MADDƏ 8+14 VALLİANATOS VƏ DİGƏRLƏRİ YUNANISTANA QARŞI – 7 NOYABR 2013-CÜ İL

 

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

BÖYÜK PALATA

 

VALLİANATOS VƏ DİGƏRLƏRİ YUNANISTANA QARŞI

(29381/09 və 32684/09 nömrəli ərizə)

 

QƏRAR

(Çıxarışlar)

 

STRASBURQ
7 noyabr 2013-cü il

Bu qərar qətidir, lakin onun mətnində redaktə xarakterli düzəlişlər edilə bilər.

Vallianatos və digərləri Yunanıstana qarşı işi üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası

Sədr Din Şpilman (Dean Spielmann),
Hakimlər
Xosep Kasadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
İneta Zemele (İneta Ziemele),
Mark Viliger (Mark Villiger),
İzabel Berro-Lefevr (Isabelle Berro-Lefèvre),
Pir Lorenzen (Peer Lorenzen),
Danute Yoçiene (Danutė Jočienė)
Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska),
Ledi Byanku (Ledi Bianku),
Angelika Nuşberq (Angelika Nußberger)
Juliya Lafranq (Julia Laffranque),
Paulo Pinto de Albukerq (Paulo Pinto de Albuquerque),
Linos-Aleksandr Sicilianos (Linos-Alexandre Sicilianos),
Erik Möse (Erik Møse),
Andre Pototski (André Potocki),
Aleş Pejçal (Aleš Pejchal)
və məhkəmə katibi Maykl Oboyldan (Michael O’Boyle) ibarət tərkibdə
2012-ci il yanvarın 25-də və sentyabrın 5-də qapalı müşavirə keçirərək
yuxarıda qeyd edilmiş son tarixdə aşağıdakı qərarı qəbul etdi:

PROSEDUR MƏSƏLƏLƏRİ

1. İş İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra – “Konvensiya”) 34-cü maddəsinə uyğun olaraq Yunanıstan Respublikasına qarşı 2009-cu il mayın 6-da və 25-də təqdim edilmiş iki ərizə (29381/09 və 32684/09) əsasında başlanmışdır. Birinci ərizə (29381/09) Yunanıstanın iki vətəndaşı müvafiq olaraq 1956-cı və 1958-ci illərdə anadan olmuş cənab Qriqoris Villianatos və cənab Nikolaos Milonas tərəfindən təqdim edilmiş, ikinci ərizə (32684/09) isə Yunanıstanın altı vətəndaşı C.S., E.D., K.T., M.P., A.H. və D.N., habelə qərargahı Afina şəhərində yerləşən hüquqi şəxs olan Synthessi – İnformation Məlumatlandırma və Təhqiqat Təşkilatı tərəfindən təqdim edilmişdir.
2. 29381/09 nömrəli ərizə üzrə ərizəçilər qərargahı Qlika Nerada (Afina şəhəri) yerləşən Yunan Helsinki Monitoru qeyri-hökumət təşkilatı tərəfindən təmsil olunmuşlar. 32684/09 nömrəli ərizə üzrə ərizəçilər Afinada fəaliyyət göstərən hüquqşünaslar cənab N.Alivizatos və xanım E.Mallios tərəfindən təmsil olunmuşlar. Yunanıstan Hökuməti (bundan sonra – “Hökumət”) Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndələrin müavini xanım A.Qriqoriu və Dövlət Hüquq Şuranın məsləhətçisi xanım Q.Papadaki və Dövlət Hüquq Şurasının hüquq assistenti cənab D.Kaloqiris tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçilər Konvensiyanın 14-cü maddəsi ilə birlikdə götürülmüş Konvensiyanın 8-ci maddəsi əsasında iddia etmişdirlər ki, 3719/2008 nömrəli Qanunda təsbit edilmiş “mülki ittifaqlar” yalnız fərqli cinsli cütlüklərə şamil edilir və bununla onların şəxsi həyatına hörmət hüququ pozulmuş və bununla fərqli cinsli və eyni cinsli cütlüklər arasında sonunculara xələl gətirməklə ayrı-seçkiliklə nəticələnmişdir.
4. Ərizələr Məhkəmənin Birinci Bölməsinin baxışına verilmişdir (Məhkəmənin Prosedur Qaydalarının 52-ci Qaydasının 1-ci bəndi). 2011-ci il fevralın 3-də ərizə barəsində müvafiq qeyd Hökumətə göndərilmişdir. Eyni zamanda ərizənin qəbuledilənliyinə və mahiyyətinə birlikdə baxılması qərara alınmışdır (Konvensiyanın 29-cu maddəsinin 1-ci bəndi). Sonda Bölmənin sədri 32684/09 ərizə üzrə altı ərizəçinin məxfiliklə bağlı vəsatətini təmin etmişdir (Məhkəmənin Prosedur Qaydalarının 47-ci Qaydasının 3-cü bəndi).
5. 2012-ci il sentyabrın 11-də hakimlər Nina Vayiç, Pir Lorenzen, Elizabet Steyner, Miryana Lazarova Traykovska, Juliya Lafranq, Linos-Aleksandr Sicilianos və Erik Möse, habelə Bölmə katibi Sören Nilsendən ibarət tərkibdə Məhkəmə Palatası Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina etmişdir, tərəflər buna etiraz etməmişdirlər (Konvensiyanın 30-cu maddəsi və Məhkəmənin Prosedur Qaydalarının 72-ci Qaydası). Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinə və Məhkəmənin Prosedur Qaydalarının 24-cü Qaydasına əsasən müəyyən olunmuşdur.
6. Həm ərizəçilər həm də hər iki cavabdeh Hökumət işin mahiyyəti üzrə izahatlarını təqdim etmişlər (Məhkəmənin Prosedur Qaydalarının 59-cu Qaydasının 1-ci bəndi). Əlavə olaraq üçüncü tərəflər kimi işə cəlb edilmiş Avropada Fərdi Hüquqlar üzrə Dəstək Mərkəzi (AİRE Center), Hüquqşünasların Beynəlxalq Komissiyası (İCJ), İnsan Hüquqları üzrə Beynəlxalq Federasiya (FİDH) və Lezbiyan, Homoseksualistlərin, İkicinslilərin, Transeksualların və Hermafroditlərin Beynəlxalq Assosiasiyası (İLGA-Europe) tərəfindən müvafiq qeydlər təqdim edilmiş və onlara sədr tərəfindən yazılı qaydada işə müdaxilə etməyə icazə verilmişdir (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və Məhkəmənin Prosedur Qaydalarının 44-cü Qaydasının 3-cü bəndi).
7. Məhkəmə baxışı 2013-cü il yanvarın 16-da Strasburq şəhərində, İnsan Hüquqları Sarayında açıq məhkəmə iclasında baxılmışdır (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmə iclasında aşağıdakı şəxslər iştirak etmişdirlər:

(a) Hökumətin nümayəndələri

xanım A.Qriqoriu Dövlət Hüquq Şurasının məsləhətçisi

cənab D.Kaloqiris Dövlət Hüquq Şurasının hüquq assistenti

xanım M.Qermani Dövlət Hüquq Şurasının məsləhətçisi

(b) Ərizəçilərin nümayəndələri

xanım C.Mekari
cənab N.Alivizatos Vəkillər

cənab P.Dimitras
cənab E.Malios Məsləhətçilər

Məhkəmə xanım Qermani, xanım Mekari və cənab Alivizatosun çıxışlarını və verilmiş suallara onların cavablarını dinləmişdir.

