KƏRİMOV, BEHBUDOV, MANSUROV AZƏRBAYCANA QARŞI – QƏTNAMƏ


Qətnamə

Avropa İnsan Haqları Məhkəməsinin Behbudov, Kərimov və Mansurov Azərbaycana qarşı işləri üzrə qətnamələrin icrası ilə bağlı

(Avropa Şurası Nazirlər Komitəsi tərəfindən, nazir müavinlərinin 1331-ci iclasında 6 dekabr 2018-ci il tarixdə qəbul edilib)

Ərizə №: 36702/11, Elçin Behbudov, yekun qətnamənin tarixi: 9 dekabr 2014-cü il
Ərizə №: 36898/11, Həsən Kərimov, yekun qətnamənin tarixi: 9 dekabr 2014-cü il
Ərizə №: 35834/11, Rəşid Mansurov, yekun qətnamənin tarixi: 13 yanvar 2015-ci il

Nazirlər Komitəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 39-cu maddəsinin 4-cü bəndinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin qətnamələrində nəzərdə tutulan dostca anlaşmaların icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya” və “Məhkəmə”),

Məhkəmə bu işdə Ərizəçi ilə cavabdeh Dövlətin dostca anlaşması barədə hökumətin rəsmi məlumatını nəzərə alaraq, dostca anlaşmanın Konvensiyada və onun Protokollarında nəzərdə tutulan hüquq və azadlıqlara uyğun olmasına razılaşaraq, ərizəni baxılacaq işlərin siyashısından çıxaramağa qərar verib;

Məhkəmə dostca anlaşmanın şərtlərinin cavabdeh Dövlətin hökumətə tərəfindən yerinə yetirilməsindən məmnun qalaraq,

Bəyan edir ki, bu məhkəmə işlərində Konvensiyanın 39-cu maddəsinin 4-cü bəndinin şərtlərinə əməl edilib

Qərar verir ki, bu məhkəmə işinin araşdırılması qapadılır.

© tərcümə – Media Hüququ Qrupu