-ci ildə səhiyyə komissiyasının 20-21 may 2004-cü il tarixli hesabatında S.Ö.-nin məsuliyyətinin müəyyən olunmadığını, ona qarşı kifayət qədər sübutun olmadığını və onun etdiyi iddia olunan hərəkətlərin cinayət əməlinə uyğun gəlmədiyini İzmir prokuroru işi xətm etdi.
62. Birinci ərizəçi bu qərardan şikayət verdi.
63. 14 yanvar 2009-cu ildə Karşıyaka Məhkəməsi şikayəti rədd etdi.
II. MÜVAFİQ DAXİLİ HÜQUQ
64. Müvafiq daxili hüquq Sevim Güngör c. Turquie ((déc.), no 75173/01, 14 aprel 2009) işində qeyd olunmuşdur
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 2-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
65. Ərizəçilər arvadı və anasının və onun bətnindəki uşağın Konvensiyanın 2-ci maddəsində təsbit olunan yaşamaq hüququnun pozulduğundan şikayət edirlər. Həmin müddəada deyilir :
« 1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. (…) »
66. Hökumət bu arqumenti qəbul etmir.
A. Qəbuledilənlik
67. Məhkəmə müəyyən edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3a) bəndinə əsasən açıq-aydın əsaslandırılmamış deyildir. Məhkəmə həmçinin hesab edir ki, o, hər hansı başqa meyara əsasən də qəbuledilməz deyildir. Beləliklə, şikayət qəbuledilən elan olunmalıdır.
B. Mahiyyət
1. Ərizəçilərin arqumentləri
a. Menekşe Şentürkün ölümü ilə əlaqədar 2-ci maddənin maddi pozuntusu ilə bağlı
68. Ərizəçilər iddia edirlər ki, mərhumə həkim və mamaçaların ciddi biganəliyi üzündən ölmüşdür. Onlar hesab edirlər ki, əgər həkim və/və ya mamaçalar öz vəzifə borclarına və peşə etikasına uyğun hərəkət etsəydilər, bu ölümün qarşısını almaq olardı. Əksinə, onlar vəzifə borclarını ciddi şəkildə pozmuşlar. Ərizəçilər hesab edirlər ki, işin halları sadəcə biganəlik kimi deyil, adamöldürmə kimi xarakterizə edilməlidir.
69. Ərizəçilərin fikrincə, Ege universiteti tibb fakültəsinin xəstəxanasında onun vəziyyətinin ağır olduğu müəyyənləşsə də, mərhumə güclə Konak xəstəxanasının doğum şöbəsinə göndərilmişdir. Belə ki, birinci ərizəçi arvadının əməliyyatı üçün 1 000 avro (EUR) verməməsinə görə başqa xəstəxanaya köçürüldüyünü eşitmişdir. Məhkəmənin Oyal c. Turquie (no 4864/05, §§ 53-51, 23 mart 2010) işindəki qənaətinə istinad edərək, ərizəçilər xatırladırlar ki, Dövlət lazım olan tibbi müalicəni təchiz etməlidir, çünki səhiyyə sistemini idarə edən və ya ona nəzarət edən Dövlətdir.
70. Ərizəçilər iddia edirlər ki, tibb işçiləri qurbanın vəziyyətinin ağır olmasından xəbərdar idilər. Jasinskis c. Lettonie (no 45744/08, § 67-68, CEDH 2010 … (çıxışlar)) işinə ictinadən onlar vurğulayır ki, Hökumət bu ölümdən məsuldur, çünki mərhuməyə lazım olan müalicə təqdim edilməmişdir. Beləliklə də Dövlət Konvensiyanın 2-ci maddəsini maddi başlığı altında pozmuşdur.
b. Menekşe Şentürkün ölümü ilə əlaqədar 2-ci maddənin prosedural pozuntusu ilə bağlı
71. Ərizəçilər bildirirlər ki, Kassasiya Məhkəməsi ittiham olunan şəxslərə qarşı cinayət işinə, müddətlərin keçməsi səbəbilə xitam vermişdir və nəticədə onlar cəzasız qalmışlar və bu da, məhkəmə prosesinin səmərəsiz və qeyri-dakevat olduğunu göstərir. Onalrın fikrincə, yerli sistem xəstələrdənsə, tibbi personalın müdafiəsini təmin edir. Onlar vurğulayır ki, Ege universiteti tibb fakültəsi xəstəxanasının dörd həkiminə qarşı cinaəyt işinin açılması üçün 2005-ci ili, yəni hadisədən beş il sonra işə Dövlət Şurasının müdaxilə etməsini gözləmək lazım gəlmişdi. Eyni tibb fakültəsində işləyən həimlərdən ibarət universitet komissiyası bu mənada cinyət işinin açılmasına icazə verməyə niyyətli deyildilər. Əslində bu komissiya ittiham olunan şəxslərin cinayət təqibinin nəticəsiz qalması üçün əlindən gələni etmişdir.
