Bu Hesabat 2022-ci ildə Azərbaycanda media, jurnalistlərlə əlaqəli baş vermiş insidentlərin monitorinqinə, analizinə əsaslanır. Azərbaycanda il ərzində ümumilikdə 185-dən artıq belə insident qeydə alınıb. İnsindetlərlə bağlı məlumatlar mediada yayılan xəbərlərdən, insidentlərin iştirakçısı olan, hüquqi yardım üçün müraciət edən jurnalist və bloqçuların açıqlamalarından götürülüb.
Sənəd 5 bölmədən ibarətdir.
1-ci bölmədə internet resursları, jurnalistlər, mediada çalışanların 2022-ci ildə məruz qaldıqları kiber müdaxilələrdən, hücumlardan bəhs edilir.
2-ci bölmədə medianın publik bilgilərə çatımının durumu araşdırılıb.
3-cü bölmədə il ərzində jurnalistlərin üzləşdikləri fiziki – psixoloji təzyiq-təhdidlər, onların peşə fəaliyyətlərini yerinə yetirmələrinə digər maneələr şərh edilib.
4-cü bölmə media, jurnalistlərlə əlaqəli məhkəmə işləri haqdadır. Həmin bölmədə həbsdə olan jurnalistlərin işləri haqda da məlumat verilir.
“Media qanunvericiliyi” adlanan sonuncu bölmə 2022-ci ildə qüvvəyə minmiş yeni “Media haqqında” qanunun başlıca müddəaları şərh edilib. Sənəddə qanunun tətbiqinin media, ifadə azadlığı hüququ ilə bağlı ortaya çıxardığı, habelə, qarşıdakı mərhələdə üzə çıxacaq ehtimal olunan problemlərə də toxunulur.
Azərbaycanca: MHQ_medianin_huquqi_durumu_2022_illik_analiz
English: MRG_Media_Annual_Analysis_2022