FAKTLAR

I. İŞİN HALLARI

8. 29381/09 nömrəli ərizə vermiş ərizəçilər Afinada cütlük kimi birlikdə yaşayırlar. 32684/09 ərizə üzrə birinci və ikinci, habelə üçüncü və dördüncü ərizəçilər uzun müddət ərazində Afinada cütlük kimi birlikdə yaşamışdırlar. Beşinci və altıncı ərizəçilər arasında münasibətlər mövcud olsa belə müəyyən professional və sosial səbəblərə görə birlikdə yaşamırlar. Onların bank hesabından çıxarışdan göründüyü kimi altıncı ərizəçi beşinci ərizəçinin xeyrinə müəyyən sosial ödənişləri ödəyir. Yeddinci ərizəçi lezbiyan və homoseksualistlərə psixoloji və mənəvi dəstəyi göstərmək məqsədi güdən qeyri-kommersiya təşkilatıdır.
9. 2008-ci il noyabrın 26-da “Ailə, uşaq və cəmiyyətlə bağlı islahatlar haqqında” 3719/2008 nömrəli Qanun qüvvəyə minmişdir. Həmin Qanunda Yunanıstanda ilk dəfə olaraq “mülki ittifaq” kimi tanınan qeyri-nikah münasibətləri tənzimləyən müddəalar təsbit olunmuşdur. Qanunun 1-ci bölməsinə əsasən həmin ittifaqa yalnız həddə-buluğa çatmış iki fərqli cinsli insanlar daxil ola bilər.
10. 3719/2008 nömrəli Qanunun təsviredici hesabatına əsasən mülki ittifaqlarının təqdim edilməsi qeyri-nikah münasibətlərin mövcudluğu kimi cəmiyyətin reallığını əks etdirir və müvafiq şəxslərə aralarında olan münasibətləri nikahda kimi deyil daha çevik hüquqi formada rəsmiləşdirməyə imkan yaradır. Hesabatda qeyd olunur ki, faktiki birgə qeyri-rəsmi nikahda yaşayan cütlüklərdən anadan olmuş uşaqların sayı ilbəil artır və hazırda onlar ölkədə doğulmuş uşaqların 5% təşkil edirlər. Bundan sonra vurğulanır ki, birgə yaşayışdan sonra tək və dəstəksiz qalmış arvadların vəziyyəti, habelə vacib bir məsələ kimi hesab olunan tək valideyn ailələr fenomeni müvafiq qanunverici tədbirlərin görülməsini tələb edir. Lakin hesabatda qeyd edilir ki, rəsmi nikahla birlikdə dini nikahın bağlanması əvəzsizdir və ailə qurmaq istəyən cütlüklər üçün maksimal hüquqi, maddi və sosial təminatları təqdim edir. Bundan sonra hesabatda şəxsi və ailə həyatına hörmət hüququ mənasında qeyri-rəsmi nikahları qoruyan, habelə bir neçə Avropa ölkələrindəki kimi fərqli cinsli və tək cinsli cütlüklərin qeydiyyata alınmış münasibətləri tanıyan Konvensiyanın 8-ci maddəsinə istinad edilir. Sonrakıları əlavə etməyərək hesabatda qeyd edilir ki, mülki ittifaqlar fərqli cinsli insanlar üçün nəzərdə tutulmuşdur. Sonda hesabatda qeyd olunur ki, bununla münasibətlərin yeni forması təqdim olunur, lakin bu “çevik nikah” kimi hesab edilməməlidir. Hesabatda müəyyən edilir ki, nikah institutu digər qanunvericiliklə tənzim olunduğu üçün yeni qanunvericiliyin qəbul edilməsi nəticəsində zəifləməyəcək.
11. 3719/2008 nömrəli Qanunun tətbiq edilməsindən öncə ictimai müzakirələr aparılmışdır. Yunanıstanın Kilsəsi rəsmi olaraq onun əleyhinə olmuşdur. 2008-ci il 17 mart tarixli bəyanatında Müqəddəs Sinod mülki ittifaqları “fahişəlik” kimi təsvir etmişdir. Ədliyyə naziri parlamentin müvafiq komissiyalarına aşağıda qeyd olunan bəyanat təqdim etmişdir:

“… Əminik ki, biz bundan irəli getməməliyik. Eyni cinsli cütlüklər əlavə edilməməlidirlər. Biz əminik ki, Yunan cəmiyyətinin tələbləri və ehtiyacı buna bəraət verməyəcək. Öz qanunverici rolunda əsas siyasi partiya Yunan xalqı qarşısında cavabdehlik daşıyır. Bu onun əqidəsidir və bunu müzakirə etmişdir; İnanıram ki, biz bu yolla irəliləməliyik.”

12. Milli İnsan Hüquqları Komissiyası həmin Qanunla bağlı 2008-ci il 14 iyul tarixli qeydlərində ailə həyatı konsepsiyasına istinad edərək onun mahiyyətinin statik deyil cəmiyyətlə birlikdə inkişaf olunmasının vacibliyini qeyd etmişdir (bax: aşağıda qeyd edilən 21-24-cü bəndlər).
13. 2008-ci il noyabrın 4-də Parlamentin sədrinə vaxtaşırı məşvərətçi hesabatları təqdim edən Elmi Şura həmin Qanunla bağlı hesabat tərtib edib. Xüsusilə Məhkəmənin presedent hüququna istinad edərək Şura müəyyən edib ki, cinsi oriyentasiyanın müdafiəsi məsələsi Konvensiyanın 14-cü maddəsinin mənası altına düşür və “ailə” anlayışı yalnız nikah əsasında insanlar arasında yaranan münasibətlər deyil faktiki olaraq ailə həyatını yaradan nikahdan kənar əlaqələrə də şamil edilir (hesabatın 2-ci səhifəsi).
14. 2008-ci il noyabrın 11-də keçirilən parlament müzakirələri zamanı ədliyyə naziri bəyan edib ki, “bu gün cəmiyyət eyni cinsli cütlüklərin bir yerdə yaşamasını qəbul etməyə hazır deyil”. Bəzi çıxış edənlər hesab etmişdirlər ki, Yunanıstan eyni cinsli cütlükləri Qanuna əlavə etməyərək öz beynəlxalq öhdəliklərini poza bilər, xüsusilə Konvensiyanın 8-ci və 14-cü maddələrini.
15. 2010-cu il sentyabrın 27-də Milli İnsan Hüquqları Komissiyasının ədliyyə nazirə ünvanlanmış məktubunda 3719/2008 nömrəli Qanunun qəbul edilməsi nəticəsində ayrı-seçkiliyin baş verəcəyi qeyd edilmişdir. Həmin məktubda Komissiya Qanunun əhatə dairəsini eyni cinsli cütlüklərə də şamil olunduğunu təklif etmişdir.

II. MÜVAFİQ MİLLİ QANUNVERİCİLİK VƏ BEYNƏLXALQ HÜQUQ VƏ TƏCRÜBƏ

HÜQUQİ MƏSƏLƏLƏR

II. KONVENSİYANIN 8-Cİ MADDƏSİ İLƏ BİRLİKDƏ GÖTÜRÜLMÜŞ KONVENSİYANIN 14-CÜ MADDƏSİNİN POZULMASI İDDİASI

36. Ərizəçilər iddia etmişdirlər ki, 3719/2008 nömrəli Qanunda təsbit olunduğu kimi mülki ittifaqların yalnız fərqli cinsli cütlüklərə şamil edilməsi nəticəsində onların şəxsi və ailə həyatını pozur və fərqli cinsli və eyni cinsli cütlüklər arasında sonunculara xələl gətirməklə ayrı-seçkiliklə nəticələnir. Onlar Konvensiyanın 8-ci maddəsi ilə birlikdə götürülmüş Konvensiyanın 14-cü maddəsinə istinad etmişdirlər. Həmin müddəalarda aşağıdakılar təsbit edilmişdir:

14-cü maddə

Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.

8-ci maddə

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə … hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.