72. Universitet personalına qarşı qaldırılmış cinayət işinin səmərəsizliyindən əlavə, cinayət işinin materialları daim bir cinayət məhkəməsindən o birinə göndərilmişdir. Ərizəçilərin fikrincə, bu ötürmələr və gecikdirmələr üçün heç bir məntiqli səbəb yox idi.
c. doğulmadan ölən uşaqla bağlı Konvensiyanın 2-ci maddəsinin iddia olunan pozuntusu
73. Ərizəçilər bildirirlər ki, mərhumənin bətnindəki uşaq 11 mart 2000-ci ildə ölmüşdür. Onlar uşağın doğulmadan ölməsinin səhiyyə sisteminin mərhumənin probleminin nə olduğunu üzə çıxara bilməməsi olması barədə müxtəlif həkim və mamaçaların ifadələrinə istinad edirlər. Onların fikrincə, Hökumət lazım olan vaxtda lazım olan müalicəni təmin etmədiyinə görə uşağın ölümündən cavabdehdir. Doğulmadan ölən uşaq milli hüquqda şəxs sayılmasa da, digər ölkələrdə, məsələn ABŞ-da cinayət hüququ baxımından doğulmamış ölən uşaq şəxs sayılır.
74. Doğulmamış ölən uşaqla əlaqədar ikinci maddənin prosedural tərəfinə gəlincə isə, ərizəçilər iddia edir ki, onun ölüm səbəbini müəyyən etmək üçün heç bir araşdırma aparılmamışdır. Məsələ ilə bağlı müraciətlərinə dövlət orqaalrından heç bir cavab gəlməmişdir. Ərizəçilər iddia edir ki, dövlət orqanları elə hərəkət etmişlər ki, sanki uşaq mövcud olmamışdır. Onlar bildirirlər ki, mülki hüquqda doğulmadan ölən uşağın hüquqi kimliyi vardır və dövlət orqanları onun ölüm vaxtını və səbəblərini müəyyənləşdirmək üçün iş açmalı idilər. Ərizəçilər bununla bağlı Calvelli et Ciglio c. Italie ([GC], no 32967/96, § 49, CEDH 2002 I), və Öneryıldız c. Turquie ([GC], no 48939/99, CEDH 2004 XII) işlərinə istinad edirlər.
75. Bundan əlavə, ərizəçilərin fikrincə, Türkiyə cinayət qanunverciliyində uşağın suni doğuşu istisnaolmaqla, doğulmadan ölən uşağın ölümünün səbəblərnin müəyyənləşdirilməsi üçün cinayət təqibinə başlanması barədə heç bir müddəa yoxdur. Lakin mülki hüquq baxımından, doğulamamış uşaq, diri doğulduğu təqdirdə, ana bətninə düşməsi anından müəyyən hüquqlara malikdir. Ərizəçilər bununla bağlı iddia edir ki, daxili hüququn strukturu beynəlxalq standartlara və Avropa Şurası üzv Dövlətlərinin ümumi yanaşmasına uyğun deyildir.
2. Hökumətin arqumentləri
76. Hökumət bildirir ki, işin halları və orda iştirak edn bütün şəxslərin müsuliyyəti məsələri səlahiyyətli məhkəməm orqanları tərəfindən müstəqil şəkildə, müxtəlif səviyyəli çoxsaylı elmi hesabatlara əsaslanaraq araşdırılmışdır və nəticədə cavabdeh şəxslər qüvvədə olan qanunvericiliyə uyğun şəkildə cəzalandırılmışdır.
77. Xəstəxana xərcləri ilə bağlı, Hökumət dəqiqləşdiri ki, təcili yardım halındakı xəstələr hətta sosial sığortası olmasa belə, xəstəxana xərclərini əvvəlcədən ödəməyə borclu deyillər. O izah edir ki, sosial sığortası olmayan xəstə xəstəxana xərclərini lazımi müalicə edildikdən sonra ödəməlidir. Əgər xəstənin nə sosial sığortası, nə də xərcləri ödəmək imkanı yoxdursa, Hökumətin fikrincə, ərizəçinin xəstəxana xərclərindən azad olmaq üçün yerli həmrəylik təşkilatlarının verdiyi yoxsulluq sənədi olmalı idi.
78. Doğulacaq uşağın hüquqi statusu iləbağlı, Hökumət bildirir ki, mülki məcəllənin 28-ci maddəsinə görə, hüquqi status diri doğulmuş və yaşayacaq uşağa verilir.
3. Menekşe Şentürkün yaşamaq hüququ ilə bağlı Məhkəmənin qiymətləndirməsi
a. Əsas prinsiplər
79. Məhkəmə xatırladır ki, Konvensiyanın 2-ci maddəsi Dövlətdən nəinki bilərəkdən ölümünə səbəb olmaqdan çəkinməyi, həmçinin yurisdiksiyası altındakı insanların həyatlarını qorumaq üçün lazımi tədbirlər görməyi tələb edir.Bu prinsiplər səhiyyə sahəsindəki siyasətə də tətbiq olunur (bax: digərləri ilə birgə Powell c. Royaume-Uni (déc.), no 45305/99, CEDH 2000 V və yuxarıda istinad edilmiş Calvelli et Ciglio [GC], § 48). Belə ki, dövlət orqanlarının əhalinin sağlamlığı sahəsində yürütdüyü siyasət çərçivəsində etdikləri hərəkət və ya hərəkətsizliklərin bəzi hallarda 2-ci maddənin maddi tərəfi ilə bağlı Dövlətin məsuliyyətini yaratması istisna oluna bilməz. (Powell, yuxarıda istinad olunmuş qərar).
