CM/ResDH(2019) 71
Rəhmanova Azərbaycana qarşı
Ərizə №34640/02
Yekun qərar – 10 oktyabr 2008-ci il
Ədalətli məhkəməyə çatım və onun effektiv işləyişi;
Bu iş Ali Məhkəmənin Plenumunun tərəfindən əlavə kassasiya prosedurunun ardınca, ərizəçinin lehinə verilmiş məhkəmə qərarını ləğv etməsi və yeni qərar verməsi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulması ilə bağlıdır (1 Saylı Protokolun 1-ci Maddəsinin pozulması).
Fərdi tədbirlər:
Mənəvi zərərə görə, ədalətli əvəz ödənilib. Maddi zərərə görə, ədalətli əvəz tələbində ərizəçi Məhkəmə Qaydalarına əməl etməyib. Ərizəçi 2005-ci ildə mənzili üçüncü tərəfə satıb, belə olan halda hüququ məsələ önəmini itirib.
Ümumi tədbirlər:
İzolə götürülmüş iş. Konstitusiya Məhkəməsinin müəyyən etdiyi presedent hüquqa görə, Ali Məhkəmə kassasiya instansiyasının qəbul etdiyi qərarı mahiyyəti üzrə dəyişə bilməz, bu, oxşar pozuntuların qarşısının alınması üçün kifayət edəcək təminatdır. Qərar tərcümə və dərc olunub və yayılıb.
Avropa Şurası Nazirlər Komitəsi Rəhmanova Azərbaycana qarşı işi üzrə qərarın icrasının qapadılması barədə qətnamə qəbul edib.