©aihmaz.org
Yerli məhkəmə qərarlarının icrası
QRUP İŞİNİN TƏSVİRİ
Ərizə №50187/06; MIRZƏYEV AZƏRBAYCANA QARŞI
Ərizə №19276/08; ANDREYEVA AZƏRBAYCANA QARŞI
Ərizə №51920/09+; BAXŞİYEV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
Ərizə №7867/09+; QASIMOVA VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
Ərizə №38798/07; GÜLMƏMMƏDOVA AZƏRBAYCANA QARŞI
Ərizə №18005/08; QURBANOVA AZƏRBAYCANA QARŞI
Ərizə №50766/07+; HACIYEVA VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
Ərizə №50757/07; HƏSƏNOV AZƏRBAYCANA QARŞI
Ərizə №50711/07+; ISGƏNDƏROV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
Ərizə №18696/08; ISMAYILOVA AZƏRBAYCANA QARŞI
Ərizə №17276/07; CƏFƏROV AZƏRBAYCANA QARŞI
Ərizə №41177/08; SOLTANOV AZƏRBAYCANA QARŞI
Ərizə №25315/08; YUSIFOVA AZƏRBAYCANA QARŞI
Ərizə №3172/08+; ZAHID MƏMMƏDOV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
Ərizə №56547/10; ZULFƏLİ HÜSEYNOV AZƏRBAYCANA QARŞI
Ərizə №16806/11+; ISRAFILOVA VƏ AGALAROV AZƏRBAYCANA QARŞI
Ərizə №58265/09+; VƏLIYEV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
Ərizə №57745/11+; ARIF ISLAMZADƏ VƏ 21 DİGƏR ƏRİZƏÇİ AZƏRBAYCANA QARŞI
Ərizə №13652/06; HÜMBƏTOV AZƏRBAYCANA QARŞI
Ərizə №3365/08; FABER FIRM VƏ CƏFƏROV AZƏRBAYCANA QARŞI
Ərizə №35507/07; SƏFƏROVA AZƏRBAYCANA QARŞI
Ərizə №31732/08; RƏMIXANOV VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI
Ərizə №33343/03; TARVERDIYEV AZƏRBAYCANA QARŞI
Ərizə №39941/07; AXUNDOV AZƏRBAYCANA QARŞI
Ərizə №31556/03; ƏFƏNDIYEVA AZƏRBAYCANA QARŞI
Ərizə №40051/09; DƏMIROV AZƏRBAYCANA QARŞI
Bu qrupa daxil edilən işlər müxtəlif növ üç öhdəliyi doğruran yerli məhkəmələrin son qərarlarının icra edilməməsi ilə əlaqəlidir (Konvensiyanın 6-cı maddəsinin 1-ci və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu) :
a) ərizəçilərin əmlakını qanunsuz zəbt edən məcburi köçkünlərin (məcburi köçkünlərin) çıxarılmasını nəzərdə tutan məhkəmə qərarları (Mirzəyev işi Qrupu);
b) ərizəçilərin torpaq sahələrindən istifadə hüquqlarının bərpası kimi digər mülkiyyət hüquqlarının pozuntusu ilə əlaqəli qərarlar (Humbatov işi Qrupu); və
c) ərizəçilərin əvvəlki iş yerlərindəki vəzifələrinə yenidən bərpa edilmələri ilə bağlı məhkəmə qərarları (Tarverdiyev işi Qrupu).
Avropa Məhkəməsinin qərar verdiyi vaxtlarda icrasını gözləyən yerli məhkəmə qərarlarının icrası ilə bağlı Məhkəmə bildirdi ki, cavabdeh dövlət həmin qərarların icrasını “uyğun vasitələrlə” təmin etməlidir.
İcranın durumu:
Nazirlər Komitəsinin 1348-cü iclasında (İyun 2019) bu məhkəmə işlərinin icrasını sonuncu dəfə araşdırıb (Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş qərarların aşağıdakı mətninə bax).
