İCRADAKI İŞLƏR: MAHMUDOV VƏ AĞAZADƏ İŞİ QRUPU

©aihmaz.org

IFADƏ AZADLIĞI – DEFAMASİYA 

Mahmudov və Ağazadə işi Qrupu – İŞİN TƏSVİRİ :

Bu məhkəmə işləri (hər iki halda da) xüsusilə, böhtana görə azadlıqdan məhrumetmə cəzasından əsassız olaraq tətbiq olunması (məhkəmə zorakılığa və ya irqi nifrətə çağırışa tətbiq edilən sanksiyanı əsaslandıran heç bir xüsusi hal müəyyən edə bilmədi) ilə ərizəçi jurnalistlərin ifadə azadlığı hüququnun (10-cu maddənin pozuntusu) pozulması ilə bağlıdır; və (Fətullayev Azərbaycana qarşı işində) bəzi ifadələrin böhtan məzmunlu olmasını əsaslandırmaq üçün yetərli olmayan səbəblərin göstərilməsi və ifadələrə görə cəzalandırmaq üçün antiterror qanunvericiliyinin özbaşına tətbiq edilməsi ilə əlaqəlidir.

Fətullayev işi, həmçinin, məhkəmələrin qərəzsizliyi hüququnun pozulması ilə də əlaqəlidir, belə ki, hakim birinci böhtan işindəki ifadələr üzrə dha əvvəl mülki məhkəmə işində ərizəçiyə qarşı qərar qəbul etmişdi (6-cı maddənin 1-ci bəndinin pozuntusu). Bu işdə dövlət ittihamçısının antiterror qanunvericiliyinin tətbiqi ilə bağlı verdiyi bəyanatların isə ərizəçinin təqsirsizlik prezumpsiyası hüququnu pozduğu müəyyən edilmişdi (Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi).

Birinci işdə (Mahmudov və Ağazadə Azərbaycana qarşı) ərizəçilər barələrində məhkəmə hökmü olsa da əfv fərmanı nəticəsində həbsdə deyildilər. Eynulla Fətullayev işində isə, Məhkəmə qərarı elan edilərkən, o, hələ də səkkiz illik azadlıqdan məhrum etmə cəzasını çəkirdi və Məhkəmə onun dərhal azadlığa buraxılmasına qərar vermişdi.

İCRANIN DURUMU 

Fərdi tədbirlər:

Komitə dekabr 2011 DH toplantısında Mahmudov və Ağazadə Azərbaycana qarşı işində həyata keçirilmiş tədbirləri (ərizəçilərin cəzanın çəkilməsindən azad edilməsi, cəza ilə bağlı ərizəçilərin dosyesində heç bir qeydin olmaması, ədalətli əvəzin ödənilməsi) nəzərə alıb, həmin tədbirlərə nəzarətə qapatdı.

E.Fətullayev Azərbaycana qarşı işdə, AİHM-in qərarından sonra ərizəçi barəsində qərarlar ləğv edildi və başqa bir cinayətə görə məhkum edilmiş ərizəçi prezidentin əfv fərmanından sonra vaxtında əvvəl azadlığa buraxıldı. Ərizəçiyə ədalətli əvəz ödənildi. Komitə Dekabr 2011 DH iclasında fərdi tədbirlərə nəzarətin qapadılmasına qərar verdi.

Ümumi tədbirlər:

Komitə hesab etdi ki, bu qərarların icrası Azərbaycan hökuməti tərəfindən üç əsas tədbirin reallaşdırılmasını tələb edir:

Defamasiya ilə bağlı reallaşdırlması gərəkən tədbirlər;
– Qanunvericiliyin özbaşına tətbiq edilməsinin qarşısının alınmasını hədəfləyən tədbirlər;
– və Baş Prokurorluq və hökumət rəsmiləri tərəfindən təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının qarşısının alınmasını hədəfləyən tədbirlər.

2014-cü ilin dekabr ayında Komitə, bu məsələ ilə bağlı gündəmdəki əlaqəli çoxsaylı sualları da göz önünə alaraq, ifadə azadlığının məhdudlaşdırılması üçün böhtandan və cinayət qanunvericiliyindən özbaşına istifadə edilməsinə qarşı təcili və prioritet nəticələr əldə edilməsinin vacibliyini vurğuladı.

Komitə 2010-cu ilin dekabrından bu yana bu qrup işinin icrasının dujrumunu DH-nin iclaslarında müntəzəm olaraq müzakirə edib. Həmin müddət ərzində Komitə, dörd aralıq qətnaməsi qəbul edib (CM/ResDH (2013) 199, CM/ResDH (2014) 183, CM/ResDH (2015) 250 və CM/ResDH (2016) 145). Bu qrup işi barədə daha detallı xülasə 2016-cı ilin dekabrında keçirilmiş 1273-cü iclasla bağlı qeydlərdə ifadə edilib (CM/Qeydlər/1273/H46-4).