A. Qəbuledilənlik

B. Mahiyyət

1. Tərəflərin izahatları

(a) Ərizəçilərin qeydləri

60. Ərizəçilər “Sçalk və Kopf Avstriyaya qarşı” (Schalk and Kopf v. Austria (no. 30141/04, ECHR 2010) qərara istinad ediblər. Həmin işdə Məhkəmə müəyyən edib ki, birlikdə yaşayan eyni cinsli cütlüklərin münasibətləri “ailə həyatı” mənası altına düşür. Onlar izahatları əsasən baxmayaraq ki, bütün Avropa ölkələrinin bu məsələ üzrə qanunvericiliyi eyni deyir, lakin bütövlükdə eyni cinsli cütlüklərin tanınması istiqamətində müəyyən tendensiya mövcuddur. Ərizəçilər müəyyən edir ki, onların məlumatına əsasən yalnız Yunanıstan yalnız fərqli cinsli insanlara nikaha alternativ olan hüquqi münasibətləri təqdim edən yeganə ölkədir. Digər sözlə Yunanıstan yeganə ölkədir ki, vətəndaş münasibətlərini tənzim edən qanunvericiliyi qəbul etmiş və onun əhatə dairəsindən eyni cinsli cütlükləri daxil etməmiş yeganə ölkədir. Bununla Yunanıstan həmin mənada açıq aşkar Avropa ölkələri arasında qəbul edilmiş normalardan kənara çıxıb. Ərizəçilər vurğulayıblar ki, ənənəvi fərqli cinsli cütlüklərin münasibətlərinin qorunması niyyəti eyni cinsli cütlüklər münasibətdə tam fərqli yanaşması üçün əsaslandırıcı amil kimi çıxış edə bilməz. Yunan cəmiyyətində lezbiyan və homoseksuallara qarşı mənfi baxışların aradan qaldırılması istiqamətində pozitiv tədbirlər həyata keçirmək əvəzinə cavabdeh Hökumət 3719/2008 nömrəli Qanuna eyni cinsli cütlükləri daxil etməyərək həmin mənfi baxışları daha da gücləndirir. Ərizəçilərin qeydlərinə əsasən Qanun homoseksuallığa mənfi mənəvi təsir göstərir və eyni cinsli cütlüklərə əsassız məhdudiyyətlər yaradır. Ailə həyatının yeganə əsası sayılan nikahdan uzaqlaşaraq qanunverici orqan eyni cinsli cütlükləri 3719/2008 nömrəli Qanunun əhatə dairəsindən çıxararaq onlara qarşı hörmətsizlik göstərmişdir.
61. Yekunda ərizəçilər fərqli cinsli cütlüklərin faktiki münasibətləri nəticəsində nikahdan kənar doğulmuş uşaqların hüquqlarının qorunması kimi qanunverici orqanın məqsədi ilə razılaşmamışlar. Ərizəçilərin qeydlərinə əsasən açıq aşkar görünür ki, həmin qanunvericilik dünyaya uşaq gətirmək istəyi olub-olmamasından asılı olmayaraq nikah bağlamağa istəyi olmayan cütlüklərin münasibətlərini tənzimləmək məqsədini daşıyır. Bununla onlar hesab edir ki, bu məsələnin qanunvericilikdə əks etdirilməməsi kifayət qədər əsaslandırılmamışdır və ayrı-seçkiliklə nəticələnir.

(b) Hökumətin qeydləri

62. Hökumət müəyyən edir ki, 3719/2008 nömrəli Qanunun qanuni məqsədlərini nəzərə alaraq mülki ittifaqlar barədə qanunvericilik valideynlərə öz bioloji uşaqlarını belə qaydada böyütməyə imkan yaradır ki, cütlük nikaha girmədən ata eyni valideynlik məsuliyyəti daşısın. Bununla mülki ittifaqların mənası aşağıdakı kimidir: arvad hamilə olanda cütlük istədikləri kimi uşaqla hüquqi münasibətlərin olmayacağından və bununla uşağın qanunsuz doğulmasından ehtiyatlanaraq mütləq nikaha daxil olmamalıdırlar. Bununla mülki nikahları təqdim edərək Yunanıstanın qanunverici orqanı özünü həm milli adət ənənələrə hörmətlə yanaşdığı həm də mütərəqqi kimi göstərmişdir. 3719/2008 nömrəli Qanunun qəbul edilməsi ilə qanunverici orqan nikah və ailə institutunu daha da gücləndirmək niyyətində olmuşdur, belə ki, nikaha daxil olmaq qərarı iki şəxslərin gələcəkdə uşağın doğulması perspektivi olmadan və kənardan müdaxiləsiz qəbul edilir.
63. Bundan sonra Hökumət qeyd edib ki, 3719/2008 nömrəli Qanun fərqli cinsli cütlüklərin uşağa sahib olması kimi mövcud sosial fenomeni tənzimləməsi məqsədini daşıyır. Yunanıstanın Qanunu bu mənada digər Avropa ölkələrinin mülki ittifaqları tənzimləyən qanunvericilikdən fərqlənir. Yunanıstanın qanunverici orqanı Qanunla bağlı təsviredici hesabatında aşkar qeyd edib ki, burada məqsəd bütün faktiki münasibətlərin tənzimləməsi deyil məhz fərqli cinsli cütlüklərin mövcud münasibətdən doğulmuş uşaqların, habelə nikaha daxil olmaq niyyəti olmayan valideynlərin qorunmasıdır. Hökumət hesab edir ki, Qanunun bütün strukturu və onu ayrıca müddəalarının mahiyyəti bunu əks etdirir. Bununla eyni cinsli cütlüklərin mülki ittifaqlarını təqdim etmək üçün analoji, lakin fərqli cinsli cütlükləri ilə eynilik təşkil etməyən münasibətlərin tənzimləməsi üçün ayrı qaydaların qəbul edilməsi tələb olunur.
64. Hökumət bildirmişdir ki, 3719/2008 nömrəli Qanunun qəbul edilməsindən öncə milli qanunvericilik nikahdan kənar birgə yaşayan fərqli cinsli cütlükləri məhdudiyyətlərlə tanımışdır. Xüsusilə Mülki Məcəllənin 1444 maddəsində “faktiki münasibətlər” anlayışı qeyd olunur. Həmin müddəaya əsasən boşanmış lakin sonradan nikaha daxil olmuş və ya faktiki birgə münasibətdə yaşayan şəxs aliment almaq hüququnu itirir. Eyni zamanda faktiki münasibətlər süni mayalanma ilə bağlı Mülki Məcəllənin 1456 və 1457 maddələrində qeyd olunurlar. 1456 maddədə müəyyən edilir ki, nikahda olmaya arvad süni mayalanmadan istifadə etmək istəyirsə onunla faktiki münasibətdə yaşadığı kişinin buna razılığı notarial qaydada qeydiyyata alınmalıdır. 1457 maddə isə arvadın ərinin və ya onunla faktiki münasibətdə yaşamış kişinin ölümündən sonra süni mayalanmanın şərtlərini tənzimləyir.
65. Hökumət hesab edir ki, 3719/2008 nömrəli Qanunun 1-ci bölməsinin Konvensiyanın 8-ci və 14-cü maddələrinə uyğunluğunu və xüsusilə müdaxilənin mütənasibliyini yoxlayarkən Məhkəmə işin bütün hallarını və qeyd olunan Qanunun mülki ittifaqlarla bağlı bütün müddəalarını nəzərə almalıdır. İlk növbədə Hökumət Məhkəməni birgə yaşayan və birgə yaşamayan ərizəçiləri fərqləndirməyə çağırıb. Birincilərlə münasibətdə onların şikayətləri “ailə həyatı” kontekstində araşdırılmalı; sonuncular münasibətdə isə “şəxsi həyat” konsepsiyası tətbiq edilməlidir.
66. Bundan sonra mülki ittifaqlardan irəli gələn hüquq və vəzifələrini təhlil etməyə davam edən Hökumət qeyd etmişdir ki, ərizəçilərin mülkiyyət və şəxsi statusuna onların qanunvericiliyin əhatə dairəsindən çıxarılması nəticəsində təsir göstərilməmişdir. Mülkiyyət məsələləri ilə əlaqədar Hökumət ratione personae qəbuledilənlik meyarı ilə bağlı verdiyi qeydlərini təkrarlamışdır. Hökumət müəyyən edir ki, mülki ittifaqlar tərəflərin mülkiyyət statusu ilə hər-hansı avtomatik və məcburi təsir göstərmir. Aliment v varislik məsələləri ilə əlaqədar isə bildirilir ki, eyni cinsli cütlüklərdə bu məsələlər mülki ittifaq yaradılmadan müqavilə əsasında tənzimlənə bilər.
67. Ərizəçilərin şəxsi şəraiti ilə əlaqədar Hökumət qeyd edib ki, bioloji uşaqlara malik ola bilməməsi kimi fərqli cinsli və eyni cinsli cütlüklər arasında olan bioloji fərqlilik mülki ittifaqları yalnız fərqli cinsli cütlüklərə şamil edilməsini əsaslandırır. Hökumət nikahdan kənar doğulmuş uşağın atasının atalığını müəyyən etdirməsini və uşağın anası ilə nikaha daxil olmadan onun tərbiyəsində iştirak etməsini tənzimləyən 3719/2008 nömrəli Qanunun 9-cu və 10-cu bölmələrinə istinad etmişdir. Bununla nikah və atalığın məhkəmə ya da atanın özü tərəfindən müəyyən etdirilməsi bundan sonra atalığın müəyyən etdirilməsi üçün yeganə üsul deyil. Hökumət vurğulamışdır ki, həmin müddəalar mülki ittifaqlar barədə qanunvericiliyin təməlini təsbit edir və yalnız fərqli cinsli cütlüklər münasibətdə tətbiq oluna bilər. Qeyd edilən dəlillər əsasında Hökumət hesab edir ki, həmin işin araşdırılması Məhkəmə tərəfindən Konvensiyan 14-cü və 8-ci maddələrinin pozuntusunun aşkar edilməsi ilə nəticələnməməlidir. Hökumətə əsasən birgə bioloji uşaqlara malik ola bilməməsi üçün eyni cinsli cütlüklər fərqli cinsli cütlüklərlə müqayisə olunan şəraitdə deyillər.
68. Hökumət əlavə edib ki, 3719/2008 nömrəli Qanunda təsbit olunduğu kimi mülki ittifaqlar barədə qanunvericilik Avropa Şurasının digər üzv dövlətlərinin oxşar qanunvericiliyindən fərqlənir. Həmin qanunlar tərəflər arasında maliyyə münasibətlərini tənzimləyir, lakin Yunan qanunvericiliyi mülki ittifaqlar zamanı doğulmuş uşaqlar münasibətdə atalıq prezumpsiyasını müəyyən edir. Yekunda Hökumət qeyd edir ki, 3719/2008 Qanun əsasən münasibətlərin mülkiyyət aspektlərini deyil tərəflər arasında şəxsi münasibətləri diqqətdə saxlayır.

