MADDƏ 8/№16428/05 GARDEL FRANSAYA QARŞI – 17 DEKABR 2009-CU IL

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

 

BEŞİNCİ BÖLMƏ

 

 

 

 

GARDEL FRANSAYA qarşı

(ərizə no 16428/05)

QƏTNAMƏ

 

 

 

 

STRAZBURQ

17 dekabr 2009

QƏTİ

17/03/2010

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin2-ci § -na əsasən qətidir. Ona redaktə xarakterli düzəlişlər edilə bilər

Gardel Fransaya qarşı işində
Avropa İnsan Hüquqları Məhkəməsi (beşinci bölmə) hakimlər,
Peer Lorenzen, sədr,
Renate Jaeger,
Jean-Paul Costa,
Rait Maruste,
Mark Villiger,
Isabelle Berro-Lefèvre,
Mirjana Lazarova Trajkovska,
və Claudia Westerdiek, bölmə katibindən ibarət tərkibdə,
24 noyabr 2009-cu ildə qapalı məşvərət keçirərək,
Aşağıdakı qərarı çıxarır:

PROSEDUR

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Fransa Respublikası vətəndaşı cənab Fabrice Gardel (“ərizəçi”) tərəfindən 30 aprel 2005-ci ildə Məhkəməyə təqdim edilmiş Fransa Respublikasına qarşı ərizə (Nº16428/05) əsasında başlanmışdır.

2. Hüquqi yardım ayrılmış ərizəçi, Nancidə vəkil işləyən cənab P.Souchal tərəfindən təmsil olunmuşdur. Fransa Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Xarici İşlər Nazirliyi Hüquqi İşlər üzrə müdir xanım E. Beillard təmsil etmişdir.

3. Ərizəçi, xüsusilə, məhkum olunduqdan sonra adının cinsi cinayətkarlar reyestrinə salınmasından şikayət etmişdir. O, Konvensiyanın 7-ci maddəsinə istinad etmişdir.

4. Məhkəmə 1 Oktyabr 2007-ci il tarixində ərizə barədə cavabdeh Hökumətə məlumat verməyi qərara almışdır. Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, qərara alınmışdır ki, ərizənin qəbuledilənliyinə və mahiyyətinə birlikdə baxılsın.

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1962-ci ildə anadan olub və hazırda Montmédydə cəzasını çəkir.

6. Gənc qız olan S.-in valideynlərinin 18 fevral 1997-ci ildə verdiyi şikayətə əsasən ərizəçi üstün vəziyətədə olan bir şəxs tərəfindən 15 yaşlı azyaşlı üzərində zorlama və cinsi zorakılıq cinayətləri ilə ittiham edilmişdir.

7. İstintaq zamanı o,əlavə isitntaq hərərkətlərinin keçirilməsi üçün çox sayda vəsatət qaldırmışdır, lakin onlar istintaq orqanları tərəfindən rədd olunmuşdur.

8. Bar-le-Duc tribunal de grande instance –ın (Yüksək instansiya məhkəməsi) istintaq hakiminin 15 aprel 2003-cü il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlbetmə müddətləri ötdüyünə görə cinayət işini cinsi zorakılıq cinayətləri üzrə olan hissədə dayandırmışdır. Lakin istintaq hakimi ərizəçini zərərçəkən üzərində üstün vəziyyətdə olan tərəfindən azyaşlının zorlanması hisssində məhkəmə qarşısına çıxarmaq qərarına gəlmişdir.

9. 30 oktyabr 2003-cü ildə Meuse Cinayət Məhkəməsi ərizəçini on beş il azadlıqdan məhrumetmə ilə cəzalandırmış və on il ərzində onu bütün mülki, siyasi və ailə hüquqlarından məhrum etmişdir.

10. Ərizəçi bu hökmdən apelyasiya şikayəti verməmiş, lakin təqsiri ilə əlaqədar şübhələr yarada biləcəyini düşündüyü bir sıra sənədlər təqdim edərək, işinə yenidən baxılmasını xahiş etmişdir.

11. 9 mart 2004-cü il qanunu ilə cinsi cinayətkarların milli reyestri (CCMR) yaradılmışdır.

12. 11 aprel 2005-ci ildə Cinayət İşlərinə Yenidən baxlması üzrə Kommissiya ərizəçinin vəsatətini rədd etmişdir.

13. 28 fevral 2005-ci ildə ərizəçi Créteil cəzaların icrası məhkəməsinə müraciət edərək, cəzasının icrasının dayandırılmasını xahiş etmişdir. 17 iyun 2005-ci ildə bu xahiş rədd edilmişdir və qərar belə əsaslandırılmışdır ki, tibbi müayinədən belə görünür ki, « ərizəçinin həyati orqanları təhlükədə deyil və ya səhhəti ilə əlaqədar üzün müddət həbsdə saxlanıla bilər. Ona görə də, cinayət prossesual məcəlləsinin 720-1-1ci maddəsində nəzərdə tutulan şərtlər mövcud deyil və ərizəçi sözügedən vasitədən istifadə hüququna malik deyil ». Məhkəmə xatırlatmışdır ki, ərizəşinin cəzası 27 may 2019-cü ildə sona çatır və onun cinayət reyestrində üstün vəziyyətdə olan şəxs tərəfindən azyaşlıya qarşı cinsi xarakterli cinayət əməlinə görə başqa bir məhkumluluqla (29 avqust 2009-cu ildə azyaşlıya qarşı cinsi xaraketerli zoraklılq əməlinə görə Nancy Apelyasiya məhkəməsinin altı il azadlıqdan məhrumetmə və sosial-ədliyyə nəzarəti qərarı) baglı qeyd vardır. Məhkəmə həmçinin fiziki fəaliyyəti istisna edən anadangəlmə ürək çatişmazlığı olamasını və bu səbəbdən ərizəçiyə yaxşılaşdırılmış adi həbsxana şəraitinin (təkadamlıq kamera, gəzinti və ya hər hansı başqa fiziki fəaliyyətin olmaması, duzsuz yemək rejimi və müntəzəm dərman qəbulunun) lazım olması barədəki tibbi arayışları nəzərə almışdır. O, həmçinin 2004-cü ildə keçirilmiş psixiatrik ekspertizaya istinad etmişdir. Bu ekspertizaya görə, “ərizəçinin psixoloji təkamülü çox məhduddur, beləki, o, öz davranışlarına tənqidi münasibət bəsləmir, əməllərini danır, onlara görə nə təqsirlilik, nə də məsuliyyət hiss etmir, rastlaşdığı insanlarla daha yaxşı münasibətlər qura bilməsi üçün psixoterapevtik yardım lazımdır.”

14. 13 oktyabr 2005-ci ildə Paris Apelyasiya Məhkəməsinin cəzaların icrası palatası bu qərarı qüvvədə saxlamışdır.

15. 22 noyabr 2005-ci ildə Hay-les-Roses komissarlığının polis leytenantı ərizəçini Meuse Cinayət Məhkəməsi tərəfindən məhkum edilməsi səbəbilə və yuxarıda istinad edilən 9 mart 2004-cü il tarixli qanun əsasında cinsi cinayətkarlar reyestrində (CCR) qeydiyyatı barədə məlumatlandırmışdır. Bu barədə xəbərnamənin mətni aşağıdakı kimi idi:
“Mən aşagida imza edən c. Gardel Fabrice təsdiq edirəm ki, bu gün Meuse Cinayət Məhkəməsinin 30 oktyabr 2003-cü il hökmü ilə məhkum olunduğum üçün CCR-nə qeydiyyatım və bu səbəbdən cinayət prosesual məcəclləsinin 706-53-5 maddəsinə əsasən aşağıdakı öhdəliklərimin olması barədə məlumatlandırıldım:
1.ünvanım barədə sübut təqdim etmək: (…)
İldə bir dəfə, doğum günümün olduğu ayın ərzində, və ya o dəqiq deyilsə və ya bilinmirsə, hər ilin yanvar ayı ərzində qeydiyyatı aparan orqan (Ədliyyə Nazirliyi) və ya yaşayış yerim üzrə polis komissarlığı və ya gandarm briqadasına. (…)

Mən açıq şəkildə aşağıdakılar barədə məlumatlandırıldığımı təsdiq edirəm:

