Bu Təlimat praktik hüquqşünasları Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra “Məhkəmə”, “Avropa Məhkəməsi” və ya “Strasburq Məhkəməsi” adlandırılacaq) tərəfindən qəbul edilmiş fundamental qərarlar barəsində məlumatlandırmaq üçün Strasburq Məhkəməsi tərəfindən dərc olunan Konvensiyaya dair təlimatlar silsiləsinin tərkib hissəsidir. Konkret olaraq bu Təlimatda Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci Maddəsinə dair 31 avqust 2018-ci ilədək mövcud olan presedent hüququnun təhlili və qısa icmalı verilir. Oxucular bu sahəyə aid əsas prinsipləri və müvafiq presedentləri burada tapa biləcəklər.
Bu nəşr Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq çərçivəsində Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsinin vəsaiti hesabına tərcümə və dərc olunub.
Sənədlə tanış olmaq və yükləmək üçün aşağıdakı linkə baxın