1273-cü iclasında (Dekabr 2016) (DH) bu qrup işi ilə bağlı əvvəlki qətnamə və aralıq qətnamələrini xatırladan Komitə, qətiyyətlə Konvensiyanın ifadə azadlığı hüququ və qanunun aliliyi ilə bağlı tələblərinə tam əməl edilməsi üçün səlahiyyətli qurumlara çağırış etdi. Komitə dərin təəssüflə vurğuladı ki, bu qrup işi üzrə 2016-cı ilin iyun ayında keçirdiyi əvvəlki araşdırmadan bu yana, cinayət qanunvericiliyinin ifadə azadlığı hüququnu məhdudlaşdırmaq üçün özbaşına tətbiq edilməsi probleminin həlli üçün, özəlliklə, məhkəmələrin icra hakimiyyəti və prokurorluq qarşısında müstəqilliyinin gücləndirilməsi, prokurorların hərəkətlərinin qanuniliyinin təmin edilməsi istiqamətində reallaşdırılan hansısa tədbir barəsində heç bir məlumat təqdim edilməyib.

Defamasiya haqqında qanunvericiliyin adekvatlığını təmin etmək üçün hansısa tədbirlərin görülməsi haqda məlumatın olmamasına təəssüfünü ifadə edən Komitə, Azərbaycan Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət nəzərdə tutan dəyişikliklərin edilməsindən ciddi narahatlığını bildirdi.

Komitə, eyni zamanda bu qrup işinin ortaya çıxardığı problemlərlə bağlı Azərbaycanla anlamlı dialoqun zəruriliyini və Azərbaycanın bu problemləri aradan qaldırmaqda qərarlı olmasını nümayiş etdirən tədbirlər görməsinin vacibliyini təkrar vurğuladı. Bu kontekstdə Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq etməyə istəkli olmasına da diqqət çəkildi.

Komitə 1280-ci iclasda (mart 2017) (DH) Azərbaycan Prezidentinin qəbul etdiyi 10 fevral 2017-ci il tarixli Sərəncamını bu qrup işinin icrası üçün ümidverici inkişaf olaraq, qeyd etdi. Səlahiyyətli qurumlar Komitənin bu məsələ ilə bağlı əlavə bilgiləndirilməsinə və nəzərdə tutulan tədbirlərin böhtanla bağlı qanunvericiliyin dəyişdirilməsini nəzərdə tutub-tutmadığını açıqlamağa dəvət edildi. Komitə bu qrup işin icrasının 1294-cü iclasında (Sentyabr 2017) (DH) davam etdirilməsinə qərar verdi.

12 Sentyabr 2017-ci il tarixində (DH-DD(2017)995), səlahiyyətli qurumlar Prezidentin sözügedən Sərəncamının Azərbaycan hökuməti tərəfindən həyata keçirilən geniş və sistemli məhkəmə islahatına töhfə verməsi haqqında ətraflı məlumat təqdim etdilər.

Xüsusilə qeyd edildi ki, həmin Sərəncamdan irəli gələn Cinayət Məcəlləsinə dəyişikliklə bağlı qanunvericilik təşəbbüsü layihəsi, 2017-ci ilin iyununda ölkə parlamentinə təqdim edilib və 2017-ci ilin oktyabrında qəbul edilməsi nəzərdə tutulur. Səlahiyyətlilər bildirdilər ki, Prezidentin Sərəncamında nəzərdə tutulan qanunvericilik islahatları cinayət prosesi (həm məhkəməyə qədər, həm də məhkəmə mərhələləri daxil olmaqla) və cinayət işləri üzrə çıxarılan hökmlərin icrası ilə əlaqəlidir. Daha sonrakı mərhələdə əlavə qanunun qəbul ediləcəyini vurğulayan səlahiyyətlilər həmin qanunun Avropa Məhkəməsi tərəfindən təsbit edilən cinayət prosesi ilə bağlı pozuntuları önləyəcəyini qeyd etdilər.

Yekun olaraq, səlahiyyətlilər Avropa Məhkəməsinin qərarlarının icra edilməsi ilə bağlı öhdəliklərinə bağlı olduqlarını vurğuladılar.