Mən qanunla 10 il və ya daha çox müddətə azadlıqdan məhrumetmə ilə cəzalan bir cinayətə görə məhkum olunmuşam. Nəticədə, hər altı ayda bir dəfə şəxsən gəlmək vasitsilə yaşayış yerim barədə sübut təqdim etmək öhdəliyim vardır.
(…)
Mən nəzərə alıram ki, ölkə ərazini tərk etdiyim hallarda şəxsən müraciət edərək ünvanımı sübut etmək öhdəliyim xaricdə qaldığım müddət ərzində dayanadırılacaqdır, lakin bütün hallda mən yaşayış yerimi təstiq edən və müvafiq konsulluq orqanının imzaladığı sənədi xəbəbrnaməli məktubla CCR-nə göndəməliyəm.
2. Ünvanımın dəyişilməsini bəyan etmək: dəyişiklikdən ən geci 15 gün ərzində, və eyni qaydada.
Aşağıdakılar barədə məlumatlandırıldığımı təsdiq edirəm:
-ilk dəfə ünvanım barədə xəbərnamənin yuxarıda istinad olunan doğum günümün olduğu aya və ya illik sübutun təqdim olunmalı olduğu vaxta iki aydan az qaldığı vaxtda gəlməsi halı istisna olmaqla, bu xəbərnaməni aldıqdan 15 gün ərzində məlumatlandırmalıyam.
– bu öhdəliyi pozmaq 2 il azadlıqdan məhrum etmə və ya 30 000 avro cərimə ilə cəzalandırılır.
– bu öhdəliyin pozulması ədliyyə və polis orqanlarına və ya gandarm birliyinə xəbər verilməklə bir prosesin başlanmasına və bunun nəticəsində axtarışda olanların siyahısına salınmama və haqqımda cinayət işinin qaldırılmasına səbəb ola bilər.
– Maddə R. 53-8-13-in tətbiqilə, maddə 706-53-5-də nəzərdə tutulan ünvanı sübutetmə və dəyişikliyi bayanetmə, ən çoxu 3 ay əvvəl mənim adıma verilmiş və yaşayış yerimin reallığını təsdiq edən hər hansı sənəd, məsələn kvitansiya və ya faktura vasitəsilə həyata keçirilir.
– əgər sənəd üçüncü şəxsin yaşayış yeri barədədirsə, bu şəxs tərəfindən hazırlanmış və imzalanmış sənəd mənim o ünvanda qalmağım barədə arayışla müşayət olunmalıdır.
Mən həmçinin təsdiq edirəm ki, aşağıdakı hüquqlarımın olması barədə məlumatandırılmışam:
– Informasiya və azadlıq haqqda qanun və maddə 706-53-9-a əsasən, yaşayış yerim üzrə Respublika Prokuroruna müraciət etməklə barəmdəki reyestrə daxil olunan bütün məlumatları istəyə bilərəm;
– Əgər mənim həmin reyestrə salınmam barədə qərar xarici məhkəmələr tərəfindən qəbul olunubsa, mən Nantes tribunal de grande instance-ı yanındakı Respublika Prokuroruna müraciət edərək maddə R 53-8-27 və sonrakı maddlərə uyğun olaraq, reyestrindəkı məlumatların dəyişdirilməsi və ya ləğvi və şəxsən gəlmənin tezliyinin ildə bir dəfəyə dəyişdirilməsini xahiş edə bilərəm.”

İİ. MÜVAFİQ DAXİLİ HÜQUQ VƏ TƏCRÜBƏ

16. 2004-cü ildə yaradıılmış Cinsi Cinayətkarlar Reyestri, rəqəmli barmaq izləri reyestri (RBİR), milli genetik məlumat bazası (MGMB) və bunlar arasında ən qədimi olan milli cinayət reyestri (MCR) kimi kriminal idendifikasiya reyestridir. 24 mart 2009-cü ildə Milli Məclisə təqdim olunmuş polis reyestrləri barədə hesabata əsasən, polis reyestrlərinin sayı artmışdır. C. Alain Bauerin sədrlik etdiyi işçi qrup 2006-cı ildə otuz dörd, 2008-ci ildə isə qırx beş belə reyestr olduğunu, onlarla reyestrin isə “hazırlanmaqda olduğunu” qeyd etmişdir.
Ədliyyə Nazirliyi CCMR-indən məsul və onu idarə edən orqandır. Reyestr Nantda MCR-ni hazırlayan departament tərəfindən hazırlanır və MCR-ni idarə edən hakimin nəzarəti altındadır.

A. Cinsi Cinayətkar Reyestri

Cinsi və ya zorakı cinayət müəlliflərinin milli avtomatlaşdırılmış reyestri 9 mart 2004-cü il tarixli 2004-204 nömrəli, ədliyyə sisteminin cinayətkarlığın təkamülünə uyğunlaşdırılması məqsədi daşıyan qanunla yaradılmışdır. Onun məqsədi cinsi xarakterli cinayətlərin təkrarlanmasının qarşısının alınması, onların müəlliflərinin müəyyənləşdirilməsinin asanlaşdırılması, onların yerinin tezliklə və hər an müəyyənləşdirilməsidir.
Keçid müddəaları yuxarıdakı qanunun qüvvəyə minməsi anına qədər həmin şəxslərin siyahıya alınmasının qaydalarını müəyyənləşdirir. Bu müddəalar bu qanunun nəşr olunmasından əvvəl belə cinayəti törətmiş və barəsində cinayət prossessual məcəlləsinin 706-53-2-ci maddəsində nəzərdə tutalan qərarlardan birinin qəbul olunduğu şəxslərə tətbiq olunur (bax: aşağıdakı 18-ci paraqraf). Bu müddəalar, həmçinin bu qanunun nəşrindən əvvəl azadlıqdan məhrumetmə cəzasını çəkən şəxslərə tətbiq oluna bilər (prokurorun müraciəti əsasında).

1. Cinayət prosessual məcəlləsi (CPM)

18. CPM-in müvafiq müddəaları aşağıdakılardır:
Maddə 706-47
« Bu müddəalar adam öldürmə və ya qəsdən adam öldürmə cinayətləri və ya azyaşlının zorlama, işgəncə və ya zorakılıq ilə müşayiət olunan öldürülməsi və ya qəsdən öldürülməsi, və ya azyaşlıya münasibətdə cinsi xarakterli zorakılıq və ya toxunumazlığa qəsd və ya sutenyorluq və ya fahişəliyə cəlb etmə cinayətləri ilə əlaqədar proseslerə tətbiq olunur (…)
Bu müddəalar işgəncə və ya zorakılıq ilə müşayiət olunan adam öldürmə və ya qəsdən adam öldürmə, işgəncə və ya zorakılıq cinayətləri, qanunla nəzərdə tutulmuş residiv halında adam öldürmə və ya qəsdən adam öldürmə cinayətləri üzrə proseslərə də tətbiq olunur ».
Maddə 706-53-1
« Cinsi və ya zorakı xarakterli cinayətkarların reyestri Ədliyyə Nazirinin idarəsi və hakimin nəzarəti altında olan milli cinayət reyestrini idarə edən departamentin sərancamında olan nominativ məlumatların avtomatlaşdırılmış tətbiqidir. 706-47-ci maddədə nəzərdə tutulan cinayətlərin təkrarlanmasının qarşısının alınması və onların müəlliflərinin müəyyənləşdirilməsinin asanlaşdırıması məqsədilə, 706-53-2-ci maddədə sadalanan məlumatlar bu fəsildə nəzərdə tutulan qaydada əldə edilməli, saxlanılmalı və müvafiq şəxslərə verilməlidir. »
Maddə 706-53-2
« Bu maddənin axırıncı cümləsindəki şərtlər daxilində, 706-47-ci maddəsində sadalanan cinayətlərin biri və ya bir neçəsi ilə əlaqədar olduqda, reyestrdə aşağıdakı tədbirlərin subyekti olan şəxslərin kimliyinə, ev ünvanına və ardıcıl ünvanlarına, tətbiq olunası hallarda rezidensiyalarına aid məlumatlar daxil edilir :
1. Hələlik qanuni qüvvəyə minməmiş belə olsa, məhkumluğun, in absentia məhkumluğun və ya təqsirin cəzadan azadedilmə və cəzanın çəkilməsinin təxirə salınması ilə müşayiət olunan elan edilməsi ;
2. Hələlik qanuni qüvvəyə minməmiş belə olsa, 2 fevral 1945-ci il tarixli, 45-174 saylı azyaşlı cinayətkarlığı barədə ordonansın 8,15, 15-1, 16, 16 bis və 28-ci maddələrinin tətbiqi ilə elan edilən qərarlar;
3. Bu məcəllənin 41-2-ci maddəsində nəzərdə tutulan, tətbiqi Respublika prokuroru tərəfindən müəyyən edilən razılaşdırılmış cəza sxemi;
4. Cinayət Məcəlləsinin 122-1-ci maddəsinin 1-ci cümələsinə əsasən, cinayət işinin dayandırılması barədə və ya bəraətverici qərar;
5. İstintaq hakiminin reyestrə daxil etmək barədə qərarı olduqda, məhkəmə nəzarəti ilə müşayiət olunan cinayət işinin başlanması qərarı;
6. Hər hansı konvensiya və ya beynəlxalq sazişin tətbiqi ilə əlaqədar olaraq fransız dövlət orqanlarına müraciətin predmeti olan və ya məhkum şəxslərin köçürülməsi səbəbi ilə Fransada icra olunmuş xarici məhkəmə və ya ədliyyə orqanları tərəfindənverilmiş yuxarıda göstərilən xarakterli qərarlar.
Reyestrə, həmçinin bu reyestrə daxiledilmə üçün əsas verən məhkəmə qərarı və cinayətin xarakteri barədə məlumatlar daxil edilir. 1 və 2-ci bənddə göstərilən qərarlar çıxarıldığı andan reyestrə salınır.
Məhkəmənin və ya 3 və 4- cü bənddə göstərilən hallarda Respublika porkurorunun bu barədə aydın göstərişi olması halı istisna olmaqla, 706-47-ci maddədə nəzərdə tutulan və 5 il və ya daha az müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalanan cinayətlər barədə qərar reyestrə daxil edilmir.”
Maddə 706-53-4
706-53-9 və 706-53-10-cü maddələrdəki müddəların tətbiqindən asılı olmayaraq, eyni şəxs barədəki 706-53-2-ci maddədə sadalanan məlumatlar şəxsin ölümü halında və ya reyestrə daxil edilən qərarların qüvvəsinin itdiyi gündən aşağıdakı müddətlərin ötməsi halında reyestrdən çıxarılır:
1. 10 il azadlıqdan mıhrumetmə cəzası ilə cəzalandırılan cinayət və ya qanun pozuntusu halında, otuz il;
2. Digər hallarda iyirmi il.
Amnistiya və ya bəraət və cinayət reyestrindəki məlumtların silinməsi ilə nəticələnən digər hallar bu reyestrdəki məlumatların silinməsinə səbəb olmur.
Bu məlumatlar öz-özlüyündə residiv halının olması barədə qərara gəlməyə əsas vermir.
706-53-2-ci maddənin 1, 2 və 5-ci bəndlər üzrə daxil edilən məlumatlar cinayət işinin dayandırılması, və ya qanuni qüvvəyə minmiş bəraətverici qərarın olması halında reyestrdən çıxarılır. 5-ci bənd üzrə daxil edilmiş məlumatlar həmçinin məhkəmə nəzarətinin dayandırılması və ya qaldırılması halında da silinir.”
Maddə 706-53-5
Adı reyestrə daxil edilmiş hər bir şəxsin təhlükəsizlik tədbiri olaraq, bu maddədə nəzərdə tutulan öhdəlikləri vardır.
Həmin şəxs ya reyestrin idarəçisinə, yaşayış yeri üzrə polis komissarlığı və ya jandarmeriyaya alınma sübutlu xəbərnaməli məktubla ya da şəxsən gələrək:
1. İldə bir dəfə ünvanını sübut etməlidir;
2. Ünvanının dəyişməsi halında, dəyişiklikdən ən gec 15 gün ərzində bu barədə məlumat vermilidir.
Əgər şəxsin on il azadlıqdan məhrum etmə ilə cəzalanması barədə qərar qanuni qüvvəyə minmişdirsə, o, altı aydan bir yaşayış yeri üzrə polis komissarlığına və jandarmeriya bölməsinə və ya regionun jandarmeriya birliyinə və ya regionun milli təhlükəsizlik idarəsinə və ya prefektura tərəfindən təyin edilən hər hansı başqa idarəyə şəxsən gələrək ünvanını sübut etməlidir.
Şəxsin bu öhdəliklərə riayət etməməsi iki il azadlıqdan məhrumetmə və ya 30 000 avro cərimə ilə cəzalandırılır.”
Maddə 706-53-6
Adı reyestrə daxil edilmiş şəxslər bu barədə məhkəmə orqanı tərəfindən şəxsən xəbərdar edilir və ya bəyan etdiyi son ünvana xəbərnaməli məktubla məlumatlandırılır.
Bu zaman həmin şəxs 706-53-5-cı maddəyə əsasən öhdlikləri və onlara əməl olunmaması halında tətbiq olunacaq cəzalar barədə də məlumatlandırırlır.
Əgər şəxs tutulubsa, bu maddədə nəzərdə tutulan məlumatlar ona son azad olunması zamanı və ya cəzasının ilk dəyişikliyindən əvvəl verilir.”
Maddə 706-53-7
25 fevral 2008-ci il tarixli 2008-174 nomrəli qanunun 15-ci maddəsilə dəyişdirilmiş redaktədə
Reyestrdəki məlumatlara təhlükəsiz telekommunikasiya sistemi vasitəsilə aşağdakı şəxslərin girişi vardır :
1. Məhkəmə orqanlarının;
2. Həyata qəsd, adam oğurluğu və ya qanunsuz azadlıqdan məhrum etmə və ya 706-47-ci maddədə nəzərdə tutulan cinayətlərlə əlaqədar proseslərdə 706-53-5 və 706-53-8-ci maddələrdə götərilən tədbirlərin həyata keşirilməsi üçün istintaq, polis orqanlarının;
3. Azyaşlılarla əlaqə ilə xarakterizə edilən fəaliyyət və peşələrlə bağlı işəgötürmə, təyinat, icazə, razılıqların verilməsi üçün prefektlərin və Dövlətin 706-53-12-ci maddədə nəzərdə tutulan fərmanla müəyyən edilən orqanlarının.