(c) Üçüncü tərəflərin izahatları

69. Üçüncü tərəflər (AİRE Center, İCJ, FİDH və İLGA-Europe – bax 6-cı bəndə) Məhkəmənin presedent hüququna və xüsusilə “Karner Avstriyaya qarşı”(no. 40016/98, ECHR 2003-IX) qərara və milli konstitusiya məhkəmələrinin, o cümlədən Macarıstan Konstitusiya Məhkəməsinin, Kanada Ali Məhkəməsinin Birləşmiş Krallığın Lordlar Palatasının və Braziliyanın Konstitusiya Məhkəməsinin qərarlarına istinad ediblər. Həmin məhkəmələrə əsasən cins və ya cinsi oriyentasiyanın fərqləndirilməsi üçün ciddi əsaslandırma tələb olunur. Üçüncü tərəflər müəyyən edib ki, həm ardıcıl olaraq Avropada həm də digər ölkələrin məhkəmələri tərəfindən fərqli cinsli və eyni cinsli cütlüklərə eyni münasibətin göstərilməsini tələb edirlər. Avropa Şurasının çox sayda üzv dövlətləri eyni cinsli cütlüklərin münasibətlərinin tanınması barədə qanunlar qəbul ediblər. Onların bildiklərinə görə Yunanıstan yeganə Avropa ölkəsidir ki, mülki ittifaqları tanıyaraq həmin qanunun məzmunundan eyni cinsli cütlükləri çıxarıb. Eyni cinsli cütlüklərin münasibətlərini tənzimləyən Üzv dövlətlərin qanunvericiliyi iki modeldən ibarətdir: (a) “Danimarka modeli”, 1989-cu ildə qəbul edilmiş Danimarkanın qanunvericiliyinə əsaslanır. Fərqli cinsli cütlüklərin nikah bağlamağa imkanları olduğu üçün eyni cinsli cütlüklərin münasibətlərinin qeydiyyatı məsələsi məhdudlaşdırılıb. (b) “Fransız modeli”, cinsi oriyentasiyasından asılı olmayaraq bütün subay şəxslərin vətəndaş nikahı bağlamağa hüququ vardır.

2. Məhkəmənin qiymətləndirilməsi

(a) Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 14-cü maddənin tətbiqi məsələsi

70. Məhkəmə ərizəçilərin şəxsi və ailə həyatı sahəsində cinsi oriyentasiyası əsasında ayrı-seçkiliyə məruz qalması iddiası ilə əlaqədar bir sıra işləri araşdırmışdır. Bəziləri yalnız 8-ci maddə əsasında araşdırılmışdır. Bu işlər cinayət qanunu ilə həddi buluğa çatmış şəxslər arasında homoseksual əlaqələrinin qadağan edilməsi (bax: “Dadgeon Birləşmiş Krallığa qarşı” (Dudgeon v. the United Kingdom, 22 October 1981, Series A no. 45); “Norris İrlandiyaya qarşı” (Norris v. Ireland, 26 October 1988, Series A no. 142) və “Modinos Kiprə qarşı” (Modinos v. Cyprus, 22 April 1993, Series A no. 259) və homoseksualların əsgərlikdən tərxis edilməsi (bax: “Smif və Qradi Birləşmiş Krallığa qarşı” (Smith and Grady v. the United Kingdom, nos. 33985/96 and 33986/96, ECHR 1999 VI) ilə bağlı idi. Digərləri Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 14-cü maddəsi əsasında araşdırılmışdırlar. Bunlar cinayət qanunu əsasında yaşa görə bir tərəfdən homoseksual əlaqələrə digər tərəfdən isə heteroseksual razılığın verilməsi (bax: “L. və V. Avstriyaya qarşı” (L. and V. v. Austria, nos. 39392/98 and 39829/98, ECHR 2003-I), valideyn məsuliyyətinin verilməsi (bax: “Salquyero da Silva Mota Portuqaliyaya qarşı” (Salgueiro da Silva Mouta v. Portugal, no. 33290/96, ECHR 1999-IX), uşağı övladlığa götürülməsi (bax: “Frette Fransaya qarşı” (Fretté v. France, no. 36515/97, ECHR 2002-I); “E.B. Fransaya qarşı” (E.B. v. France [GC], no. 43546/02, 22 January 2008); və “Qas və Dübua Fransaya qarşı” (Gas and Dubois v. France, no. 25951/07, ECHR 2012), ölmüş partnyorun mirasına varis çıxmaq hüququ (bax: yuxarıda qeyd olunan “Karner Avstriyaya qarşı” və “Kozak Polşaya qarşı” (Kozak v. Poland, no. 13102/02, 2 March 2010), sosial müavinət almaq hüququ (bax: “P.B. və J.S. Avstriyaya qarşı” (P.B. and J.S. v. Austria, no. 18984/02, 22 July 2010), eyni cinsli cütlüklərin nikaha daxil olmaq və ya digər formalarda münasibətlərini qurmaq hüququ (bax: yuxarıda qeyd olunan “Sçalk və Kopf Avstriyaya qarşı”) və eyni cinsli cütlükləri övladlığa uşağı götürmək hüququndan məhrum edilməsi (bax: “X. və Digərləri Avstriyaya qarşı” (X and Others v. Austria [GC], no. 19010/07, 19 February 2013) ilə bağlıdır.
71. Hazırkı işdə ərizəçilər öz şikayətini 8-ci maddə ilə birlikdə 14-cü maddə əsasında veriblər və Hökumət bu müddəaların tətbiq edilməsinin mümkünlüyünü mübahisələndirməyiblər. Məhkəmə bu yanaşmaya uyğun olaraq araşdırmanın aparılmasını məqsədəuyğun hesab edir (bax: “Sçalk və Kopf Avstriyaya qarşı”, 88-ci bənd).
72. Bundan sonra Məhkəmə dəfələrlə müəyyən etmişdir ki 14-cü maddə müstəqil deyil və yalnız Konvensiyada təsbit edilmiş digər hüquqlarla birlikdə təsirə malikdir. Bu müddəa Konvensiyanın və ona əlavə edilmiş Protokolların müvafiq müddəalarına əlavə kimi hesab edilir. Həmin müddəa müstəqil tətbiq edilmir və yalnız “hüquq və azadlıqlarının həyata keçirilməsi” ilə bağlı Konvensiyanın müddəaları ilə birlikdə müvafiq təsirə malikdir. Baxmayaraq ki, 14-cü maddənin tətbiqi ilə həmin müddəaların pozuntusunu əvvəlcədən ehtimal etmək mümkünsüzdür və bu mənada həmin müddəa müstəqil hesab edilir, lakin işin halları Konvensiyanın müddəalarının əhatə dairəsinə düşməyənədək onun tətbiqi mümkünsüzdür (bax: digər işlərlə yanaşı, “Petroviç Avstriyaya qarşı” (Petrovic v. Austria, 27 March 1998, § 22, Reports 1998 II); yuxarıda qeyd edilən “E.B. Fransaya qarşı”, 47-ci bənd; yuxarıda qeyd edilən “Sçalk və Kopf Avstriyaya qarşı”, 89-cu bənd və yuxarıda qeyd edilən “X. və Digərləri Avstriyaya qarşı”, 94-cü bənd).
73. İşin hallarına əsasən Məhkəmə qeyd edir ki, ərizəçilər daimi eyni cinsli cütlüklərdir. Bundan sonra mübahisələndirilmir ki, onların münasibətləri Konvensiyanın 8-ci maddəsi mənasında “şəxsi həyat” anlayışı altına düşür. Eyni zamanda Məhkəmə qeyd edib ki, “Sçalk və Kopf Avstriyaya qarşı” işdə müəyyən edildiyi kimi bir sıra üzv dövlətlərdə eyni cinsli cütlüklərin tanınması üzə baş vermiş tezliklə baş vermiş təkamülü nəzərə alaraq eyni cinsli cütlüklərin fərqli cinsli cütlüklərlə müqayisədə Konvensiyanın 8-ci maddəsi mənasında “ailə həyatına” malik olmadığını bildirmək qeyri ciddi olardı (bax: yuxarıda qeyd edilən, “Sçalk və Kopf Avstriyaya qarşı”, 94-cü bənd). Bununla əlaqədar Məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçilərin münasibətləri fərqli cinsli cütlüklərin münasibəti kimi “şəxsi həyat” və “ailə həyatı” anlayışları altına düşür. Bununla hazırkı işdə bəzi cütlüklərin birgə yaşamaması faktı onların Konvensiyanın 8-ci maddəsi mənasında ailə həyatının verdiyi stabillikdən məhrum etmədiyi üçün birgə və müəyyən sosial və ya professional səbəblərə görə ayrı yaşayan ərizəçilərin fərqləndirilməsi barədə Hökumətin təklifi (bax: yuxarıda qeyd edilən 8-ci bənd) ilə razılaşmaq üçün heç bir əsas mövcud deyil.
74. Bununla Məhkəmə qeyd edir ki, hazırkı işdə Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 14-cü maddə tətbiq olunmalıdır.