Nazirlər Komitəsi bu işlərdən bəzilərini əvvəllər, 2012-ci ildə araşdırıb (Mirzəyev işi qrupu). Üç qrup üzrə işlərin icrasının birgə incələndiyini nəzərə alaraq, səlahiyyətlilər 29 mart və 21 may 2019-cu il tarixlərində Mirzəyev qrupu haqqında (bax: DH-DD(2019)462) məlumatları yeniləyiblər. Digər iki qrup işi barədə məlumatlar hələ də yenilənməsini gözləyir.
Fərdi tədbirlər
Təzminat məbləğinin qismən ödənildiyi iki məhkəmə işi istisna olmaqla (Arif İslamzadə və Digərləri, Ramixanov və Digərləri), ədalətli əvəzin ödənilməsi tam təmin edilmişdir.
Mirzəyev işi qrupu: On bir işdə [2] daxili məhkəmə qərarlarının icrası təmin edilib. Qalan yeddi işdə isə [3], öhdəliklərin gözlədiyi görünməkdədir.
Humbətov işi qrupu: Bir işdə (Səfərova) hökumət və ərizəçi arasında döstca anlaşma qərarı verilib və bunun nəticəsində daxili məhkəmə qərarının icrası tələbi geri götürülüb. Digər üç işdə (Hümbətov, Faber Firması və Cəfərov, Ramixanov və Digərləri) Avropa Məhkəməsinin qərarları verilməsindən sonra yenə də icranın durumu ilə bağlı yeni məlumatların təqdim edilməsi gözlənilir. Ramixanov və və Digərləri işində 20 ərizəçidən 15-də icra prosesi hələ də davam edir.
Tarverdiyev işi qrupu: İki işdə (Əfəndiyeva, Axundov) fərdi tədbirlərin görülməsi məsələsi həll olunub. Ərizəçilər daxili məhkəmələrin qərarları ilə əvvəlki vəzifələrinə bərpa olunublar. Digər iki iş üzrə isə (Tarverdiyev, Dəmirov) hələ də daxili məhkəmə qərarlarının tam icrası barədə məlumatlar gözlənilir.
Qayda 9.1 üzrə kommunikasiya:
Bu işlərdən bəzilərində, Ərizəçilər xüsusən 2017 və ya 2018-ci ildə icra müddəti sona çatmış qərarlarla əlaqədar olaraq, Avropa Məhkəməsinin qərarlarının verilməsindən sonra daxili məhkəmə qərarlarının icra edilməməsindən şikayət ediblər (məsələn, DH-DD(2018)1238 Ramikhanov və Digərlərinin işində 1238).
Ümumi tədbirlər
Mirzəyev işi qrupu üzrə Komitənin 1108-ci iclasında (Mart 2011) (DH) qəbul etdiyi qərara cavab olaraq, səlahiyyətlilərin 2012-ci ilin fevral ayında fəaliyyət planını təqdim etdiyi xatırladılır (bax: DH-DD(2012)420):
21 fevral 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər haqqında sərəncam imzalayıb. 2012 və 2014-cü illər arasında Bakı və Sumqayıt şəhərlərində və Abşeron bölgəsində 1210 məcburi köçkün ailəsi üçün yaşayış binalarının tikilməsi planlaşdırılır. Bu sərəncamın icra edilməsi üçün Nazirlər Kabinetinin 8 iyun 2011-ci il tarixli qərarı ilə müvafiq tədbirlər və əlaqəli müvafiq icra hakimiyyəti orqanlarını müəyyən edən ətraflı tədbirlər planı qəbul edilib.
Komitə, 1144-ci toplantısında (İyun 2012) (DH) səlahiyyətlilərin məcburi köçkünlərin problemlərinə çözüm tapmaq mərhələsində olduqlarını, beləliklə qanunsuz olaraq zəbt edilən mənzillərin boşaldılmasına göstəriş verən yerli məhkəmə qərarlarının icra ediləbiləcəyi və qanunların qanuni sahiblərinə geri verilə biləcəyi qeyd edilib. Komitə, hökuməti bu işlərdə icrasını gözləməkdə olan daxili məhkəmə qərarlarının icrası üçün görülən tədbirlər barədə məlumatlandırmağa dəvət etdi.