3-cü bənddə göstərilən azyaşlılarla əlaqə ilə bağlı fəaliyyət və peşələrlə əlaqədar qərarların verilməsi, eləcə də bu fəaliyyət və peşələr üzərində nəzarətin həyata keşirilməsi üçün merlər, departament və region şuralarınn sədrlərinin prefekler vasitəsilə reyestrdəki məlumatlara çıxışı vardır .»

Maddə 706-53-8
Maddə 706-53-12-də nəzərdə tutulan fərmanda müəyyən edilən qaydada, reyestrin idarəçisi reyestrə hər hansı yeni daxil olma, və ya ünvan dəyişikliyi və ya adı reyestrə salınan şəxsin qanunla müəyyən edilən müddətdə ünvanı ilə bağlı sübut təqdim etmədiyi barədə birbaşa Daxili İşlər Nazirini məlumatlandırır, o isə bu məlumatı dərhal müvafiq polis və ya jandarmeriya orqanına ötürür.
Polis və ya jandarmeriya orqanı şəxsin ünvanını yoxlamaq və ya tapmaq üçün bütün lazımı yoxlamaları apara və dövlət orqanlarından müvafiq məlumatları istəyə bilər.
Əgər şəxs göstərilən ünvanda deyilsə, Respublika Prokuroru onu axtarışda olan şəxslərin siyahısına daxil edir.
Maddə 706-53-9
Hər bir şəxs kimliyini təsdiq etməklə və tribunal de grande instance yaında Respublika Prokuroruna müraciət ünvanlamaqla, bu reyestrə özüylə əlaqədar daxil edilmiş bütün məlumatları əldə edə bilər.
Maddə 706-53-10
5 mart 2007-ci il tarixli qanunla dəyişilmiş redaksiyada
Adı reyestrə daxil edilmiş hər bir şəxs özüylə əlaqədar məlumatların, əgər onlar düzgün deyilsə və ya cinayətin xaraketri, onun tərədilməsi zamanı şəxsin yaşı, onun törədilməsindən ötən vaxt və həmən şəxsin hazırki şəxsiyyəti nəzərə alınmaqla, bu məlumatların saxlanması reyestrin məqsədləri baxımından vacib deyilsə, onların dəyişdirilməsi və ya silinməsi üçün Respublika Prokuroruna müraciət edə bilər.
Bu məlumatlar (5 mart 2007-ci il tarixli 2007-297 nömrəli qanunun 43-cü maddəsi ilə 7 mart 2008-ci ildən etibarən dəyişdirilib) “haqqında söhbət gedən məlumatlar şəxslə bağlı qeydlərin 1-ci bülletenində qalırsa” və ya hələ davam edən məhkəmə prosesiylə əlaqədardırsa (5 mart 2007-ci il tarixli 2007-297 nömrəli qanunun 43-cü maddəsi), “şəxs bəraət almayıbsa və ya reyestrə salınma üçün əsas olan tədbir 1 nomrəli bülletenden sinlinməyibsə” məlumatın silinməsi barədə müraciət qəbuledilməz sayılır.
Respublika Prokuroru məlumatın dəyişdirilməsinə və ya silinməsinə qərar vermirsə, şəxs bu məqsədlə, azadlıq və tutulma üzrə hakimə müraciət edə bilər. Onun qərarından şikayət instintaq şöbəsinin başçısına verilir.
Dəyişiklik və silinmə barədə müraciət əsasında, Respublika prokuroru, azadlıq və tutulma üzrə hakim və ya istintaq şöbəsinin başçısı müvafiq bildikləri bütün yoxlama tədbirlərini həyata keçirə, məsələn, şəxsin tibbi ekspertizası barədə əmr verə bilər. Əgər reyestrdəki qeyd on il azadlıqdan məhrumetmə cəzası ilə cəzalanan və azyaşlıya qarşı törədilmış cinayət və ya xəta barədədirsə, bu qeydiyyatın silinməsi tibbi expertiza aparılmadan həyata keçirilə bilməz. (…)”
Maddə 706-53-12
“Bu fəsldə nəzərdə tutulan müddəaların tətbiqi qaydaları və şərtləri İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyanın rəyi əsasında Dövlət Şurasnın fərmanı ilə müəyyənləşdirilir.
Bu fərman xüsusilə reyestrlə əlaqədar müraciətlərin və qeydlərə baxılmasının reyestrdə əks olunması şərtlərini dəqiqləşdirir.
Maddə R53-8-34
“Reyestrdə ona daxil edilən məlumatlarla və onunla əlqaədar sorğularla bağlı məlumatlar barədə qeydlər, bu məlumatı daxil edən və ya sorğunu verən şəxsin statusu göstərilməklə üç il ərzində saxlanılır.
Bu məlumatlara yalnız reyestri idarə edən hakimin və onun icazə verdiyi şəxslərin girişi vardır.
Bu məlumatlar əsasında statistika aparıla bilər.”