(b) 8-ci maddə ilə birlikdə götürülmüş 14-cü maddə ilə uyğunluq məsələsi

(i) İşin əhatə dairəsi

75. Məhkəmə hazırkı işin əhatə dairəsinin genişləndirməyini vacib hesab edir. Ərizəçilərin şikayəti bütövlükdə milli qanunvericilik əsasında eyni cinsli cütlüklərin hüquqi cəhətdən tanınması öhdəliyini Yunanıstan dövlətinin üzərinə qoyulması ilə bağlı deyil. Hazırkı işdə ərizəçilər iddia edirlər ki, 3719/2008 nömrəli qanun yalnız fərqli cinsli cütlüklərə mülki ittifaqlara daxil olmaq imkanı yaradır, bununla eyni cinsli cütlüklər onun əhatə dairəsindən avtomatik olaraq çıxarılmışlar. Başqa sözlə ərizəçilərin şikayəti Yunanıstan dövlətinin üzərinə qoyula biləcək hər-hansı pozitiv öhdəliyin yerinə yetirilməməsi ilə bağlı deyil, lakin onlar hesab edirlər ki, 3719/2008 nömrəli Qanunla qoyulan fərqləndirmə onlara qarşı ayrı-seçkilik kimi hesab olunmalıdır. Bununla hazırkı işdə nikah institutu ilə yanaşı eyni cinsli cütlükləri əhatə dairəsinə salmayaraq subay olan yalnız fərqli cinsli cütlüklər arasında olan münasibətlərin qeydiyyata alınmasına dair yeni sxemin tətbiqi barədə qanunvericiliyin qəbul edilməsi üzrə Yunanıstan dövlətinin Konvensiyanın 14-cü və 8-ci maddələri əsasında müvafiq səlahiyyətə malik olub olmadığını müəyyən etməkdən ibarətdir.

(ii) Məhkəmənin presedent hüququ ilə müəyyən olunmuş prinsiplər

76. Məhkəmə tərəfindən araşdırılmış işlərə əsasən 14-cü maddə əsasında məsələnin yaranması üçün oxşar şəraitdə olan insanlara fərqli münasibət göstərilməlidir. həmin münasibətin hər-hansı məqsədinin və əsaslandırmasının olmadığı təqdirdə, yəni münasibət qanuni məqsəd güdmürsə və ya istifadə olunan vasitələrin və nail olunmalı məqsədlər arasında əsaslı tarazlığa riayət olunmayıbsa, ayrı-seçkilik kimi qiymətləndirilir. Razılığa gəlmiş Dövlətlər hansı dərəcədə fərqliliklər eyni şəraitdə tətbiq edilən fərqli münasibətin əsaslandırılması üçün müəyyən təqdir səlahiyyətə malikdirlər (bax: “Börden Birləşmiş Krallığa qarşı” (Burden v. the United Kingdom [GC], no. 13378/05, § 60, ECHR 2008; yuxarıda qeyd edilən, “Sçalk və Kopf Avstriyaya qarşı”, 96-cı bənd və “X. və Digərləri Avstriyaya qarşı”, 98-ci bənd). 14-cü maddənin mənasında ayrı-seçkilik anlayışa həmçinin eyni şəraitdə olan şəxsə və ya bir neçə şəxslərə digərləri ilə müqayisədə əsassız daha pis münasibət göstərilir baxmayaraq ki, daha yaxşı münasibət Konvensiya ilə tələb olunmaya da bilər (bax: “Əbdüləziz, Kabales və Balkandalı Birləşmiş Krallığa qarşı” (Abdulaziz, Cabales and Balkandali v. the United Kingdom, 28 May 1985, § 82, Series A no. 94).
77. Cinsi oriyentasiya 14-cü maddə ilə əhatə olunan konsepsiyadır. Məhkəmə dəfələrlə müəyyən etmişdir ki, cins və cinsi oriyentasiya ilə bağlı fərqin qoyulması ciddi əsaslandırılmalıdır (bax: misal üçün, yuxarıda qeyd olunanlar, “Smif və Qradi Birləşmiş Krallığa qarşı”, 90-cı bənd, “Karner Avstriyaya qarşı”, 37-ci və 42-ci bəndlər, “L. və V. Avstriyaya qarşı”, 45-ci bənd və “X. və Digərləri Avstriyaya qarşı”, 99-cu bənd). Göstərilən münasibətdə fərqlilik cins və cinsi oriyentasiyaya əsaslanırsa bu zaman Dövlətin təqdir səlahiyyəti daralır (bax: yuxarıda qeyd olunanlar, “Karner Avstriyaya qarşı”, 41-ci bənd, “Kozak Polşaya qarşı”, 92-ci bənd). Yalnız cinsi oriyentasiyası əsasında fərqin qoyulması Konvensiya mənasında qəbuledilməzdir (bax: yuxarıda qeyd olunanlar, “Salquyero da Silva Mota Portuqaliyaya qarşı”, 36-cı bənd, “E.B. Fransaya qarşı”, 93-cü və 96-cı bəndlər, “X. və Digərləri Avstriyaya qarşı”, 99-cu bənd).

