Kommunikasiya 14 dekabr 2017-ci il tarixdə başlamışdır
BEŞİNCİ SEKSİYA
Ərizə № 66535/13
Məhəmməd BÖYÜKKİŞİYEV VƏ 3 digər Ərizəçi Azərbaycana qarşı
Ərizə 9 avqust 2012-ci il tarixdə qəbul edilmişdir
(Ərizəçilərin siyahısı əlavə edilib)
FAKTLARIN TƏSVİRİ
Ərizəçilərin şikayətlərinin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçilər müxtəlif tarixlərdə mülki hüquq və vəzifələri ilə əlaqədar olaraq məhkəmə davası açıblar.
Yerli məhkəmələr müxtəlif tarixlərdə Ərizəçilərin iddialarına baxdılar və qərarlar qəbul etdilər.
Apellyasiya və ya kassasiya instansiyaları Ərizəçilərin şikayətlərinə baxarkən onları bilgiləndirmədi. Ərizəçilərə, onların vəkillərinə məhkəmə dinləmələrinin yeri və vaxtı barədə zamanında vaxtında məlumat verilmədi.
ŞİKAYƏTLƏR
Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasından şikayətlənirlər. Çünki onlara və vəkilləriinə yerli məhkəmələrdə dinləmələrin vaxtı və yeri barədə lazımi məlumatlar verilməyib, məhkəmə dinləmələri onların iştirakı olmadan keçirilib.
SUALLAR
Ərizəçilərin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi üçün ədalətli məhkəmə dinləmələri keçirilibmi? Özəlliklə, Ərizəçilər və ya onların vəkilləri daxili məhkəmələrdəki dinləmələr barədə lazımi qaydada məlumatlandırılıblarmı (bax: Pirali Orucov Azərbaycana qarşı, № 8460/07, §§ 40-46, 3 fevral 2011; Maksimov Azərbaycana qarşı, № 38228/05, §§ 36-43, 8 oktyabr 2009; Abbasov Azərbaycana qarşı, № 24271/05, §§ 28-34, 17 yanvar 2008)?
ƏLAVƏ
66535/13, 11/06/2013, Məhəmməd Böyükkişiyev, 1956, Goranboy rayonu
6299/14, 29/12/2013, CIN-TELEKOM
39222/17, 25/05/2017, Namiq Rüstəmov, 1993, Tovuz rayonu
70305/17, 15/09/2017, Azad Abbasov, 1959, Gəncə şəhəri