Nəhayət, bənzər ərizə-şikayətlərin Avropa Məhkəməsində qaldırılmasının qarşısını almaq üçün Komitə, səlahiyyətliləri ərizəçilərlə eyni hüquqi vəziyyətdə olanlar üçün effektiv müdafiə vasitələri tətbiq etməyə və bu baxımdan lazımi kompensasiya verməyə təşviq edir.
29 mart 2019-cu il tarixdə səlahiyyətlilər tərəfindən təqdim edilmiş yenilənmiş məlumatı (bax: DH-DD(2019)462) aşağıdakı kimi ümumiləşdirmək olar: Qaçqınların, məcburi köçkünlərin və evlərindəm məhrum olanların qarşılaşdığı problemlər, o cümlədən problemlərin həlli üçün hərtərəfli qanunvericilik bazası – 55 Prezident fərmanı və sərəncamı, Nazirlər Kabinetinin 248 qərar və sərəncamı və Parlament tərəfindən qəbul edilmiş 23 qanun hazırlanıb, qəbul edilmişdir. Bu çərçivədə bir neçə Dövlət Proqramı qəbul edilib. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi yaradılıb, əsas məqsədi qaçqın və məcburi köçkünlər üçün yaşayış və sosial yardım obyektlərinin təmir və tikinti işlərini təşkil etmək və qaçqın və məcburi köçkünlərin köçürülməsinin tənzimlənməsini təmin etməkdir.
Səlahiyyətlilər bundan başqa 2014-cü ildə ümumilikdə 3021 məcburi köçkün ailəsi üçün toplamda 22 min məcburi köçkünün yaşayış və mənzil şəraitini yaxşılaşdıran bir neçə yeni qəsəbə və yaşayış binasının tikildiyini bildirdi.
2015-ci ildə 2.788 məcburi köçkün ailəsi köçürülüb, 15.000 məcburi köçkünün yaşayış şəraiti yaxşılaşdırılmışdır. 2016-cı ildə 400 məcburi köçkün ailəsi, ümumilikdə 7000 məcburi köçkünün yerləşməsi üçün yeni qəsəbə açılıb.
2001 – 2016-cı illər aralığında hakimiyyət 30-dan çox şəhər və rayonda qaçqın və məcburi köçkünlər üçün 95 yeni qəsəbə inşa etdi.
Beləliklə, 2016-cı ilin sonuna 250 min qaçqın və məcburi köçkünün mənzil və yaşayış səviyyəsi yaxşılaşdırıldı. Bu səylər sonrakı illərdə də davam etdirildi və ildə 7000 məcburi köçkünə yeni evlər verildi. 2018-ci ildə 5.600 məcburi köçkününü köçürülüb yerləşdirilməsi təmin edilib. 2019-cu ilə gəlincə, həmin ildə təxminən 7000 məcburi köçkünün köçürülüb, yerləşdirilməsi gözlənilir.
Son olaraq, səlahiyyətli Dövlət Komitəsinin bilgilərinə görə, başda Avropa Məhkəməsinin qərarları və qərardadlarında yer alan şəxslər olmaqla, digər şəxslərə məxsus mənzillərdə məskunlaşmış məcburi köçkünlərin məskunlaşmalarının 2020-ci ilin mart-aprel aylarına qədər həyata keçirilməsi gözlənilir.
