Bu Hesabat 2023-cü ildə Azərbaycanda media, jurnalistlərlə əlaqəli baş vermiş insidentlərin monitorinqinə, analizinə əsaslanır. Azərbaycanda il ərzində ümumilikdə 185-dən artıq belə insident qeydə alınıb. İnsindetlərlə bağlı məlumatlar mediada yayılan xəbərlərdən, insidentlərin iştirakçısı olan, hüquqi yardım üçün müraciət edən jurnalist və bloqçuların açıqlamalarından götürülüb.
Sənəd 4 bölmədən ibarətdir.
1-ci bölmədə siyasi kontekst fonunda medianın durumuna yer verilib.2-ci bölmə jurnalistlərə, mediada çalışanlara qarşı fiziki-psixoloji təzyiq-təhdidlərdən, peşə fəaliyyətinə digər əngəllər haqqındadır. 3-cü bölmədə internet resursları, jurnalistlər, mediada çalışanların 2023-cü ildə məruz qaldıqları kiber müdaxilələrdən, hücumlardan bəhs edilir. 4-cü bölmə media, jurnalistlərlə əlaqəli məhkəmə işləri haqdadır. Həmin bölmədə həbsdə olan jurnalistlərin işləri haqda da məlumat verilir.
Azərbaycanca: MHQ_medianin_huquqi_durumu_2023_illik_analiz
English: MRG_Media_Annual_Analysis_2023_en