(iii) Həmin prinsiplərin hazırkı işdə tətbiqi

(a) Ərizəçilərin şəraitinin fərqli cinsli cütlüklərin şəraiti ilə müqayisəsi və onlara qarşı fərqli münasibətin mövcudluğu

78. Məhkəmə ilk növbədə ərizəçilərin şəraiti 3719/2008 nömrəli qanuna əsasən mülki ittifaqa daxil olmaq istəyən fərqli cinsli cütlüklərin şəraitinə uyğun olub olmadığı barədə sualı araşdırmalıdır. Məhkəmə təkrarlayır ki, eyni cinsli cütlüklər fərqli cinsli cütlüklər kimi daimi münasibət qura bilərlər (bax: yuxarıda qeyd olunan, “Sçalk və Kopf Avstriyaya qarşı”, 99-cu bənd). Bununla əlaqədar Məhkəmə hesab edir ki, ərizəçilər öz münasibətlərin hüquqi tanınması və qorunması üçün fərqli cinsli cütlüklərlə müqayisəli şəraitdədirlər (bax: “Sçalk və Kopf Avstriyaya qarşı”, 99-cu bənd).
79. Bundan sonra Məhkəmə müəyyən edir ki, 3719/2008 nömrəli Qanunun birinci bölməsi fərqli cinsli cütlüklərin mülki ittifaqa daxil olmaq imkanını yaradır. Bununla eyni cinsli cütlükləri Qanunun əhatə dairəsindən çıxarmaqla onlara qarşı cinsi oriyentasiyalarına əsasən fərqli münasibətin göstərilməsi ilə nəticələnir.