Nazirlər Komitəsinin son incələməsi:
Tövsiyyə edilkən mətnlər:
DH-DD(2019)462, CM/Del/Dec(2012)1144/2
Qeydlər/Problemlər:
ƏRİZƏ | İŞİN ADI | QƏRAR | QƏTİ QƏRAR | Problemin kvalifikasiyası |
MIRZAYEV GROUP | ||||
50187/06 | MİRZƏYEV | 03/12/2009 | 03/03/2010 | Kompleks problem
|
19276/08 | ANDREYEVA | 18/12/2012 | 18/12/2012 | |
51920/09+ | BAXŞIYEV VƏ DİGƏRLƏRİ | 03/05/2012 | 03/05/2012 | |
7867/09+ | GASIMOVA VƏ DİGƏRLƏRİ | 03/05/2012 | 03/05/2012 | |
38798/07 | GULMAMMADOVA | 22/04/2010 | 22/07/2010 | |
18005/08 | GURBANOVA | 18/12/2012 | 18/12/2012 | |
50766/07+ | HAJIYEVA VƏ DİGƏRLƏRİ | 08/07/2010 | 08/10/2010 | |
50757/07 | HASANOV | 22/04/2010 | 22/07/2010 | |
50711/07+ | ISGANDAROV VƏ DİGƏRLƏRİ | 08/07/2010 | 08/10/2010 | |
18696/08 | ISMAYILOVA | 09/12/2010 | 09/03/2011 | |
17276/07 | JAFAROV | 11/02/2010 | 11/05/2010 | |
41177/08 | SOLTANOV | 13/01/2011 | 13/01/2011 | |
25315/08 | YUSIFOVA | 18/12/2012 | 18/12/2012 | |
3172/08+ | ZAHID MAMMADOV VƏ DİGƏRLƏRİ | 06/12/2011 | 06/12/2011 | |
56547/10 | ZULFALI HUSEYNOV | 26/06/2012 | 26/09/2012 | |
16806/11+ | ISRAFILOVA VƏ DİGƏRLƏRİ | 10/10/2013 | 10/10/2013 | |
58265/09+ | VALIYEV VƏ DİGƏRLƏRİ | 05/12/2013 | 05/12/2013 | |
57745/11+ | ARIF ISLAMZADE VƏ 21 DİGƏRLƏRİ | 12/10/2017 | 12/10/2017 | |
HUMBATOV GROUP | ||||
13652/06 | HUMBATOV | 03/12/2009 | 03/03/2010 | Kompleks problem |
3365/08 | FABER FIRM VƏ JAFAROV | 25/11/2010 | 25/02/2011 | |
35507/07 | SAFAROVA | 14/10/2010 | 14/01/2011 | |
31732/08 | RAMIKHANOV VƏ DİGƏRLƏRİ | 03/05/2018 | 03/05/2018 | |
TARVERDIYEV GROUP | ||||
33343/03 | TARVERDIYEV | 26/07/2007 | 26/10/2007 | Kompleks problem |
39941/07 | AKHUNDOV | 03/02/2011 | 03/05/2011 | |
31556/03 | EFENDIYEVA | 25/10/2007
11/12/2008 |
25/01/2008
11/03/2009 |
|
40051/09 | DAMIROV | 30/06/2016 | 30/06/2016 | |
1348-ci görüş (4-6 iyun 2019) – Qeydlər:
Fərdi tədbirlər:
Məmnuniyyətlə qeyd etmək olar ki, bir aparıcı və 13 təkrarlanan işdə daxili məhkəmə qərarları yerinə yetirilib və ədalətli əvəz ödənildi. Nəticə etibarı ilə bu durumda heç bir fərdi tədbir tələb olunmur. Fərdi tədbirlərin həllini tapdığı 13 təkrarlanan məhkəmə işinin qapadılması, Komitənin ümumi tədbirlərin icrasının izlənilməsini davam etdirməsinə heç bir şəkildə mane ola bilməz.
Yerdə qalan məhkəmə işlərində yerli səviyyədə gözlənilən tətbiqetmə müddətinin uzunluğunu nəzərə alaraq, səlahiyyətlilərin tətbiqi təmin etməsi üçün gərəkli addımları təcili atmaları lazımdır. İki məhkəmə işində ödənilməsi yubanan ədalətli əvəzin qalan məbləğinin ödənilməsinin təmin edilməsi barədə məlumatlar gözlənilir. Daxili səviyyədə icra prosesinin qeyri-mümkün olduğu və ya icraya başqa maneələrin olması durumlarında, səlahiyyətlilərə tövsiyə edilir ki, Avropa Məhkəməsinin gəldiyi nəticələrə uyğun olan həll yollarının tapılması üçün Katibliklə sıx əməkdaşlıq etsinlər.
