Avropa Şurası
Nazirlər Komitəsi
Aralıq qətnamə CM/ResDH (2013) 199
Avropa İnsan Hüquqları Məhkəməsinin Mahmudov və Ağazadə Azərbaycana qarşı və Fətullayev Azərbaycana qarşı işləri üzrə qərarlarının icrası ilə bağlı
(Nazirlər Komitəsinin 26 sentyabr 2013-cü il tarixdə keçirilmiş 1179-cu iclasında qəbul edilib)
Ərizə №35877/04, MAHMUDOV VƏ AGAZADƏ, qərarın yekun tarixi – 18 mart 2009-cu il
Ərizə №40984/07, FƏTULLAYEV, qərarın yekun tarixi – 04 oktyabr 2010-cu il
Nazirlər Komitəsi, Avropa Konvensiyasının 46-cı maddəsinin 2-ci bəndinin (Bundan sonra “Konvensiya”) şərtlərinə uyğun olaraq, 11 saylı Protokola dəyişiklik etdi;
Hazırkı məhkəmə işlərinin özəlliklə böhtana görə həbs cəzasına məhkum edilmələri və terrorla mübarizə qanunvericiliyinin özbaşına tətbiq olunmasıyla ərizəçilərin ifadə azadlığı hüququnun ( Maddə 10) pozulması ilə əlaqəli olduğunu qeyd edir;
Fətullayev Azərbaycana qarşı işidə qərəzsiz məhkəmə hüququnun və təqsirsizlik prezumpsiyası hüququnun (6§1 və 6§2 maddələrin pozulması) pozuntusunun da müəyyən ediliyini bildirərək;
Azərbaycan hökumətinin bu qərarlardan irəli gələn tədbirlərə cavab olaraq, Venesiya Komissiyasından defamasiya haqqında qanun layihəsinin hazırlanmasında əməkdaşlaq istəməsini xatırladaraq;
Komitənin səlahiyyətli qurumlara Venesiya Komissiyası ilə əməkdaşlığın böhtanla əlaqəli bütün müddəaları əhatə etməsinin təmin edilməsi üçün tam əməkdaşlıq üçün müraciətindən uzun müddət ötməsinə, ancaq sözügedən qanun layihəsinin hazırlanması ilə bağlı heç bir irəliləyişin əldə olunmamasından dərin narahatlığını ifadə edərək;
Venesiya Komissiyası ilə bu qərarların icrasına kömək edəcək qanunverici tədbirlərin qəbulu yönündə əməkdaşlıq məsləhətləşmələri kontekstdə, böhtanla bağlı mövcud cinayət sanksiyalarının internet üzərindən yayılan təhqir və böhtana da tətbiq edilməsini nəzərdə tutan, keçən ilin iyun ayında Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən ciddi təəssüfləndiyini bildirərək;
Azərbaycan məhkəmələri tərəfindən daxili qanunvericiliyin özbaşına tətbiqi ilə bağlı Komitə tərəfindən təkrarlanan suallara baxmayaraq, səlahiyyətli qurumlar bu günə qədər məhkəmələrin qərəzsizliyi, təqsirsizlik prezumpsiyasına hörmətlə bağlı Məhkəmənin bu işlərdə gəldiyi nəticələrin lazımi qaydada nəzərə alınmasını təsdiq edən hər hansı bilgi təqdim etməməsini narahatlıqla qeyd edərək;
Azərbaycan hakimiyyətini defamasiya qanunvericiliyini və onun tətbiqi ilə bağlı təcrübəni Məhkəmənin presedent hüququnun yozumu işığında Konvensiyanın tələblərinə uyğunlaşdırmaq üçün lazım olan bütün tədbirləri təxirə salmadan həyata keçirməyə çağırır;
Səlahiyyətli qurumları qanunvericiliyin özbaşınalıqdan uzaq, dürüst tətbiq edilməsini qoruma altına almaq, məhkəmələrin qərəzsizliyini təmin etmək, təqsirsizlik prezumpsiyasına hörmət göstərmək üçün həyata keçirilən və ya planlaşdırlan tədbirlər barəsində təxirə salmadan Komitəni bilgiləndirməyə çağırır.
© tərcümə – Media Hüququ Qrupu