80. Bununla belə, üzv Dövlət tibb peşəkarlarının lazımi bilik səviyyəsinin olması və xəstələrin həyatının müdafiəsi üçün müvafiq tədbirləri görmüşsə, səhiyə peşəkarının qənaətində yanlışa yol verməsi və ya müəyyən bir xəstənin müalicəsi zamanı tibb işçiləri arasında koordinasiyanın pis olması kimi məsələlərın Dövlətin Konvensiyanın 2-ci maddəsinə əsasən həyatı qorumaq kimi pozitiv öhdəlikləri ilə bağlı hesabat verməsi üçün öz-özlüyündə kifayət etdiyini demək olmaz. (ibidem).
81. Lakin Məhkəmə həmçinin xatırladır ki, Konvensiyanın 2-ci maddəsi üzrə Dövlətin pozitiv öhdəlikləri tələb edir ki, o, dövlət və özəl xəstəxanalarında xəstələrin həyatlarının müdafiəsi üçün müfvafiq tədbirlərin görülməsini təmin edən qanunvericlik sistemi yaratsın. Bu öhdəliklər həmçinin istər dövlət sektorunda, istərsədə özəl sahədə çalışan tibb işçilərinin məsuliyyəti altında olan xəstələrin ölümünün səbəblərinin müəyyənləşdirilməsi və lazım gələrsə, tibb işçilərinin hərəkətlərinə görə məsuliyyət daşıması üçün səmərəli və müstəqil məhkəmə sisteminin yaradılmasını da əhatə edir (bax: xüsusilə, yuxarıda istinad olunmuş Calvelli et Ciglio § 49).
82. Bu kontekstdə ağlabatan dərcədə diqqətlilik və sürətlilik tələb olunur. Belə ki, bu tipli işlərə tez bir zamanda baxılması bütün səhiyyə xidməti sahəsinin istehlakçılarının təhlükəsizliyi üçün vacibdir. (Byrzykowski c. Pologne, no 11562/05, § 117, 27 iyun 2006). Nəzərdə tutulan müdafiə mexanizmləri yalnız nəzəri olaraq mövcud olarsa, Dövlətin Konvensiyanın 2-ci maddəsi üzrə öhdəliyi yerinə yetirilmiş sayıla bilməz: bu mexanizm təcrübədə də səmərəli olmalıdır, yəni işlərə sürətli şəkildə və lazımsız gecikmələrə yol vermədən baxılmalıdır (Šilih c. Slovénie [GC], no 71463/01, § 195, 9 aprel 2009).
83. Bundan əlavə, Konvensiya üçüncü şəxslərə qarşı cinayət işinin açılması hüququnu təmin etməsə də, Məhkəmə dəfələrlə bildirmişdir ki, 2-ci maddənin tələb etdiyi səmərəli məhkəmə sistemi cinayət cəzasını da əhatə edə bilərvə bəzi hallarda əhatə etməlidir (yuxarıda istinad olunmuş Calvelli et Ciglio, § 51). Bununla belə, yaşamaq hüququnun və ya fiziki bütövlüyün pozuntusu qəsdən törədilməmişsə, maddə 2-dən irəli gələn səmərəli məhkəmə sistemi yaratmaq öhdəliyi heç də bütün hallarda cinayət hüquqi xarakterli vasitələrin olmasını tələn etmir. Tibb sahəsində biganəliklə bağlı, pozitiv öhdəlik maraqlı şəxslərə istərcinayət məhkəməsi ilə birlikdə, istərsə də yalnız mülki məhkəmələr qarşısında həkimlərin məsuliyyətinin müəyyənləşdirilməsi və lazım gələrsə, təzminat ödənilməsi və ya məhkəmə qərarının nəşr olunması kimi müvafiq mülki sanksiyanın tətbiq olunması üçün proses açmaq imkanın olması ilə yerinə yetirilmiş hesab oluna bilər. İntizam xarakterli tədbirlər də nəzərdə tutula bilər (ibidem, § 51).
b. Bu prinsiplərin hazırki işə tətbiiqi
i. Konvensiyanın 2-ci maddəsinin maddi tərəfinin iddia olunan pozuntusu
84. Hazırki işdə ərizəçilər Xanım Şentürkün öülümün qəsdən olmasını iddia etmirlər. Bununla belə onlar hesab edirlər ki, tibb işçilərinin hərəkətləri sadəcə olaraq laqeydlik kimi deyil, adamöldürmə kimi xarakterizə edilməli idi. 2-ci maddənin maddi tərəfi ilə bağlı onlar hesab edir ki, tibb personalı həm ciddi laqeydlik səbəbilə vəzifə borclarını yerinə yetirməmişlər, həm də xanım Şentürkün və ərinin müalicə xərclərini ödəyə bilməməsinə görə mərhumənin müalicəsini təmin etməmişlər (yuxarıdakı paraqraf 68-70).