Bu kontekstdə, Məhkəmənin bəzi durumlarla bağlı restitutio in integrum əldə edilməsinin bir neçə mümkün fərqli yolu vurğuladığı xatırladılır: örnək üçün, ərizəçinin mübahisə mövzusu olan bağ sahəsini istifadə etmək hüququnun geri verilməsi və ya ona bərabər bir bağ sahəsinin təmin edilməsi və ya əgər bunlar mümkün deyilsə, qərrın icra edilməməsi qarşılığında uyğun təzminatın verilməsi və ya bunların və digər tədbirlərin hər hansı uyğun kombinasiyası (məsələn: Humbətov işi, § 38); və ya ərizəçinin uyğun bir qurumda uyğun bir işə yenidən qoyulması və ya bunların imkansız olması durumlarında, qərarın icra edilməməsinin qarşılığı olaraq uyğun təzminatın ödənilməsi və ya bunların və ya digər tədbirlərin kombinasiyası (örnək üçün: Tarverdiyev işi, § 66).
Ümumi tədbirlər:
Mirzəyev işi qrupuna gəldikdə, maraqla qeyd etmək olar ki, hökumət tərəfindən aparılan davamlı səylər çox sayda məcburi köçkün üçün alternativ mənzillərin verilməsi ilə nəticələnib. Problem hələ tam aradan qaldırılmasa da, hökumətin Avropa Məhkəməsinin qərarları və qərardadları üzrə qalan işlərin icrasını 2020-ci ilin birinci yarısına qədər həll etmək niyyəti ümidverici görünür.
Daxili məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı ümumi suala gəldikdə, Prezidentin 3 aprel 2019-cu ildə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı verdiyi fərmanı da qeyd etmək lazımdır[4]. Nəzərdə tutulan islahatların detallı təfərrüatları hələ məlum olmasa da, Katibliyə təqdim edilən məlumatlardan görünür ki, Fərmanda daxili məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər də nəzərdə tutulub (xüsusən 7.1, 7.2 və 7.3 bəndlər).
Nəticə etibarilə, yuxarıda göstərilən Prezident Fərmanının xüsusən də Humbatov və Tarverdiyev qrupları daxil olmaqla hazırkı işlərə mümkün təsiri, habelə daxili hüquq məsələlərinə dair ətraflı məlumat almaq faydalı olardı ( aşağıya bax).
Bundan əlavə, Avropa Birliyi və Avropa Şurası tərəfindən maliyyələşdirilən və Ədalət Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən həyata keçirilən “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlanan yeni əməkdaşlıq layihəsinə istinad edilir. 1 mart 2019-cu ildə başlayan Layihə məhkəmə qərarlarının icrasının yaxşılaşdırılmasını əhatə edir[5] . Bu layihənin hazırkı məhkəmə işlərində qaldırılan məsələlərə nə dərəcədə aid olması barədə Hökumət tərəfindən məlumatlar təqdim edilə bilər.
Komitə tərəfindən əvvəlki araşdırmada qaldırılmış daxili hüquq probleminə gəldikdə, mövcud məlumatlardan yerli məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar effektiv daxili müdafiə vasitələrinin mövcud olduğu görünmür[6]. Nəticə etibarı ilə, səlahiyyətlilər, uzun müddət icra etməməyə görə (həm maddə, həm də mənəvi zərərlərə görə) təzminat tələb etmək imkanı daxil olmala, Məhkəmənin presedent hüququna uyğun olarfaq, belə bir çözüm yolu yaratmağı, təqdim etməyi düşünməlidir. Bu məqsədlə Avropa Şurasının təcrübəsindən və digər üzv ölkələrin düzənləmələrindən istifadə edilə bilər.