2. Konstitusiya Şurasının məhkəmə təcrübəsi

2 mart 2004-cü il tarixli 2004-492 nömrəli qərarında Konstitusiya Şurası hesab etmişdir ki, “[CCR-nə] bir şəxsin adının salınmasının (…) məqsədi (…) bu hüquq pozuntularıın təkrarlanmasının qarşısının alınması və onların müəlliflərinin müəyyənləşdirilməsinə şərait yaradılmasıdır. Bundan belə nəticə çıxır ki, o cəza tədbiri yox, təhükəsizlik tədbiridir (§ 74). O həmçinin belə hesab etmişdir ki, adın reyestrə salınması, məlumatlara çıxış, və qeydiyyatın istifadə edilməsi ilə bağlı, həm reyestrin istifadəsi və məlumatlara girişın şərtlərini və normativ məlumatların daxil edilməsi və çıxarılması səlahiyyətinin məhkəmə orqanına verilməsinin təqdim etdiyi təminatlar, həm də, reyestrə daxil edilməyı əsaslandıran hüquq pozuntusunun ciddiliyi və bu tip hüquq pozuntularına xas olan residiv faizi nəzərə alınaraq, mübahisələndirilən müddəalar təbiətləri etibarılə, şəxsi həyata hörmət hüququ ilə ictimai qaydanın qorunması arasındakı açıq-aydın nataraq olmayan uyğunluğu təmin etməyə imkan verir (§ 87) ». Nəhayət, Şura hesab etmişdir ki, “adı reyestrə alınmış şəxslərin öz evləri və ya yaşayış yerləri barədə müntəzəm olaraq məlumat vermək öhdəliyi cəza deyil, bu hüquq pozuntularının təkrarlanması və onların müəlliflərinin müəyyənləşdirilməsinə şərait yaradılması məqsədi daşıyan təhlükəsizlik tədbiridir. Reyestrin məqsədi öz-özlüyündə bu şəxslərin ünvanlarının daimi olaraq yoxlanmasını vacib edir və bu yoxlamalarla əlaqədar həmin şəxslərin üzərinə qoyulan öhdəliklər (…) 1789-cu il Bəyannaməsinin 9-cü maddəsinin məqsədləri üçün lazımsız [tədbir] hesab edilə bilməz” (§ 91).

3. Kassasiya Məhkəməsinin məhkəmə təcrübəsi

Cinayət Palatasının 12 mart 2008-ci ildə çıxardığı bir qərarda Kassasiya Məhkəməsi reyestrə salınmanın xarakteristikası barədə fikrini bildirmişdir (bax həmçinin: 31 oktyabr 2006-cı il, cinayət bülleteni no 267). O aşağıdakı şəkildə qərar vermişdir:
“Nəzərə alaraq ki, (…) CCR-nə daxil edilməni əmr edərkən, Apelyasiya Məhkəməsi 9 mart 2004-cü il qanunun, bu qanunun qəbulundan əvvəl tərədilmiş cinayətlərə də tətbiq olunduğunu elan edən 216-cı maddəsini dəqiq şəkildə tətbiq etmişdir. Bu maddə Konvensiyanın istinad olunan müddəalarına zidd deyildir, çünki CCR-nə salınma cəza tədbiri deyil preventiv tədbirdir, bu səbəbdən də daha sərt qanunun geriyə qüvvəsininin olmaması prinsipi bu hala tətbiq olunmur; (…)”
Kassasiya Məhkəməsi öz təcrübəsi ilə beş ildən çox müddətə azadlıqdan məhrumedilmə hallarında CCR-ndə qeydiyyatın avtomatik xarakterli olmasını təsdiq etmişdir (crim,16 yanvar 2008)

4. Polis və jandarma qeydiyyatlarına nəzarət üzrə işçi qrup

21. Bu işçi qrup 2008-ci ilin dekabr ayında Daxili İşlər, Dənizarxası Ərazi və Kollektivləri Nazirinə “ Azadlıqların müdafiəsinin təkmilləşdiriməsi üçün tədbirlər” adlandırılan hesabat təqdim etmişdir. Bu hesabata əsasən, 2005-ci il iyunun 5-də CCR-nin yaradıldığı zaman iyirmi min iki yüz iyirmi iki, 2008-ci ilin oktyabr ayına qədər isə qırx üç min dörd yüz səkkiz nəfərin adı reyestrə daxil edilmişdir.

B. Cinayətkarların Avtomatlaşdırılmış Milli Reyestri

1. Ümumi müddəalar

22. Cinayətkarların Milli Reyestri (CMR) CPM-nin 768-781-ci maddələri ilə tənzimlənir Bu CMR-də cinayət məhkəmələri tərəfindən elan edilən hökmlər, eləcə də bəzi ticarı, inzibati və intizam məhkəməlinin çıxardığı məhkumluq qərarları barədə məlumatlar saxlanılır. CMR üç hissədən ibarətdir. Məlumat bazasındakı məlumatlar bülleten formasında ötürülür.
1 nömrəli bülletendə (CPM-in 774 ) cinayətkarlar üzrə bazadakı faylların hamısı, yəni bir şəxsin bütün məhkumluqları barədə məlumat saxlanır. Bu məlumat yalnız məhkəmə orqanlarına verilə bilər.
2 nömrəli bülleten (CPM-in 775-ci maddəsi) azyaşlılara qarşı törədilmiş cinayətlər üzrə hökmlər, xarici məhkəmələrin qərarları, kiçik hüquq pozuntuları üzrə hökmlər, sınaq müddəti keçdikdən sonra şərti cəzalar istisna olmaqla, cinayətlərin və xətaların əksəriyyyti ilə əlaqədar çıxarılmış məhkumluq qərarları qeyd olunur. Hakimə hər hansı məhkumluluq qərarının 2-ci bülletenə daxil edilməməsi barədə müraciət etmək mümkündur (qərar 1-ci bülletende qeydiyyatda qalır). Bu bülletenə yalnız bəzi inzibati və hərbi orqanların – prefektlerin, hərbi başçıların, dövlət şirkətlərinin rəhbərlərinin və s.- və dəqiq şəkildə müəyyən olunmuş məqsədlər üçün çıxışı vardır.
3 nömrəli bülleten (CPM-in 775-ci maddəsi) ən ağır cinayətlərin və xətaların, xüsusilə iki ildən çox azadlıqdan məhrum etmə cəzalarını ehtiva edir. Bu bülleten adı siyahıya daxil edilən şəxsə verilə bilən yeganə bülletendir.

2. Bəraət proseduru

23. Cinayət Məcəlləsi məhkum olunmuş fiziki şəxslərin, qanunla nəzərdə tutulmuş (qırx il) müddətdən əvvəl məhkumluluğunun cinayətkarlar reyestdən silinməsinə imkan verən bəraət alma prosedurunu tənzimləyir. Maddə 331-1 elan edir ki, bəraət məhkumluğu silir.
24. Maddə 133-13 avtomatik bəraətin şərtlərini müəyyən edir:
Maddə 133-13
Bəraət avtomatik olaraq o vaxt tətbiq olunur ki, fiziki şəxs aşağıda müəyyən olunmuş müddətlərdə hər hansı yeni cinayətvə ya islah cəzasına məhkum edilmir:

3. Bir dəfə on ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və ya toplamda beş ili keçməyən bir neçə azadlıqdan məhrum etmə halı üçün, ya cəzanın cəkilib bitməsindən, ya da məhdudiyyət müddətinin bitməsindən on il sonra”
25. Cinayət Prosessual Məcəlləsi məhkəmə qaydasında bəraət prosedurunu müəyyən edir:
Maddə 785.1
“Məhkum olunmuş şəxsin sağlığında reabilitasiya üçün müraciət şəxsin özü, o bu hüquqdan məhrum edilmişsə, qanuni nümayəndəsi tərəfindən edilir. Şəxsin ölümü halında və əgər qanunun tələbləri yerinə yetirilirsə, ölümdən bir il müddətində onun əri (arvadı) və ya valideynləri və ya övladları müracəti davam etdirə və hətta beləbir müraciıt verə bilər.”
Maddə 786
1 yanvar 2005ci ildn qüvvədə olan 9mart 2004-cü il tarixli 2004-204 nömrəli qanunla dəyişdirilmiş redaktədə
“Realitasiya ərizəsi cinayət cəzasına məhkum edilmişlər üçün beş il müddətdən sonra verilə bilər (…)
Bu müddət, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər üçün onların azadlığa buraxılması günündən, və ya maddə 733.3-ə uyğun olaraq, əgər qərar sonradan geri götürülməyibsə, şərti azadlığa buraxılma günündən hesablanır (…).”
26. Cinayətlərin CMR-dən silinməsi ilə bağlı qaydalar aşağıdakılardır:
Maddə 769
“ (…) amnistiya olunmuş və sonradan cinayət hesab edilməyən əməllər üçün məhkumluqlara əlaqədar qeydlər Cinayətlərin Milli Reyestrindən silinir. Qırx ildən çox müddət əvvəl məhkum edilmiş və sonradan təkrarən hər hansı cinayət və ya islah cəzasınna məhkum edilməmiş şəxslərin məhkumluqları barədə qeydlər də (…) reyestdən silinir.
Reyestrdən həmçinin aşağıdakılar silinir:

8. Məhkəmə qaydasında bəraət almış məhkumluqlar barədə qeydlər, əgər məhkəmə maddə 798.2-yə uyğun olaraq, açıq şəkildə bunu əmr etmişdirsə.”