85. Məhkəmə ilk olaraq, müşahidə edir ki, ərizəçilərin izah etdiyi işin halları Məhkəmənin bu zamana qədər baxdığı və yuxarıda istinad olunmuş işlərdəki (yuxarıdakı paraqraf 79-83) hallardan fərqlənir. Məhkəmə hesab edir ki, hazırki işdən xeyli fərqli bir konteksdə formulə edildiyindən yuxarıda sadalanan məhkəmə təcrübəsində nüəyyən edilmiş meyar və prinsiplər olduğu kimi hazırki işə tətbiq oluna bilməz, lakin hazırki işin hallarının qiymətləndirilməsində onlardan istifadə oluna bilər.
86. Əvvəla, Məhkəmə daxili hüquq müddəalarının, məsələn, faktların cinayət kimi xarakterizə edilməsi ilə bağlı müddəaların şərhinin daxili məhkəmələrin səlahiyyətində olduğunu xatırlatmağı vacib hesab edir (bax: Prado Bugalla c. Espagne (déc.), no 21218/09, 18 oktyabr 2011). Bundan əlavə, hazırki işin hallarında Məhkəmə müşahidə edir ki, ərizəçilərin şikayət etdiyi tibbi personalın bir hissəsinin davranışı daxili hüquqa, cinayət məcəlləsinin 455-ci maddəsinə əsasən, həyata laqeydliklə qəsd kimi xarakterizə edilmişdir (yuxarıdakı paraqraf 30, 49 və 57).
87. Daha sonra Məhkəmə müşahidə edir ki, ərizəçilərdən birinin arvadı, o birinin anasının qurbanı olduğu tibbi laqeydlik və mərhuməni müayinə edən tibb personalının bəzi üzvlərinin bacarıqsılığı araçdırma və kspertiza hesabatlarında öz əksini tapmışdır. (yuxarıdakı paraqraf 16, 17 və 45). Ege Universiteti tibb fakültəsi xəstəxanasının həkimlərinə qarşı cinayət təqibinə icazə verilməsi üçün müraciət edilmiş Dövlət Şuarsı hesab etdi ki, sonuncuların davranışı cinayət hüququ məsələsi idi və həmin şəxslərə qarşı cinayət təqibi başlamanılmasını tələb etmişdi (yuxarıdakı paraqraf 28). Nəhayət, tibb personalının bir hissəsinin təqsiri birinci instansiya cinayət məhkəməsi tərəfindən tanınmışdır (yuxarıdakı paraqraf 57).
88. Bununla bağlı, Məhkəmə xatırladır ki, Konvensiyanın 2-ci maddəsi altında problem o vaxt çıxa bilər ki, bir Dövlətin qurumları bir şəxsin həyatını bütün əhaliyə təmin etməli olduqları müalicəni ona təmin etməyərək təhlükəaltına qoyması sübut olunsun (Chypre c. Turquie [GC], no 25781/94, § 219, CEDH 2001 IV,və Nitecki c. Pologne (déc.), no 65653/01, 21 mart 2002).
89. Hazırki işin hallarında, Məhkəmə araşdırmalıdır ki, milli orqanlar onlardan ağlabatan şəkildə gözlənilən tədbirləri görmüşlərdimi və xüsusilə də, ümumi şəkildə, müvafiq dərmanları verərək, xəstənin fiziki bütövlüyünü qorumaq öhdəliyini yerinə yetirmişdirmi. Bunu etmək üçün Məhkəmə iş materiallarındakı mərhumənin faciəvi ölümünə gətirən hadisələrin xronologiyasına və ölüm barədə tibbi sənədlərə böyük əhəmiyyət verir. O hesab edir ki, bu məsələ ilə əlaqədar, mərhuməyə Ege universiteti tibb fakültəsinin xəstəxanasına gələnə qədər edilən tibbi yardımla, bu xəstəxanaya gələndən sonra başverən hadisələr arasında fərq qoyulmalıdır.
90. Belə ki, ölkədə aparılan araşdırma Xanım Şentürkün ölümünün yalnız həkim səhvindən (bu, xüsusilə, Ege universiteti tibb fakültəsinin xəstəxanasına gələnə qədər baş vermişdi) deyil, həm də mərhumənin xəstəxana xərclərini əvvəlcədən ödəyə bilməməsi üzündən tibbi yardım almamasından qaynaqlandığını müəyyən etməyə imkan vermişdir (yuxarıdakı 16, 17, 45 və 57-ci paraqraflar).
91. Bununla bağlı Məhkəmə müşahidə edir ki, iş materiallarında və xüsusilə də Səhiyyə Nazirliyinin 24 noyabr 2000-ci il tarixli araşdırma hesabatındada göstərilir ki, Ege universiteti tibb fakültəsinin xəstəxanasının həkimləri xəstəxana xərcləri ilə bağlı narahatlıqları üzündən xəstəyə lazımi tibbi yardımı göstərmədən başqa xəstəxanaya göndərməklə vəzifə borclarını yerinə yetirməmiş və xəstənin ölümünə səbəb olmüşlar (yuxarıdakı paraqraf 17).
92. Eyni qaydada, bir ekspert komissiyası Ege universiteti tibb fakültəsinin xəstəxanasının mamalıq şöbəsinin növbətçi həkimləri T.K., H.V., S.A. və Ö.Ö.-ni « vəziyyətinin belə bir köçürməyə uyğun olmadığı halda, xəstəni pulu olmadığına görə sosial sığortalılar üçün xəstəxanaya köçürdüklərinə görə » birinci ərizəçinin arvadının ölümündə 4/8 qismində məsuliyyətli hesab etmişdir (yuxarıdakı paraqraf 45).