Qətnamə:
Deputatlar,
1. Bu məhkəmə işlərinin üç əsas kateqoriyaya aid – a) ərizəçilərin əmlakını qanunsuz olaraq zəbt edən məcburi köçkünlərin (məcburi köçkünlərin) həmin mənzillərdən çıxarılmasını nəzərdə tutan qərarlar; b) ərizəçilərin torpaq sahəsindən istifadə hüququnun bərpası kimi digər mülkiyyət hüquqlarına dair qərarlar; və c) ərizəçilərin əvvəlki vəzifələrinə bərpa edilməsi barədə qərarlar, daxili məhkəmə qərarlarının icra edilməməsinə aid olduğunu xatırladaraq;
Fərdi tədbirlərlə bağlı
2. ədalətli əvəzin ödənildiyini və daxili məhkəmə qərarlarının icra olunduğunu nəzərə alaraq, bu məhkəmə işi qrupuna aid 13 təkrarlanan iş üzrə nəzarətin qapadılmasına qərar verildi və CM/ResDH(2019)140 Yekun Qətnamə qəbul edildi;
3. yerdə qalan işlərlə əlaqədar olaraq, hökuməti daxili məhkəmə qərarlarının daha tez icrası üçün lazım olan bütün addımları atmağa və görülən işlər barədə Komitəyə məlumat verməyə dəvət etdi;
4. Hökumətə daxili məhkəmə qərarının icrasının mümkünsüz olduğu durumlarla bağlı, restitutio in integrum əldə etmənin başqa yollarını tapmaq məqsədilə səlahiyyətlilərin Katibliklə sıx əlaqədə olmasını tövsiyyə etdi.
Ümumi tədbirlərlə bağlı
5. Daxili məhkəmə qərarlarının tam və effektiv şəkildə icrasının qanunun aliliyinin əsasını təşkil etdiyini qeyd edərək, hökuməti milli məhkəmə sistemindəki qüsurların aradan qaldırılması və oxşar pozuntuların təkrarlanmasının önlənməsi üçün səylərini gücləndirməyə çağırdı;
6. Mirzəyev işi qrupu kontekstində, son illərdə hökumət tərəfindən qanunsuz olaraq digər şəxslər tərəfindən mənzilləri zəbt olunanların alternativ mənzillərlə təmin edilməsi üçün görülən tədbirləri maraqla qeyd etdi və səlahiyyətliləri məcburi köçkünlərin köçürülməsini, müəyyən etdikləri müddətdə – 2020-ci illərin ortalarına qədər, təmin etmək üçün əllərindən gələni etməyə çağırdı;
7. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Prezidentin 2019-cu il tarixli Fərmanını maraqla qeyd etdi və hökuməti nəzərdə tutulan tədbirlər və hazırkı işlərə gözlənilən təsiri barədə Komitəyə ətraflı məlumat verməyə dəvət etdi;
8. Davam edən məhkəmə islahatları kontekstində, hökuməti Avropa Şurasının təcrübəsinə və digər təcrübələrə əsaslanaraq, AİHM qərarlarına uyğun olaraq, məhkəmə qərarlarının icra edilməməsindən şikayət etmək üçün daxili təsirli vasitələrİ tətbiq etməyə çağırdı;
9. 2019-cu ildən yerli məhkəmə qərarlarının icrasının yaxşılaşdırılmasını əhatə edən Ədalət Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən həyata keçirilən “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” əməkdaşlıq layihəsini diqqətə aldı və səlahiyyətliləri bu layihənin gedişi barədə Komitəni məlumatlandırmağa dəvət etdi;
10. Səlahiyyətlilərin, 30 İyun 2020 tarixinə qədər bu məhkəmə işi qrupu üzrə bütün ortaya çıxan problemlər haqqında yenilənmiş məlumatları təqdim etmələrini təklif etdi.
Son yenilənmə: 30 iyun 2020-ci il (yeniləmə davam edəcək)