III. MÜVAFİQ BEYNƏLXALQ HÜQUQ

A. Avropa Şurasının sənədləri

27. 1981-ci il Fərdlərin Şəxsi xarakterli Məlumatlarının Avtomatlaşdırılmış Emalından Müdafiəsi haqqında Avropa Şurası Konvensiyası (“Məlumatların müdafiəsi Konvensiyası”), “şəxsi xarakterli məlumat” ifadəsinə müəyyən və ya müəyyənləşdirlə bilinəcək fiziki şəxs barəsində bütün məlumatlar kimi anlayış verir. Konvensiya, xüsusilə aşağıdakıları elan edir :
“ Preambula

Nəzərə alaraq ki, avtomataik olaraq yığılan şəxsi xarakterli məlumatların sərhədlərdən maneəsiz dövriyyəsinin intensivləşdiyi bir zamanda hər kəsin əsas hüquq və azadlıqlarının, xüsusilə şəxsi həyata hörmət hüququnun müdafəsinin genişlənməsi azru olunandır;

Maddə 5 – Məlumatların keyfiyyəti
Avtomatik şəkildə toplanan şəxsi xarakterli məlumatlar:

b. dəqiq və legitim məqsədlərlə qeyd olunur və bu məqsədlərə uyğun olmayan şəkildə istifadə oluna bilməz;
c. qeydiyyat məqsədinə adekvat və uyğun olmalıdır və artıq olmamalıdır;
(…)
e. qeydiyyat məqsədinə lazım olandan artıq olmayan müddətdə şəxslərin identifikasiyasına imkan verəcək formada saxlanılır.
Maddə 6 – Məlumatların xüsusi kateqoriyası
İrqi mənşə, siyasi fikirlər, dini baxışlar və digər inanclar, həmçinin səhhət və cinsi həyat barədə məlumatlar, qanunvericilik müvafiq təminatlar təqdim etmədiyi halda avtomatik şəkildə toplana bilməz. …
Maddə 7 – Məlumatların təhlükəsizliyi
Avtomatik faylarda şəxsi xarakterli məlumatların təsadüfi və ya icazəsiz olaraq məhv edilməsi və ya təsadüfən itməsi, həmçinin, onlara icazəsiz çıxış onların dəyişdirilməsi və ya yayılmasından müdafiəsini təmin etmək üçün təhlükəsizlik tədbirləri görülür.”
28. Şəxsi xarakterli məlumatların polis sahəsində istifadəsini tənzimləmək məqsədli Nazirlər Komitəsinin R(87)15 (17 sentyabr 1987-ci ildə qəbul edilmiş) Rekomendasiyası, inter alia aşağıdakıları nəzərdə tutur:
Prinsip 2 – Məlumatların toplanması
2.1 Polis məqsədləri üçün şəxsi xarakterli məlumatların toplanması konkret bir təhlükənin qarşısısnın alınmasıyla və ya müəyyən cinayətin cəzalanmasına lazım olan dərəcədə olmalıdır. Bu müddəaya hər hansı istisna, xüsusi milli qanunvericiliklə müəyyən olunmalıdır.

Prinsip 3 – Məlumatların qeydiyyatı
Mümkün dərəcədə, şəxsi xarakterli məlumatların polis məqsədləri üçün qeydiyyatı yalnız dəqiq məlumatlara aid olmalıdır və polis orqanlarına daxili hüquq çərçivəsindəki qanuni vəzifələrini və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməsinə şərait yaradacaq məlumatlarla məhdudlaşmalıdır.

Prinsip 7- Məlumatların saxlanılma müddəti və yenilənməsi
7.1 Polis məqsədləri üçün saxlanılan şəxsi xarakterli məlumatların onların qeydiyyatını tələb edən məqsədlər üçün lazım olmadığı təqdirdə silinməsi üçün tədbirlər görülməlidir.
Bunun üçün, xüsusilə aşağıdakı meyarlar nəzərə alınmalıdır: hər hansı bir işlə əlaqədar aparılan istintaqın nəticələrinin işığında məlumatların saxlanılmasının vacibliyi; qanuni qüvvəyə minmiş bir qərarın, xüsusilə bəraətverici hökmün elan olunması; bəraət, cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötməsi, amnistiya, şəxsin yaşı, məlumatların xüsusi kateqoriyası.”

B. Müqayisəli hüquq

29. 2004-cü ilin mart ayında Fransa Respublikasının Senatı azyaşlılara qarşı törədilmiş cinsi xarakterli cinayətlərlə əlaqədar siyasət barədə “Müqayisəli qanunvericilik araşdırması” (n o 133) nəşr etmişdir. Bu hesabata görə, “Cinsi xarakterli cinayətkarların qeydiyyatı yalnız İngiltərədə və Uelsdə mövcuddur”. Almaniyada federal məlumat bazası yoxdur, lakin iki Länder (Bavariya və Brem) spesifik reyestrə malikdir. Bavariyadakı reyestr “HEADS” (Haft-Entlassenen -Auskunfts-Datei-Sexualstraftäter) yalnız polisə və hakimlərə açıqdır. Böyük Britaniyada reyestr yalnız otuz ay azadlıqdan məhrumedilmış cinayətkarlarla məhdudlaşır və qeyd olunmuş məlumatların silinməsi mümkün deyildir (Sexual Offences Act 2003, s 82).

HÜQUQİ MƏSƏLƏLƏR

I. DAXİLİ MÜDAFİƏ VASİTƏLƏRİNİN TÜKƏNDİRİLMƏMƏSİ BARƏDƏ İLKİN ETİRAZ

30. Ərizəçi şikayət edir ki, o CCR-də qeydiyyatı barədə 22 noyabr 2005-ci ildə məlumatlandırılıb. O, Konvensiyanın 7-ci maddəsinə istinad edir. Bu şikayətlə əlaqədar Məhkəmə həmçinin Konvensiyanın 8-ci maddəsi altında suallar ünvanlamışdır.

31. Hökumət iddia edir ki, ərizəçi ölkədaxili hüquq müdafiə vasitələrini tükəndirməmişdir. O qeyd edir ki, ərizəçiyə verilən məlumat sənədində də qeyd edildiyi kimi, ərizəçi CPM-nin 706-53-10-cü maddəsinə uyğun olaraq, öz pozuntu iddiaları ilə reyestrə dəyişiklik edilməsi üçün prokurora müraciət edə bilərdi.

32. Ərizəçinin fikrincə, bu müddəalar öz-özlüyündə adın reyetrə salınmasına qarşı müdafiə vasitə deyildir. Yəni bu variant CCR-nə salınma əleyhinə səmərəli vasitə deyildir.

33. Məhkəmə qeyd edir ki, Hökumətin idtinad etdiyi ölkədaxili müdafiə vasitəsinin səmərəliliyi ilə bağlı sual yaranır. O ərizəçi ilə razılaşır ki, düzəliş üçün müraciət yalnız şəxslə əlaqədar məlumatlardakı əhəmiyyətli səhvlərin aradan qaldırılmasına imkan verir. Qanunla nəzərdə tutulan məlumatların silinməsiməsinə gəlincə isə, CPM-in 706-53-4 və 706-53-10-cu maddələrinə görə (bax: yuxarıdakı 18-ci paraqraf), bu, reyestrə salınmış şəxsə sui-istifadə və özbaşınalıqdan müdafiə üçün təqdim olunan təminatların işığında baxılmalı olan bir sıra formal və mahiyyət məsələrinə bağlıdır. Məhkəmə hesab edir ki, bu məsələ Konvensiyanın 8-ci maddəsi altında qaldıılan şikayətin mahiyyətinə baxılması ilə sıx əlaqəlidir. Məhkəmə həmçinin müşahidə edir ki, Hökumət şikayətlərin hər birinin qəbul edilməzliyi ilə əlaqədar etirazlar qaldırır. Buna görə də Məhkəmə onların qəbuledilənlik məsələsini aşağıda müzakirə edəcəkdir.

II. KONVENSİYANIN 7-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

34. Ərizəçi adının Cinsi Cinayətkarlaın Reyestrinə salınmasından və 7-ci maddənin 1-ci bəndinə zidd olaraq onun üzərinə məhkum olunduğu vaxtda mövcud olandan daha ağır öhdəliklər qoyan 9 mart 2004-cü il qanununun retroaktiv tətbiqindən şıkayət edir. 7-ci maddənin 1-ci bəndində deyilir:

“1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə, cinayət əməlinin törədildiyi zaman tətbiq olunandan daha ağır cəza verilə bilməz.”

35. Hökumət etiraz edir ki, Məhkəmənin bu şikayəti araşdırmaq üçün rationae materiae səlahiyyəti yoxdur. Onun fikrinə görə, Cinsi Ciayətkarların Reyestri Məhkəmənin təcrübəsinə görə “cəza” hesab oluna bilməz və bu səbəbdən, Maddə 7 bu işə tətbiq olunmur.