93. Məhkəmə digər tərəfdən 18 mart 2008-ci il tarixli məhkəmə qərarından belə görür ki, birinci ərizəçi və arvadı həkimlərin xəstəxanaya yatmaq təklifindən « maddi imkanları olmaması » üzündən imtina etmişlər (yuxarıdakı paraqraf 57).
94. Nəhayət Məhkəmə, bu xəstəxananın həkimlərinin cinayət təqibinə alınmasının uyğunluğu məsələsini araşdıran komissiyanın 23 yanvar 2004-cü il tarixli nəticələrini qeyd edir. Bu nəticələrə görə, iş materialları xəstəxanaya yatırılma tələb edən təcili yardım hallarında xərclərin ödənmədiyi zaman nə edilməli olduğunu müəyyənləşdirməyə imkan vermir. (yuxarıdakı paraqraf 23).
95. Hökumətin fikrincə, təcili tibbi yardım əvvəlcədən xərclərin ödənilməsitələb edilmədən göstərilir (yuxarıdakı paraqraf 77). Bununla bağlı, Məhkəmə hadisələr zamanı tibbi yardım əldə etmək sahəsində Dövlətin siyasətini in abstracto araşdırmadığını dəqiqləşdirməyi əhəmiyyətli hesab edir. Ege universiteti tibb fakültəsinin xəstəxanasında tibbi yardımın xərclərin əvvəlcədən ödənilməsinə bağlı olduğu faktının yerli instansiyalar tərəfindən müəyyən edilmiş olması Məhəkəməyə kifayət edir. Bu fakt mərhumənin xəstəxana xidmətlərindən imtinasına səbəb olmuşdur. 24 noyabr 2000-ci il tarixli hesabata (yuxarıdakı paraqraf 17) və bu hesabata əlavə olunmuş çoxsaylı şahid ifadələrinə, məsələn S.A.A. və mərhuməni həmin xəstəxanadan dövlət xəstəxanasına aparan təcili yardım maşınının sürücüsünün ifadəsinə (yuxarıdakı paraqraf 17) əsaslanaraq Məhkəmə hesab edir ki, bu imtina qərarı düzgün məsləhət verilmiş bir şəxs tərəfindən qəbul edilmiş hesab edilə bilməz və dövlət orqanlarını mərhuməyə tibbi yardım göstərmək öhdəliyindən azad edə bilməz.
96. Belə ki, Məhkəmə vurğulayır ki, bu xəstəxanaya gələndə xəstənin səhhətinin ağır olması və təcili əməliyyat edilməli olması, yoxsa nəticənin faciəvi olacağı ilə bağlı heç bir şübhə yox idi. Ege Universiteti tibb fakültəsi xəstəxanasında lazımi tibbi yardımalması halında Xanım Şentürkün həyatda qalması ehtimalı barədə heç bir fikir yürütmədən Məhkəmə müşahidə edir ki, bu xəstəxananın tibbi personalı xəstənin başqa xəstəxanaya köçürülməsinin onun həyatı üçün riskli olduğundan xəbərdar idi (yuxarıdakı paraqraf 17). Digər tərəfdən, belə görünür ki, iş materialları bu tibb personalının cinayət təqibinə icazə verməyən komissiyaya xərclər ödənmədiyində təcili yardım hallarında davranış qaydalarınn müəyyənləşdirməyə imkan verməmişdir. (yuxarıdakı 23 və 94-cü paraqraflar). Belə görünür ki, bu mənada daxili hüquq mərhumənin ehtiyacı olan tibbi yardımın göstərilməməsi halının qarşısını alacaq səviyyədə deyildi.
97. Beləcə, xəstəxana xidmətlərinin pis işləməsinin urbanı olan mərhumə, müvafiq tibbi yardım əldə etmək imkanından məhrum olmuşdur. Bu qənaət Məhkəməyə kifayət edir ki, Dövlətin mərhumənin fiziki bütövlüyünü qorumaq öhdəliyini yerinə yetirmədiyini hesab etsin. Məhkəmə beleliklə, bu nəticəyə gəlir ki, Konvensiyanın 2-ci maddəsinin maddi tərəfinin pozuntusu baş vermişdir.
ii. Konvensiyanın 2-ci maddəsinin prosedural tərəfinin iddia olunan pozuntusu
98. Məhkəmə vurğulayır ki, ərizəçilərin şikayəti həmçinin o barədədir ki, birinci instansiya tərəfindən Xanım Şentürkün ölümündə təqsirli bilinən həkim və mamaçalar son nəticədə cinayət cəzası almamışlar, çünki məhkəmə işi müddətlərin keçməsi səbəbilə xətm olunmuşdur (yuxarıdakı paraqraf 71). Bununla bağlı Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, mübahisəli ölümün iddia olunan təqsirkarları doğrudan da cinayətin müddətinin keçməsi səbəbilə heç bir yekun cəza almamışlar.
