CM/ResDH(2019) 140
Axundov Azərbaycana qarşı və 12 digər iş
Ərizə №39941/07
Yekun qərar – 03 may 2011-ci il
Mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun qorunması:
Müxtəlif öhdəlikləri nəzərdə tutan son daxili məhkəmə qərarlarının icra edilməməsinə görə, ərizəçinin mülkiyyət hüquqların müdaxilə olunması və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməməsi (6-cı maddə və 1 saylı protokolun 1-ci maddəsi).
Fərdi tədbirlər:
Mənəvi zərər əvəzi olaraq təzminat ödənildi. Mübahisə mövzusu olan icra edilməmiş yerli məhkəmə qərarlarının hamısı icra olundu. Ərizəçilərin pozulmuş mülkiyyət hüquqları bərpa edildi.
Ümumi tədbirlərin həyata keçirilməsində çatışmazlıqlar müəyyən edildi və buna cavab olaraq, ümumi tədbirlərin həyata keçirilməsinə nəzarət Mirzəyev, Humbatov və Tarverdiyev qrup işləri çərçivəsində davam etdirilir.
Avropa Şurası Nazirlər Komitəsi Hacıyev Azərbaycana qarşı işi üzrə qərarın icrasının qapadılması barədə qətnamə qəbul edib.