36. Hökumət etiraz etmir ki, 9 mart 2004-cü il qanunu nə cinayətin törədildiyi, nə də ərizəçinin məhkum olunduğu vaxt qüvvədə deyildi. Bununla belə, Hökumət iddia edir ki, mübahisələndirilən tədbir Maddə 7 anlamında “cəza” təşkil etmir. Hökumət Məhkəmənin Welch v. the United Kingdom (9 fevral 1995, § 27, Series A no. 307 A), və Jamil v. France (8 iyun 1995, § 30, Series A no. 317 B) işlərinə istinad edir. Məhkəmə Jamil işində hesab etmişdi ki, borcun azadlıqdan məhrumetməyə çevrilmə imkanı “cəza” idi, cünki “C. Jamilə bu cəza cinayət məhkəməsi tərərfindən kəsilmışdi, çəkindirmə xarakterli idi və azadlıqdan məhrumetmə ilə nəticələnə bilərdi” (§ 32). Məhkəmə həmçinin hesab etmişdi ki, xüsusi nəzarət cinayət cəzasi ilə müqayisə oluna bilməz, cünki cinayət əməlinin tərədilməsinin qarşısını almaq üçün yaradılmışdı (Hökumət Raimondo v. Italy, 22 fevral 1994, § 43, Series A no. 281 A işinə istinad edir). Hökumət bildirir ki, Cinsi Cinayətkarların Reyestrinə salınma kimi təhlükəsizlik tədbirlərinin məqsədi də elə bu idi. Bu tədbir insanları yenidən cinayət törətməkdən yayındırmaq və ya təhlükə mənbəyini yox etmək məqsədli social müdafiə tədbiri hesab oluna bilər. Tədbirlər cinayətkarın təqsiri üzərində deyil, onun cəmiyyət üçün təşkil etdiyi təhlükə üzərində qurulmuşdur. Beləliklə, Cinsi Cinayətkarların Reyestrinə salınma “təhlükəsilik tədbiri” kimi tətbiq olunur (CPM-nin706-53-5 maddəsi) və cəza deyildir. CPM-nin 706-53-2-ci maddəsinin 4-cü bölməsində nəzərdə tutulur ki, Cinayət Məcəlləsinin 121-1-ci maddəsinə əsasən “cinayətin törədildiyi zaman öz hərəkətlərini anlamaq və onlara nəzarət etmək bacarığından məhrum edən psixiatrik və ya neyropsixiatrik xəstəlikdən əziyyət çəkən şəxs, cinayət məsuliyyəti daşımayan hesab olunan şəxs barəsində cinayət prosesinə xitam verildiyi və ya onun bəraət aldığı hallarda belə adı reyestrə salınır.

37. Ərizəçi qeyd edir ki, Cinsi Cinayətkarların Reyestrinə salınma onun cinayət məsuliyyətinə cəlb olunduğu vaxt qanunda nəzərdə tutulmayan öhdəlikləri ehtiva edir. Bu isə, cinayətin törədildiyi an tətbiq olunan cəzadan daha ağır cəza deməkdir.

38. Məhkəmə müşahidə edir ki, ərizəçi 9 mart 2004-cü il qanunun qüvvəyə minməsi ilə Cinsi Cinayətkarların Reyestrinə salınmışdır. Onun reyestrə salınması cinayət məsuliyyətinə cəlb olunduqdan sonra baş vermişdir. Bu tədbir nəticəsində ərizəçinin hər altı aydan bir ünvanı barədə sübut təqdim etmək və ya ünvanın dəyişməsi barədə ən geci on beş gün ərzində bildirmək öhdəliyi əmələ gəlmişdir.

39. Məhkəmə müəyyən etməlidir ki, Cinsi Cinayətkarların Reyestrinə salınmanın Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinin mənasında « cəza » hesab oluna bilərmi, yoxsa bu tədbir bu müddəanın təsir dairəsindən kanarda qalırmı (bax: cinsi cinayətkarların reyestrinə salınma ilə əlaqədar Ibbotson v. the United Kingdom, Komissiyanın 21 oktyabr 1998, 40146/98 saylı qərarı, və Adamson v. the United Kingdom (qərar), no. 42293/98, 26 yanvar 1999, və mutatis mutandis, ərizəçidən götürülmüş DNT nümunəsinin dövlət orqanları tərəfindən saxlanması barədə Van der Velden v. the Netherlands (qərar), no. 29514/05, ECHR 2006 XV).

40. Bununla əlaqədar, Məhkəmə təkrar edir ki, 7-ci maddədəki « cəza » anlayışı avtonom anlayışdır və Məhkəmə görünüşlərdən kənara çıxaraq hər hansı bir tədbirin bu müddəada nəzərdə tutulan « cəza » olub-olmadığını müəyyən etməkdə sərbəstdir. 7-cimaddənin 1-ci bəndinin ikinci cümləsindəki söz seçimi cəzanın mövcud olub-olmadığını müəyyən etmək üçün başlanğıc nöqtə odur ki, bu tədbir « cinayət əməli »nə gərə məsuliyyətə cəlbetmənin ardından tətbiq olunur. Nəzərə alına biləcək digər amillər həmin tədbirin milli hüquq sistemində necə xarakterizə olunması, onun təbiəti və məqsədi, tədbirin qərara alınması və ya həyata keçirilməsi proseduru və onun sərtliyidir (bax: yuxarıda istinad edilən Welch, §§ 27 və 28).

41. Hazırki işdə Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin Cinsi Cinayətkarların Reyestrinə salınması həqiqətən də onun 30 oktyabr 2003-cü il tarixində cinayət məsuliyyətinə cəlb olunmasının nəticəsində baş vermişdir, çünki ərizəçi kimi hər hansı cinsi xarakterli cinayətə görə beş ildən uzun müddətə azadlıqdan məhrum edilən şəxslərin bu reyestrə salınması avtomatikdir.

42. Yerli qanunvericiliyə görə bu tədbirin necə xarakterizə olunmasına gəlincə isə, Məhkəmə müşahidə edir ki, Konstitusiya Şurasının fikrincə, həmin tədbir cəzadansa « ictimai asayiş tədbiri »dir və CPM-nin 706-53-1-ci maddəsinə görə Cinsi Cinayətkarların Reyestri cinsi və ya zorakı cinayət törətmiş şəxslərin qarşısının alınması və onların şəxsiyyətinin və yerlərinin müəyyən edilməsi məqsədi daşıyır (yuxarıdakı 18 və 19-cu paraqraflara bax).

43. Tədbirin məqsədi və təbiəti ilə əlaqədar olaraq Məhkəmə qeyd edir ki, ərizəçi onun üzərinə qoyulan yeni öhdəliyi cəza xarakterli hesab edir. Lakin Məhkəmə hesab edir ki, bu öhdəliyin əsas məqsədi yeni cinayətin törədilməsinin qarşısını almaqdır. Bununla əlaqədar, Məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin ünvanının onun Cinsi Cinayətkarların Reyestrinə salınması yolu ilə polis, jandarmeriya və ya ədliyyə orqanlarına məlum olması çəkindirici xarakter daşıyır və polis araşdırmasını asanlaşdırır. Reyestrə salınmanın yaratdığı öhdəlik preventiv və çəkindirici məqsəd daşıyır və cəzalandırma xarakterli və ya cəza təşkil edən bir tədbir hesab oluna bilməz.

44. Bundan əlavə, Məhkəmə qeyd edir ki, ərizəçi öhdəliyinə əməl etməyəcəyi təqdirdə iki il azadlıqdan məhrum olunma və ya 30 000 avro cərimələnmək riski daşısa da, belə halda onun barəsində 30 okyabr 2003-cü il tarixində cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnən cinayət prosesindən tamamilə fərqli və müstəqil cinayət prosesi başladılacaqdır və bu prosesdə səlahiyyətli məhkəmə onun bu öhdəliyinə əməl etməməsinin cəzalandırılmalı olub-olmadığını müəyyənləşdəcəkdir (bax: əksinə olaraq yuxarıda istinad olunan Welch işi, § 14).

45. Nəhayət, tədbirin sərtliyi ilə əlaqədar Məhkəmə təkrar edir ki, bu məsələ öz-özlüyündə əsas deyil (bax : yuxarıda istinad olunan Welch işi § 32). Məhkəmə hesab edir ki, bütün hallarda hər altı aydan bir ünvanı barədə sübut təqdim etmək və ya onun dəyişməsi barədə ən geci on beş gün ərzində dövlət orqanlarına bildirmək vəzifəsi, otuz il ərzində edilməli olsa belə, « cəza » hesab olunmaq üçün kifayət qədər sərt deyildir.

46. Bütün bu mülahizələrin işığında Məhkəmə belə qənaətə gəlir ki, Cinsi Cinayətkarların Reyestrinə salınma və bundan əmələ gələn öhdəliklər Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan « cəza » mənasına gəlmir və bu maddədə nəzərdə tutulan qanunların geriyə qüvvəsinin olmaması prinsipinin tətbiq olunmadığı preventiv tədbir hesab olunmalıdır.

47. Beləliklə, ərizəçinin Konvensiyanın 7-ci maddəsi altında qaldırdığı şikayəti Konvensiyanın 35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq, Konvensiya müddəları ilə rationea materiae uyğunsuzluq səbəbilə rədd edilmılidir.

II. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

48. Konvensiyanın 7-ci maddəsi altındakı şikayət Məhkəmədə Konvensiyanın 8-ci maddəsi ilə əlaqədar suallar da yaratmışdı. Bu maddə aşağıdakları elan edir :

« 1. Hər kəs öz şəxsi … həyatına…hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, …, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. »

A. Tərəflərin təqdimatları
49. Hökumət bildirir ki, ilk növbədə, ərizəçi özünün ilkin ərizəsində Konvensiyanın 8-ci maddəsi altında açıq şəkildə heç bir şikayət qaldırmamışdır. Məhkəmənin məsəlini 8-ci maddə nöqteyi-nəzərindən araşdırmağı arzu etdiyi təqdirdə, Hökumət bildirir ki, fransız dövlət orqanları bu müddəanı pozmayıblar.

50. Hökumət daha sonra vurğulayır ki, ərizəçinin Cinsi Cinayətkarların Reyestrinə salınması onun şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilə bilməz, çünki bu tədbir CPM-nin 706-53-5-ci maddəsində göstərilən şərtlərə uyğundur (bax: yuxarıdakı 18-ci paraqraf).

51. Hökumət iddia edir ki, həmin tədbirin qanuni əsası vardı. Bu, aidiyyatı olan şəxslərin Cinsi Cinayətkarların Reyestrinə salınması qaydalarını müəyyənləşdirən 9 mart 2004-cü il qanunudur. Tədbirin məqsədi ixtişaş və xüsusilə, azyaşlılara qarşı törədilən cinayətlərin qarşısının alınmasıdır (CPM-nin 706-53-1-ci maddəsi).