99. Tərəflərin verdiyi məlumatlara əsasən Məhkəmə müəyyən edir ki, ərizəçilər mərhumənin ölümünə həkim və mamaçaların vəzifə borclarını yerinə yetirməməmsinin səbəb olduğu şiakyəti ilə cinayət məhkəmələrinə müraciət etmişlər. Deməli Məhkəmə müəyyən etməlidir ki, ərizəçilərin cinayət şikayətinin ardından yerli orqanalrın apardığı istintaq 2-ci maddənin prosedural tərəfinin tələb etdiyi kimi sürətlilik, səmərəlilik və səylə aparılmışdırmı (oxşar yanaşma üçün Eugenia Lazăr c. Roumanie, no 32146/05, § 72, 16 fevral 2010).
100. Bununla bağlı Məhkəmə müəyyən edir ki, işdə həkimlər T.K., H.V., S.A. və Ö.Ö.-nün cinayət təqibinin başlanması üçün vacib olan icazənin verilməsi ilə bağlı izibati mərhələ təxminən üç il davam etmişdir. Sonda məsələni araşdırmalı olan komissiyanın sistematik imtinası ilə üzləşən Dövlət Şurası iş materiallarını birbaşa olaraq cinayət təqibi orqanlarına göndərmiş və cinayət təqibinin başlanmasını xahiş etmişdir (yuxarıdakı paraqraf 28). Məhkəmə daha sonra müəyyən edir ki, bəraət aldığı təsdiqlənən G.E. istisna olmaql, digər tibbi personal barədə qaldırılmış cinayət işinə cinayət təqibi müddətinin keçməsi ilə bağlı 7 oktyabr 2010-cu ildə, yəni doqquz il davam edən prosesdən sonra, xitam verilmişdir.
101. Məhkəmə xatırladır ki, müəyyən bir vəziyyətdə maneə və çətinliklər bir istintaqın irəliləməsinə mane ola bilər, lakin dövlət orqanlarının məsələrə sürətli raksiyası ictimaiyyətin etibarıını və Hüquq Dövləti ideyasına bağlılığını qoruyub saxlanması və qeyri-qanuni hərəkətlərə tolerans və ya onların törədilməsində iştirak görüntüsünün qarşısının alınması üçün böyük əhəmiyyət daşıyır (yuxarıda istinad olunmuş Šilih § 196). Nəticədə Məhkəmə hesab edir ki, mübahisəli prosesin müddəti işin sürətli və lazımsız gecikmələr olmadan baxılması tələbinə qətiyyən uyğun deyildir (bax: bənzər nəticə üçün, yuxarıda istinad olunmuş Eugenia Lazăr, § 75).
102. Məhkəmə həmçinin müəyyən edir ki, cinayət prosesinin əvvəlində bir səhv buraxılmışdır, yəni S.Ö.-yəqarçıcinayət təqibi başlanmamışdır və bu vəziyyət 2008-ci ilədək davam etmiş, sonuncu tarixdə isəhəmin şəxsin işinə xitam verilmişdir (yuxarıdakı 24, 53-54 və 61-63-cü paraqraflar)
103. Şübhəsiz Məhkəmə artıq qeyd etmişdir ki, tibbi biganəlik səbəbilə ölüm hallarında Türkiyə hüquq sistemi bir tərəfdən cinayət prosesi, digər tərəfdən də zərərçəkənin mülki proses açması, eləcə də mülki məsuliyyətin müəyyənləşdrildiyi hallarda intizam prosesi açılmasını nəzərdə tutur. Beləliklə Məhkəmə belə nəticəyə gəlimişdi ki, Türkiyə hüquq sistemi 2-ci maddənin tələblərinə nəzəri olaraq cavab verən vasitələr təklif edir. (yuxarıda istinad olunmuş Sevim Güngör ; Aliye Pak və Habip Pak c. Turquie (déc.), no 39855/02, 22 yanvar 2008 və Serap Alhan c. Turquie (déc.), no 8163/07, 14 senyabr 2010).
104. Məhkəmə hazırki işdə Ege universiteti tibb fakültəsinin xəstəxanasına gəlməzdən əvvəl mrəhumənin qurbanıı olduğu tibbi biganəlik və səhvlərlə bağlı əvvəlki işlərdəki qənaətlərini mübahisələndirmək üçün heç bir səbəb görmür. Məhkəmə xatırladır ki, o, hazırki işdə yerli orqanların apardığı araşdırmalara əsasən Ege universiteti tibb fakültəsinin xəstəxanasının xəstənin vəziyyətini və özlərinin vəzifə borclarını gözəl bildikləri halda xəstənin həyatını qurtarmaq üçün lazım olan təcili tibbi tədbirləri görməyən tibb personalının səhvinin sadə bir tibi yanlış və ya biganəlikdən çox uzağa getdiyini artıq müəyyənləşdirmişdir.
105. Məhkəmə xatırladır ki, bir şəxsin həyatına qəsdə görə məsul olan şəxslərin cinayət təqibinə məruz qalmaması və cəzalandırmaması zərərçəkənlərin öz təşəbbüsü ilə başlatdığı başqa hüquqi vasitələrdən asılı olmayaraq, 2-ci maddənin pozulmasına səbəb ola bilər (bax: mutatis mutandis, yuxarıda istinad olunmuş Öneryıldız, § 93 in fine, CEDH 2004 XII və Kalender c. Turquie, no 4314/02, § 52, 15 dekabr 2009). Məhkəmə hesab edir ki, eyni qaydada, bir xəstəyə xəstəxana tərəfindən tibbi yardım göstərilmirsə və bu onun həyatının təhlükə qarşısında qoyulması ilə nəticələnirsə həmin müddəa pozulur.