2017-ci ilin sentyabr ayında keçirilən 1294-cü iclasında bu qrup işinin icra durumunu araşdırarkən Komitə, Azərbaycan Prezidentin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı təqdim edilən bilgiləri maraqla qeyd etdi əldə olunan məlumatları maraqla qeyd etdi və səlahiyyətliləri həmin sərəncamın ifadə azadlığının məhdudlaşdırılması üçün cinayət qanunvericiliyinin özbaşına tətbiqinin qarşısının alınmasına verdiyi töhfələrin qiymətləndirilməsinə imkan verən qanunvericilik sənədinin məzmunu ilə bağlı, defamasiya qanunvericiliyinin Konvensiyanın ölçülərinə uyğunluğu, xüsusilə həbs cəzalarının tətbiqi ilə bağlı daha ətraflı məlumat verməyə dəvət etdi. Bu baxımdan Komitə, inkişaf etdirilən yeni qanunvericilik çərçivəsi də daxil olmaqla, qanunvericiliyin tətbiqinin təmin olunmasında məhkəmələrin tam müstəqilliyinin önəmini vurğuladı və Konvensiyanın tələblərinə uyğun olaraq, səlahiyyətliləri təlimləndirmə fəaliyyətlərini davam etdirməyə, bununla əlaqədar olan digər tədbirləri həyata keçirməyə və inkişaf etdirməyə çağırdı.

Qanunvericiliyin özbaşına tətbiq edilməsinə aid tədbirləri gündəmə gətirən digər məhkəmə qərarları

Bu qrup işi cinayət qanunvericiliyinin ifadə azadlığını məhdudlaşdırmaq üçün özbaşına tətbiqi problem ilə əlaqədar 2 İlqar Məmmədov işi (№15172/13 və 919/15) və Rəsul Cəfərov işi (№69981/14) ilə əlaqəlidir. Bənzər şikayətlərin qaldırıldığı bir sıra digər işlər isə hazırda Məhkəmədə baxılmasını gözləyir.

Qrup işi qanunvericiliyin özbaşına tətbiqi ilə bağlı ümumi problem məsələsində bir sıra digər işlərlə, xüsusilə, seçki hüququ ilə bağlı olan Nemət Əliyev işi qrupu ilə (№18705/06) əlaqəlidir.

 

NAZİRLƏR KOMİTƏSİNİN SONUNCU YOXLAMASI:

 

Tövsiyə edilən Mətnlər:

DH-DD(2016)202; CM/ResDH(2013)199; CM/ResDH(2014)183; CM/ResDH(2015)250; CM/ResDH(2016)145; CM/Del/Dec(2017)1294/H46-3

 

Qeydlər/Problemlər:

Ərizə İş Qərar Qəti Təsnifatın göstəricisi
35877/04 MAHMUDOV VƏ AGAZADƏ 18/12/2008 18/03/2009 Complek problem
40984/07 FƏTULLAYEV 22/04/2010 04/10/2010

 

1318-ci iclas (5-7 iyun 2018) – Qeydlər:

Gündəlikdəki bu qeydlərin hazırlanması zamanı Prezidentin bəhs edilən sərəncamının icrası və ya digər maraq doğuran yeniliklər barədə hər hansı məlumat təqdim edilmədi. İclas zamanı bu durumun davam etməsi, əndişə, narahatlıq mənbəyi olacaq.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar daha əvvəl dilə gətirilən narahatlıqlara gəlincə, son iclasda səlahiyyətlilər Azərbaycan Prezidentinin prokurorluq orqanlarına və məhkəmələrə onun həbsinin başqa bir qətimkan tədbiri ilə əvəz edilməsinin və Prezidentin sərəncamı kontekstində həbsdən azad edilməsinin mümkünlüyünü nəzərdən keçirməyi tövsiyə etdiyini bildirdilər. Həmin vaxtdan irəli sürülmüş ittihamlar aradan qaldırılmışdı – səlahiyyətlilərin təsdiqi gözlənilir.

 

NAZİRLƏR KOMİTƏSİ

Qətnamə

Deputatlar,

1. Bu qrup işi üzrə əvvəlki qətnamələri və aralıq qətnamələrini (xüsusilə, bax: Aralıq Qətnamə CM/ResDH(2016)145)xatırladır və ifadə azadlığı ilə bağlı problemlərə həll yolu tapmağın və hazırkı qrup işi ilə ortaya qoyulan hüququn üstünlüyünə hörmət bəsləməyin önəmini vurğulayır;

2. 2017-ci ilin sentyabr ayında keçirilən 1294-cü iclasda Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının hazırkı qrupdakı işlərin icrasına verdiyi töhfələri dəyərləndirmək üçün səlahiyyətlilərdən əlavə detallı bilgi istənildiyini yada salır.

3. Qeyd edilən informasiyların, habelə, bu qrupda üzə çıxan vacib problemlərin səmərəli bir yolla həll edilməsi üçün görülən və ya planlaşdırılan digər tədbirlər barədə məlumat təqdim edilməməsindən narahatlığını ifadə edir və səlahiyyətliləri gecikmədən məlumat təqdim etməyə çağırır.

 

Son yenilənmə: 15 may 2020-ci il (yeniləmə davam edəcək)