52. Son olaraq, Hökumət birdirir ki, cəmiyyətin cinsi xarkterli cinayətlərin qarşısının alınmasındakı marağı ərizəçinin şəxsi həyatına hörmət hüququnun pozuntusunun ciddiliyi ilə müqayisə edilməlidir. Hökumətin fikrincə, Cinsi Cinayətkarların Reyestrinin yaradılması, bu cür cinayətlərin xüsusi xarakteri ilə əlaqədar onlara qarşı həssaslığın artması nəticəsində cinsi xaraketerli cinayətləri tənzimləyən xüsusi qaydaların sistemə tədriclə daxil edilməsinin bir hissəsidir. Bu həssaslıq, belə cinayətləri törədənlərdə çox vaxt cinayəti təkrarlamaqda real faktor olan şəxsiyyət pozğunluğunun olması və zərərçəkmişlərin, xüsusilə cinayət törədilən zaman azyaşlı olanların xüsusi əzab çəkməsi faktından qaynaqlanır. Beləliklə, yerli orqanlar preventiv və cəzalandırıcı tədbirlər kombinasiyası yaratmışlar. Bununla əlaqədar, Cinsi Cinayətkarların Reyestrinin yaradılması cinsi cinayətlərin xüsusilə ağır kateqoriyasının qarşısının alınması sistemindəki boşluqları doldurmaq məqsədi daşıyırdı. Hökumət əlavə edir ki, Məhkəmənin təcrübəsindən aydın olduğu kimi, Məhkəmə « sui-istifadəyə qarşı adekvat və səmərəli təminatların olması » (burada Hökumət Leander v. Sweden, 26 mart 1987, § 60, Series A no. 116 işinə istinad edir) halında Dövlətin şəxsi məlumatları toplamaq və saxlamaq yolu ilə cinayətlərin qarşısını almağa çalışmaq hüququnu mübahisələndirmir.

53. Hazırki işdə, Hökumətin fikrincə, ərizəçi qanunla nəzərdə tutulan bütün təminatlardan istifadə etmişdir. O, hakimin nəzarəti altında olan reyestrə salınması ilə bağlı ədliyyə orqanları tərəfindən məlumatlandırılmışdır. Yalnız yuxarıda adı çəkilən Məcəllənin 706-47-ci maddəsində istinad olunan cinsi xaraketerli cinayətləri törədən şəxslərlərin yalnız bu cür cinayətlərin törətməsi halında avtomatik olaraq reyestrə salınması baş verir.

54. Qanunun nəzərdə tutduğu təminatlara gəlincə, Hökumət vurğulayır ki, məlumatın saxlanması müddətinin uzunluğu (iyirmi və ya otuz il) cinayətin ağırlığından asılıdır. Bu, maksimum müddətdir və aidiyyatı olan şəxslər onlara aid məlumatların reyestrdən silinməsini xahiş edə bilərlər. Bu xahiş üç dövlət orqanına ünvanlana bilər: prokurora, azadlıqlar və həbs üzrə hakimə və ya istintaq şöbəsinin rəhbərinə. Bu üçtərəfli yanaşma üçlü təminat təqdim edir. Hazırki işdə, ərizəçinin cinayət məsuliyyətinə cəlb edilməsi onun cinayətkarların reyestrinə daxil edilməsi ilə nəticələnmiş və bu, Cinsi Cinayətkarların Reyestrindəki məlumatın silinməsi barədə hər hansı xahişi qəbuledilməz hesab olunması üçün əsasdır. Bununla belə, ərizəçinin ədliyyə bəraəti almaq üçün müraciət etmək imkanı vardı. Bunun nəticəsində ərizəçinin cinayət reyestrindən bu cinayət məsuliyyəti silinə bilərdi. Bundan əlavə, Cinsi Cinayətkarların Reyestrinə yalnız konfidensiallıq vəzifəsi olan müəyyən dövlət orqanlarının və yalnız dəqiq müəyyən olunmuş hallarda çıxışı vardır. Son olaraq, Cinsi Cinayətkarların Reyestrindəki məlumatları hər hansı başqa bazada saxlanılan məlumatla müqayisə etmək mümkün deyildir.

55. Hökumət belə nəticəyə gəlir ki, reyestrə salınmanı müşayət edən təminatlar sayəsində müdaxilə Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan demokratik cəmiyyətdə zəruri hesab oluna bilər.
56. Ərizəçinin fikrincə, reyestrdə olan məlumatlar kütləvi istifadə üçün deyildir. Qanunda nəzərdə tutulan məcburiyyət tədbiri minimal deyil və məsuliyyətə cəlb olunmuş şəxsin hərəkət azadlığını məhdudlaşdırır.

B. Məhkəmənin dəyərləndirməsi

57. Bu işin hallarına hüquqi qiyməti verəcək orqan olduğundan Məhkəmə təkrarən qeyd edir ki, o, özünü ərizəçinin və ya Hökumətin verdiyi hüquqi dəyərləndirmə ilə məhdudlaşdırmır. Jura novit curia prinsipinə görə, Məhkəmə öz təşəbbüsü ilə şikayətlərə ona müraciət edənlərin istinad etmədiyi maddələr və ya bəndlər əsasında baxa bilər. Başqa sözlə, bir şikayət sadəcə onda irəli sürülən hüquqi əsaslar və arqumentlə deyil, işin halları ilə xaraketrizə olunur (bax: Guerra and Others v. Italy, 19 fevral 1998, § 44, Reports of Judgments and Decisions 1998 I, və Berktay v. Turkey, no. 22493/93, § 168, 1 mart 2001). Bu səbəbdən, Hökumətin qabuledilməzliklə əlaqədar etirazı rədd edilməlidir.
Məhkəmə qeyd edir ki, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən açıq əsaslandırılmamış hesab oluna bilməz. Məhkəmə daha sonra qeyd edir ki, şikayət hər hansı başqa əsasla da qəbuledilməz deyildir, ona görə də qəbuledilən elan olunmalıdır.

58. Qalan məsələ ilə əlaqədar, Məhkəmə müşahidə edir ki, Cinsi Cinayətkarlar Reyestrində ərizəçinin şəxsi həyatına dair məlumatlar vardır. Reyestr Ədliyyə Nazirliyinin səlahiyyəti altındadır və cinayət qeydlərini idarə edən hakimin nəzarətindədir. Məhkəmə vurğulayır ki, bu mərhələdə onun vəzifəsi toplanmış məlumatın həssas xarakteri ilə və ya ərizəçinin çətinlikləri ilə əlaqədar fikir bildirmək deyildir. Məhkəmənin təcrübəsinə əsasən, şəxsin şəxsi həyatına dair məlumatların dövlət orqanları tərəfindən toplanması Konvensiyanın 8-ci maddəsinə görə müdaxilə hesab olunur. Bu məlumatın sonrakı istifadəsi bu nəticəni dəyişdirə bilməz (bax: mutatis mutandis, yuxarıda istinad edilən Leander, § 48, və Kopp v. Switzerland, 25 mart 1998, § 53, Reports 1998 II). Xüsusilə, Məhkəmə artıq elan etmişdir ki, cinsi xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin polisə adları, təvəllüdləri, ünvanları və ya ünvan dəyişikliklər ilə əlaqədar məlumat verməkləri ilə əlaqədar tələb Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin əhatə dairəsinə düşür (bax: yuxarıda sitinad edilən Adamson işi).

59. Məhkəmə müşahidə edir ki, tərəflər müdaxilənin qanuna uyun olmasını və ixtişaş və cinayətlərin qarşısının alınması kimi qanuni məqsəd daşımasını mübahisələndirmmir (ibid.). Bu səbəbdən, Məhkəmə Konvensiyanın tələbləri baxımından müdaxilənin zərüri olub-olmadığını müəyyən etməlidir.

60. Məhkəmə tərəfindən işlərin son qiymətləndirilməsindən öncə işin ilkin dəyərləndirilməsi yerli orqanlar tərəfindən həyata keçirildiyindən, bu dəyərləndirmə ilə əlaqədar Məhkəmə yerli orqanlara təqdir səlahiyyəti tanıyır. Bu səlahiyyətin çərçivəsi müxtəlif ola bilər və məhdudlaşdırılan fəaliyyətin təbiəti və məhdudlaşdırmanın məqsədi kimi amillərdən asılıdır. (bax: Smith and Grady v. the United Kingdom, no. 33985/96 və 33986/96, § 88, ECHR 1999 VI).

61. Müvafiq olaraq, fərdin mövcudiyyəti və ya şəxsiyyətilə ilə əlaqədar məsələlərdə, Dövlətə tanınan təqdir səlahiyyətinin çərçivəsi daralır.

