Konvensiyanın 2-ci və 3-cü maddələri ilə bağlı şikayətlərin araşdırılması (prosdur) qaydası – AİHM bələdçisi

Prosedur pozuntusu

Konvensiyanın 2-ci və 3-cü maddəsi ilə bağlı başqa işlərdə olduğu kimi, saxlanma şəraitinə (o cümlədən lazımi tibbi yardımın göstərilməməsinə) dair işlərdə də Məhkəmə “prosedur pozuntusu” tapa bilər. Həmin pozuntu şübhəli ölüm və ya iddia edilən pis rəftarla bağlı ölkə daxilində effektiv araşdırma aparılmayanda baş verir.

Diqqət! Prosedur pozuntusu substantiv pozuntu müəyyən edilməyəndə belə tapıla bilər. Məsələn, Məmmədov və başqaları Azərbaycana qarşı işdə iddia edilirdi ki, ərizəçi (ərizəçilərdən biri) cəzaçəkmə müəssisəsində ona adekvat tibbi yardım təmin olmadığına görə vəfat etmişdir. Məhkəmə həmin iddianı qəbul etmədi, əsasən ona görə ki, iş materiallarında olan sənədlərə əsasən ərizəçi xəstəxanaya aparılmaqdan özü imtina etmişdir. Beləliklə Məhkəmə Konvensiyanın 2-ci maddəsinin substantiv pozuntusunun olmadığı barədə qərar qəbul etdi. Amma eyni zamanda Məhkəmə ərizəçinin ölümü ilə bağlı aparılmış araşdırmanın effektiv olmadığı nəticəsinə gəldi, xüsusilə ona görə ki, ərizəçinin xəstəxanaya aparılmadan imtinası ətrafında olan hallar araşdırılmamışdır.

©legallibrary.org