(b) Qanuni məqsəd və mütənasiblik

80. Məhkəmə müəyyən edib ki, Hökumət eyni cinsli cütlüklərin 3719/2008 nömrəli Qanunun əhatə dairəsinə salmamasına dair qanunverici orqanın seçimini əsaslandırmaq üçün iki dəlil irəli sürür. İlk növbədə Hökumət vurğulayıb ki, Qanunda təsbit edilmiş mülki ittifaqlar ərizəçilərlə bağlı tətbiq olunsaydı o zaman bu onların mülkiyyət statusu, maliyyə münasibətləri və vərəsəliklə bağlı hüquq və vəzifələrinə təsir göstərərdi, lakin bu məsələ müqavilə əsasında adi qanunlarla tənzimlənir. İkincisi, Hökumət qeyd edir ki, qanunvericilik bir neçə məqsədlərə nail olmaq üçün qəbul edilib: nikahdan kənar doğulmuş uşaqların və tək valideyn ailələrin qorunması (təsviredici hesabatda göstərildiyi kimi) nikah qurmadan uşaqları böyütməyə istəyən valideynlərin istəyinə cavab verməsi və ənənəvi nikah və ailə institutlarının gücləndirilməsi.
81. Hökumətin birinci dəlili ilə əlaqədar Məhkəmənin mövqeyinə görə bu düzgün hesab olunsaydı belə 3719/2008 nömrəli Qanunu ilə nikaha alternativ kimi təqdim edilən mülki ittifaqın ərizəçilərin hüquqi statusuna dar və ya geniş təsir göstərib göstərmədiyindən asılı olmayaraq həqiqi dəyərini nəzərə almır. Məhkəmənin qeyd etdiyi kimi, eyni cinsli cütlüklər fərqli cinsli cütlüklər kimi daimi münasibət qurmaq hüququna malikdirlər. Birgə yaşayan eyni cinsli cütlüklərin fərqli cinsli cütlüklər kimi dəstək və qayğıya ehtiyacı var. Bununla mülki ittifaqa daxil olmaq imkanı eyni cinsli cütlüklərin münasibətlərinə Dövlət tərəfindən tanınan hüquqi statusun verilməsi Yunan qanunvericiliyi ilə yeganə imkan hesab olunardı. Məhkəmə hesab edir ki, mülki ittifaqla bağlı müddəaların eyni cinsli cütlüklərə şamil edilməsi onlara mülkiyyətlə, alimentlə və vərəsəliklə bağlı məsələləri adi qanunvericiliklə müqavilə əsasında fərdi şəxslər arasındakı münasibətlər kimi deyil rəsmi qaydada Dövlət tərəfindən tanınan mülki ittifaqları tənzim edən qaydalarla müəyyən etməyə imkan yaradır.
82. Düzdür Hökumətin ikinci əsas dəlili ondan ibarətdir ki, 3719/2008 nömrəli Qanunun əsas məqsədi nikahdan kənar doğulmuş uşaqların hüquqi statusunu gücləndirməkdən və valideynlərə nikaha daxil olmadan uşaqları böyütmək imkanlarına malik olmaqdan ibarətdir. Mübahisələndirildiyi kimi bu aspekt eyni cinsli cütlükləri fərqli cinsli cütlüklərdən fərqləndirir, belə ki, birincilərin birgə bioloji uşaqları ola bilməz.
83. Məhkəmə nikahdan kənar doğulmuş uşaqlarla bağlı məsələləri təzim etmək və Hökumətin qeyd etdiyi kimi nikaha daxil olmaq qərarı iki şəxslərin gələcəkdə uşağın doğulması perspektivi olmadan və kənardan müdaxiləsiz qəbul edilməsi anlayışını Yunan cəmiyyətində təşviq etmək qanunverici orqanı üçün Konvensiyanın 8-ci maddəsinin nöqteyi-nəzərdən qanunvericiliyə dəyişiklikləri qanuni hesab edir (bax: yuxarıda qeyd edilən 62-ci bənd). Məhkəmə qəbul edir ki, ənənəvi ailələrin qorunması fərqli rəftarda göstərilməsi üçün prinsipcə güclü və legitim əsas kimi hesab edilə bilər (bax: yuxarıda qeyd olunanlar “Karner Avstriyaya qarşı”, 40-cı bənd və “Kozak Polşaya qarşı”, 98-ci bənd). Sössüz uşaqların qorunması da legitim əsas hesab olunur (bax: yuxarıda qeyd olunan “X. və Digərləri Avstriyaya qarşı”, 138-ci bənd). Bununla bu işdə mütənasiblik prinsipinin qorunun qorunmaması kimi məsələnin araşdırılması zəruri hesab edilir.
84. Məhkəmə presedent hüququnda müəyyən edilmiş prinsipləri təkrarlayır. Ənənəvi ailələrin qorunması məqsədi abstraktdır və bununla əlaqədar çoxsaylı konkret tədbirlər tətbiq oluna bilər (bax: yuxarıda qeyd olunanlar, “Karner Avstriyaya qarşı”, 41-ci bənd və “Kozak Polşaya qarşı”, 98-ci bənd). Eyni zamanda Konvensiyanın canlı alətdir və onu hazırkı vaxtda tətbiq etməli Dövlət 8-ci maddə mənasında şəxsi və ailə həyatının qorunması üçün müvafiq vasitələri seçərək hər hansı bir fərdin ailə və ya şəxsi həyatını qorumaq üçün bir vasitənin və ya bir seçimin olmadığı kimi faktı ilə yanaşı cəmiyyətdə və ya sosial status məsələlərində və münasibətlərdə hisslərin dəyişikliyini mütləq nəzərə almalıdır (bax: yuxarıda qeyd olunan “X. və Digərləri Avstriyaya qarşı”, 139-cu bənd).
85. Cins və cinsi oriyentasiya əsasında fərqli rəftarın mövcud olması kimi məsələlərdə Dövlətin təqdir səlahiyyəti məhduddur və mütənasiblik prinsipi məqsədlərə nail olmaq üçün müəyyən edilmiş tədbirlərlə əlaqədar tələb olunmur. Eyni zamanda həmin məqsədə nail olmaq üçün müəyyən şəxslərin (hazırkı işdə homoseksual münasibətdə yaşayan şəxslər) müddəaların əhatə dairəsindən çıxarılmasının vacibliyi göstərilməlidir (bax: yuxarıda qeyd olunan, “Karner Avstriyaya qarşı”, 41-ci bənd və “Kozak Polşaya qarşı”, 99-cu bənd). Yuxarıda qeyd edilən presedent hüququna əsasən bununla əlaqədar sübut etmə vəzifəsi Hökumətin üzərinə düşür. Bununla əlaqədar hazırkı işdə 3719/2008 nömrəli Qanunda təsbit olunduğu kimi eyni cinsli şəxslərin mülki ittifaqlara daxil olmaq qadağasının qanuni məqsədlərə nail olmaq vacibliyini sübut etmək vəzifəsi Yunan Hökumətinin üzərinə düşür (bax: yuxarıda qeyd olunan, “X. və Digərləri Avstriyaya qarşı”, 141-ci bənd).
86. Məhkəmə qeyd edir ki, qanunvericilik yalnız sosial reallıqların tənzim edilməsi və Hökumətin bildirildiyi vəzifələrin yerinə yetirilməsi üzrə məqsədlərə nail olmaq üçün tədbirləri təsbit etmir (bax: yuxarıda qeyd edilən 80-ci bənd). İlk növbədə və ən əsası bu “mülki ittifaq” mənası altında başa düşülən nikah olmayan istənilən formada münasibətləri tanımağa yönəlib. Bu Qanunun mahiyyəti və strukturundan irəli gəlir. 1-ci bölmə mülki ittifaq kimi “iki fərqli cinsli həddə buluğa çatmış şəxs arasında onların cütlük kimi həyatın tənzim edən müqavilə” başa düşülür. Bundan sonrakı bölmələr nikahdan kənar doğulmuş uşaqların statusu tənzim etmir və mülki ittifaqa daxil olmuş cütlüklərin yaşayış şəraitini müəyyən edir. Misal üçün 6-cı və 7-ci bölmələrdə tərəflər arasında maliyyə münasibətlərinə, aliment məsələlərinə və ittifaqın ləğv edilməsinə istinad edilir. Misal üçün 11-ci bölmədə göstərilir ki, partnyorlardan biri vəfat etdikdə digərinin onun mirasına sahib çıxmaq hüququ ardır.
87. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Milli Komissiya öz hesabatında bildirmişdir ki, həmin Qanun nikah olmayan partnyorluğun yeni hüquqi formasının təsbit etdiyi təqdirdə onun “Ailə, uşaq və cəmiyyətlə bağlı islahatlar” adlandırılması aydın deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, onun adından və qanunverici orqanın niyyətindən asılı olmayaraq 3719/2008 nömrəli Qanunun əsas məqsədi nikah olmayan münasibətin yeni formasının hüquqi tanıması olmuşdur.
88. Hər bir halda güman etsək ki, qanunverici orqanın niyyəti nikahdan kənar doğulmuş uşaqların qorunması və nikah institutunun möhkəmləndirilməsi olmuşdur 3719/2008 nömrəli Qanunla mülki ittifaq kimi adlandırılan mülki partnyorluğun yeni forması təqdim olunur və bu Qanunla eyni cinsli cütlüklər istisna olmaqla birgə uşaqların olub olmamasından asılı olmayaraq yalnız fərqli cinsli cütlüklər arasında olan münasibətlərin müxtəlif aspektlərini tənzimləyir.
89. Bununla Məhkəmə ilk növbədə qeyd edir ki, Hökumət əsasən uşaqla olan fərqli cinsli cütlükləri nəzərdə tutur, lakin valideyn olmayan eyni və fərqli cinsli cütlüklər münasibətdə qanunvericilikdən irəli gələn fərqliliyi əsaslandırmır. İkincisi, Məhkəmə Hökumətin arqumenti ilə razılaşmır ki, 3719/2008 nömrəli Qanunun məqsədi eyni cinsli cütlüklərin onun əhatə dairəsinə salınmamasını əvvəlcədən güman edir. Qanunverici orqan üçün nikahdan kənar doğulmuş uşaqlarla bağlı bəzi müddəaları daxil etmək və eyni zamanda eyni cinsli cütlüklərə mülki ittifaqlara daxil olmaq imkanını yaratmaq çətin olmazdı. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, yalnız fərqli cinsli cütlüklərə mülki ittifaqlara daxil olmaq imkanının yaradılması barədə qanunverici orqanın qərarı təsviredici hesabatda tam açıqlanmır (bax: yuxarıda qeyd edilən 10-cu bənd). Bundan sonra Məhkəmə qeyd edir ki, Qanun eyni cinsli cütlüklərə şamil olmadığına görə İnsan Hüquqları üzrə Milli Komissiya onu ayrı-seçkilik kimi qiymətləndirib Parlamentin Elmi Komissiyasının məsələ ilə bağlı eyni yanaşması olub (bax: yuxarıda qeyd olunan 13-cü bənd).
90. Yekunda Məhkəmə müəyyən edir ki, Hökumətin qeyd etdiyi kimi Yunan qanunvericiliyinə əsasən fərqli cinsli cütlüklərin münasibətləri, eyni cinsli cütlüklərin fərqli olaraq 3719/2008 nömrəli Qanunun qəbul edilməsindən öncə həm nikah institutuna həm də Mülki Məcəllənin de facto partyorluğa aid müddəalara əsasən hüquqi cəhətdən tanınırdı. Bununla eyni cinsli cütlüklər fərqli cinsli cütlüklərdən fərqli olaraq mülki ittifaqa daxil olmaqda xüsusilə maraqlı olardı. Fərqli cinsli cütlüklərlə bağlı Yunan qanunvericiliyin əsas istiqaməti onların münasibətlərinin tanınmasıdır.
91. Əlavə olaraq Məhkəmə qeyd edir ki, Avropa Şurası üzv ölkələri arasında tam razılıq olmasa belə ümumi xətt eyni cinsli cütlüklərin münasibətlərini hüquqi cəhətdən tanımasından ibarətdir. Doqquz üzv ölkə eyni cinsli cütlüklərə nikaha daxil olmaq imkanı yaradıb. Əlavə olaraq on yeddi ölkə eyni cinsli cütlüklərin mülki partnoyorluğunun müxtəlif formalarını təqdim edib. Hazırkı işin xüsusi məsələsi ilə bağlı (bax: yuxarıda qeyd edilən, 75-ci bənd) Məhkəmə hesab edir ki, Avropa Şurası üzv dövlətlərinin bu sahədə xətti aydındır: nikahdan kənar qeydiyyata alınmış partnyorluğa icazə verən on doqquz ölkədən Yunanıstan və Litva bunu yalnız fərqli cinsli cütlüklər üçün nəzərdə tutub. Başqa sözlə iki istisna ilə Avropa Şurası üzv dövlətləri qanunvericiliklə nikaha alternativ olan qeydiyyata alınmış partnyorluğu təqdim edərək buraya həm də eyni cinsli cütlükləri əlavə ediblər. Eyni zamanda həmin tendensiya Avropa Şurasının müvafiq sənədlərində öz əksini tapmışdır. Bununla əlaqədar Məhkəmə xüsusilə Avropa Şurası Parlament Assambleyasının 1728(2010) nömrəli Qətnaməsinə və Nazirlər Komitəsinin CM/Rec(2010)5 nömrəli Tövsiyəsinə istinad edib.
92. Hər hansı ölkənin müəyyən sahədə qanunvericilikdə olan hər-hansı aspektə görə təcrid olunması bu aspektin mütləq Konvensiya ilə ziddiyyət təşkil etdiyini demək olmaz (bax: “F. İsveçrəyə qarşı” (F. v. Switzerland, 18 December 1987, § 33, Series A no. 128 ). Lakin, yuxarıda qeyd olunanlara əsasən Hökumət eyni cinsli cütlüklərin 3719/2008 nömrəli Qanunun əhatə dairəsinə salınmamasını əsaslandırmaq üçün güclü və təkzib edilməz dəlilləri təqdim etməmişdir. Bununla hazırkı işdə Məhkəmə Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 14-cü maddəsinin pozuntusunu müəyyən edir.

IV. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

95. Konvensiyanın 41-ci maddəsində bildirilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə protokolların pozulduğunu müəyyən edərsə və əgər Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün hesab edirsə, Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarır.”