62. Şəxsi məlumatların müdafiəsi bir insanın Konvensiyanın 8-ci maddəsinin təmin etdiyi şəxsi və ailə hüququna hörmət hüququndan istifadəsi üçün vacibdir. Dövlətdaxili hüquq bu səbəbdən bu məlumatların bu maddəyə zidd olacaq hər hansı istifadəsinin qarşısını almaq üçün təminatlar verməlidir. (bax: mutatis mutandis, Z v. Finland, 25 fevral 1997, § 95, Reports 1997 I). Məhkəmənin S. and Marper v. the United Kingdom işindəki ([GC], nos. 30562/04 and 30566/04, § 103, ECHR 2008) nəticələri ilə uyğun olaraq, Məhkəmə hesab edir ki, belə təminatlara ehtiyac məlumatların toplanmasının avtomatlaşdırılmış prosedurla getdiyi və polis ehtiyacları üçün nəzərdə tutulduğu hallarda daha böyükdür. Dövlətdaxili hüquq xüsusilə belə məlumatların onların toplanma məqsədinə uyğun olması və lazımından artıq olmamasını və məlumatların toplanma məqsədinə uyğun müddətlərdən artıq olmayan müddətdə saxlanmasını təmin etməlidir. (bax: yuxarıda 27 və 28-ci paraqraflar, xüsusilə Məlumatların Müdafiəsi barədə Konvensiyanın 5-ci maddəsi və Preambulası və Nazirlər Komitəsinin R (87) 15 sayli Rekomendasiyası). Dövlətdaxili hüquq, həmçinin, həmin məlumatların səhv istifadəsi və sui-istifadəsinin qarşısını almaq üçün təminatlar təqdim etməlidlir.

63. Azyaşlını zorladığına görə on beş il azadlıqdan məhrum etmə ilə cəzalandırılan ərızəçinin adının salındığı reyestrin preventiv xarakterini Məhkəmə sual altına qoya bilməz. Bu reyestrin məqsədi, artıq deyildiyi kimi, cinayətkarlığın qarşısının alınması və residivlə mübarizə və cinayətkarların şəxsiyyətinin müəyyənləşdirilməsinin asanlaşdırılmasıdır. Cinsi sui-istifadə şübhəsiz ki, cinayətlərin, qurbanlara zəiflədici təsir edən ən mənfur tipidir. Dövlət uşaqları və digər müdafiəsiz şəxsləri onların şəxsi həyatlarına bu cür ağır müdaxilələrdən qorumalıdır (bax: Stubbings and Others v. the United Kingdom, 22 oktyabr 1996, § 64, Reports 1996 IV).

64. Eyni zamanda, Avropa cinayət siyasəti təkmilləşməkdədir və azadlıqadan məhrumetmənin, xüsusilə uzunmüddtli cəzaların sonunda cəzalandırma məqsədilə yanaşı, həm də reabilitasiya məqsədinə əhəmiyyət verilməyə başlanmışdır. (bax: Dickson v. the United Kingdom [GC], no. 44362/04, § 75, ECHR 2007 V). Uğurlu reabilitasiya, digər məsələlərlə yanaşı, həm də cinayətlərin təkrarlanmasınınin qarşısının alınması deməkdir (bax: Léger v. France (no. 19324/02, § 49, ECHR 2006 … işində istinad olunan Avropa Şurası İnsan Hüquqları üzrə Baş Kommisarının hesabatı).

65. Hazırki işdə ərizəçi barədə məlumat 2004-cü il Qanunun keçid müddəalarına uyğun olaraq, haqqında qəti hökmun olması səbəbilə avtomatik şəkildə Reyestrə salınmışdır. O, bu reyestrə salınması və bundan irəli gələn öhdəlikləri barədə müvafiq şəkildə məlumatlandırılmışdır.

66. Həbs və ya cərimə cəzası nəzərdə tutan altı aydan bir ünvanı və ya onun dəyişilməsi ilə əlaqədar sübut təqdim etmək vəsifəsi ilə bağlı Məhkəmə artıq hesab etmişdir ki, bu Konvensiyanın 8-ci maddəsi baxımından hər hansı problem yaratmır (bax: yuxarıda istinad olunan Adamson işi).

67. Məlumatların saxlanma müddətinin uzunluğuna gəlincə, Məhkəmə qeyd edirki, bu, hökmün sərtliyindən asılı olaraq iyirmi və ya otuz ildir.

68. Hökumətin vurğuladığı kimi, bunlar maksimum müddətlərdir. Hazırki işdəki otuz illlik müddətin əhəmiyyətli olmasına baxmayaraq, Məhkəmə müşahidə edir ki, məlumatlar müddətin bitməsilə, yəni reyestrə salınmaya səbəb verən qərar qüvvəsini itirən anda avtomatik şəkildə silinir. Məhkəmə daha sonra qeyd edir ki, aidiyyatı olan şəxs prokurora müraciət edərək, reyestrin məqsədləri baxımından məlumatın orda saxlamasının lazım olmadığı səbəbilə və cinayətin xarakteri, onun törədilməsi zamanı şəxsin yaşı, keçən zaman, səxsin indiki xarakteri nəzərə alınaraq məlumatın silinməsini xahiş edə bilər (bax: yuxarıda §18, CPM-nin 706-53-10-cu maddəsi). Prokurorun qərarından azadlıqlar və həbs üzrə hakimə, sonra isə istintaq şəbəsinin sədrinə appelyasiya şıkayəti verilə bilər.

69. Məhkəmə hesab edir ki, məlumatın silinməsi üzrə bu prosedur müəyyən olunmuş meyarlara əsasən məlumatın reyestrdə saxlanılmasının əsaslandırılmasına müstəqil nəzarət imkanı verir (bax: yuxarıda istinad olunan S. and Marper işi, § 119) və reyestrə salınmaya səbəb olan cinayətin ağırlığı nəzərə alınaraq şəxsi həyata hörmət hüququna adekvat və səmərəli təminatlar təqdim edir. Qəbul etmək olar ki, məlumatın belə uzun bir müddət üçün saxlanması Konvensiyanın 8-ci maddəsi altında məsələ qaldıra bilər. Bununla belə, Məhkəmə qeyd edir ki, ərizəçinin reystrə salınmaya səbəb olan qərar qüvvəsini itirəndə saxlanılan məlumatın silinməsi üçün müracət etmək üçün praktik imkanı olacaqdır. Belə olan şəraitdə, Məhkəmə bu fikirdədir ki, məlumatın saxlanılmalı olduğu vaxt məlumatın saxlanma məqsədilə qeyri-proporsional deyildir.

70. Reyestrin istifadə qaydaları və ona cıxışı olan dövlət məmurlarının siyahısına gəlincə isə, Məhkəmə müşahidə edir ki, bu siyahı bir neçə dəfə genişləndirilib və artıq məhkəmə orqanları və polislə məhdudlaşmır və inzibati orqanların da indi o məlumatlara cıxışı vardır (CPM-nin 706-53-7-ci maddəsi, yuxarıdakı §18-ə bax). Bununla belə, o da faktdır ki, reyestr yalnız konfidensialıq öhdəliyi olan orqanlar tərəfindən və müəyyən olunmuş şərtlər daxilində baxıla bilər. Əlavə olaraq, hazırki iş reyestrin inzibati məqsədlər üçün baxılması məsələsinin konkret olaraq araşdırılması üçün uyğun deyildir.

71. Nəticədə, Məhkəmə hesab edir ki, ərizəçinin Cinsi Cinayətkarların Reyestrinə salınması, məsələ ilə bağlı fərdi və ictimai maraqların ədalətli tarazlaşdırılması ilə həyata keçirilmişdir və Dövlət bu məsələdə əlində olan qəbuledilən təqdir səlahiyyətindən kənara çıxmamışdır. Beləliklə, bu işdə Konvensiyanın 8-cimaddəsinin pozuntusu baş verməmişdir.

III. İDDİA EDİLƏN DİGƏR POZUNTULAR

72. Təqsirsiz olduğunu iddia edən ərizəçi Konvensiyanın 6-cı, 13-cü, 14-cü və 17-ci maddələrinə istinad edərək, onun barəsində cinayət işinin aparılması şəklindən, istintaq tədbirləri və ekspert rəyləri barəsindəki müraciətlərinin istintaq hakimi tərəfindən rədd edilməsi və Cinayət İşlərinə Nəzarət Heyəti tərərfindən işinə yenidən baxılması mürəcətinə rədd cavabı verilməsi faktından şikayət etmişdir. 3 noyabr 2005-ci il tarixli məktubunda ərizəçi həmçinin, səhhətinin vəziyyətinin həbsdə saxlanılmasına uyğun olamadığı arqumentini gətirərək, cəzasının dayandırılması barədəki müraciətinin rədd edilməsindən şikayət etmişdir. Nəhayət, 5 dekabr 2005-ci il tarixıi məktubunda Maddə 3-ə istinadən iddia etmişdir ki, onun davamlı həbsdə saxlanılması işgəncəyə bərabərdir.

73. Sərancamında olan bütün sübutlara əsaslanaraq və bu şikayətləri araşdırmq səlahiyyəti çərçivəsində, Məhkəmə istinad olunan maddələrdə nəzərdə tutulan hüquq və azadlıqların pozuntusu görüntusu olmadığı nəticəsinə gəlir. O, bu səbəbdən hesab edir edir ki, şikayətlər Konvesiyanın 35-ci maddəsinin 3-cü bəndinə əsasən açıq-aydın əsaslandırılmamışdır və 35-ci maddənin 4-cü bəndinə əsasən rədd olunmalıdır.

BU ƏSASLARLA, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Elan edir ki, Konvensiyanin 8-ci maddəsi ilə əlaqədar şikayət qəbul edilən, qalan şikayətlər isə qəbuledilməzdir;

2. Qərara alır ki, Konvensiyanın 8-ci maddəsinin pozulmamışdır.

Qərar fransızca tərtib edimiş və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 17 dekabr 2009-cü il tarixində qərar barədə yazılı məlumat verilmişdir.

Claudia Westerdiek                          Peer Lorenzen
Katib                                                       Sədr

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int.