106. Beləliklə, işdə aparılan araşdırmanın çatışmazlıqlarını nəzərə alaraq, (yuxarıdakı 100-102-ci paraqraflar), Məhkəmə belə nəticəyə gəlir ki, hazırki işdə Konvensiyanın 2-ci maddəsinin prosedural pozuntusu baş vermişdir.
4. Məhkəmənin fötusun yaşamaq hüququ ilə bağlı qiymətləndirməsi
107. Məhkəmə xatırladır ki, Vo c. France ([GC], no 53924/00, § 82, CEDH 2004 VIII) işində Böyük Palata, hesab etmişdi ki, Avropada həyatın başlanğıcı ilə bağlı hüquqi və elmi yanaşmada konsensus olmadığından, həyatın başlamasının müəyyənləşdirilməsində Dövlətlərin geniş mülahizə səlahiyyəti vardır. Böyük Palata beləliklə hesab etmişdi ki. « anadan olası uşağın Konvensiyanın 2-ci maddəsi baxımından « şəxs » olub-olmaması sualına cavab vermək hal-hazırda nə arzuolunan, nə də mümkün deyildir » (ibidem, § 85).
108. Bu qərardan sonra, Böyük Palata bu prinsipi A, B et C c. Irlande ([GC], no 25579/05, § 237, CEDH 2010) işində də təsdiq etdi. Həmin işdə Məhkəmə xatırlatdı ki, fötus adından iddia olunan və gələcək ananın hüquqları bir-birilə ayrılmaz şəkildə bağlıdır (bax: bu mənada Konvensiya üzrə yurisprudensiyanın yuxarıda istinad olunmuş Vo qərarının 75-80-ci paraqraflarda göstərilmiş təhlili).
109. Hazırki işin hallarında Məhkəmə bu vaxta qədər göstərdiyi mövqedən uzaqlaşmağa heç bir səbəb görmür və hesab edir ki, ərizəçilərin fötusla bağlı şikayətlərinin Konvensiyanın 2-ci maddəsinin əhatə dairəsinə düşüb-düşməməsi məsələsini araşdırmağa ehtiyac yoxdur. Məhkəmə bildirir ki, həmin fötusun həyatı Xanım Şentürkün həyatı ilə sıx bağlı idi və ona göstərilən tibbi yardımdan asılı idi. Bu son məsələyə isə mərhumənin yaşamaq hüququna qəsd məsələsinin araşdırılması zamanı baxılmışdır (yuxarıdakı 87-97-ci paraqraflar). Beləliklə. Məhkəmə hesab edir ki, ərizəçilərin bu şikaəytini ayrıca araşdırmağa ehtiyac yoxdur.
II. KONVENSIYANIN 3, 6 VƏ 13-CÜ MADDƏLƏRİ VƏ 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİ
110. Konvensiyanın 3-cü maddəsinə istinad edərək, ərizəçilər bildirilər ki, aravadı və anasının ölümünə görə mənəvi iztirab çəkmişlər və mərhumə də tibbi yardım almadığı bütünzaman ərzində fiziki iztirabalara məruz qalmışdır.
Konvensiyanın 6-cı maddəsi əsasənda onlar məhkəmə prosesinin müddətindən və yerli məhkəmə tərəfindən verilən qərarın əsaslandırılmamış olmasından şikayət edirlər. Konvensiyanın 13-cü maddəsinə əsaslanaraq ərizəçilər tibbi və hüquqi sistemin onların halına aydınlıq gətirməyə qabil olmamasından şiakyət edirlər. Bununla bağlı onlar bildirilər ki, Ege universiteti xəstəxanasının həkimlərinə qarşı cinayət təqibinin başlanmasına inzibati icazə almaq üçün beş il lazım olmuşdur. Onlar həmçinin məhkəmə proseslərinin müddətlər ilə bağlı şikayət halında kompensasiya tələb etmək üçün daxili hüquqi müdafiə vasitəsinin olamadığını iddia edirlər.
Nəhayət, ərizəçilər bildirilər ki, cinayət məhkəmələri onların kompensasiya tələblərinə birinci instansiyada münasibət bildirməmişdir və iddia edirlər ki, 1 saylı Protokolun 1-ci maddəsi baxımından məhkəmə prosesinin məsuliyyət müddətləri keçdiyindən xətmolunması onları kompensasiya almaq imkanından məhrum etmişdir.
111. Konvensiyanın 2-ci maddəsi üzrə elan etdiyi pozuntuları nəzərə alaraq (yuxarıdakı 97 və 106-cı paraqraflar), Məhkəmə bu işdə qaldırılan əsas hüquqi suala cavab verdiyini hesab edir. İş materialları və tərəfərin arqumentlərini nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 3, 6 və 13-cü və 1 saylı Protokolun 1-ci maddəsi ilə bağlı ayrıva fikir bildirməyə ehtiyac yoxdur (bənzər yanaşma üçün Kamil Uzun c. Turquie, no 37410/97, § 64, 10 may 2007).
III. KONVENSIYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
112. Konvensiyaın 41-ci maddəsinə görə,
“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. »
A. Ziyan
113. Birinci ərizəçi, Mehmet Şentürk, maddi ziyanının müqabilində 542,20 Avro (EUR) tələb edir və maddi tikisini sübut etmək üçün arvadının ölümü ilə bağlı ona dəyən maddi ziyanın 1 172,35 türk lirəsi məbləğində olması barədə bir hesablama təqdimetdiş. O həmçinin mənəvi ziyana görə 100 000 EUR, Bekir Şentürk isə 200 000 EUR tələb edir.
114. Hökumət bu tələbləri qəbul etmir. Maddi ziyana görə tələb edilən məbləğlə bağlı, Hökumət bildirir ki, birinci ərizəçinin itkisinin necə hesablandığı anlaşılmır.
115. Məhkəmə xatırladır ki, iddia olunan zərə və Konvensiya pozuntusu arasında açıq-aydın səbəb-əlaqə bağı olmamılıdır və hazırki iş kimi hallarda əvəzin ədalətli ödənilməsinə maddi dəstək itkisi də daxil edilə bilər (bax: irgə, Kavak c. Turquie, no 53489/99, § 109, 6 iyul 2006). Hazırki işdə Məhkəmə hesab etmişdir ki, (yuxarıdakı paraqraf 97) xanım Şentürkün yaşamaq hüququnun müdanfiəsini təmin etmədiklərinə görə, dövlət orqanları Konvensiyanın 2-ci maddəsinə görə cavabdehdirlər. Məhkəmə bununla belə vurğulayır ki, birinci ərizəçinin təqdimetdiyi hesablama göstərir ki, mərhumənin özünün maddi ehtiyatları yox idi. Belə olan halda, Məhkəmə hesab edir ki, iddia olunan maddi itki kifayət qədər əsaslandırılmamışdır. Beləliklə, Məhkəmə kompensasiya tələbini bu hissədə rədd edir.
116. Məhkəmə eyni zamanda hesab edir ki, mənəvi ziyana görə, hər iki ərizəçiyə birgə 65 000 EUR təyin edilməlidir.
B. Xərclər və məsrəflər
117. Ərizəçilər həmçinin daxili məhkəmələ qarşısındakı xərc vəməsrəflərə görə 1 931, 25 EUR, Məhkəmə qarşısındakı prosesdəki vəkilin honorari olaraq 11 562, 50 EUR və digər xərclər üçün 216 EUR tələb edirlər. Sübut qismində o, vəkilinin iş saatlarının hesablamasını və fakturalar təqdim edir.
118. Hökumət bu tələbləri qəbul etmir.
119. Məhkəmənin təcrübəsinə əsasən, ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə, yuxarıda qeyd olunan meyarlara və əldə olan məlumatlara əsaslanaraq Məhkəmə, hüquqi yardım üçün əvvəlcədən verilən 850 avro çıxılmaqla, ərizəçilərə birlikdə 4000 avro məbləğ təyin etməyin ağlabatan olduğunu müəyyən edir.
C. Qərarın icrasının gecikdirilməsinə görə faiz
120. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmalı və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARLA MƏHKƏMƏ YEKDİLLİKLƏ
1. Elan edir ki, şikayət ərizəsinin Menekşe Şentürkün ölümü ilə bağlı Konvensiyanın 2-ci maddəsi əsasında qaldırılan şikayətlə bağlı hissəsi qəbulediriləndir;
2. Qərara alır ki, Menekşe Şentürkün ölümü ilə bağlı Konvensiyanın 2-ci maddəsinin maddi pozuntusu baş vermişdir ;
3. Qərara alır ki, Menekşe Şentürkün ölümü ilə bağlı Konvensiyanın 2-ci maddəsinin prosedural pozuntusu baş vermişdir;
4. Qərara alır ki, digər şikayətləri ayrıca araşdırmamağa ehtiyac yoxdur;
5. Qərara alır ki,
(a) cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qərarın qüvvəyə mindiyi tarixdən üç ay ərzində ərizəçilərə ödəniş zamanı qüvvədə olan kursa uyğun olaraq Türkiyə lirəsinə çevirməklə aşağıdakı məbləğləri ödəməlidir:
i) əriçilərə birgə şəkildə, vergi kimi tutula biləcək məbləğ əlavə edilməklə, mənəvi ziyana görə 65 000 EUR (altmış beş min Avro);
ii) əriçilərə birgə şəkildə, vergi kimi tutula biləcək məbləğ əlavə edilməklə və hüquqi yardım olaraq ərizəçilərə verilmiş 850 EUR (səkkiz yüz əlli Avro) çıxılmaqla, xərc və məsrəflərə görə, 4 000 EUR (dörd min Avro) ;
(b) yuxarıda qeyd olunan üç aylıq müddət bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir.
6. Ərizəçilərin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hissəsini rədd edir.
Fransızca hazırlanmış və yazılı şəkildə 9 aprel 2013-cü il tarixdə, Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndinə əsasən tərəflərə bildirilmişdir.
Stanley Naismith Guido Raimondi
Katib Sədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.
© Council of Europe/European Court of Human Rights, 2013.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int.