A. Ziyan

96. 29381/09 nömrəli ərizə üzrə ərizəçilər birlikdə 8-ci maddə ilə birlikdə götürülmüş 14-cü maddənin pozuntusu və bununla bağlı səmərəli hüquqi vasitənin mövcud olmaması ilə əlaqədar mənəvi zərər görə 10000 Avro tələb etmişdirlər. Eyni zamanda onlar 3719/2008 nömrəli Qanuna müvafiq dəyişiklərin edilməsi və mülki ittifaqların eyni cinsli cütlüklərlə əlaqədar tətbiq edilməsi barədə Hökumətə müvafiq tövsiyənin verilməsini Məhkəmədən xahiş ediblər.
97. 32684/09 nömrəli ərizə üzrə ərizəçilər mənəvi zərərə görə hər bir cütlüyə 15000 Avro ümumilikdə isə 45000 Avro məbləğdə təzminatın ödənilməsini tələb ediblər. Onlar iddia etmişdirlər ki, cinsi oriyentasiyaya görə onlara qarşı yolverilməz ayrı-seçkilik baş vermiş və onları 3719/2008 nömrəli Qanundan çıxarılması çətinliklər yaradır.
98. Hökumət bildirib ki, tələb olunan məbləğ həddindən artıqdır və ərizəçilər sübut etməyiblər ki, onlar öz şəxsi və ailə həyatına müdaxiləyə məruz qalıblar. Hökumət qeyd edib ki, pozuntunun müəyyən edilməsi faktı ərizəçilərin məruz qaldığı mənəvi ziyana görə ədalətli kompensasiya hesab olunur.
99. Hökumətdən fərqli olaraq Məhkəmə bildirir ki, 8-ci maddə ilə birlikdə götürülmüş 14-cü maddənin pozuntusunun müəyyən edilməsi faktı ərizəçilərin məruz qaldığı mənəvi ziyana görə ədalətli kompensasiya hesab olunmur. Bununla Məhkəmə Konvensiyanın 41-ci maddəsi əsasında ədalətli qiymətləndirmə apararaq 32684/09 nömrəli ərizədə yeddinci ərizəçi istisna olmaqla hər bir ərizəçiyə mənəvi ziyana görə 5000 Avro məbləğində vəsaitinin ödənilməsini qət edir. Məhkəmə ədalətli kompensasiya ilə bağlı iddianın digər hissələrini rədd edir.

B. Məhkəmə xərcləri

100. 29381/09 nömrəli ərizə üzrə ərizəçilər həmçinin hüquqi xidmətlərə görə Məhkəmə qarşısında aparılmış müvafiq icraat zamanı xərclənmiş 7490.97 Avro məbləğində vəsaitin ödənilməsini xahiş etmişlər. Xüsusilə onlar Yunan Helsinki Monitoru təşkilatından olan hüquqşünasın iyirmi saatlıq işini hər bir saata görə 100 Avro məbləğində qiymətləndiriblər. Bununla onlar nümayəndələri tərəfindən müvafiq qeydlərin hazırlanması üçün sərf edilmiş vaxtını sübut edən müvafiq sənədləri təqdim ediblər. Onlar həmçinin Böyük Palata qarşısında nümayəndələri olan xanım Mekarinin xidmətlərinə görə 4485 Avro məbləğində vəsaitin ödənilməsini tələb ediblər və bununla bağlı müvafiq sənədləri təqdim etmişdirlər. Yekunda onlar Böyük Palatanın icraatında iştirak etmək üçün sərf olunmuş 1005,97 Avro məbləğində vəsaitin ödənilməsini tələb etmişdirlər. Ərizəçilər izah ediblər ki, əldə olunmuş razılaşmaya əsasən onlar nümayəndələrə Böyük Palata tərəfindən ədalətli kompensasiya qismində müəyyən edilmiş vəsaiti Məhkəmə tərəfindən Konvensiyanın pozuntusu aşkar edildiyi təqdirdə ödəyəcəklər. Bununla onlar xahiş ediblər ki, bu hissədə təyin olunacaq istənilən təzminat birbaşa nümayəndələrin bank hesabına köçürülsün.
101. 32684/09 nömrəli ərizə üzrə ərizəçilər Məhkəmə qarşısında aparılan icraat zamanı sərf olunmuş vəsaitə görə birlikdə 8000 Avro məbləğində təzminatın ödənilməsini xahiş etmişlər və bununla əlaqədar müvafiq hesab-fakturaları təqdim etmişdirlər.
102. Hökumət bildirib ki, Məhkəmə yalnız kifayət qədər əsaslandırılmış tələblər üzrə məhkəmə xərcləri ilə bağlı kompensasiyanın ödənilməsini qət edir.
103. Məhkəmənin presedent hüququna görə ərizəçinin çəkdiyi xərc və məsrəflər yalnız o zaman ona ödənilir ki, bu xərc və məsrəflərin həqiqətən də və zəruri olaraq çəkildiyi müəyyən edilsin və məbləği ağlabatan olsun (bax: “Kreanğa Rumıniyaya qarşı” (Creangă v. Romania [GC], no. 29226/03, § 130, 23 February 2012). İşdə olan sənədlərə istinad edərək Məhkəmə 29381/09 nömrəli ərizə üzrə ərizəçilərə ümumilikdə ödənilməli olan vergilər də daxil olmaqla 15.000 Avro məbləğində vəsaitin ödənilməsini əsaslı hesab edir və bu məbləğ birbaşa nümayəndələrin bank hesabına köçürülməlidir (bax: “Karadulea Rumıniyaya qarşı” (Carabulea v. Romania, no. 45661/99, § 180, 13 July 2010). 32684/09 nömrəli ərizə üzrə ərizəçilərlə əlaqədar Məhkəmə xərc və məsrəflər ilə bağlı ödənilməli olan vergilər də daxil olmaqla onlara birlikdə 6000 Avro məbləğində vəsaitin ödənilməsini əsaslı hesab edir.

C. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi

104. Məhkəmə ödənilməsi gecikdirilən məbləğə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul hesab edir.

YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ

3. On altı səs lehinə bir səs əleyhinə Konvensiyanın 8-ci maddəsi ilə birlikdə 14-cü maddəsinin pozulduğunu qət edir;

4. On altı səs lehinə bir səs əleyhinə qərara alır,
(a) Cavabdeh ölkə ərizəçilərə üç ay müddətində aşağıda göstərilən məbləğləri ödəməlidir:
(i) 32684/09 nömrəli ərizə üzrə yeddinci ərizəçi istisna olmaqla hər bir ərizəçiyə ödənilməli olan vergilər də daxil olmaqla mənəvi ziyana görə 5000 Avro (beş min avro);
(ii) 29381/09 nömrəli ərizə üzrə ərizəçilərə bütövlükdə ödənilməli olan vergilər də daxil olmaqla məhkəmə xərclərinə görə 5000 Avro (beş min avro) və bu məbləğlər nümayəndələrin bank hesabına köçürülməlidir;
(iii) Yeddinci ərizəçi istisna olmaqla 32684/09 nömrəli ərizə üzrə ərizəçilərə bütövlükdə ödənilməli olan vergilər də daxil olmaqla məhkəmə xərclərinə görə 6000 Avro (altı min avro);
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

5. Ərizəçilərin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.

Qərar ingilis və fransız dillərində tərtib edilmiş və 2013-cü il noyabrın 7-də Strasburqdakı İnsan Hüquqları Sarayında keçirilmiş açıq məhkəmə iclasında elan edilmişdir.

Maykl Oboyl                Din Spilman
Məhkəmə katibi          Sədr

Konvensiyanın 45-ci maddəsinin 2-ci hissəsinə və Məhkəmə Qaydalarının 74-cü qaydasının 2-ci hissəsinə müvafiq olaraq aşağıdakı rəylər bu qərara əlavə edilir :

– hakimlər Kasadeval, Zimele və Yokiyenenin birgə xüsusi rəyi;
– hakim Pinto de Albukerqin xüsusi rəyi;

D.S.
M.O’B.

Xüsusi rəylər tərcümə olunmamışdır, lakin qərarın Məhkəmənin HUDOC məlumat bazasındakı ingiliscə və ya fransızca olmaqla, rəsmi versiyalarında onları oxumaq olar.

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2014.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2014
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@echr.coe.int.